Məhkəmə qərarları › İş №2(005)-472/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-472/2025

31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-472/2025 31.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı cavabdeh «Brand Credit BOKT” MMC-yə qarşı «ödənilmiş pulun aidiyyəti üzrə borca yönəldilməsi, girov əşyaların qaytarılması və mənəvi zərər» tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Brand Credit BOKT” MMC-yə qarşı «ödənilmiş pulun aidiyyəti üzrə borca yönəldilməsi, girov əşyaların qaytarılması və mənəvi zərər» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X14 Olmayan Kredit Təşkilatı” MMC-yə ödənilmiş 1525 manat pulun iddiaçının adına rəsmiləşmiş kredit hesabına ödənilməsi, girov olaraq qoyduğu 1 ədəd 585 əyarlı 1.7 qram olan sep və kulon, 1 ədəd 750 əyarlı 4.3 qram üzük və bir dəst 750 əyarlı 21.4 qram komplektin iddiaçıya qaytarılması və iddiaçıya vurduqları mənəvi zərər görə 10000 manat pulun “Brand Credit" Bank Olmayan Kredit ləşkilatı MMC-dən tutularaq iddiaçıya ödənilməsi və 125 manat bödənilmiş dövlət rüsumunun “Brand Credit" Bank Olmayan Kredit ləşkilatı MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə aralarında bağlanmış 05 iyul 2023-cü il tarixli 454/SM-23 saylı kredit müqaviləsinə əsasən 18 ay müddətinə 2300 manat kredit götürmüşdür. Kreditin təminatı olaraq iddiaçı MMC-yə 1 ədəd 585 əyarlı 1.7 qram olan sep və kulon, 1 ədəd 750 əyarlı 4.3 qram üzük və bir dəst 750 əyarlı 21.4 qram komlekt girov qoymuşdur. Bununla bağlı xx.xx.2023-cü il tarixli 66630 nömrəli girov müqaviləsi bağlanmışdı. Ancaq "xxxx" Bank Olmayan Kredit Təçkilatı MMC tərəfindən iddiaçının qızılları mənimsənir. Belə ki, hər ay kredit borcunu ödəmişdir və son olaraq 28 iyun 2024-cü il tarixdə “X14 Olmayan Kredit Təşkilatı MMC-yə yaxınlaşaraq tam borcunu bağlamaq istədiyini bildirdi. Kredit mütəxəssisi iddiaçıya həmin gün üçün 1525.00 manat borcu olduğunu bildirdi. İddiaçı həmin pulu verib bağlamaq istədiyini bildirdi. Bundan sonra həmin mütəxəssis iddiaçıya ödəniş tapşırığı yazdı və iddiaçı həmin pulu MMC-nin xəzinəsinə ödədi, qəbzi götürdü. Həmin mütəxəsis isə iddiaçıya bildirdi ki, gəlib xx.xx.2024-ci il tarixdə onlara kreditin təminatı olaraq qoyduğu qızıl-zinət əşyalarını götürə bilər. İddiaçı da çeki götürüb evə getdi. Həmin kredit ödənilərkən qızı Rəna Xəlilzadə də iddiaçının yanında idi. Onun da “Brand Credit" Bank Olmayan Kredit Təşkilatı MMC-yə qızıl qoyaraq götürdüyü kredit borcu var idi. Ancaq o, həmin qızıllardan imtina etmişdir. Çünki həmin pulu ödəyə bilmirdi. MMC-yə bildirmişdir ki, həmin qızıları satıb pulu bağlasınlar. İddiaçı xx.xx.2024-cü il tarixində "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə gəldikdə iddiaçıya bildirdilər ki, iddiaçı xx.xx.2024-ci il tarixdə ödədiyi pulu qızı Rəna Xəlilzadənin borcuna ödəmişdir, ona görə də onun qızıllarını verə bilməzlər. İddiaçı ondan sonra baxdı ki, ona təqdim edilən qəbz Rənanın adınadır. Bununla bağlı iddiaçı öz narazılığını bildirsə də onun narazılığına məhəl qoyan olmadı. İddiaçıya yenidən həmin pulu ödəməli olduğunu bildirdilər. Ancaq bundan sonra “Brand Credit" Bank Olmayan Kredit Təşkilatı MMC-nin həmin mütəxəssisi ilə yazışmalarda o bildirdi ki, o məqsədli şəkildə bunu edib, çünki müdiriyyət onu buna məcbur edib. Əks halda onu əmək haqqından tutulacaqmış. İddiaçı bununla bağlı Azərbaycan Respublikası Mərkəzi Bankına da müraciət etsə belə bununla bağlı ona köməklik göstərilə bilmədi, ordan bildirdilər ki, aidiyyəti üzrə məhkəməyə müraciət etsinlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq sualları cavablandırarkən, kredit üzrə borcunda yalnız 1 ayda gecikmə olduğunu, xx.xx.2024-cü il tarixdə qızıllarının satışa çıxarılacağı barədə bildiriş göndərildiyindən, xx.xx.2024-cü il tarixdə MMC-yə yaxınlaşdığını, hazırda qızıllarının satışa çıxarılması dayandırıldığını, qızının ona məxsus qızıllardan imtina etməsi barədə cavabdehə xx.xx.2024-cü il tarixdə saat 16:00-da teleqram ünvanladığını, lakin, cavabdeh təşkilat onu aldatdığını, qızına və iddiaçıya məxsus qızılların hərraca çıxarılmasının eyni gündə, yəni xx.xx.2024-cü il tarixdə baş tutacağını, hər ikisnə məxsus kreditin təminatı üçün qızıl-zinət əşyalarının cavabdeh təşkilata girov qoyulduğunu, hər 2 kredit üzrə gecikmənin olduğunu, cavabdeh üçün kreditlərin təminatlarına dair hər hansı marağın olub-olmaması barədə məlumatının olmadığını, göndərdikləri teleqramın cavabdeh təşkilata 3 gün sonra çatdırıldığını qeyd etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4 izahatında bildirdi ki, iddianı qəbul etmir. Belə ki, iddiaçının qızı ödəniş edilməzdən bir neçə gün əvvəl cavabdeh təşkilata yaxınlaşaraq ona məxsus qızıllardan imtina edib-etməyəcəyi barədə fikrini dəqiqləşdirəcəyini bildirmiş və sonradan cavabdeh təşkilata iddiaçının qızının imtina barədə teleqramı daxil olmuşdur. Halbuki, iddiaçı tərəfindən qızının krediti üçün ödəniş xx.xx.2024-cü il tarixdə saat 14:18-də edilmişdir və ödəniş edildikdən sonra artıq sonradan göndərilən teleqramın heç bir mahiyyəti olmur. Belə ki, iddiaçı qızına məxsus qızıllarının satışının dayandırılması barədə qəti fikrə gəldiyi üçün ödəniş etmişdir. Həmçinin, iddiaçının oğlunun Mərkəzi Banka olan müraciətindən də görünür ki, 1525 manat ödəniş edildikdən sonra oğlu nağdsız qaydada ödəniş etmək istəmiş və mümkün olmadığından bununla bağlı şikayətini bildirmişdir. Belə olan halda, iddiaçının 1525 manat ödəniş edərkən aldadıldığını hesab etdiyi təqdirdə, yenidən nağdsız qaydada ödəniş etmək istəyi ağlabatan deyil. Bundan əlavə, iddiaçı müxtəlif vasitələrlə Taleh adlı keçmiş kredit mütəxəssisi ilə sövdələşmələr aparmış və bu hallar müəyyən olunduqdan sonra həmin mütəxəssis də işdən çıxarılmışdır. Eyni zamanda, cavabdeh təşkilatın edilən ödənişin hansı şəxsin adına olan borc üzrə yönəldilməsində hər hansı marağı yoxdur. Həmçinin, iddiaçı ödəniş edən zaman ona təqdim olunmuş qəbzlə anlaqlı şəkildə tanış olmuş, həmin qəbzdə özünün deyil qızının adının olduğunu açıq-aşkar görmüşdür. Bu səbəbdən də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X6 iddia tələbinin əsassız olduğunu, iddia tələbinin dəlilləri üzrə sübutların məhkəməyə təqdim edilmədiyini bildirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı MMC-yə yaxınlaşan zaman qızının adına olan borc üzrə qızıllardan imtina etdiyi barədə niyyətini bildirməməsi ağlabatan deyil. Belə ki, bu addım məqsədli şəkildə həyata keçirilməsə idi, iddiaçı və qızı bu imtinanı elə cavabdeh təşkilatın ofisində olan zaman bildirərdi. Məhkəmə iddia ərizəsini, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan bir tərəfdən "xxxx" MMC-nin idarə heyətinin sədri X1 şəxsində, digər tərəfdən İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, N 454/SM-23 saylı kredit müqaviləsindən görünür ki, “Borc verən” “Borc alan”a istehlak məqsədləri üçün 18 ay müddətinə, illik 84 % ödəmək şərtilə 2300 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan bir tərəfdən "xxxx" MMC-nin idarə heyətinin sədri X1 şəxsində, digər tərəfdən İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, N 66630 saylı Girov müqaviləsinin surətindən görünür ki, Bu Müqavilə əsasıda girov qoyulan qızıl-zinət əşyaları xx-xx-2023-cü il tarixində Bakı şəhərində bağlanılmış 454/SM- 23 nömrəli kredi müqaviləsinə əsasən “X15 Olmayan Kredit Təşkilatı” MMC-nin “Borc alan”a verdiyi 2300.00 AZN (AZƏRBAYCAN MANATİ) məbləğində kreditin 05-Yarvar-2025-ci il tarixinədək qaytarılacağının, habelə kredit müqaviləsinə uyğun olaraq hesablanan və ödənilməli ssuda faizlərinin və dəbbə pulunun, həmçinin icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəzinə mədaxil orderinin əslindən görünür ki, müştəri X5 adına olan 308/SM-2024 saylı kredit borcunun ödənilməsi üçün kassaya İddiaçı tərəfindən 1525 manat pul vəsaiti təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Qiymətləndirmə təhvil-təslim Aktının surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli, N 454/SM-23 saylı kredit müqaviləsinə əsasən verilmiş 2300 manat məbləğində kreditin təminatı olaraq 1ədəd 585 əyarlı 1.7 qram 100.3 manat dəyərində olan sep və kulon, 1 ədəd 750 əyarlı 4.3 qram 322.5 manat dəyərində olan üzük və bir dəst 750 əyarlı 21.4 qram 1605 manat dəyərində olan komlekt girov əşyalar "xxxx" MMC-nin xəzinəsinə girov qoyulmuşdur. İş materiallarında olan borclu İddiaçı ünvanlanmış BC-BOKT 736/2024 saylı, xx.xx.2024-cü il tarixli girovun satılması və hərracın yeri barədə bildirişdən görünür ki, "xxxx" BOKT MMC ilə İddiaçı arasında bağlanmış xx-xx-2023-cü il tarixli, 454/SM-23 saylı kredit müqaviləsi üzrə öhdəliyinizi icra etmədiyiniz üçün sizin "xxxx" BOKT MMC-də girov qoyduğunuz qızıl zinət əşyaları Azərbaycan Respublikası Daşınar Əmlakın Yüklülüyü Haqqında Qanununun tələblərinə əsasən satışa çıxarılaraq satışından əldə edilən pul vəsaiti kredit borcunuza yönələcək, məbləğ artıq qalacağı halda bank hesabınıza yatırılacaq, kredit borcunuza kifayət etməyəcəyi halda isə, qanunvericiliyə uyğun qaydada sizdən tutulması üçün məhkəməyə müraciət ediləcəkdir. xx-xx-2024-cü il tarixdə saat 15:00:00- da Brand Credit BOKT MMC-nin Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar prospekti 4 A ünvanda yerləşən Baş ofisində Hərrac keçiriləcəkdir. Göstərilən tarixədək kredit borcunun ödənilməsi və ya həmin tarixdə keçiriləcək hərracda iştirak edərək qızıl zinət əşyalarını satın almaq hüququnun olduğu bildirilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, “X14 Olmayan Kredit Təşkilatı”-na ünvanladığınız xx.xx.2024-cü il tarixli ərizənizə münasibət bildirərək sizə məlumat veririk ki. xx.xx.2024-cü il tarixində qızınız X5 adma olan kredit üzrə ödədi) iniz 1525 AZN ilə bağlı daxili araşdırma aparılmışdır. Belə ki, kamera görüntülərinə baxış zamanı məlum olmuşdur ki, 28 iyun 2024-cü il tarixində siz və qızınız X8 birlikdə “X14 Olmayan Kredit Təşkilatı" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 4 A ünvanında yerləşən < baş ofisinə gələrək, hər ikiniz birlikdə kredit mütəxəsisinə yaxınlaşıb, ətraflı məlumat əldə etmisiniz. Daha sonra qızınız X5 götürdüyü kreditə təyin olunmuş hərracı təxirə salmaq üçün ödəniş etmək istədiyinizi bildirmisiniz. Fikirinizi bu cür əsaslandıraraq, kredit mütəxəsisinə bildirmisiniz ki, hərraca çıxan qızıl-zinət əşyalarının bəziləri sizə məxsusdur və buna görə qızıl-zinyət əşyalarının satılmasını istəmirsiniz. Sizə bildirmək istərdik ki, həmin kredit ödənişini si/ özünüz şəxsən və bilərək ödəmisiniz. Belə ki, daxili araşdırmamız zamanı kamera görüntülərinə baxış keçirilmiş və nəticədə məlum olmuşdur ki, sizə yəni İddiaçı X5 adına olan kreditə aid ödəniş qəbzi təqdim edilmişdir. Sizin tərəfdən şəxsən özünüz qəbzlə tanış olduqdan sonra, təqdim olunan qəbzi imzalayaraq, xəzinəyə yaxınlaşmış və ödəniş etmisiniz. Ödəniş etdikdən sonra sizə Ödəniş qəbzi təqdim edilmişdir. 1 iyul 2024cü il tarixində siz və qızınız X8 birlikdə baş ofisə yaxınlaşaraq, 28 iyun 2024-cü il tarixində X5 kreditinə ödədiyiniz 1525 AZN məbləğin qaytarılaraq, sizin yəni İddiaçıız.iyə fehruz qızının kreditinizə yönəldilməsini istəmisiniz. Tərəfimizdən bunun mümkün olmadığı sizə bildirilərək, sizin hər birinizin “X14 Olmayan Kredit Təşkilatı” MMC-də ayrı-ayrı müştərilər olduğunuz, hər birinizin özünüzə məxsus kredit öhdəliyinizin olduğu və həmin məbləğin göstərilən səbəbdən geri qaytarılaraq, digərinizin kreditinin silinməsinə icazə olmadığı sizə izah edilmişdir. Bundan əlavə sizə məlumat verilmişdir ki, X5 kreditinə ödədiyiniz məbləğ (1525 AZN) 28 iyun 2024 tarixində kredit üzrə silinib və həmin günün sonunda bütün müştərilərin kredit qalıqları Mərkəzi Kredit Bürosuna ötürülmüşdür. İş materiallarında olan bir tərəfdən "xxxx" MMC-nin idarə heyətinin sədri X1 şəxsində, digər tərəfdən X8 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, N 308/SM-2024 saylı kredit müqaviləsindən görünür ki, “Borc verən” “Borc alan”a istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 36 % ödəmək şərtilə 13700 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan bir tərəfdən "xxxx" MMC-nin idarə heyətinin sədri X1 şəxsində, digər tərəfdən X8 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, N 83932 saylı Girov müqaviləsinin surətindən görünür ki, Bu Müqavilə əsasıda girov qoyulan qızıl-zinət əşyaları xx.xx.2024-cü il tarixində Bakı şəhərində bağlanılmış 308/SM-2024 nömrəli kredi müqaviləsinə əsasən “X15 Olmayan Kredit Təşkilatı” MMC-nin “Borc alan”a verdiyi 13700 AZN (AZƏRBAYCAN MANATİ) məbləğində kreditin xx.xx.2027-ci il tarixinədək qaytarılacağının, habelə kredit müqaviləsinə uyğun olaraq hesablanan və ödənilməli ssuda faizlərinin və dəbbə pulunun, həmçinin icranın gecikdirilməsi ilə bağlı zərərin əvəzinin ödəniləcəyinin təminatıdır. İş materiallarında olan bir tərəfdən "xxxx" MMC-nin idarə heyətinin sədri X1 şəxsində, digər tərəfdən X9 və X8 arasında bağlanmış 18 aprel 2024-cü il tarixli 308/SM- 24 saylı Zaminlik müqaviləsindən görünür ki, “Zamin” ona məxsus olan bütün daşınar və daşınmaz əmlakları ilə “Kreditor” ilə “Borclu” arasında bağlanmış 18 aprel 2024-cü il tarixli 308/SM-24 saylı kredit müqaviləsi üzrə “Borclu”nun 13700 manat öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli BC-11/2024 saylı X3 görünür ki, "xxxx" MMC ilə X8 arasında bağlanmış 18 aprel 2024-cü il tarixli 308/SM-2024 saylı kredit və girov müqavilələri üzrə xx.xx.2024-cü il tarixə yaranmış 13658,23 manat kredit borcunu ödəmək üçün X5 "xxxx" MMC-yə girov qoyduğu qızıl zinət əşyalarının "xxxx" MMC-yə 13400 manata satılması Hərrac Şurası tərəfindən qərara alındı. İş materiallarında olan X7 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, 18 aprel 2024-cü il tarixli 308/SM-2024 saylı kredit və girov müqavilələrinin şərtlərinə uyğun olaraq girov predmeti satılmış, satışdan əldə edilmiş 13400 manat məbləğində pul vəsaiti "xxxx" MMC-yə olan borcun ödənilməsinə yönəldilmişdir. Həmin müqavilə üzrə 258,49 manat ödənilməmiş borcun 10 gün ərzində könüllü olaraq ödənilmədiyi halda qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcəkdir. İş materiallarında olan ünvanlanmış X7 ünvanlanmış BC-BOKT 544/2024 saylı, xx.xx.2024-cü il tarixli girovun satılması və hərracın yeri barədə bildirişdən görünür ki, "xxxx" BOKT MMC ilə X8 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 308/SM-24 saylı kredit müqaviləsi üzrə öhdəliyinizi icra etmədiyiniz üçün sizin "xxxx" BOKT MMC-də girov qoyduğunuz qızıl zinət əşyaları Azərbaycan Respublikası Daşınar Əmlakın Yüklülüyü Haqqında Qanununun tələblərinə əsasən satışa çıxarılaraq satışından əldə edilən pul vəsaiti kredit borcunuza yönələcək, məbləğ artıq qalacağı halda bank hesabınıza yatırılacaq, kredit borcunuza kifayət etməyəcəyi halda isə, qanunvericiliyə uyğun qaydada sizdən tutulması üçün məhkəməyə müraciət ediləcəkdir. xx.xx.2024-cü il tarixdə saat 15:00:00-da Brand Credit BOKT MMC-nin Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar prospekti 4 A ünvanda yerləşən Baş ofisində Hərrac keçiriləcəkdir. Göstərilən tarixədək kredit borcunun ödənilməsi və ya həmin tarixdə keçiriləcək hərracda iştirak edərək qızıl zinət əşyalarını satın almaq hüququnun olduğu bildirilmişdir. Həmin bildirişi Rəna Xəlilzadə xx.xx.2024-cü il tarixdə şəxsən imzalayaraq təhvil almışdır. İş materiallarında olan X8 tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, girov qoyulmuş qızıl-zinət əşyalarından imtina edir. Həmin ərizə MMC-yə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. İş materiallarında olan ünvanlanmış X7 ünvanlanmış BC-BOKT 735/2024 saylı, xx.xx.2024-cü il tarixli girovun satılması və hərracın yeri barədə bildirişdən görünür ki, "xxxx" BOKT MMC ilə X8 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 308/SM-24 saylı kredit müqaviləsi üzrə öhdəliyinizi icra etmədiyiniz üçün sizin "xxxx" BOKT MMC-də girov qoyduğunuz qızıl zinət əşyaları Azərbaycan Respublikası Daşınar Əmlakın Yüklülüyü Haqqında Qanununun tələblərinə əsasən satışa çıxarılaraq satışından əldə edilən pul vəsaiti kredit borcunuza yönələcək, məbləğ artıq qalacağı halda bank hesabınıza yatırılacaq, kredit borcunuza kifayət etməyəcəyi halda isə, qanunvericiliyə uyğun qaydada sizdən tutulması üçün məhkəməyə müraciət ediləcəkdir. xx-xx-2024-cü il tarixdə saat 15:00:00- da Brand Credit BOKT MMC-nin Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar prospekti 4 A ünvanda yerləşən Baş ofisində Hərrac keçiriləcəkdir. Göstərilən tarixədək kredit borcunun ödənilməsi və ya həmin tarixdə keçiriləcək hərracda iştirak edərək qızıl zinət əşyalarını satın almaq hüququnun olduğu bildirilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən ünvanlanmış bildirişin 925189 saylı poçt qəbzinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Rəna Xəlilzadə tərəfindən imzlanaraq təhvil alınmışdır. Məhkəmədə müəyyən edilmiş işin faktiki hallarına əsasən, İddiaçı cavabdeh "xxxx" MMC-dən istehlak məqsədilə xx.xx.2023-cü il tarixdə 2300 manat kredit götürmüşdür. Həmin kreditin təminatı olaraq xx.xx.2023-cü il tarixli, N 66630 saylı Girov müqaviləsi bağlanmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə 1525 manat pulu MMC-nin kassasına ödəniş etmişdir. İddiaçının qızı Rəna Xəlilzadə ilə MMC arasında xx.xx.2024-cü il tarixdə kredit və girov müqavilələri bağlanmışdır. xx.xx.2024-cü il tarixli girovun satılması və hərracın yeri barədə bildirişlə iddiaçıya, xx.xx.2024-cü il tarixli girovun satılması və hərracın yeri barədə bildirişlə isə iddiaçının qızı Rəna Xəlilzadəyə xx-xx-2024-cü il tarixdə saat 15:00:00-da "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar prospekti 4 A ünvanda yerləşən Baş ofisində Hərrac keçiriləcəyi barədə məlumat verilmişdir. Bundan sonra iddiaçı və qızı Rəna Xəlilzadə "xxxx" MMC-nin ofisində olmuşlar. Hazırda məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etsə də, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmiş, iddiaçını aldadaraq onun tərəfindən edilmiş ödənişi qızı Rəna Xəlilzadəyə məxsus kredit hesabına yönəltməklə, onun cavabdeh təşkilata borclu qalmasına əsas vermişlər. Cavabdeh təşkilat isə iddianı qəbul etməyərək, iddiaçı və qızı ödəniş qəbzi ilə kassaya yaxınlaşaraq, məhz qızına məxsus kredit üzrə borcu ödəmişlər. Bu halı təsdiq edən qəbz də mövcuddur. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 269-cu maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən, girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3-cü maddəsinə əsasən, girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. 283.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın kimdə olmasından asılı olaraq girov qoyan və ya girov saxlayan, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa: girov qoyulmuş əşyanı itirilmə və zədələnmə risklərindən onun tam dəyərində, əşyanın tam dəyəri girovla təmin edilən tələbin ölçüsündən artıqdırsa, tələbin ölçüsündən az olmayan məbləğdə sığorta etdirməlidir, girov qoyulmuş əşyanın salamatlığının təmin edilməsi, o cümlədən üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiəsi üçün tədbirlər görməlidir. 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 298.2-ci maddəsinə əsasən, bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun: 3.1-ci maddəsinə əsasən, Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir. 4.3.2-ci maddəsinə əsasən, xüsusi yüklülüyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 12-ci fəslinə uyğun olaraq, müqavilə əsasında yaranan daşınar əmlakın girovu daxildir. 16.1-ci maddəsinə əsasən, yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər. 17.5-ci maddəsinə əsasən, yüklülük predmetinin daha baha qiymətə satılması mümkünlüyü həmin satışın ağlabatan qiymətə həyata keçirilməməsini təsdiq etmir. 18.4-ci maddəsinə əsasən, əgər yüklülük predmetinin satışından götürülən məbləğ yüklülük sahibinin tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda yüklülük sahibinin yüklülüyə əsaslanan üstünlük hüququ yoxdur. 25.1-ci maddəsinə əsasən, borclu reyestrə daxil edilmiş yüklülüklə bağlı öhdəliyi tam həcmdə icra etdikdən sonra yüklülük sahibi 5 (beş) iş günü ərzində yüklülüyə xitam vermə haqqında bildirişi reyestrə daxil etməlidir, bu şərtlə ki, yüklülük haqqında bildiriş onda nəzərdə tutulan müddət bitdikdən sonra və ya reyestrə inteqrasiya olunmuş digər elektron informasiya sistemləri vasitəsilə avtomatik qaydada reyestrdə görünən məlumatların siyahısından silinməmiş olsun. 25.4-ci maddəsinə əsasən, yüklülüyə xitam vermə haqqında bildirişin yüklülük sahibi tərəfindən reyestrə daxil edilməsindən imtinadan şikayətlərə məhkəmədə baxılır və reyestrdə olan yüklülüyə məcburi qaydada xitam verilməsinə yalnız qüvvəyə minmiş məhkəmə qərarı əsasında yol verilir. 25.5-ci maddəsinə əsasən, yüklülük sahibi bu Qanunla müəyyən edilmiş müddətdə və qaydada yüklülüyə xitam vermə haqqında bildirişin reyestrə vaxtında daxil edilməməsi nəticəsində vurduğu zərərə görə yüklülük verən qarşısında Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, tərəflər arasında öhdəliklərdən irəli gələn münasibətlər yaranmışdır. Odur ki, müqavilə münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Baxılan işin faktiki hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq iddiaçıya məxsus qızıl-zinət əşyaları xx.xx.2023-cü il tarixli müqavilə əsasında girov qoyulmuşdur. İşin mübahisəsiz hallarına görə İddiaçı cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixdə 1525 manat borcu olmuşdur. İddiaçıya sözügedən borc vəsaitini ödəmədiyi təqdirdə xx.xx.2024-cü il tarixdə cavabdeh "xxxx" BOKT MMC-də girov qoyduğu qızıl-zinət əşyaları Azərbaycan Respublikası “Daşınar Əmlakın Yüklülüyü Haqqında” Qanununun tələblərinə əsasən satışa çıxarılacağı barədə xəbərdarlıq olunmuşdur. Eyni zamanda cavabdeh təşkilat ilə iddiaçının qızı Rəna Xəlilzadə arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq sonuncuya məxsus qızıl-zinət əşyaları xx.xx.2024-cü il tarixli müqavilə əsasında girov qoyulmuşdur. Kredit müqaviləsi üzrə gecikmələr olduğundan Rəna Xəlilzadəyə xx.xx.2024-cü il girovun satılması və hərracın yeri barədə bildiriş təqdim olunmuş, həmin bildirişdə hərracın xx.xx.2024-cü il tarixdə keçiriləcəyi barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə yuxarıda qeyd olunan işin mübahisəsiz hallarına diqqət çəkərək qeyd etməyi zəruri hesab edir ki, hazırda iddiaçının irəli sürdüyü dəlilləri ilə işin məhkəmədə müəyyən edilmiş faktiki halları ziddiyyət təşkil edir. Birincisi ona görə ki, iddiaçı iddia edir ki, o kredit mütəxəssisinə yaxınlaşaraq, özünəməxsus kredit üzrə borcunun bağlamaq istədiyini bildirmiş, lakin cavabdeh təşkilat onu aldatmışdır. Bu faktı təsdiq etmək üçün ilk öncə iddiaçı whatsapp sosial şəbəkəsi üzərindən aparılmış yazışmaların ekran görüntüsünə istinad edir. Bəhs edilən yazışmaların ekran görüntüsünə nəzər saldıqda yazışmaların tarixi, o cümlədən həmin yazışmaların məhz hazırki mübahisəli kredit müqaviləsinə aidiyyəti, ən əsası da “Taleh Brend Kredit” yazısı yazılan nömrənin iddia edildiyi kimi cavabdeh təşkilatın əməkdaşına məxsusluğu müəyyən olunmur. Digər tərəfdən iddiaçının məhz qızına məxsus qızıl-zinət əşyalarının hərracı keçiriləcəyi gün xx.xx.2024-cü il tarixdə ödəniş etməsi, həmçinin də cavabdeh MMC-nin təqdim etdiyi video görüntülərdə iddiaçı və qızının birlikdə kredit mütəxəssisi ilə nə isə barədə müzakirə etdikdən sonra kassaya yaxınlaşması diqqətçəkən məqamlardandır. Belə ki, iddiaçıya göndərilmiş xx.xx.2024-cü il tarixli girovun satılması və hərracın yeri barədə bildirişdən görünür ki, sonuncunun girov qoyduğu qızıl-zinət əşyaları borc vəsaitini ödəmədiyi təqdirdə xx.xx.2024-cü il tarixdə keçiriləcəkdir. Halbuki, iddiaçının qızıl-zinət əşyaları barədə hərracın vaxtına kifayət qədər müddəti olsa da, iddiaçı məhz xx.xx.2024-cü il tarixdə borcunu ödəmək üçün cavabdeh MMC-nin ofisinə getmişdir. Düzdür, iddiaçı təyin olunmuş vaxtadək istənilən an borcunu tam icra edə bilərdi. Lakin hazırki mülki mübahisənin faktiki halları məsələyə başqa aspektdən (iddiaçının qızının girov əmlakları ilə bağlı hərracın keçiriləcəyi ilə bağlı təyin olunmuş vaxtda yəni, xx.xx.2024-cü il tarixdə cavabdeh MMC-nin ofisində olmaları baxımından) yanaşılmanı tələb edir. Üstəlik də iş materiallarında olan xx.xx.2024-cü il tarixli xəzinə mədaxil orderində müştəri qrafasında “X8”, təyinatı qrafasında isə “308/SM-2024 saylı kredit borcunun ödənilməsi” ifadəsi aydın şəkildə görünür və oxunur. Baxılan işin bir digər diqqətçəkən halı ondan ibarətdir ki, iddiaçı və qızı Rəna Xəlilzadə ödəniş edilən gün cavabdeh təşkilatda olsalar da, girov qoyulmuş əşyaların hərracda satılması ilə bağlı razılığa dair yazılı ərizəni həmin gün təqdim etmələri mümkün olsa da, bunu etməmiş, yalnız cavabdeh MMC-nin ofisindən uzaqlaşdıqdan sonra teleqramla müraciət etmişlər. Qeyd edilən teleqramın isə cavabdeh MMC-yə 3 gün sonra daxil olduğunu bildirirlər. Göründüyü kimi, iddiaçı əvvəlcə Rəna Xəlilzadəyə məxsus 308/SM-2024 saylı kredit borcu üzrə ödəniş etməyə razı olsa da, daha sonra fikrini dəyişmiş, ödədiyi vəsaitin xx-xx-2023-cü il tarixli, 454/SM-23 saylı kredit müqaviləsi üzrə yönləndirilməsi mümkün olmadıqda isə şikayətlər etmişdir. Bu baxımdan iddiaçı xx.xx.2023-cü il tarixli, N 454/SM-23 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməsi sübuta yetmədiyindən iddia tələbinin 1525 manat pulun iddiaçının adına rəsmiləşmiş kredit hesabına ödənilməsi, girov qoyulmuş əşyaların qaytarılması və mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «Brand Credit BOKT” MMC-yə qarşı «ödənilmiş pulun aidiyyəti üzrə borca yönəldilməsi, girov əşyaların qaytarılması və mənəvi zərər» tələbinə dair iddiası rədd olunmаlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 126 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «Brand Credit BOKT” MMC-yə qarşı «ödənilmiş pulun aidiyyəti üzrə borca yönəldilməsi, girov əşyaların qaytarılması və mənəvi zərər» tələbinə dair iddiası rədd edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçını özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar