Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4503/2025 03.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclası katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Maraqlı şəxs “Nərimanov-13" MMMC-nin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər İdarəsinin maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, “Nərimanov-13" MMMC tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1,16 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2761,6 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Doğulduğu tarix - 15 avqust 1960-cı il, Doğulduğu yer - Rusiya Federasiyası, Dağıstan Mr, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE0*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 1,16 manat məbləğində (o cümlədən, faizlər üzrə 1,16 manat), Dövlət Sosial Müdafiə Fonduna 2761,6 manat olmaqla, ümumilikdə 2762,76 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********012900, xx.xx.2025-ci il tarixli **********771800 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs “Nərimanov-13" MMMC-nin nümayəndəsi X3 bildirmişdir ki, "xxxx" MTK ləğv edildikdən sonra onun yerində "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılmışdır. Borcların bir qismi köhnə borclardır. Hazırda da xərclər çoxdur. İyun ayında 700 manat məbləğində ödəniş edilmişdir. Qalan borlcar da ödəniləcəkdir. Ərizənin təmin edilməsinə etirazı yoxdur. Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər İdarəsi məhkəməyə ərizə ünvanlayaraq, iş yükünün çox olmasını nəzərə alaraq, məhkəmə iclasının vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqi şəxs haqqında məlumatdan görünür ki, ““Nərimanov-13" MMMC-nin (VÖEN: **********) rəhbəri Maraqlı şəxsdir; - xx.xx.2025-ci il tarixli **********4 nömrəli və xx.xx.2025-ci il tarixli **********8 nömrəli bildirişlərin məzmunundan görünür ki, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər İdarəsi tərəfindən Maraqlı şəxs vergi borcu barəsində bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğlərini ödəməmişdir; - xx.xx.2019-cu il tarixli Vergi orqanı ilə vergi ödəyicisi arasında elektron sənəd mübadiləsi barədə müqavilədən görünür ki, vergi orqanı İN yanında DVX-nin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin Xidmət mərkəzləri idarəsi və vergi ödəyicisi "xxxx" MMMC (VÖEN: **********) elektron kabinet vasitəsilə sənəd və məlumatların elektron üsulla mübadilə edilməsi, o cümlədən vergi ödəyicisi tərəfindən kod-parol və ya gücləndirilmiş elektron imzadan istifadə edilməklə bəyannamələrin (hesabatların) göndərilməsi, həmçinin vergi orqanı tərəfindən onların qəbulu və bu barədə vergi ödəyicisinə elektron şəkildə bildirişin verilməsi barədə müqavilə imzalamışlar; - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsi tərəfindən Maraqlı şəxs göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, 4433,14 manat borcun 15 gün müddətində ödənilməsi və ödənilmədiyi halda ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. - "xxxx" MMMC-nin şəxsi hesab vərəqələrindən görünür ki, vergi ödəyicisinin müvafiq qalıq borcları mövcuddur. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, ərizəçi borcun ödənilməsinə dair bütün prosessual hərəkətləri yerinə yetirmiş, lakin vergi ödəyicisi "xxxx" MMMC borc məbləğlərini vaxtı-vaxtında və tam şəkildə ödəməyərək, qanunvericiliklə nəzərdə tutulmuş vergi öhdəliklərinin lazımınca icrasından yayınmışdır. Hazırda ərizəçi borc məbləğlərinin ödənilməsini təmin etmək üçün "xxxx" MMMC-nin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılmasını məhkəmədən xahiş edir. Aərbaycan Respublikası Konstitusiyasının: 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir; 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir; 355-6-cı maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədə məhdudlaşdırmaya əsas olan hallar qeyd olunmalı və ərizəçinin xahişi göstərilməlidir; 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır; 355-7.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır; 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir; 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır; 355-7.5-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.2-ci maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqları sırasına daxildir. Məhkəmə qanunvericiliyin qeyd edilən tələblərini, həmçinin dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borcların dövlət büdcəsinə və müvafiq fonda ödənilməməsini nəzərə alaraq hesab edir ki, maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair ərizənin təmin edilməsi üçün qanuni əsaslar mövcuddur. Beləliklə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, "xxxx" MMMC-nin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “Nərimanov-13" MMMC tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1,16 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 2761,6 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs (doğulduğu tarix - 15 avqust 1960-cı il, doğulduğu yer - Rusiya Federasiyası, Dağıstan Mr, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE0*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-4503/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4503/2025
03.10.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver