Məhkəmə qərarları › İş №2(005)-4718/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4718/2021

28.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4718/2021 28.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı, Cavabdeh “X12 nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh “X14”na qarşı “Ana Vətən" X3 Təftiş Komissiyasının 10 iyun 2021-ci il tarixli, 1 saylı protokolunun etibarsız hesab edilməsi və günahkar şəxslər tərəfindən məhkəmə qaydasında iddiaçıdan üzr istənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X14”na qarşı “Ana Vətən" X3 Təftiş Komissiyasının 10 iyun 2021-ci il tarixli, 1 saylı protokolunun etibarsız hesab edilməsi və günahkar şəxslər tərəfindən məhkəmə qaydasında iddiaçıdan üzr istənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı “Ana Vətən“ Partiyası sıralarından xaric edilməsi barədəki “Ana Vətən" X3 Təftiş Komissiyasının 10 iyun 2021-ci il tarixli, 1 saylı protokolunun etibarsız hesab edilməsi və günahkar şəxslər tərəfindən məhkəmə qaydasında iddiaçıdan üzr istənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o 1999-cu ildən 2008-ci ilə qədər “Ana Vətən” partiyasının Lənkəran təşkilatının sədri vəzifəsində çalışmışdır. 2008-ci ildə Lənkəran Səhər İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə Lənkəran 73 saylı Seçki dairəsinə katib seçilmişdir. Halhazırda həmin Seçki Dairəsinin üzvüdür. 2019-cu ildə "Ana Vətən” X5 üzvü seçilmişdir. "Ana vətən” Partiyasının respublika təşkilatı rəhbərliyinin göstərişi və tövsiyyəsi ilə Lənkəran, Lerik, Astara, Masallı və Yardımlı rayonlarında "Ana Vətən" partiyası təşkilatının genişlənməsinə yaxından köməklik etmişdir. Lakin heç bir səbəb göstərilmədən, izah verilmədən və izahat alınmadan Ali Məclisin üzvlüyündən çıxarılmışdır. Ali Məclisin üzvlüyündən çıxarılmağının səbəbini aydınlaşdırmaq üçün Partiyanın sədri və X7 Təftiş komissiyasının sədri ilə telefon əlaqəsi saxlamış, sədr telelon danışığında ona bildirmişdir ki, daha onlar qocalmışlar, o və onun kimilər siyasi fəaliyyətlə məşğul olmamalıdır. Ü.Bayramov isə ona bildirmişdir ki, belə istəmişlər, belə də etmişlər. O, buna narazılığını bildirdikdə ona demişdir ki, daha onlara lazım deyil. Ali Məclisin üzvlüyündən hansı səbəbə görə çıxarılmağını öyrənmək üçün 30 iyun 2021-ci il tarixdə Partiyanın sədrinə ərizə ilə müraciət etmişdir. Ərizə ora çatar-çatmaz köhnə tarixlə, yəni 10 iyun 2021-ci il tarixli “Ana Vətən" Partiyasının MNTK-nın 1 saylı Protokolu ilə Partiyanın sıralarından xaric olunmağı barədə məktub almışdır. Partiyadan çıxarılmağının səbəbini belə izah etmişlər ki, guya o, Partiya Nizamnaməsinin İİ bölməsinin İV bəndinin, 2-ci, yəni partiyanın qəbuletdiyi qərarların sözsüz yerinə yetirilməsini təmin etməmiş; 3-cü, yəni tənqiddən düzgün nəticə çıxarmamış: 4-cü, yəni xalqın və partiyanın mənafeyini, şərəf və ləyaqətini uca tutmaq və bunlara xələl gətirə biləcək hər hansı hərəkətə qarşı mübarizə aparmamış: 5-ci, yəni partiya sirrini saxlamamış, yəni həmin sirri yaymış, partiyadaxili intizama riayət etmə tələblərini ciddi şəkildə pozmuşdur. Həmin protokol Partiyanın Baş Ofisində işləyən: X10, X1, X8, X2, X4 tərəfindən imzalanmışdır. Vəsadət verərək bildirmişdir ki, onun Partiyadan çıxarılmağı baradə MNTK-na hansı şikayət ərizəsinin daxil olması, hamin ərizənin təsdiq edilmiş surəti. Protokolu imzalayan şaxslaıin hansı konfrans və ya qurultayda MNTK- na seçilmələri va na vaxtdan Partiyaya üzv qəbul edilmələri barədə məhkəməyə rəsmi sənədlər təqdim edilsin. Həmin sənədlərin surətləri şikayətçi olaraq ona da verilsin. “X16”sının MNTK-sı tərəlindən ona qarşı qərəzli mövqe tutulmasını cinayət faktı hesab edir. Ona görə də hamin qərarı rədd edir. Qəbul edilmiş həmin qərarın saxta, yalan, əsassız və qanunsuz olmasını bildirməklə məhkəmə qaydasında onun etibarsız hesab edilməsini və ondan üzr istənilməsini tələb edir. O, partiyada olduğu müddətdə Lənkəran bölgəsi üzrə iclasların keçirilməsi və Partiyaya yeni-yeni üzvlərin daxil edilməsi üçün əlindən gələni etmişdir. Rəhbərliyin «göstərişləri əsasında öz pensiyası hesabına rayonlara səfərlər etmişdir. Partiyanın sıralarının genişləndirilməsi istiqamətində geniş şaxəli işlər görmüşdür. “X16”sının MNTK nın üzvləri məhkəməyə çağrılaraq aşağıdakı məsələləri cavablandırmalıdırlar. Əks halda ona qarsı böhtan və təhqir cinayətləri üzrə aidiyyəti məhkəmələrə müraciətlər etmək məcburiyyərində qalacaqdır. “X15” MNTK-nın 10 iyun 2021-ci il tarixli, 1 saylı Protokolu saxta və əsassızdır. Ona görə də etibarsız, hesab edilməlidir. Məhkəmə iclasında İddiaçıiddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “X12 nümayəndəsi X11 məhkəmə iclasında iddia ərizəsinin əsassız olduğunu bildirərək iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan “Ana Vətən” X9 Təftiş Komissiyasının iclasının 1 saylı, 10.06.2021-ci il tarixli Protokolundan görünür ki, İddiaçı X12 sıralarından xaric edilməsi qərara alınmışdır. Dinlənilənlər: MNTK-nın sədri Ülvi Bayramov: İddiaçı partiya nizamnaməsinin İİ bölməsinin İV bəndinin 2,3,4,5,6-cı paraqraflarını ciddi şəkildə pozmuşdur. partiyanın qəbuletdiyi qərarların sözsüz yerinə yetirilməsini təmin etmək; tənqiddən düzgün nəticə çıxarmamaq; xalqın və partiyanın mənafeyini, şərəf və ləyaqətini uca tutmaq və bunlara xələl gətirə biləcək hər hansı hərəkətə qarşı mübarizə aparmamaq; partiya sirrini saxlamaq; partiyadaxili intizama riayət etmə tələblərini ciddi şəkildə pozmaq. Bununla əlaqədar MNK müvafiq qərarını verməlidir. İş materiallarında olan “X12 Məkəzi Aparatının 07.07.2021-ci il tarixli, X/21/22 saylı məktubundan görünür ki, İddiaçı 30 iyun 2021-ci il tarixli məktuba əsasən bildirmişdir ki, son zamanlar Partiyadakı fəaliyyəti bağlı bizə çoxsaylı şikayətlər daxil olmuşdur. MNTK-nın 10 iyun 2021-ci il tarixli iclasında bu məsələyə baxılmış, rəylər dinlənilmiş və müəyyən edilmişdir ki, Siz partiya daxilində təfriqəçiliyə yol vermiş, yersiz iddialarla çıxış etmiş, xoşagəlməz vəziyyət yaratmısınız və X14 Nizamnaməsinin İİ bölməsinin İV bəndinin 2. 3. 4, 5, 6-cı paraqraflarını ciddi şəkildə pozmusunuz. Buna görə də MNTK-nın qərarı ilə o, X12 sıralarından xaric edilmişdir. İş materiallarında olan “Ana Vətən” Partiyasının Nizamnaməsindən görünür ki, X7 Təftiş Komissiyası:qurultay qarşısında məsuliyyət daşıyır; zəruri hallarda öz iclaslarını keçirir. İlk iclasında özünə sədr seçir; rayon (şəhər) Nəzarət təftiş Komissiyası fəaliyyətinə rəhbərlik edir; partiyanın maliyyə vəsaitlərinin hərəkətinə və xərclənməsinə nəzarət edir; partiyanın Nizamnaməsinin yerinə yetirilməsinə nəzarət edir; partiya Nizamnaməsini pozan partiya üzvlərinin məsuliyyət məsələsinə baxır və həll edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 1993-cü il tarixdən “X14”nın üzvüdür.1999-cu ildən 2008-ci ilə qədər “Ana Vətən” partiyasının Lənkəran təşkilatının katibi vəzifəsində çalışmış, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının göstərişi əsasında Lənkəran şəhər 73 saylı Seşki dairəsində “Ana Vətən” partiyası xətti üzrə katib seçilmişdir. 10.06.2021-ci il tarixdə “Ana Vətən” X9 Təftiş Komissiyasının iclası keçirilmiş, həmin iclasda İddiaçı partiya üzvlüyündən xaric edilmiş və buna dair 1 saylı Protokol tərtib edilmişdir. İddiaçı, “Ana Vətən” X9 Təftiş Komissiyasının iclasının qanunsuz keçirildiyini, iclas barədə ona əvvəlcədən məlumat verilmədiyini, onun iştirakı olmadan iclas keçirərək hər hansı bir qanuni əsas olmadan onun partiya üzvlüyündən xaric edildiyini bildirmişdir. Bu səbəbdən də “Ana Vətən" X3 Təftiş Komissiyasının 10 iyun 2021-ci il tarixli, 1 saylı protokolunun etibarsız hesab edilməsi və günahkar şəxslər tərəfindən məhkəmə qaydasında iddiaçıdan üzr istənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cü maddəsinə görə aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 339.4-cü maddəsinə görə əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçı şəxsin hazırkı iddiası əsassızdır, iddiaçı şəxs müvafiq iddia ərizəsini əsaslı edən sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Belə ki, İddiaçı “Ana Vətən” X9 Təftiş Komissiyasının 10.06.2021-ci il tarixdə keçirilmiş iclasında İddiaçı tərəfindən partiya nizamnaməsinin İİ bölməsinin İV bəndinin 2,3,4,5,6-cı paraqraflarını ciddi şəkildə pozduğundan partiya üzvlüyündən xaric edilmişdir. İddiaçı “Ana Vətən” X9 Təftiş Komissiyasının nizamnamə ilə ona verilmiş səlahiyyətləri aşdığını iddia edərək, iclasın nəticələrinin qanunsuz olduğunu iddia edir. Lakin “X14”nın Nizamnaməsinin İİİ.16-cı bəndində göstərilir ki, X7 Təftiş Komissiyası:qurultay qarşısında məsuliyyət daşıyır; zəruri hallarda öz iclaslarını keçirir. İlk iclasında özünə sədr seçir; rayon (şəhər) Nəzarət təftiş Komissiyası fəaliyyətinə rəhbərlik edir; partiyanın maliyyə vəsaitlərinin hərəkətinə və xərclənməsinə nəzarət edir; partiyanın Nizamnaməsinin yerinə yetirilməsinə nəzarət edir; partiya Nizamnaməsini pozan partiya üzvlərinin məsuliyyət məsələsinə baxır və həll edir. Göründüyü kimi “Ana Vətən” X9 Təftiş Komissiyası nizamnamə ilə ona verilmiş səlahiyyətləri aşmamışdır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh “X14”na qarşı ““Ana Vətən" X3 Təftiş Komissiyasının 10 iyun 2021-ci il tarixli, 1 saylı protokolunun etibarsız hesab edilməsi və günahkar şəxslər tərəfindən məhkəmə qaydasında iddiaçıdan üzr istənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar