Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4577/2021 11.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X4, İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MTK Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi ev 29 mənzil 9 söküldüyündən həmin mənzilin çıxarışının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 201-ci il tarixli 86 nömrəli “Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının surətləndirilməsinə dair əlavə tədbirlər barədə" qərarı ilə 5 il müddətində Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayiş və qeyri-yaşayiş binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzili yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan yaşayiş evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırıİmışdır. Buna görə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 02/05-1409 nömrəli 09 avqust 2017-ci il tarixli razılaşdırılmış tikinti planlaşdırma eskizi və Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 11 avqust 2017-ci il tarixli, 340 nömrəli “Yaşayiş və qeyri-yaşayiş binalarının layihələndirilməsi” haqqında sərəncami ilə Bakı şəhəri, Nərimanov rayonu Azadlıq prospekti və Mövsüm Sənani küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparilması məqsədilə 1.08 ha torpaq sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin daimi istifadəsinə verilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinə cəmiyyətin vəsaiti hesabına hər ay kirayə haqqı ödənilməklə, kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərtilə müqavilələr bağlamışdır. Belə ki, X2 şəxsi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin sökülməsi və gələcəkdə tam təmirli mənzillə təmin olunması şərtilə "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanmışdır. Lakin, X5 10 yanvar 2017-ci il tarixində vəfat etmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin mənzildə yaşayan X6. Cavabdeh1 Sadiq oğlu və Cavabdeh2 ilə yeni müqavilələr bağlamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında 07 fevral 2018-ci il tarixli 21-29-/18 nömrəli. Cavabdeh1 Sadiq oğlu arasında 07 fevral 2018-ci il tarixli 22-29A-/18 nömrəli. X6 arasında 07 fevral 2018-ci il tarixli 23-29B-/İ8 nömrəli müqavilələr bağlanmışdır. X6 07 iyun 2020-ci il tarixində vəfat etmiş və mülkiyyətçiyə məxsus mənzil qanuni varisi arvadı X1 mülkiyyətinə keçmişdir. Belə ki, sözügedən mənzil "xxxx" MMC tərəfindən sökülərək tamamilə məhv edilmiş və yerində hündürmərtəbəli çoxmənzilli yaşayış binası tikilərək cavabdehlərin istifadəsi və mülkiyyətinə verilmiş, cavabdehlər həmin məıızilərdə artıq uzun müddətdir ki, yaşayırlar. Lakin, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyest Xidməti tərəfindən Baki şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilin tamamilə məhv edilməsinə baxmayaraq daşınmaz əmlakın çıxarışın artıq etibarsız olmasını, həmin daşınmaz əmlakdan istifadəsində çətinlik yaradılmasını nəzərə almadan çıxarışının ləğv etməmişdir. Məhkəmə iclasında İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 notarial qaydada təsdiq edilmiş yazılı ərizələr təqdim edərək, mülki işə onların iştirakı olmadan keçirilməsini və iddia tələbini qəbul etdiklərini bildirmişlər. Məhkəmə tərəfin izahatını dinləyərək, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın dublikatına əsasən ünvan 3, 8 nömrəli ümumi sahəsi 102 kv.m, yaşayış sahəsi 56,7 kv.m və yardımçı sahəsi 45,8 kv.m olan 4 otaqdan ibarət mənzili xüsusi mülkiyyət hüququ kimi X3 adına daşınmaz əmlakın dövlət reyestrində 2004 nömrəli reyestr kitabının 185171 nömrəli vərəqində 05.11.2013-cü il tarixdə qeydiyyata alınmışdır; 1 saylı Bakı “Asan xidmət mərkəzi” Qeydiyyat şöbəsi tərəfindən 16.01.2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 851871 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X7 10.01.2017-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 16.01.2017-ci il tarixdə 112 nömrə ilə qeyd edilmişdir; Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 15.07.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 103410 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən X8 07.06.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 09.07.2020-ci il tarixdə 630 nömrə ilə qeyd edilmişdir; Cavabdeh3 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş 18.10.2021-ci il tarixli, **********150 nömrəli ərizədə “Yazıb bildirirəm ki, mənə məxsus ünvan 3 ünvanında yerləşən 8 saylı mənzilin reyestrdən çıxarışın ləğv edilməsinə razıyam. Həmçinin məhkəmədə mənim iştirakım olmadan mülki işə baxılmasını Sizdən xahiş edirəm” qeyd olunmuşdur; Cavabdeh2 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş 18.10.2021-ci il tarixli, **********092 nömrəli ərizədə “Yazıb bildirirəm ki, mənə məxsus ünvan 3 ünvanında yerləşən 8 saylı mənzilin reyestrdən çıxarışın ləğv edilməsinə razıyam. Həmçinin məhkəmədə mənim iştirakım olmadan mülki işə baxılmasını Sizdən xahiş edirəm” qeyd olunmuşdur; Cavabdeh1 tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş 18.10.2021-ci il tarixli, **********093 nömrəli ərizədə “Yazıb bildirirəm ki, mənə məxsus ünvan 3 ünvanında yerləşən 8 saylı mənzilin reyestrdən çıxarışın ləğv edilməsinə razıyam. Həmçinin məhkəmədə mənim iştirakım olmadan mülki işə baxılmasını Sizdən xahiş edirəm” qeyd olunmuşdur; Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Kontitusiyasının 29.3-cü maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150.1-ci maddəsinə görə, əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. İstənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər.( 150.2.) Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 11 avqust 2017-ci il tarixli, 340 nömrəli “Yaşayiş və qeyri-yaşayiş binalarının layihələndirilməsi” haqqında sərəncami ilə Bakı şəhəri, Nərimanov rayonu Azadlıq prospekti və Mövsüm Sənani küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparilması məqsədilə 1.08 ha torpaq sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin daimi istifadəsinə verilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinə cəmiyyətin vəsaiti hesabına hər ay kirayə haqqı ödənilməklə, kirayəyə köçürülməsi və gələcəkdə tam təmirli mənzillərlə təmin olunması şərtilə müqavilələr bağlamışdır. Belə ki, X2 şəxsi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin sökülməsi və gələcəkdə tam təmirli mənzillə təmin olunması şərtilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilə bağlanmışdır. Lakin, X5 10 yanvar 2017-ci il tarixində vəfat etmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti həmin mənzildə yaşayan X6, Cavabdeh1 Sadiq oğlu və Cavabdeh2 ilə yeni müqavilələr bağlamış, X3 adına verilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, 05.11.2013-cü il tarixli çıxarış verilmişdir. İş üzrə cavabdehlər iddia tələbini qəbul edərək ünvan 3 ünvanında yerləşən 8 saylı mənzilin reyestrdən çıxarışın ləğv edilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə iddia tələbini əsaslı hesab edir və qeyd edir ki, ünvan 3 ünvanında yerləşən 8 saylı əmlak tam məhv olduğundan bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyat ləğv edilə bilər. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilsin. X3 adına verilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, 05.11.2013-cü il tarixli Çıxarış ləğv olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-4577/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4577/2021
11.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver