Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-360/2025 14.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul və mənəvi ziyan” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul və mənəvi ziyan” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı Cavabdeh qarşı “pul və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən ödənilmiş 858 manat məbləğində pul vəsaitinin; ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edilməsi məqsədilə sorğu və iddia ərizəsinin tərtib olunmasına görə ödənilmiş 70 (yetmiş) manat məbləğində vəkil xidmət haqqının; ona dəymiş mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat məbləğində pul vəsaitinin, ümumilikdə, 3928 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək tərəfindən ödənilmiş 858 manat məbləğində pul vəsaitinin; ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edilməsi məqsədilə sorğu və iddia ərizəsinin tərtib olunmasına görə ödənilmiş 70 (yetmiş) manat məbləğində vəkil xidmət haqqının Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia ərizənin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 mart 2016-cı il tarixli, LD/16064/00105 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 30 (otuz) ay müddətinə 04 avqust 2018-ci il tarixə qədər, illik 2,87% dərəcəsi tətbiq edilməklə 1133 (min yüz otuz üç) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə İddiaçı və Cavabdeh arasında bağlanmış 04 mart 2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən İddiaçı zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Qeyd edir ki, "Hüquqların və tələblərin güzəşti haqqında" 06 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən BOKT "xxxx" MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri yeni kreditor BOKT "xxxx" ASC-yə keçmişdir (tələb güzəşt edilmişdir). Bundan başqa, götürülmüş 1133 ABŞ dolları kredit məbləğindən cəmi 561,46 ABŞ dolları məbləğində: xx.xx.2016-cı il tarixindən xx.xx.2018ci il tarixədək cəmi 161,27 ABŞ dolları məbləğində ödəniş edilmiş, xx.xx.2019-cu il tarixində 400,19 ABŞ dolları məbləğində kompensasiya ödənişi edilmişdir. Diqqətə çatdırır ki, Cavabdeh öz üzərinə düşən öhdəlikləri icra etməyindən, bundan boyun qaçırdığından BOKT "xxxx" MMC məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC arasında bağlanmış 04 mart 2016-cı il tarixli, LD/16064/00105 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1113 ABŞ dolları, faiz borcu üzrə 36 ABŞ dolları, cərimə üzrə 111 ABŞ dolları olmaqla, ümumilikdə 1260 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 20 manat pul vəsaitinin Cavabdeh və İddiaçı müştərək qaydada Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1018/2024 saylı, 01 mart 2024-cü il tarixil qətnaməsi ilə (hakim Sitarə Əliyeva) iddia tələbinin təmin edilərək cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 580,81 ABŞ dolları məbləğində əsas borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaitinin Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Onu da bildirir ki, tərəfindən sözügedən qətnamədən apellyasiya şikayəti verilmiş, fəqət Bakı Apellyasiya Məhkəməsi də eyni hüquqi mövqedən çıxış edərək, apellyasiya şikayətini təmin etməmişdir. Bildirir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Füzuli Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Füzuli Rayon İcra və Probasiya Şöbəsinin qərarı ilə o, "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X3 əmək haqqı aldığına görə onun əmək haqqından 50% miqdarında pul tutulub tələbkar BOKT "xxxx" ASC-nin məktubuna əlavə edilmiş hesabına köçürülməsi qərara alınmışdır. Beləliklə, sözügedən ödənişlər tam şəkildə tərəfindən icra edilmiş, nəticədə 858 (səkkiz yüz əlli səkkiz) manat məbləğində pul vəsaiti məhz onun vəsaitləri hesabına başa gəlmişdir. Nəzərə çatdırır ki, o, cavabdehlə əlaqə saxlayaraq, ödədiyi borcu ondan tələb etsə də, o öz öhdəliklərini icra etməməyə davam etmişdir. Cavabdehin borcunun ondan tutulması onun maddi vəziyyətini olduqca çətinləşdirmişdir. Halbuki, Cavabdeh öz öhdəliklərini layiqincə, tam icra etsə idi, o, bu gün bu problem və çətinliklərlə üzləşməzdi. Onu da vurğulayır ki, o, hüquqlarının müdafiə olunması üçün davamlı olaraq müxtəlif orqanlara müraciət edərək, pozulmuş hüquqlarının bərpa olunması üçün çalışır, nəticədə isə, həm vaxt itirir, həm də kifayət qədər xərc çəkməli olur. Halbuki, cavabdeh qanunun tələblərinə riayət edərək qeyd olunan ödənişləri vaxtında icra etsə idi, onun da Konstitusion hüquqları pozulmazdı. Belə olan halda cavabdehin bilavasitə hüquqazidd hərəkətləri nəticəsində keçirdiyi əsaslı stress, gərginliyə görə, ona dəymiş mənəvi zərər qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməsini və həmin məbləğin 3000 (üç min) manat məbləğində qiymətləndirilməsini məqsədəuyğun hesab edir. Bundan başqa, cavabdehin bilavasitə hüquqazidd hərəkətlərinə görə ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etmək məqsədilə sorğu və iddia ərizəsinin tərtib edilməsi üçün 70 (yetmiş) manat məbləğində vəkil xidmət haqqının Cavabdeh tutularaq onun xeyrinə ödənilməsini məqsədəuyğun hesab edir.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
5. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. İddiaçı cavabdehin məhkəmə iclasında iştirak etmədiyindən qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyi üçün, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmiş və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 fevral 2025-ci il tarixli qərardadına əsasən, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
İş materialları:
9. 19.09.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı sorğu və iddia ərizəsinin yazılması üçün 70 manat dövlət rüsumu ödəmişdir.
10. AA seriyalı 334264 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Füzuli rayon məcburi köçkünüdür.
11. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1018/2024 saylı, 01 mart 2024cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilərək cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 580,81 ABŞ dolları məbləğində əsas borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaitinin Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3204/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1018/2024 saylı, 01 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3204/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli 2(007)-5205/2017 saylı əmrinə əsasən, xx.xx.1972-ci il təvəllüdlü, Nizami rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh və xx.xx.1959-cu il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı müştərək qaydada Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə 1113 (min yüz on üç) ABŞ dolları əsas borc, faiz borcu üzrə 36 (otuz altı) ABŞ dolları, cərimə üzrə 111 (yüz on bir) ABŞ dolları olmaqla, ümumilikdə 1260 (min iki yüz altmış) ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 20 manat pul vəsaiti tutulması əmr edilmişdir. Cavabdeh İddiaçı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(007)-5205/2017 saylı əmrinə etiraz edilməsinə dair xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən məhkəmə əmrinin ləğv edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli 2(007)- 5205/2017 saylı qərardadı ilə məhkəmə əmrinə etiraz təmin edilərək mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
14. Füzuli Rayon İcra və Probasiya Şöbəsinin 13 avqust 2024-cü il tarixli məktubunun surətindən görünür ki, borclu İddiaçı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X3 əmək haqqı aldığına görə onun əmək haqqından 50% miqdarında pul tutulub tələbkar BOKT "xxxx" ASC-nin məktuba əlavə edilmiş hesaba köçürülməlidir.
15. BOKT "xxxx" ASC-nin Füzuli Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 17 sentyabr 2024-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə BOKT "xxxx" ASC-yə müraciət edərək borcunu bağlayacağına söz vermişdir. Bu səbəbdən icra sənədinin geri qaytarılmasını xahiş etmişlər.
16. xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, BOKT "xxxx" ASC-yə 858 manat məbləğində pul ödənilmişdir.
İşin faktiki halları:
17. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1018/2024 saylı, 01 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 580,81 ABŞ dolları məbləğində əsas borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaitinin Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin borc məbləği İddiaçı tərəfindən BOKT "xxxx" ASC-yə ödənilmişdir. Hazırda iddiaçı ödənilmiş 858 manat məbləğində pul vəsaitinin; ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edilməsi məqsədilə sorğu və iddia ərizəsinin tərtib olunmasına görə ödənilmiş 70 manat məbləğində vəkil xidmət haqqının; ona dəymiş mənəvi zərərin əvəzi olaraq 3000 manat məbləğində pul vəsaitinin, ümumilikdə, 3928 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsini xahiş edir.
Tətbiq edilən hüquq:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqress qaydasında tələb hüququna malikdir.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.
21. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə gəlmədiyi, gəlməməsinin səbəbi barədə məlumat vermədiyi üçün işə qiyabi icraat qaydasında baxılmış, bu zaman yalnız iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilmiş və nəzərə alınmışdır.
22. Qeyd olunanlarla müəyyən edildi ki, İddiaçı 858 manat məbləğində pul vəsaitini BOKT "xxxx" ASC-yə ödəmişdir. BOKT "xxxx" ASC-nin Füzuli Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 17 sentyabr 2024-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə BOKT "xxxx" ASC-yə müraciət edərək borcunu bağlayacağına söz vermişdir. Bu səbəbdən icra sənədinin geri qaytarılmasını xahiş etmişlər. Həçninin iddiaçı məhkəməyə BOKT "xxxx" ASC-yə 858 manat məbləğində pul ödənilməsi barədə xx.xx.2024-cü il tarixli qəbzin surətini təqdim etmişdir.
23. Göründüyü kimi borc məbləği iddiaçı tərəfindən ödənilmişdir və iddiaçı reqress qaydasında ödənilmiş məbləği tələb etmək hüququna malikdir. Həmçinin qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır. Odur ki, iddia tələbi təmin edilməlidir.
24. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş qəbzdən görünür ki, iddiaçı sorğu və iddia ərizəsi üçün 70 manat ödəmişdir. Odur ki, iddia tələbi bu hissədə də təmin edilməlidir.
Məhkəmə baxışının hədləri:
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.
26. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun:
9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə xərcləri:
27. İddia tələbi təmin edildiyindən və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Nəticə:
28. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 858 manat məbləğində pul və 70 manat hüquqi xidmət üçün ödənilmiş pul tutularaq İddiaçı ödənilməlidir.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia təmin edilsin. Cavabdeh 858 manat məbləğində pul və 70 manat hüquqi xidmət üçün ödənilmiş vəsait tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova