Məhkəmə qərarları › İş №2(005)-4588/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4588/2021

25.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4588/2021 25.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçılar İddiaçı1 və X4 nümayəndəsi, İddiaçı1 isə vəkili X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X4 cavabdehlər "xxxx" MMC-yə (keçmiş adı Cavabdeh MMC-nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X7 cəlb edilməklə) “hərracın nəticələri haqqında protokolun ləğv edilməsi və hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X4 cavabdehlər "xxxx" MMC-yə (keçmiş adı Cavabdeh MMC) qarşı “hərracın nəticələri haqqında protokolun ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "CAPİTALS AUCTİON” MMC (keçmiş adı "X5” MMC) tərəfindən hərracın yekunları barədə 07.02.2020-ci il tarixli 14 saylı Protokolun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə verərək, cavabdeh "CAPİTALS AUCTİON” MMC (keçmiş adı "X5” MMC) tərəfindən hərracın yekunları barədə 07.02.2020-ci il tarixli 14 saylı Protokolun ləğv edilməsi və hərracın nəticələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC (keçmiş adı "X6” MMC) tərəfindən hərracın yekunları barədə 07.02.2020-ci il tarixli 14 saylı Protokoluna əsasən İddiaçı1 məxsus Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi bina 81, M 5, 3 nömrəli mənzilin 160500 manata satılmışdır. Əmlakın satış qiyməti qanunsuz və əsassız olaraq 160500 manat müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi bina 81, M 5, 3 nömrəli mənzilin hərracda satılması barədə ona məlumat verilməmişdir, Həm Şəmkir Rayon Məhkəməsinin 11.09.2019-cu il tarixli 2(076)-2716/2019 saylı qiyabi qətnaməsi qəbul edilərkən, həm Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 3967/2020-ci il tarixli mübahisəli mənzilin həbsdən azad edilməsi barədə qətnamədən nə maraqlarına toxunan İddiaçı1 nə də birgə nikah dövründə əldə edilmiş əmlakda payı olan onun həyat yoldaşı Karaıeva Günelin məlumatları olmamışdır. İddiaçı1 həmin vaxtda həbsdə olmuş (hazırdada həbsədir) və həmin məhkəmə iclaslarının vaxtı və yeri barədə heç bir məlumatları olmamışdır. İddiaçı1 barəsində həbs qətimkan tədbiri 01.08.2019-cu ildə Binəqədi Rayon Məhkəməsi tərəfindən seçilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 07.07.2021-ci il tarixli qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin 11.09.2019-cu il tarixli 2(076)-2716/2019 saylı qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraat təzələnərək mahiyyəti üzrə baxılması üşün Şəmkir Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 22.07.2021-ci il tarixli 2(103)-6963/2021 saylı qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3967/2020-ci il tarixli mübahisəli mənzilin həbsdən azad edilməsi barədə qətnaməsi ləğv edilmiş və iddiaçı X1 ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın həbsdən azad edilməsinə dair iddası rədd edilmişdir. Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi bina 81, M 5, 3 nömrəli mənzilin real bazar qiyməti 300000 manatdan artıqdır. Necə olur ki, 300000 manat dəyərində olan mənzilin ilkin satış qiyməti 160500 manata müəyyən edilərək satılmışdır. Bu tamamilə qanunsuz və əsassızdır. Mənzilə qoyulmuş ilkin satış qiymətinin isə açıq-aşkar ipoteka predmetinin real bazar qiymətinə tərs mütənasibdir. Cavabdeh "xxxx" MMC (keçmiş adı "X5” MMC) tərəfindən hərracın yekunları barədə 07.02.2020-ci il tarixli 14 saylı Protokolun ləğv edilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı1 hərrac keçirilən zaman istintaqa cəlb edilərək həbs edilmiş və hal-hazırdada həbsdədir. Onun iştirakı olmadan qəbul edilmiş Şəmkir Rayon Məhkəməsinin 11.09.2019-cu il tarixli 2(076)-2716/2019 saylı qiyabi qətnaməsi və Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3967/2020-ci il tarixli mübahisəli mənzilin həbsdən azad edilməsi barədə qətnaməsi apellyasiya məhkəmələri tərəfindən ləğv edilmişdir. İddiaçı1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 27.01.2021-ci il tarixli 1(101)- 84/2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda cinayət işi məhkumun apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Həmin cinayət işində digər zərərçəkənlərlə yanaşı X8 da zərərçəkən kimi tanınmış və onun cinayət işindəki ifadəsi ilə Şəmkir Rayon Məhkəməsində qaldırdığı iddianın məzmunu tamamilə fərqlidir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və X4 nümayəndəsi, İddiaçı1 isə vəkili X9 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X3 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, iddiaçıların nümayəndə və vəkilinin çıxışını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Hərrac Təşkilatının 07.02.2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı1 mülkiyyətində olan ünvan 3 81, M5, 3 nömrəli mənzil Şəmkir Rayon Məhkəməsinin 2(076)-2716/2019 nömrəli, 11.09.2019-cu il tarixli icra vərəqəsinin və Xətai rayon icra və probasiya şöbəsinin 28.12.2019-cu il tarixli, 17/71 nömrəli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. ünvan 3 81, M5, 3 nömrəli mənzil 160500 manat qiymətə tələbkar X7 tərəfindən əldə olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-84/2021 saylı, 27.01.2021-ci il tarixli hökmündən görünür ki, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə İddiaçı1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01.08.2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2946/2021 saylı, 07.07.2021-ci il tarixli qərardadın surətindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli 2(076)-2716/2019 saylı və 2(076)-2716/2021 sayli qərardadları ləğv edilməsi, İddiaçı1 qiyabi qətnamənin ləğv edilməsi barədə ərizəsi təmin edilərək Şəmkir Rayon Məhkəməsinin 11.09.2019-cu il tarixli, 2(076)-2719/2019 saylı qiyabi qətnaməsi ləğv edilməsi və iş üzrə icraat təzələnərək mahiyyəti üzrə baxılması üçün mülki iş Şəmkir Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6963/2021 saylı, 22.07.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3967/2020 saylı, 21.09.2020-ci il tarixli qətnaməsini ləğv edilməsi qət edilmişdir. “Verdiktum” Vəkil Bürosunun Cavabdeh MMC-yə 24.05.2021-ci il tarixdə ünvanladığı məktubdan görünür ki, İddiaçı1 məxsus ünvan 3 81, M5, 3 nömrəli mənzil barədə keçirilən hərracın keçirilməsinə dair protokoldan çıxarışları vəkil sorğusuna əsasən təqdim olunması xahiş edilmişdir. Nikah haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 ilə Qəhrəmanova Günel qızının nikahları 24.05.2015-ci il tarixdə rəsmiləşdirilmişdir. Doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 ilə Qəhrəmanova Günel qızının birgə nikahlarından 21.06.2016-cı il təvəllüdlü X11 doğulmuşdur. Doğum haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 ilə Qəhrəmanova Günel qızının birgə nikahlarından 20.12.2017-ci il təvəllüdlü X10 doğulmuşdur. Cavabdeh "xxxx" MMC-yə (keçmiş adı Cavabdeh MMC) məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, Xətai rayon İcra və Probasiya Şöbəsinin sifariş məktubuna əsasən şirkət tərəfindən hərrac təşkil olunmuşdur. Şəmkir Rayon Məhkəməsinin 11.09.2019-cu il tarixli, 2(076)-2716/2019 saylı icra vərəqəsinə əsasən tələbkar qismində X7, borclu qismində İddiaçı1 qeyd olunmuşdur. Hərracın keçirilmə vaxtı 07.02.2020-ci il tarix göstərilməklə, 07.01.2020-ci il tarixdə 85 nömrəli bildiriş borclu İddiaçı1 sifariş məktubunda qeyd olunan ünvanına göndərilmişdir. İddiaçı iddia tələbində ünvan 3 81, M5, 3 nömrəli mənzilin real bazar qiymətinin 300000 manatdan artıq olduğunu və mənzilin ilkin satış qiymətinin 160500 manata müəyyən edilərək satılmasının əsassız və qanunsuz olduğunu qeyd etmişdir. Hərrac təşkilatçısı olan hərrac şirkətinin hərrac predmetini qiymətləndirmə kimi səlahiyyəti yoxdur və bu səlahiyyət “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq bu fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslər (qiymətləndiricilər) tərəfindən həyata keçirilir. Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinin 28.12.2019-cu il tarixli icra vərəqəsinə əsasən, həmin mənzil "xxxx" MMC tərəfindən 160500 manat məbləğində qiymətləndirilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Qiymətləndirmə hərrac təşkilatının deyil, qiymətləndirmə şirkətinin səlahiyyətinə aid olduğu üçün hərrac təşkilatı heç bir qanunsuzluğa yol verməmişdir. Hərrac prosesinin qalibi olan alıcı X7 hərrac yekunlaşdıqdan sonra hərrac predmeti olan mənzilə köçmüşdür. Necə ola bilər ki, iddiaçılar 1 ildən çoxdur ki, mənzildə başqa adamlar yaşadığı halda bundan xəbərsizdirlər? Tam 1 il 6 aydan sonra məhkəməyə iddia ərizəsi ilə müraciət edib, bütün bu proseslərdən məlumatsız olduqlarını qeyd edirlər? Hərrac prosesinin qalibi olan alıcı X7 mənzilin mülkiyyətçisi olduğu halda cavabdeh və ya üçüncü şəxs qismində məhkəmə proseslərinə cəlb edilməmiş, onun konstitusion hüquqları pozulmuşdur. "xxxx" MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prosessual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Hərrac Təşkilatının 14 nömrəli 07.02.2020-ci il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, İddiaçı1 mülkiyyətində olan ünvan 3 81, M5, 3 nömrəli mənzilin Şəmkir Rayon Məhkəməsinin 2(076)-2716/2019 nömrəli, 11.09.2019-cu il tarixli icra vərəqəsinin və Xətai rayon icra və probasiya şöbəsinin 28.12.2019-cu il tarixli, 17/71 nömrəli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 160500 manat olaraq müəyyən edilmişdir. ünvan 3 81, M5, 3 nömrəli mənzil 160500 manat qiymətə tələbkar X7 tərəfindən əldə olunmuşdur. Hərracın təşkilinə görə hərrac mərkəzi, əmlakın satışı və əməliyyatlara görə sifarişçi məsuliyyət daşıyır. İddiaçı1 ünvalnamış poçt konvertinin surətindən görünür ki, İddiaçı1 ünvan 4 ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. "xxxx" MMC-nin 09.09.2021-ci il tarixli, LP-152/2021 nömərli mütəxəssin rəyindən görünür ki, ünvan 3 81, M5, 3 nömrəli mənzilin hazırki bazar qiyməti – 320000 manat, likvid qiymət 310000 manat müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2716/2019 nömrəli, 11.09.2019-cu il tarixli icra vərəqəsinin və Xətai rayon icra və probasiya şöbəsinin 28.12.2019-cu il tarixli, 17/71 nömrəli sifariş məktubunun icrasına əsasən "xxxx" MMC-yə (keçmiş adı Cavabdeh MMC) hərrac təşkil etmişdir. Hərrac Təşkilatının 14 nömrəli 07.02.2020-ci il tarixli hərracın yekunları barədə protokoluna əsasən müvafiq mənzili 160500 manat qiymətlə tələbkar X7 əldə etmişdir. Hərracın keçirilməsi vaxtı barədə bildirişlər maraqlı tərəflər olan İddiaçı1 ünvan 5 ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. Hərrac keçirilən zaman İddiaçı1 cəzaçəkmə müəssəsində olmuş, tələbkar X7 bundan məlumatlı olmuş, lakin hərracın vaxtı və yeri barədə bildiriş Şəmkir şəhəri, Musayev küçəsi, ev 3 ünvanına göndərilmişdir. Cavabdeh "xxxx" MMC-nə məhkəmə sorğusu verilməsinə baxmayaraq hərraca dair bildirişlər, hərracla bağlı elanın yerləşdirilməsinə dair məlumatlar məhkəməyə təqdim edilməmişdir. Mövcud hüquq münasibətləri ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarını əlaqəli şəkildə təhlil edərək mülki iş üzrə hüquqi nəticəyə gəlir. “İpoteka haqqında” Qanunun: 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.2-ci maddəsinə görə ipoteka saxlayan tutmanın yönəldilməsinə dair bildirişin bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verilməsi barədə məhkəməyə sübut təqdim etməlidir. 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2, 41.3, 41.4 və 41.5-ci maddələrinə əsasən, Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 44-cü maddəsinə əsasən “İpoteka haqqında” Qanunun müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2-ci maddəsinin tələbinə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinin tələbinə görə əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.3-cü maddəsinə əsasən icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuş tələb, məhkəmə və ya digər orqanın qərarı barəsində mübahisə qaldırıldığı halda mübahisəyə mahiyyəti üzrə baxılanadək bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat aşağıdakı vaxtlara qədər dayandırılır. Həmin Qanunun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Sadalanan qanunverilcik əsaslarından görünüyü kimi hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Bu qaydaların pozulması ilə keçirilmiş hərrac etibarsızdır. Cavabdeh "xxxx" MMC iddia ərizəsinə etiraz təqdim etsə də həmin etiraza hərracın qanunla nəzərdə tutulmuş qaydada keçirilməsini təsdiq edən bütün sənədləri əlavə edilməmişdir. Bu səbəbdən "xxxx" MMC-nə sorğu verilmiş, iş materiallarına əlavə edilmiş qəbzdən göründüyü kimi həmin sorğunu "xxxx" MMC 07.10.2021-ci il tarixdə almasına baxmayaraq bütün sənədləri məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iclası təxirə salınaraq 14 oktyabr 2021-ci il tarixdə "xxxx" MMC-nə təkrar məhkəmə sorğusu verilmiş, iş materiallarına əlavə edilmiş qəbzdən göründüyü kimi təkrar sorğunu "xxxx" MMC 14.10.2021-ci il tarixdə almasına baxmayaraq bütün sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan sübutlardan göründüyü kimi "xxxx" MMC hərracın təşkilatçısı kimi hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirməsinə dair, habelə bildirişlərə dair sübutları məhkəməyə təqdim etməmişdir. O da qeyd edilməlidir ki, hərracın keçirilməsi vaxtı barədə bildirişlər maraqlı tərəflər olan İddiaçı1 ünvan 5 ünvanda yaşamır” poçt qeydi ilə geri qaytarılmışdır. Hərrac keçirilən zaman İddiaçı1 cəzaçəkmə müəssəsində olmuş, tələbkar (hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuş) X7 bundan məlumatlı olmuş, lakin hərracın vaxtı və yeri barədə bildiriş Şəmkir şəhəri, Musayev küçəsi, ev 3 ünvanına göndərilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Xətai rayon icra şöbəsinin sifarişi əsasında "xxxx" MMC-yə ( Cavabdeh MMC) tərəfindən ünvan 3 81, M5, 3 nömrəli mənzilə dair keçirilmiş hərracın yekunları barədə 14 nömrəli 07.02.2020-ci tarixli Protokol ləğv edilməli və hərracın nəticələri etibarsız hesab olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçı tərəfindən hər hansı bir tələb olmadığından, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayon İcra və probasiya şöbəsinin 28.12.2019-cu il tarixli, 17/71- 153021/2019-9 saylı sifariş məktubu əsasında "xxxx" MMC ( Cavabdeh MMC) tərəfindən ünvan 3 81, M5, 3 nömrəli mənzilə dair keçirilmiş hərracın yekunları barədə 14 nömrəli 07.02.2020-ci tarixli Protokol ləğv edilsin və həmin hərracın nəticələri etibarsız hesab olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar