Məhkəmə qərarları › İş №2(005)-464/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-464/2020

11.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-464/2020 11.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı” X1 Cavabdeh qarşı “su axıdılması nəticəsində vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “su axıdılması nəticəsində vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı əmlakına vurduğu 21.861 (iyirmi bir min səkkiz yüz altmış bir) manat məbləğində maddi zərərin, 5.000 (beş min) manat məbləğində mənəvi zərərin və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat olmaqla, cəmi 26.891 (iyirmi altı min səkkiz yüz doxsan bir) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə və Cavabdeh mənzilindən İddiaçınə məxsus olan pərdə sexinə su axımının qarşısının alınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh faktiki olaraq yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilindən bir mərtəbə aşağıda olan İddiaçınə məxsus pərdə sexinə uzun müddət su axmış, nəticədə pərdə sexinin təmirinə, orda olan pərdə stoluna, həmçinin müştərilərin sifarişi ilə hazırlanan pərdələrə ciddi zərər dəymişdir. Göründüyü kimi, Cavabdeh təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində İddiaçınə məxsus sexdə olan əmlak, vətəndaşların sifarişi ilə tikilən pərdələrin, İtaliya Respublikasından gələn parçaların yararsız vəziyyətə düşməsinə səbəb olmuşdur. Cavabdeh təqsiri üzündən İddiaçınə məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu müəyyən edilmişdir. Bu barədə İddiaçı direktor müavini X10, İddiaçı mühasibi X3, həmin sexdə işləyən dərzi X5 və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin sahə müvəkkili, polis kapitanı X7 iştirakı ilə pərdə sexinə baxış keçirilmiş və xx xxxxxxx 2019-cu il tarixdə akt tərtib edilmişdir. Eyni zamanda, pərdə sexinə baxış keçirilən zaman tərtib edilmiş aktdan əlavə olaraq pərdə sexinin mövcud vəziyyətini əks etdirən foto şəkillər və video görüntülər çəkilmişdir. Belə ki, İddiaçınə məxsus olan pərdə sexinə Cavabdeh mənzilindən su axması nəticəsində, sexdə yararsız vəziyyətə düşən əmlakların siyahısını təqdim edirik: Rayure Verticale 40 metr - 3.400 (üç min dörd yüz) manat, Bringhton-280 decor (5170-247) 32 metr - 2.496 (iki min dörd yüz doxsan altı) manat, Bellagio Verte 23 metr - 1.955 (bir min doqquz yüz əlli beş) manat, Silk Shantung 21 metr - 4.410 (dörd min dörd yüz on) manat; Bringhton-280 decor (5170-249) 80 metr - 6.800 (altı min səkkiz yüz) manat, parçaların kəsilməsi və tikilməsi üçün masa 1 ədəd - 300 (üç yüz) manat, təmirə dəymiş ümumi zərər - 2.500 (iki min beş yüz) manat. İddiaçı Cavabdeh ilə dəfələrlə əlaqə saxlanılmasına çalışsa da, bu mümkün olmamışdır. Həmçinin, İddiaçı tərəfindən poçt vasitəsilə Cavabdeh ünvanı xəbərdarlıq göndərilmiş və iddiaçı “İddiaçı"' X2 dəymiş maddi ziyanın 3 (üç) gün müddətində ödənilməsi və bir daha bu cür halların baş verməsinin qarşısının alınması xahiş edilmişdir. Əks təqdirdə, ona qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqları barədə xəbərdarlıq edilmişdir. Lakin Cavabdeh bu xəbərdarlığa da əhəmiyyət verməyərək, hadisəyə laqeyd yanaşaraq, dəymiş ziyanın aradan qaldırılmasına heç bir səy göstərməmişdir. Cavabdeh bu qanunsuz və saymazyana hərəkəti nəticəsində vətəndaşlar tərəfindən verilmiş sifarişlərin məhv olmasına və nəticədə İddiaçı iş-güzar nüfuzuna zərər dəyməsinə səbəb olmuşdur. Ona görə də İddiaçı hesab edir ki, Cavabdeh 21.861 (iyirmi bir min səkkiz yüz altmış bir) manat məbləğində maddi və 5.000 (beş min) manat məbləğində mənəvi ziyan tutularaq İddiaçınə ödənilməlidir. Eyni zamanda, Cavabdeh İddiaçınə vurduğu maddi və mənəvi zərərin ödənilməsi barədə iddia ərizəsinin hazırlanması (tərtib edilməsi), sənədlərin toplanması və sair hərəkətlərin həyata keçirilməsi üçün vəkil BağırovZiya Bayram oğluilə 200 (iki yüz) manat məbləğində müqavilə bağlanmış, iddia tələbinin məhkəmədə qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bununla əlaqədar olaraq, Cavabdeh İddiaçınə vurduğu maddi və mənəvi zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlinmişdir. İddiaçı xx xxxx 2020-ci il tarixdə iddia tələbinə dəqiqləşmə verərək, Cavabdeh İddiaçı əmlakına vurduğu 18.288 (on səkkiz min iki yüz səksən səkkiz) manat məbləğində maddi zərərin, 5.000 (beş min) manat məbləğində mənəvi zərərin və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat da daxil olmaqla, cəmi 23.318 (iyirmi üç min üç yüz on səkkiz) manatməbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçınə ödənilməsinə, Cavabdeh mənzilindən İddiaçınə məxsus olan pərdə sexinə su axımının qarşısının alınmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşdirməni onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində təmirə dəymiş ümumi zərər kimi 2.500 (iki min beş yüz) manat tələb etmişdir. Hazırki ekspert rəyinə əsasən İddiaçı təmir xərci kimi 3.027 (üç min iyirmi yeddi) manat məbləğində pul vəsaiti tələb etməkdə haqlıdır. Bundan əlavə, xx xxxxxx 2019-cu il tarixli alınan sifariş qəbzinə əsasən İddiaçı tərəfindən hazırlanaraq satılacaq pərdələrdən aşağıdakı məbləğlərdə gəlir əldə ediləcəkdir: Rayure Verticale 40 metr - 3.400 (üç min dörd yüz) manat; Bringhton-280 decor (5170-247) 32 metr - 2.496 (iki min dörd yüz doxsan altı) manat; Bellagio Verte 23 metr - 1.955 (bir min doqquz yüz əlli beş) manat; Silk Shantung 21 metr - 4.410 (dörd min dörd yüz on) manat. Lakin su sızması nəticəsində parçalara zərər dəymiş, İddiaçı bu səbəbdən satışını həyata keçirdə bilməmişdir və bununla da real qazancını əldə edə bilməmişdir. Həmçinin, su sızması nəticəsində parçaların kəsilməsi və tikilməsi üçün 1 ədəd 3.000 (üç min) manat dəyərində olan masa yararsız hala düşmüşdür. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, Cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı direktor müavini X14, İddiaçı mühasibi X8, həmin sexdə işləyən dərzi X5 və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin sahə müvəkkili, polis kapitanı X11 tərəfindən tərtib edilmiş xx xxxxxxx 2019-cu il tarixli aktın məzmunundan görünür ki, Cavabdeh təqsiri üzündən İddiaçınə məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu müəyyən edilmişdir; xx xxxxxx 2019-cu il tarixli alınan sifariş qəbzinin məzmunundan görünür ki, İddiaçı tərəfindən Rayure Verticale 40 metr - 3.400 (üç min dörd yüz) manat; Bringhton-280 decor (5170- 247) 32 metr - 2.496 (iki min dörd yüz doxsan altı) manat; Bellagio Verte 23 metr - 1.955 (bir min doqquz yüz əlli beş) manat; Silk Shantung 21 metr - 4.410 (dörd min dörd yüz on) manat olmaqla, cəmi 12.261 (on iki min iki yüz altmış bir) manat məbləğində hazırlanaraq satılacaq pərdələrdən gəlir əldə edilməsi nəzərdə tutulmuşdur; İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubunun surətindən və məzmunundan görünür ki, xx xxxxxx 2019-cu il tarixli poçt qəbzi ilə göndərilmiş müvafiq məktubla “İddiaçı"' X2 dəymiş maddi ziyanın 3 (üç) gün müddətində ödənilməsi və bir daha bu cür halların baş verməsinin qarşısının alınması xahiş edilmiş, əks təqdirdə, Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı barədə xəbərdarlıq edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx xxxxxx 2020-ci il tarixli məktubunun məzmunundan görünür ki, ünvan 4, 49 nömrəli mənzil Cavabdeh adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 380 nömrəli, xx xxx 2020-ci il tarixli rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə və mülki iş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli aktın məlumatlarına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 42 nömrəli ünvanda yerləşən İddiaçı pərdə sexinə suyun üst mərtəbədə yerləşən 49 nömrəli mənzildən sızması, suyun sızmasının isə 49 nömrəli mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilməsi müəyyən edilmiş, su sızma nəticəsində, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 42 nömrəli ünvanda yerləşən İddiaçı pərdə sexində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətinə uyğun olaraq 3.027 (üç min iyirmi yeddi) manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatdır; Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı xx xxxxxx 2010-cu il tarixdə ********** VÖEN ilə qeydiyyatdan keçmiş, hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi, ev 51 göstərilmiş, təsisçilər və nizamnamə kapitalında mayalarının hazırki miqdarı 100% hissədə qanuni təmsilçi X9 məxsusdur, bu barədə xx xxx 2016-cı il tarixdə **********363600 nömrəli çıxarış verilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən evin 1-ci mərtəbəsində ümumi sahəsi 41,3 kv.metr olan qeyri-yaşayış sahəsi X10 adına daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 1817 nömrəli vərəqində qeydiyyata alınmışdır; X14-icarəyə verən ilə İddiaçı-icarəçi arasında bağlanmış xx xxxx 2019-cu il tarixli qeydiyaşayış sahəsinin icarə müqaviləsinin surətindən və məzmunundan görünür ki, icarəyə verən icarə predmeti olan ünvan 4 ünvanında yerləşən evin 1-ci mərtəbəsində ümumi sahəsi 41,3 kv.metr olan qeyri-yaşayış sahəsini icarəçinin istifadəsinə verməyi, icarəçi isə müqavilə ilə müəyyən edilmiş icarə haqqının ödənilməsinə dair öhdəlik götürürlər (1.1-ci bənd). İcarənin müddəti xx xxxx 2019-cu il tarixdən xx xxx 2020-ci il tarixədək, 11 (on bir) ay müddətinə müəyyən olunur (1.8-ci bənd). İcarə haqqı hər bir təqvim ayı üçün 500 (beş yüz) manat məbləğində müəyyən edilir (2.1-ci bənd); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır; xx xxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxx 2010-cu il tarixdə ********** VÖEN ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunda qeydiyyatdan keçmiş, hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi, ev 51 göstərilmiş, təsisçilər və nizamnamə kapitalında mayalarının hazırki miqdarı 100% hissədə qanuni təmsilçi X9 məxsusdur, bu barədə dövlət reyestrindən xx xxx 2016-cı il tarixdə **********363600 nömrəli çıxarış verilmişdir. ünvan 4 ünvanında yerləşən evin 1-ci mərtəbəsində ümumi sahəsi 41,3 kv.metr olan qeyriyaşayış sahəsi X10 adına daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 1817 nömrəli vərəqində qeydiyyata alınmışdır. X14-icarəyə verən ilə İddiaçı-icarəçi arasında bağlanmış xx xxxx 2019-cu il tarixli qeydi-yaşayış sahəsinin icarə müqaviləsinə əsasən icarəyə verən icarə predmeti olan ünvan 4 ünvanında yerləşən evin 1-ci mərtəbəsində ümumi sahəsi 41,3 kv.metr olan qeyri-yaşayış sahəsini icarəçinin istifadəsinə verməyi, icarəçi isə müqavilə ilə müəyyən edilmiş icarə haqqının ödənilməsinə dair öhdəlik götürürlər (1.1-ci bənd). İcarənin müddəti xx xxxx 2019-cu il tarixdən xx xxx 2020-ci il tarixədək, 11 (on bir) ay müddətinə müəyyən olunur (1.8-ci bənd). İcarə haqqı hər bir təqvim ayı üçün 500 (beş yüz) manat məbləğində müəyyən edilir (2.1-ci bənd). Eyni zamanda müəyyən edilmişdir ki, ünvan 4, 49 nömrəli mənzil Cavabdeh adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. İddiaçı direktor müavini X14, İddiaçı mühasibi X8, həmin sexdə işləyən dərzi X5 və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin sahə müvəkkili, polis kapitanı X11 tərəfindən tərtib edilmiş xx xxxxxxx 2019-cu il tarixli aktla Cavabdeh təqsiri üzündən İddiaçınə məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu müəyyən edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 380 nömrəli, xx xxx 2020-ci il tarixli rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 42 nömrəli ünvanda yerləşən İddiaçı pərdə sexinə suyun üst mərtəbədə yerləşən 49 nömrəli mənzildən sızması, suyun sızmasının isə 49 nömrəli mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilməsi müəyyən edilmiş, su sızma nəticəsində, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, 42 nömrəli ünvanda yerləşən İddiaçı pərdə sexində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətinə uyğun olaraq 3.027 (üç min iyirmi yeddi) manat müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Rayure Verticale 40 metr - 3.400 (üç min dörd yüz) manat; Bringhton-280 decor (5170-247) 32 metr - 2.496 (iki min dörd yüz doxsan altı) manat; Bellagio Verte 23 metr - 1.955 (bir min doqquz yüz əlli beş) manat; Silk Shantung 21 metr - 4.410 (dörd min dörd yüz on) manat olmaqla, cəmi 12.261 (on iki min iki yüz altmış bir) manat məbləğində hazırlanaraq satılacaq pərdələrdən gəlir əldə edilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubu ilə iddiaçıya dəymiş maddi ziyanın 3 (üç) gün müddətində ödənilməsi və bir daha bu cür halların baş verməsinin qarşısının alınması xahiş edilmiş, əks təqdirdə, Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır; 226.2-ci maddəsinə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir; 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1111.2-ci maddəsinə görə isə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir; 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia qismən, yəni İddiaçı icarə əsasında fəaliyyət göstərdiyi ünvanda iddiaçıya cavabdeh şəxsin təqsiri nəticəsində yetirilmiş zərər olaraq xx xxxxxx 2019-cu il tarixli alınan sifariş qəbzi əsas götürülməli və ümumilikdə 12.261 (on iki min iki yüz altmış bir) manat məbləğində hazırlanaraq satılacaq pərdələrdən gəlir əldə edilməsi nəzərdə tutulduğundan, lakin cavabdehin mülki hüquq pozuntusu nəticəsində həmin gəlir əldə edilmədiyindən qeyd edilən məbləğdə vəsait, yəni 12.261 (on iki min iki yüz altmış bir) manat məbləğində olan hissədə təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddiaçı şəxsin maddi zərər olaraq tələb etdiyi digər vəsait ilə bağlı əsaslı sübut məhkəməyə təqdim edilmədiyindən, maddi zərərlə bağlı qalan hissə təmin edilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbinin maddi zərər olaraq təmir xərci iş üzrə verilmiş ekspertiza rəyi əsas götürülməklə 3.027 (üç min iyirmi yeddi) manat hissədə təmin olunmalı və qeyd edilən məbləğ cavabdeh şəxsdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddia tələbi maddi zərərlə bağlı təmin edilməməlidir. Məhkəmə İddiaçı 5.000 (beş min) manat məbləğində mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X13 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X13 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və X13 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən Cavabdeh təqsirli hərəkətlərinin təsirindən onun mənəvi zərərlə bağlı iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdeh şəxsdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin olunmalı, qeyri-yaşayış sahəsinə vurulmuş maddi zərərin əvəzi kimi 3.027 (üç min iyirmi yeddi) manat və yararsız vəziyyətə düşən əmlakların dəyərinin əvəzi kimi 12.261 (on iki min iki yüz altmış bir) manat olmaqla, cəmi 15.288 (on beş min iki yüz səksən səkkiz) manat məbləğində pul vəsaiti tutulub iddiaçıya ödənilməli, 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçının xeyrinə tutulmalı, məhkəmə xərclərindən ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehdən tutulub dövlət büdcəsinə keçirilməli, qalan hissədə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Qeyri-yaşayış sahəsinə vurulmuş maddi zərərin əvəzi kimi 3.027 (üç min iyirmi yeddi) manat və yararsız vəziyyətə düşən əmlakların dəyərinin əvəzi kimi 12.261 (on iki min iki yüz altmış bir) manat olmaqla, cəmi 15.288 (on beş min iki yüz səksən səkkiz) manat məbləğində pul vəsaiti, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutulub İddiaçınə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar