Məhkəmə qərarları › İş №2(005)-463/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-463/2020

15.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-463/2020 15.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əlili Gülnar Yadulla qızının katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh2 MMC-nin vəkili Vəkil2 iştirakı ilə, İddiaçıcavabdehlər X8 və Cavabdeh2 MMC-yə, Cavabdeh3 qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X8 və Cavabdeh2 MMC-yə qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş yol nəqliyyat qəzası zamanı **-OT-*** dövlət nömrə nişanlı “GMC Accadia” markalı avtomobilə vurulmuş 25839,00 (iyirmi beş min səkkiz yüz. Otuz doqquz) manat məbləğində maddi ziyanı və 5000,00 (beş min) manat məbləğindədəymiş mənəvi ziyanın, həmçinin 30,00 (otuz) manat məbləğində dövlət rüsumunu, cəmi30866,00 (otuz min səkkiz yüz altmış altı) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixdə özünə məxsus olan **-OT-*** dövlət nömrə nişanlı “GMC Accadia” markalı avtomobilinin idarə edilməsi üçün *0123 ayıq sürücü xidmətinə müraciət etmişdir. *0123 ayıq sürücü xidməti tərəfindən göndərilmiş sürücü Cavabdeh1 sifariş üzrə təyinat yerinə göndərilmişdir. İddiaçı avtomobilin qabaq sağ oturacağında, Cavabdeh1 isə **-OT-*** dövlət nömrə nişanlı “GMC Accadia” markalı avtomobilin sükanı arxasında əyləşərək avtomobili idarə etmişdir. X19 Hövsan-Zığ yolunda sərt döngə də sağa manevr edərkən ciddi səhvə yol verdiyi üçün ağır yol qəzası törətmişdir və avtomobili təxminən 3 metr dərinliyində olan çuxura salmışdır. Nəticədə cavabdeh iddiaçının sağlamlığına zərər vurmuş və həmçinin də avtomobilinə maddi ziyan vurmaqla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə tibbi ekspertiza və patoloji anatomiya elmitəcrübi və tədris birliyi tərəfindən verilən 394 nömrəli ekspert rəyindən məlum olur ki, İddiaçı aldığı xəsarətlər sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Yol nəqliyyat hadisəsi zamanı iddiaçı xəsarətlər aldığına görə Suraxanı RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X15 tərəfindən araşdırma aparılmış və toplanılmış materiallar üzrə Cavabdeh1 barəsində AR CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cavabdeh1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində TYP 142049 nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati məsuliyyətə cəlb edilməsi üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Suraxanı Rayon Məhkəməsinin 3(010)-858/2019 saylı inzibati iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Digər cavabdehlər ‘'Cavabdeh2” MMC və MMC-nin direktoru Cavabdeh3 fiziki şəxs olaraq ********** sayla vergi uçotuna alınmışdır. Cavabdehlər “Cavabdeh2" MMC və Cavabdeh3 *0123 qısa nömrəsi ilə taksi və ayıq sürücü xidmətinin təşkili ilə məşğul olurlar. İddiaçı internet vasitəsilə ayıq sürücü axtaran zaman *0123 qısa nömrəsini tapmış və bu xidmətdə təklif edilən ayıq sürücülərin sığortalı olması elanını gördükdən sonra bu xidmətə daxili inam yaranmış və *0123 təklif etdiyi xidmətdən istifadə etmək qərarına gəlmişdir. Beləliklə iddiaçı məhz *0123 qısa nömrəsinə zəng edərək ayıq sürücü göndərilməsini xahiş etmişdir. Lakin hadisədən sonra *0123 xidməti təşkil edən cavabdehlər ilə görüş zamanı məlum olmuşdur ki, onlar internetdə yalan məlumat veriblər, sürücülərin heç biri sığortalı deyil. Dəfələrlə həmin xidmətə müraciət edərək dəymiş ziyanın ödənilməsini xahiş etsə də *0123 qısa nömrəsi ilə fəaliyyət göstərən cavabdehlər Cavabdeh2 MMC xidməti və həmin xidmətin rəhbəri fiziki şəxs Cavabdeh3 bundan imtina etmişdir. İmtinanın əsası kimi onu göstərmişdir ki, Bədiyev Xaliq artıq onların işçisi deyil onu işdən azad ediblər. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdeh X1 RPİ-də, həmçinin Suraxanı Rayon Məhkəməsində izahat verən zaman *0123 ayıq sürücü xidmətində, yəni ‘‘Cavabdeh2’' MMC-də işlədiyini bildirmişdir. Bundan əlavə iddiaçı qeyd etdiyi kimi yalan reklama aldanaraq məhz *0123 qısa nömrəsinə zəng edərək ayıq sürücü göndərilməsini xahiş etmişdir. Belə olan halda hesab edir ki, Cavabdeh2 MMC-nin rəhbəri və fiziki şəxs Cavabdeh3 digər cavabdeh X9 artıq işdən çıxartmışıq deməsi sadəcə olaraq məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Həmçinin pretenziya qaydasında da maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə cavabdehlərə müraciət olunmuşdur. Göründüyü kimi cavabdehlərin qanunazidd əməlləri nəticəsində iddiaçının hüquqları kobudcasına pozulmuş və cavabdeh X6 Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” qanununun tələblərini pozması nəticəsində İddiaçı sağlamlığına, eyni zamanda əmlakına həm maddi, həm də mənəvi ziyan dəymişdir. Belə ki, qəza zamanı İddiaçı idarə etdiyi 90- OT- 225 dövlət nömrə nişanlı “GMC Accadia” markalı avtomaşına 25839,00 manat ziyan vurulmuşdur. Bu fakt öz əksini Azərbaycan Respublikasında “GMC” avtomobillərinin rəsmi distribütoru olan "xxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən təqdim olunmuş xx xxx 2019-cu il tarixli 223/19 saylı nöqsan aktında tapmışdır. Təqdim olunmuş aktdan məlum olur ki, “GMC Accadia” markalı 90-01-225 dövlət nömrə nişanlı avtomaşına vurulmuş ziyanın dəyəri 25839,00 manat təşkil etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, yol nəqliyyat hadisəsi baş verən zaman iddiaçının sağlamlığına zərər dəymiş və hadisə baş verən zaman iddiaçı qorxu və stress keçirtmişdir. Bundan əlavə cavabdehlərin qanuna zidd hərəkətləri və zərərçəkmiş şəxsə biganə yanaşmaları iddiaçının mənfi psixoloji reaksiyasına səbəb olmuş və zərərçəkmiş şəxs psixoloji gərginlik, psixoloji sarsıntı keçirmişdir. Bununla da iddiaçıya mənəvi ziyan vurulmuşdur. Hesab edir ki, İddiaçı vurulmuş mənəvi ziyanın miqdarı 5000,00 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, Cavabdeh2 MMC ilə sürücülər arasında xidməti müqavilə vardır. Cavabdeh1lə də şirkət arasında əmək müqaviləsi yox, xidməti müqavilə bağlanmışdır. Sürücülərin hər hansı hadisə olduğu halda məsuliyyəti öz üzərilərinə götürmələri barədə ərizələri də var. Məsuliyyəti şirkət daşımır, bütün məsuliyyət sürücülər daşıyır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh1 məhkəmə iclasına üzrsüz səbəblərdən gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında TYP nömrəli 142049 saylı protokolun surətindən görünür ki, xx.xx.2019-cu il tarixində saat 01.00-radələrində GMC Accadia markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 tərəfindən sürücü Hövsan-Zığ yolunda hərəkətdə olarkən sağa manevr edərkən idarəetməni itirərək yolun sağında olan çuxura düşmüşdür. Nəticədə İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati xətanı törətmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-858/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş General Motors (xxxxxxxxxxxxxxxxxx) tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ziyan aktından görünür ki, X3 məxsus olan “GMC Acadia” markalı **-OT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşına dəymiş maddi ziyan 25.839,64 manat müəyyən edilmişdir. İş materiallarında olan AD 053635 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 BC kateqoriyası üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2025-ci il tarixədək sürücülük hüququ mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 13 saylı ərazi vergilər idarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Cəmiyyətin dövlət reyestr məlumatları aşağıdakı kimidir: Qurumun adı: Cavabdeh2 MMC, qeydiyyata alındığı tarix: xx.xx.2017, Dövlət qeydiyyat (VÖEN): **********, Təsisçisi: Cavabdeh3. İş materiallarında olan Əmək və X13 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X7 adına Cavabdeh2 MMC tərəfindən Əmək və X13 Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək müqaviləsi bildirişi” altsisteminə əmək müqaviləsi bildirişi daxil edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh1 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ayıq sürücü xidmətlərinin göstərilməsi haqqında xidmət müqaviləsinin surətindən görünür ki, Nizamnamə əsasında fəaliyyət göstərən Cavabdeh2 MMC-nin direktoru Cavabdeh3 Umuxan oğlu (vasitəçi) və fiziki şəxs Cavabdeh1 (icraçı) arasında bağlanmış müqaviləyə əsasən vasitəçi sərnişin daşıma və ayıq sürücü xidmətlərinin göstərilməsi haqqında müqavilə ilə müəyyən edilmiş qaydada, müddətlərdə və informasiya xidmətləri göstərməyi, icraçı isə təqdim olunan informasiyaları qəbul etməyi və həmin müqavilə ilə müəyyən edilmiş məbləğdə, qaydada, müddətlərdə və şərtlərdə onların haqqını vasitəçiyə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ərizənin surətinə əsasən Cavabdeh1 Cavabdeh2 MMC-yə müraciət edərək sığorta məbləğini ödəməyə vəsaiti olmadığı üçün yol nəqliyyat hadisəsi zamanı hər hansı bir hadisə baş verərsə tam məsuliyyət daşıyır. İş materiallarında olan X2 ərizəsindən görünür ki, o, ** OT *** dövlət qeydiyyat nişanlı “GMC Acadia” markalı avtomobili İddiaçı satmışdır. Faktiki olaraq həmin avtomobil İddiaçı mülkiyyətindədir. Bu səbəbdən dəymiş ziyanın iddiaçının xeyrinə tutulmasını xahiş edir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 4403 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xxxxxxxxxxxxxxxxxx LTD tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı GMC Accadia markalı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi təqdim edilməklə təxminən 16812 manat müəyyən edilir. Beləliklə mülki işin materiallarında öz əksini tapan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh1 xx xxx 2019-cu il tarixdə saat 01 radələrində ayıq sürücü qismində İddiaçı məxsus GMC Acadia markalı, ** OT *** dövlət qeydiyyat nişanlı avtomobili, sonuncu da avtomobildə olmaqla Bakı şəhəri, Zığ-Hövsan şosesi ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi istiqamətində 80 km/saat sürətlə idarə edərkən yolun dömgəli hissəsində idarəetməni itirmiş və idarə etdiyi İddiaçı məxsus GMC Acadia markalı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobil yolun sol kənarındakı çuxura düşmüşdür. Nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, həmçinin tərəflərin məhkəmə iclası zamanı verdiyi izahatlarla qismən sübuta yetmişdir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə bildirir ki, Cavabdeh1lə digər Cavabdeh2 MMC arasında hər hansı əmək münasibətlərinin olması müəyyən edilmir, tərəflər arasında bağlanmış xidmət müqaviləsi isə bir neçə dəfə məhkəmə iclaslarında cavabdehlərdən tələb olunsa da, həmin müqavilə yalnız sonuncu məhkəmə iclaslarından birində təqdim edilmişdir. Bununla yanaşı məhkəmə qeyd zəruri hesab edir ki, AR Vergilər Nazirliyində Cavabdeh1 fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcud deyildir. Həmin xidmət müqaviləsinin 1.5-ci bəndində “Cavabdeh2 MMC sadəcə vasitəçilik (dispentçer) xidməti göstərir, müştəri və sürücünü birləşdirir” qeyd edilsə də, cavabdeh şirkət tərəfindən internet səhifəsində “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” başlıqlı elanlar yerləşdirilmişdir. Üstəlik də tərəflərin əmək münasibətlərində olmadıqları məhkəmə araşdırması zamanı sübuta yetmişdir, Cavabdeh2 MMC-yə məxsus olan “0123”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“Cavabdeh2 MMC-nin sadəcə vasitəçilik (dispentçer) xidməti göstərmədiyi iş materialları ilə öz təsdiqini tapmışdır. Belə ki, şirkət tərəfindən elanlarda “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” başlıqlı reklamlar yerləşdirilməklə, cavabdeh MMC vasitəçilik xidməti ilə yanaşı sürücülərin peşəkarlığı və s. barədə müştərilər qarşısında tam keyfiyyətli xidmətə dair öhdəlik götürmüş olub. Bununla yanaşı məhkəmə hesab edir ki, yuxarıda sadalananlara əsasən AR MM-nin 1099.1-ci maddəsində nəzərdə tutulmuş müddəalar hazırki mülki mübahisəyə tətbiq edilə bilmədiyindən, Cavabdeh2 MMC ilə yanaşı inzibati xəta törətmiş Cavabdeh1 də zərərin əvəzini ödəmək öhdəliyi daşıyır. İşin faktiki hallarından göründüyü kimi baş vermiş yol nəqliyyat qəzası zamanı **-OT- *** dövlət nömrə nişanlı “GMC Accadia” markalı avtomobilə ziyanın vurulması, cavabdehlər X7 və Cavabdeh2 MMC-nin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində zərərin vurulduğu və bu hərəkətlərlə (hərəkətsizliklə) ziyanın arasında səbəbli əlaqənin olduğu sübuta yetmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 və Cavabdeh2 MMC-yə münasibətdə qismən təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni iş üzrə mötəbər sübut hesab edilən Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 4403 saylı rəyi ilə müəyyən edilən 16812 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə habelə digər Cavabdeh3 münasibətdə iddia tələbini əsassız hesab edərək, ona aid hissədə iddianın təmin edilməməsini qanuni hesab edir. Belə ki, cavabdeh U.Mehdiyevin törədilmiş delikt və vurulmuş ziyanla bağlı hər hansı məsuliyyət daşıması müəyyən edilmir. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fizikiiztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, "İnsan Hüquqlarının və Əsas Azadlıqların X5”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X16 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Hüquqlarının və ƏsasAzadlıqların X5”nın 41-ci maddəsinə və X16 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərərivurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və Əsas Azadlıqların X5”nın müddəaları və X16 Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərinödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-cimaddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, cavabdeh X4 və Cavabdeh2 MMC-dən müştərək qaydada iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə, 120 manat ekspertiza xərci Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X4 və Cavabdeh2 MMC-dən müştərək qaydada 16812 manat və 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbləri qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 120 manat X4 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar