Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4553/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə Ərizəçi “akt qeydinin düzgün olmamasının müəyyən edilməsi” tələbi üzrə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “akt qeydinin düzgün olmamasının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi X1 olması doğum akt qeydində düzəliş aparılaraq “Xudu’' sözünün əvəzinə “Xudaverdi" sözü kimi qeyd olunaraq hüquqi əhəmiyyəti olan faktın təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Ərizəçi akt qeydində düzəliş edilməsi barədə qətnamənin qəbul edilməsi üçün 23 avqust 2021-cı il tarixində Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia ərizəsi ilə bağlı Nərimanov Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qərardadında ərizədə iddia tələbini əsaslandıran lazımi sənədlər əlavə etmədiyindən iddia ərizəsi geri qaytarıldığı göstərilmişdir.Bununla əlaqədar iddia ərizəsinə iddia tələbini əsaslandıran sənədlərin nüsxələri əlavə olunaraq təkrar Nərimanov Rayon Məhkəməsinə müraciət edir. Xahiş edilir ki, işə (iş № 2(005)-4329/2021) xüsusi icraat qaydasında yenidən baxılsın.23 avqust 2021-ci il tarixidə Nərimanov Rayon Məhkəməsinə göndərilən iddia ərizəsinin məzmunu əlavə olunur:X1 XX.XX.1934-cü ildə Ermənistanda (Spitak rayonu Qursalı kəndində) anadan olmuşdur. 1988- ci ildə o Bakı şəhərinə yaşamağa köçmüş və 2021-ci ildə Bakı şəhərində vəfat etmişdir.İddiaçının doğum haqqında şəhadətnaməm yazılarkən ata qrafasında səhvə yol verilmişdir. Belə ki, atasının adı “Xudaverdi” əvəzinə “Xudu” yazılmışdır. Şəxsiyyət vəsiqəsində də həmin səhvə yol verilmişdir.Nərimanov rayon VVADQ söbəsi vətəndaşlıq vəziyyəti aktında düzəlişlərin aparılmasından imtina edir və bunun üçün məhkəməyə müraciət etməyi tövsiyə edir. Səbəbi odur ki, atasından miras qalmış əmlakı rəsmiləşdirə bilmir. Məhkəmə iclasında Ərizəçi vermiş olduğu ərizənin dəlillərinə uyğun şəkildə çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, ötən dövrdə doğum haqqında akt qeydinə düzəliş üçün müxtəlif orqanlara müraciət etmişdir. Hazırda yaranmış bir sıra hüquqi məsələlərin həll üçün onun doğum haqqında akt qeydinin düzgün yazılması zərurəti yaranmışdır. Göstərilənlərin nəzərə alınmasını və ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış məktubda işə nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, maraqlı şəxsin məsələyə münasibətini nəzərə alıb, ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 03.02.2014-ci il tarixdə ASAN 1 tərəfindən verilmiş AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən Ərizəçi xx.xx.1972-ci il tarixdə Ermənistanın Spitak rayonunda anadan olmuş və hazırda ünvan 2 ünvanında qeydiyyatdadır; Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki. X5 24.12.2020-ci il tarixdə vəfat etmişdir; Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X2 09.01.2021-ci il tarixdə vəfat etmişdir; Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X2 1934-cü ildə Ermənistanın Spitak rayonu Qusarlı kəndində anadan olmuşdur; 23.08.2021-ci il tarixli qəbzə əsasən Ərizəçi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın: 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir; 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə Ermənistanın Spitak rayonunda anadan olmuşdur. X1 1934-cü ildə Ermənistanın Spitak rayonunda anadan olmuşdur. Aktda ata adının düzgün olmaması iş materiallarında olan sübutlarla müəyyən olmuşdur. Bu səbəbdən Ərizəçi atasının adı Xudaverdi adı kimi düzəliş edilməsi=məqsədəuyğundur. Göründüyü kimi ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada almaq üçün cəhdlər göstərmiş, lakin nəticə etibarı ilə ala bilməmişdir. Həmin sənədin alınması ərizəçiyə sənədləşdirilmə üçün yaranmış bir sıra hüquqi məsələlərin həlli üçün lazımdır. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, doğum haqqında şəhadətnamələrə və nikahın pozulması haqqında şəhadətnaməyə müvafiq düzəlişlər edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi doğum haqqında şəhadətnaməsində ata qrafasında «Xudu» kimi yazılan qeydin düzgün olmaması müəyyən olunmaqla uyğunsuzluq aradan qaldırılsın. Doğum haqqında akt qeydlərində düzəliş edilərək Ərizəçi doğum haqqında şəhadətnaməsində ata qrafasında “Xudu”, “Xudaverdi” kimi qeyd olunsun. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Yeni doğum haqqında şəhadətnamənin və nikahın pozulması haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nərimanov rayon Qeydiyyat Şöbsəinə həvalə edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4553/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4553/2021
13.10.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver