Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4561/2025 05.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: pul) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X2 1500 manat məbləğində pulun, 500 manat mənəvi ziyanın və ödənilmiş 40 manat dövlət rüsumunun, cəmi 2040 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Xaçmaz rayonunun Əhməd-oba kəndində yaşayan, cavabdeh X4, Ləcət kənd İƏV-nin nümayəndəsi işləyən vaxtdan tanıyırdım, hal-hazırda o, işdən azad olunub. 2023-cü ildə o, mənə söz verdi ki, məktəblərin birinə psixoloq (müəllim) vəziəsinə işə düzəldə bilər və buna görə məndən 1500 manat pul istədi. Mən həmin pulu əvvəlcə 1000 manat, sonra da 500 manatı da verdim. Sonra da işin alınmadığını mənə demişdir. Həmin vaxtdan xeyli vaxt keçməsinə baxmayaraq Nizaməddin Xıdırov mənə müxtəlif bəhanələr getirərək pulumu vermir. Son vaxtlar isə telefona da cavab vermədiyini, cavab verəndə məni hədələyərək ünvanıma nalayiq söyüşlər söyməsini görüb, “102” xidmətinə zəng edərəık bu barədə məlumat verdim. Bununla bağlı Xaçmaz RPŞ-nin əvvəlcə təhqiqat bölməsində, sonra da istiniaq bölməsində araşdırılma aparılmış və material üzrə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Həmin qərarın surətini mən şəxsən 20 dekabr 2024-cü il tarixdə aldım və qərardan narazı qaldığıma görə Xaçmaz rayon Prokuroruna şikayət ərizəsi yazdım və Xaçmaz rayon Prokurorunun müavini tərəfindən həmin qərar ləğv edilərəık yenidən araşdırma aparılması üşün Xaçmaz RPŞ-nin İstintaq bölməsində yenidən araşdırma aparılmış, telefon vasitəslə cavabdehlə əlaqə saxladıqda, özünün Şəmkir rayonunda olmasını bildirmiş, yaxın günlərdə çağırışa gələcəyini bildirsə də gəlməmiş, istintaqdan yayınmışdır. Bununla bağlı yenidən material üzrə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Mənə isə pul tələbi ilə bağlı mülki-prosessual qaydada məhkəməyə müraciət etməyim tövsiyyə edilmişdir. Bundan başqa mən bu müddət ərzində bu işlə bağlı müxtəlif instansiyalara müraciətlər etmişəm, dəfələrlə Xaçmaz şəhərinə, Polis İdarəsinə, Prokurorluğa, yaşadığı ünvana gedibgəlmişəm, cavabdehin tapılması üçün müxtəlif ünvanlara müraciət etmişəm, əsəb gərginliyi keçirmişəm, eləcə də mənə maddi-mənəvi ziyan vurulub. Mənə dəyən ziyanı mən 500 (beş yüz) manat qiymətləndirirəm. Cavabdehə pulumun qaytarılması ilə bağlı dəfələrlə müraciət etsəm də, heç bir nəticəsi olmamışdır. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam.” II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, iddia tələbini müdafiı edir. Cavabdeh ondan pul almışdır. Dəfələrlə ondan pulu tələb etmiş, lakin cavabdeh onu hədələmişdir. Pulu Xaçmaz rayonunda vermişdir. Cavabdeh icra nümayəndəsi olub, belə əməllərinə görə işdən azad olunmuşdur. Məsələ ilə bağlı Xaçmaz rayon Polis Şöbəsinə müraciət etmişdir. Pulu nəğd qaydada vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, cavabdeh məhkəməyə gəlməməsi səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı xx.xx.2026-cı il tarixdə teleqram vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçı xx.xx.2025-ci il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək, mülki işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. İddiaçı etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4561/2025 saylı xx.xx.2026-cı il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. III. İşin faktiki halları: İş materiallarında olan: - Xaçmaz RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis kapitanı X5 09 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, xx.xx.2024 cü il tarixdə Xaçmaz rayon Ləcət kəndində yaşayan İddiaçı Səfıxan qızının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "102" xidməti-zəng mərkəzi sisteminə zəng edərək, 2 il əvvəl Xaçmaz rayonunda Xaçmaz rayon Əhməd-oba kənd sakini X3 onu işə düzəltmək adı ilə 1500 manat pul almasını daha sonra vədinə əməl etməməsini bildirmişdir. X1 barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinin tələblərinə əsasən, 2 ildən artıq müddət keçdiyindən cinayət təqibinin başlanılması rədd edilmişdir. - 17.04.2025-ci il tarixdə Xaçmaz rayon prokurorunun müavini İİ dərəcəli hüquqşünas Fərrux Əzimli tərəfindən HK-1/1912 nömrəli material üzrə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi haqqında” qərar çıxarılmış və material Xaçmaz RPŞ-nin İB-nə göndərilmişdir. - Xaçmaz RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis kapitanı X5 23 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı Səfıxan qızının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "102" xidmətizəng mərkəzi sisteminə etdiyi müraciət əsasında HK-1/1912 nömrəli toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və ona qəbul edilmiş qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət vermək hüququnun olması, habelə İddiaçı Səfıxan qızına pul tələbi ilə bağlı mülki-prossesual qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, Xaçmaz rayon polis şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuş materialı araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflərin şifahi razılaşmasına əsasən, iddaçı İddiaçı tərəfindən Cavabdeh psixoloq (müəllim) vəzifəsinə işə düzəltmək məqsədi ilə 1500 manat pul verilmişdir. Lakin iddiaçının verdiyi pul qarşılığından gözlədiyi əməl cavabdeh tərəfindən yerinə yetirilməmişdir. İddiaçı pulun qaytarılması məqsədilə Xaçmaz RPŞ-ə müraciət etmişdir. Hazırda İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək ödənilməmiş 1500 manat məbləğində pulun, habelə dəymiş mənəvi ziyanın cavabdehdən öz xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, ilkin və qarşılıqlı iddia tələbləri üzrə iddiaçıların irəli sürdüyü faktiki hallara iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -394-cü maddəsinə əsaəsn, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. -560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. -1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsaəsn varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. -1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. -1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. İş materiallarından görünür ki tərəflər arasında psixoloq (müəllim) vəzifəsinə işə düzəltmək barədə şifahi razılaşma olmuşdur. Belə ki, iddiaçı tərəfindən Cavabdeh 1500 manat pul vermişdir. Lakin gözlənilən əməl yerinə yetirilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, hazırki tələb üzrə əsassız varlanmaya dair müddəalar nəzərdən keçirilməlidir. Belə ki, Cavabdeh iddiaçının hesabına sonralar aradan qalxmış əsasa söykənən hüquqi əsas olmadan varlanması iş materialları ilə tam təsdiq olunur. Belə ki, İddiaçı cavabdehə 1500 manat ödəniş etmişdir. Lakin varlanmış şəxs olan cavabdehin əməli gözlənilən məqsədə uyğun olmamışdır. Pulun verilməsi qarşılığından edilməsini gözlədiyi əməl yerinə yetirilmədiyindən və əmlakından - pulundan məhrum olan iddiaçı da hazırda razılaşma üzrə ödədiyi pul məbləğini cavabdehdən geri tələb edir. Pul məbləği cavabdeh tərəfindən tam geri ödənilməmişdir. İddiaçı pulun qaytarılması məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "102" xidməti-zəng mərkəzi sistem vasitəsilə Xaçmaz rayon Polis şöbəsinə müraciət etmiş, Xaçmaz RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis kapitanı X5 23 aprel 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə material üzrə cinayət işinin başlanması məsuliyyətə cəlbetmə müddəti keçdiyindən rədd edilmişdir. Bundan sonra iddiaçı pulun qaytarılması məqsədilə hazırki tələblə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçını psixoloq (müəllim) vəzifəsinə işə düzəltmək məqsədi ilə iddiaçıdan 1500 manat pul alması, bununla belə gözlənilən əməlin yerinə yetirilməməsi cavabdehin əsassız varlanması ilə iddiaçının öz əmlakından məhrum olmasına səbəb olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə - ödədiyi məbləğin (ondan ödənilməmiş hissəsinin) qaytarılmasını Cavabdeh geri tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin ikinci hissəsi, mənəvi ziyana görə 500 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarına istinad edilməsini zəruri sayır. Həmin Qərarda göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına əsasən, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mənəvi zərər bir tərəfdən hüquqazidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Məhkəmə hazırkı iş üzrə mənəvi zərərin ödənilməsi tələbinə bu aspektdən yanaşaraq qeyd edir ki, iddiaçının hüquqlarının bərpa edilməsi üçün müvafiq orqanlara, habelə məhkəməyə (2 dəfə) müraciət etmək məcburiyyətində qalması faktları özüözlüyündə onun psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Cavabdehin hərəkətləri nəticəsində iddiaçı öz əmlakından – pulundan məhrum olmuşdur. Belə ki, tərəflər arasında psixoloq (müəllim) vəzifəsinə işə düzəltmək barədə şifahi razılaşma olmuş, bu məqsədlə iddiaçı cavabdehə 1500 manat pul vermişdir. Bununla iddiaçı gözləmədiyi hadisə ilə qarşı-qarşıya gəlmiş, cavabdeh verdiyi vədə əməl etməmiş, iddiaçı əmlakının əldən çıxması nəticəsində stress, əsəb və iztirab keçirmişdir. Mübahisə 2024-cü il tarixdən başlamış və hazırkı vaxta qədər məhkəmə müstəvisində baxılır. İddiaçı artıq 2 ilə yaxın müddətdir ki, hüquqlarının bərpa olunmasını tələb edir, bununla bağlı əvvəlcə hüquq mühafizə orqanına – Xaçmaz rayon Polis şöbəsinə, daha sonra isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu hallar isə iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsinə şərait yaratmışdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş cavabdehin hərəkət və hərəkətsizliyini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını, cavabdehin əmlak vəziyyətini, habelə işin sair diqqətəlaiq hallarını nəzərə alaraq, vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat pulun tutulması ağlabatan və ədalətli hesab edir. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən təmin edilmiş iddianın həcmi nəzərə alınmaqla iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. -241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. -241.3-cü maddəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. - 241.5-ci maddəsinə əsasən, iddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1500 (min beş yüz) manat, mənəvi ziyanın əvəzi kimi 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumu kimi 40 (qırx) manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241 və 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1500 (min beş yüz) manat, mənəvi ziyanın əvəzi kimi 500 (beş yüz) manat və ödənilmiş dövlət rüsumu kimi 40 (qırx) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-4561/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-4561/2025
05.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver