Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-450/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh X2 vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “naturada bölgü, bu mümkün olmadıqda əmlakın açıq hərracda satılaraq pulun bərabər bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı “naturada payın ayrılması” tələbinə dair iddiaərizəsiiləməhkəməyəmüraciətedərək,ünvan 1 ünvanında yerləşən 68 C saylı qeyriyaşayış binası və Bakı şəhəri, Sabit Rəhman küçəsi ev 53-də yerələşən 10 saylı mənzildə İddiaçı ½ payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1994-cü il tarixində Cavabdeh ilə ailə həyatı qurmuş, cavabdehlə münasibətlərini davam etdirə bilməmələri səbəbindən nikahın pozulması barədə iddia ilə İddiaçı tərəfindən Nərimanov rayon məhkəməsinə müraciət olunmuş, bu barədə nikahın pozulması ilə bağlı Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-322/2018 saylı qətnaməsi qəbul edilmiş və AZ-İ № 282481 nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Bununla iddiaçı tərəfindən cavabdehlə birgə nikah dövründə əldə olunmuş ünvan 2 m. 10 ünvanında yerləşən mənzilin və ünvan 3 ünvanında yerləşən 68C saylı qeyri-yaşayış binasının bölünməsi üçün Səbail rayon məhkəməsinə müraciət olunmuşdur. Səbail rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli. 2(009)-1443/2018 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh yalnız Bakı şəhəri. Sabit Rəhman küçəsi ev 53-də yerləşən 10 saylı mənzilə hər birinin ½ hissədəpayları müəyyən olunmuşdur. Bu qətnamədən verilmiş apelyasiya şikayəti əsasında qəbul olunmuş Bakı Apelyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2( 103)-11118/2018 saylıqətnaməsi ilə ünvan 1ndə yerləşən 68C saylı qeyri-yaşayış sahəsi də İddiaçı və Cavabdeh ümumi birgəmülkiyyəti sayılmış və üzərində hər birinin /2 hissədə payları müəyyən edilməklə bölünmüşdür. Bu qətnamədən verilmiş kassasiya şikayəti əsasında qəbul olunmuş Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(102)-3346/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən qüvvədən saxlanılmışdır. Bununla da apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir. Bunun əsasında İddiaçı xx.xx.2019-eu il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışlar verilmiş, müvafiq olaraq ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Sabit Rəhman küçəsi ev 53-də yerləşən 10 saylı mənzilə dair ½ iddiaçının mülkiyyət hüququ tanınmışdır. Ümumilikdə cavabdeh qeyri-yaşayış istifadə olunmasına iddiaçıya imkan vermir. İddiaçı və cavabdeh keçmiş ərarvad olub, hal-hazırda yola gedə bilmirlər. Bu səbəbdən də qeyri-yaşayış idaıə olunması yaxud bölünməsi və bir mənzildəyaşamaları barədə tərəflər arasında razılıq mövcud deyildir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsinə dair iddia ərizəsi təqdim edərək, ümumi paylı mülkiyyətdə olan ünvan 5 ünvanda yerləşən 68 C saylı ünvanda yerləşən qeyri-yaşayış binası və Bakı şəhəri, Sabit Rəhman küçəsi, ev 53, mən/il 10 ünvanda yerləşənmənzildə iddiaçının 1/2 paylarının naturada ayrılması, bu mümkün olmadıqda isə ünvan 7 ünvanda yerləşən 68 C saylı ünvanda yerləşən qeyri-yaşayış binası və Bakı şəhəri. Sabit Rəhman küçəsi, ev 53, mənzil 10ünvanda yerləşən mənzilin açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaitininümumi paylı mülkiyyətin mülkiyyətçiləri X4 və Cəfərov İnqilabMikayıl oğlunun paylarına mütənasib surətdə, yəni bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, eyni zamanda bildirdi ki, mühəndis-texniki və qiymətləndirmə ekspertizasının rəyləri ilə tanış olduğunu, lakin cavabdehin belə bir məbləği ödəmək niyyəti olmadığını, iddiaçının da həmin məbləği qarşı tərəfə ödəmək iqtidarında olmadığını bildirdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili Vəkil3 xx.xx.2020-ci il tarixdə məhkəməyə yazılı etiraz təqdim edərək, cavabdehin iddia tələbini qəbul etmədiyini, ünvan 9 ünvanında yerləşən yaşayış sahəsinin iddiaçının payına düşən ½ hissəsinin AR Mülki Məcəlləsinin 220.3-cü və 220.4cü maddəsinin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən 117 500 manat kompensasiya ödənilməklə iddiaçının həmin mənzilə dair mülkiyyət hüquqlarına xitam verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil3 bildirdi ki, keçirilmiş mühəndis-texniki və qiymətləndirmə ekspertizasının rəyləri ilə tanış olduğunu, məhkəmədən kənar münahisənin həll edilmədiyini, həmçinin cavabdehin mənzilə müəyyən edilmiş pul məbləğini iddiaçıya 3 ay müddətində ödəmək niyyətində olduğunu bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və çıxışlarını dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxşında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 68 C ünvanında yerləşən qeyri-yaşayış sahəsi ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 53 saylı evin, 10 saylı mənzili ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh paylı mülkiyyətindədir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, qərardadı ilə məhkəmə mühəndis-texniki və əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, X5 xx xxxx 2020-ci il tarixli, ƏEM/M 09-218/20 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 68 C ünvanında yerləşən qeyri-yaşayış sahəsinin xx xxxx 2020-ci il tarixə olan bazar dəyəri ******* (bir milyon dörd yüz səkkiz min) manat, Bakı şəhəri Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 53 saylı evin, 10 saylı mənzilin həmin tarixə bazar dəyəri 235 000 (iki yüz otuz beş min) manatdır. Həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 31893 №-li rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 68 C saylı qeyri-yaşayış binasının və Bakı şəhəri, Sabit Rəhman küçəsi ev 53-də yerələşən 10 saylı mənzilin naturada bölünməsi texniki cəhətdən mümkün olmamışdır. Məhkəmə hesab edir ki, hazırki mübahisənin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdur və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ona görə də məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29, Mülki Məcəlləsinin 220-ci və 223-cü maddələrini rəhbər tutmaqla və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına istinad etməklə aşağıdakıları qeyd edir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 68 C saylı qeyri-yaşayış binasının və Bakı şəhəri, Sabit Rəhman küçəsi ev 53-də yerələşən 10 saylı mənzilin naturada bölünməsi və ondan pay ayrılması mümkün olmamış, tərəflərin payına düşən hissəsinin digər tərəfə satması və ya həmin tərəflərdən birinin digər tərəfin payını alması məhkəmə araşdırması zamanı tərəflərə təklif olunmasına baxmayaraq, onlar razılaşmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən 68 C saylı qeyri-yaşayış binası və Bakı şəhəri, Sabit Rəhman küçəsi ev 53-də yerələşən 10 saylı mənzil üzrə tərəflərin payları bərabər olduğundan, eləcə də tərəflərin birinin digərinə kompensasiya ilə bağlı konkret təklifi olmadığından, həmin daşınmaz əmlaklar açıq hərracda satılmaqla satışdan əldə olunan vəsait tərəflərin payına mütənasib surətdə bölünməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmçinin aparılmış ekspertiza tədqiqatlarının dəyəri tərəflərdən bərabər qaydada qaydada tutulmalı, 550 (beş yüz əlli ) manat “X7” MMC-nin hesabına, 100 (bir yüz) manat Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən 68 C saylı qeyri-yaşayış binası və Bakı şəhəri, Sabit Rəhman küçəsi ev 53-də yerləşən 10 saylı mənzili açıq hərracda satılmalı, ünvan 1 ünvanında yerləşən 68 C saylı qeyri-yaşayış binasının ilkin satış qiyməti ******* manat, Bakı şəhəri, Sabit Rəhman küçəsi ev 53-də yerələşən 10 saylı mənzilin ilkin satış qiyməti 235000 manat müəyyən edilməli, ünvan 1 ünvanında yerləşən 68 C saylı qeyri-yaşayış binası və Bakı şəhəri, Sabit Rəhman küçəsi ev 53-də yerələşən 10 saylı mənzilinin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun yəni ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 162, 191, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 68 C saylı qeyri-yaşayış binası və Bakı şəhəri, Sabit Rəhman küçəsi ev 53-də yerləşən 10 saylı mənzili açıq hərracda satılsın. ünvan 1 ünvanında yerləşən 68 C saylı qeyri-yaşayış binasının ilkin satış qiyməti ******* manat, Bakı şəhəri, Sabit Rəhman küçəsi ev 53-də yerələşən 10 saylı mənzilin ilkin satış qiyməti 235000 manat müəyyən edilsin. ünvan 1 ünvanında yerləşən 68 C saylı qeyri-yaşayış binası və Bakı şəhəri, Sabit Rəhman küçəsi ev 53-də yerələşən 10 saylı mənzilinin satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun yəni ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh verilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 550 (beş yüz əlli) manat məbləğində pul İddiaçı və X1 bərabər qaydada tutulsun VÖEN 150260231, Hesab № AZN: AZ30GUNA********************, Bank: Gunay Bank ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD:505594, SWİFT:GUNAAZ22 X5 hesabına keçirilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı və X1 bərabər qaydada tutulsun, (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 ) Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-450/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-450/2020
29.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver