Məhkəmə qərarları › İş №2(005)-4754/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4754/2021

23.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4754/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və “SİZNN HALL" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada mənim xeyrimə vurulmuş maddi zaiyana görə 1872 (bir min səkkiz yüz yetmiş iki) manat maddi ziyan, 2000 (iki min) manat mənəvi zərərin, 200 (iki yüz) manat hüquqi yardım üçün çəkilmiş xərclərin, 8 (səkkiz) manat poçt xidməti xərclərinin və eləcə də hazırki iddi tələbinin qaldırılması üçün tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin, cəmi 4110 (dörd min bır yüz on) manat pul vəsaitinin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mercedes Benz E 270 CDİ” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili iddiaçıya məxsusdur. 06 may 2021-ci il tarixində saat 23:15 radələrində Cavabdeh1 idarə etdiyi “Mercedes Benz V 220 V-klasse” minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya məxsus olan “Mercedes Benz E 270 CDİ" minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəyərək iddiaçıya maddi ziyan vurmuşdur. Həmin hadisə nəticəsində avtomobilinə ümumilikdə 2650 (iki min altı yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir. Qeyd olunan zərərin 2650 (iki min altı yüz əlli) olması "xxxx" ASC-nin zərər dəymiş nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatda öz əksini tapmışdır. Bundan sonra “Mercedes Benz E 270 CDİ" minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta ilə sığortalanmış “Paşa Sığorta" ASC tərəfindən 778 (yeddi yüz yetmiş səkkiz) manat məbləğində pul iddiaçıya ödənilmişdir. İddiaçı dəfələrlə cavabdehlərdən ona dəymiş zərəri tələb etsə də onlar qalıq ödənişlərin ödənilməsindən imtina etmişlər. Bu səbəbdən də qalıq 1872 (bır min səkkiz yüz yetmiş iki) manat zərərin tam həcmdə tutulması üçün məhkəməyə müraciət etmək qərarına gəldi. Həmçinin, hazırki iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı dövlət rüsumu kimi 30 (otuz) manat, hüquqi yardım üçün çəkilmiş 200 (iki yüz) manat və məktubların göndərilməsi üçün çəkilmiş 8 (səkkiz) manat məbləğində pul vəsaitləri cavabdehdən xeyrinə tutulmalıdır. Eyni zamanda cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mənəvi iztirab və sarsıntılar keçirmiş, bu səbəbdən vurulmuş mənəvi zərərin əvəzi kimi 2000 (iki min) manat məbləğində pulun tutulub ödənilməsini tələb edir. Belə ki, dəfələrlə cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçı günlərlə saysız hesabsız şəkildə cavabdehin olduğu ünvana gedib gəlib, cavabdehlə danışıqlar aparmış və hər dəfə cavabdehlərdən imtina cavabı alıb. Cavabdehlər qeyd etdiyi əməlləri ilə iddiaçını daim əsəb və stresdə saxlamışdır. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi uçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xususı xarakterə xarakterə malikdir. Mənəvi ziyan həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosial amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Göründüyü kimi cavabdehlərin iddiaçıya maddi zərər vurması öz təsdiqini tapır, eyni zamanda maddi zərərdən başqa cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində müəyyən sarsıntılara, əzaba, əsəbə və məyusluğa məruz qalıb ki, bu isə iddiaçıya real olaraq mənəvi zərərin vurulmasını sübüta yetirir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan AD № 762884 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Mersedes Benz» V220 V-Klasse minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil «SİZNN HALL» MMC-nin mülkiyyətindədir. İş materiallarında olan AB № 080/18 saylı etibarnamənin surətindən görünür ki, Bu etibarnamə ilə "SİZNN HALL” MMC-yə məxsus "Mersedes Benz” V220 V-Klasse minik markalı, buraxılış il 2018 rəngi qara metalik dövlət qeydiyyat nömrəsi 10AS737 olan avtomaşının İdarə edilməsini aşağıdakı şəxsə həvalə edir. Cavabdeh1 - sürücülük vəsiqəsi AC 325536, 09.08.2014-ci il tarixdə verilmişdir. Etibarnamə 25.02.2020-ci il tarixdən 25.02.2023-cü il tarixə kimi olan müddətə verilmişdir. İş materiallarında olan 31.05.2021 ci il tarixli Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X1 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarının surətindən görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən yol nəqliyyut hadisəsi faktı üzrə yol hərəkəti və nəqliyyat vasitəbrinin istismarı qaydalarını pozmuş sürücü Cavabdeh1 hərəkətlərində cinayət tərkibi olmadığından materiallar üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-cİ maddəsinin təbbbrinə əsasən rədd edilməsi, “Mcrsedes-Bcnz V 220 V-klassc minik” markalı 10-AS737 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327. l-d maddəsi ib inzibati qaydada məsuliyyətə cəlb edilməsi öcün qərarın surəti RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" ASC-nin 22.05.2021-ci il tarixli nöqsan “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”ın surətindən görünür ki, «Mersedes Benz» V220 V-Klasse minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin material və ehtiyat hissələri 1495 manat, görüləcək işlərin cəmi zəhmət haqqı 1155 manat, yekun məbləğ 2650 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan 06 iyul 2021-ci il tarixli 58005 nömrəli qəbzin surətindən görünür ki, müştəri X3 tərəfindən "xxxx" ASC-dəki bank hesabına 200 manat məbləğində pul mədaxil edilmişdir. İş materiallarında olan AC № 075063 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E 270 CDİ” minik markalı, **- SU-*** dövlət qeydiyyat nişanlı minik avtomobil İddiaçı məxsusdur. Beləliklə mülki işin materiallarında öz əksini tapan sənədlərdən və iddiaçının izahatından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, AD № 762884 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, «Mersedes Benz» V220 V- Klasse minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh «SİZNN HALL» MMC-nin mülkiyyətindədir. AB № 080/18 saylı etibarnamə ilə "Mersedes Benz” V220 V-Klasse minik markalı, buraxılış il 2018 rəngi qara metalik dövlət qeydiyyat nömrəsi 10AS737 olan avtomaşının idarə edilməsi - sürücülük vəsiqəsi AC 325536, 09.08.2014-ci il tarixdə verilmiş Cavabdeh1 verilmişdir. 31.05.2021 ci il tarixli Bakı şəhəri Xətai RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X1 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarının surətindən görünür ki, 06 may 2021-ci il tarixində saat 23:15 radələrində Cavabdeh1 idarə etdiyi “Mercedes Benz V 220 V-klasse” minik markalı, **-AS- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya məxsus olan “Mercedes Benz E 270 CDİ" minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəyərək iddiaçıya maddi ziyan vurmuşdur. "xxxx" ASC-nin 22.05.2021-ci il tarixli nöqsan “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”ın surətindən görünür ki, həmin hadisə nəticəsində avtomobilinə ümumilikdə 2650 (iki min altı yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir. “Mercedes Benz E 270 CDİ" minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığorta ilə sığortalanmış “Paşa Sığorta" ASC tərəfindən 778 (yeddi yüz yetmiş səkkiz) manat məbləğində pul iddiaçıya ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, həmçinin cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatla qismən sübuta yetmişdir. Belə ki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırki mübahisədən göründüyü kimi, zərərin mövcudluğu, həmin zərərin Cavabdeh1 hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulduğu, zərərlə nəticə arasında səbəbli əlaqənin olduğu sübuta yetir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə qismən təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni iş üzrə mötəbər sübut hesab edilən "xxxx" ASC-nin 22.05.2021-ci il tarixli nöqsan “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”ına əsasən dəymiş ziyanın ödənilməmiş hissəsi yəni 1872 manat məbləğində pul Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə digər cavabdeh «SİZNN HALL» MMC-yə münasibətdə iddia tələbini Mülki Məcəllənin 1108.2-ci maddəsinin tələbləri baxımından əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Belə ki, iş materialları ilə sübuta yetir ki, cavabdeh «SİZNN HALL» MMC tərəfindən Cavabdeh1 «Mersedes Benz» V220 V-Klasse minik markalı, **- AS-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında idarə edilməsindən ötrü verilmişdir. Həmin etibarnamə qeyd olunan hadisə baş verən vaxt qüvvədə olmuşdur. Belə ki, MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yuxarıda sadalananlardan göründüyü kimi, Cavabdeh1 «Mersedes Benz» V220 V- Klasse minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni əsaslarla Cavabdeh1 vermiş, beləliklə də yüksək təhlükə mənbəyi onun sahibliyindən hüquqa zidd götürülməmişdir. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, "İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Bundan başqa məhkəmə iddia tələbi üzrə hüquqi yardıma görə ödənilmiş 200 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbini hüquqi yardıma görə çəkilmiş 200 manat xərcin cavabdehdən tutulmasını qismən əsaslı hesab edir, təqdim edilmiş ödəniş qəbzinin məhz hazırki iş üzrə hüquqi yardım üçün ödənildiyi müəyyən edilmir. Bu səbəbdən də məhkəmə hüquqi yardıma görə ağlabatan həcmdə yəni, 100 manat məbləğində pul vəsaitinin tutulmasını qanuni hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 8 (səkkiz) manat poçt xidməti xərcləri cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 dəymiş maddi zərərə görə 1872 manat pul, vəkilin göstərdiyi yardıma görə 100 manat, 08 manat poçt xidməti xərci və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar