Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4758/2024 27.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı Cavabdeh5, https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3143694Cavabdeh4, https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3143694Cavabdeh3, https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3143694Cavabdeh2 və https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3143694Cavabdeh1 qarşı cinayətkar adamların həbsə alınması, zərərçəkən şəxs qismində tanınma və kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh5, https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3143694Cavabdeh4, https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3143694Cavabdeh3, https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3143694Cavabdeh2 və https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3143694Cavabdeh1 qarşı cinayətkar adamların həbsə alınması, zərərçəkən şəxs qismində tanınma və kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şikayəti azərbaycan vətəndaşları Hemid Huseynovun (prokuror, 32 yaşı vardır, subay kişi), onun anasının (evdar qadın, 59-65 yaşı vardır, evlidir, güdülmə fəaliyyəti ilə məşğuldur, iki uşağı vardır - biri evli, başqası isə 32 yaşındadır), onun bacısının (evdar qadın, 30-40 yaşı vardır, evlidir, güdülmə fəaliyyəti ilə məşğuldur, uşağ(lar)ı vardır), Jeyran Fətullayeva (Mammadli)nin (implimentation associate, 35-dən çox yaşı vardır, güdülmə fəaliyyəti ilə məşğuldur, hələ evlidir, balaca uşağı vardır), Şəfiqənin (xalasıın) qızısı Elnarənin (evli qadın, 35-dən çox yaşı vardır, güdülmə fəaliyyəti ilə məşğuldur, iki uşağı vardır - 14-dən aşağı) və Vəfa (Vəliyevə) Paşazadenin (evli qadın, güdülmə fəaliyyəti ilə məşğuldur, iki uşağı vardır - 14-dən aşağı), Mariana Vasileva-Toteva - nin (idman nazirinin müavini, 52-60 yaşlı qadın, güdülmə fəaliyyəti ilə məşğuldur, 29-30 yaşında olan bir uşağı vardır), onun qızı Ksiamanın (29-30 yaşındadır, bədii gimnastika üzrə məşqçi, subay qadın, uşağı yoxdur), Fransada yaşayan fransız vətəndaşları Arnaud Houssainin (vəkil, ailələrinə qoşutdurulmamışdır) qanunsuz hərəkətlərinin cinayət hesab edilməsi (həbsdə yerləşdirilməsi) və ailəsinin zərər çəkən tərəflər qismində tanınması ilə bağlıdır. Özü və ailəsi evlərində video çəkilişə məruz qalırlar. Cavabdehlər, onları evlərində (o cümlədən, ailəsinin yaşadığı yerində), tualetdə quraşdırılmış video/foto və (və ya) səsyazan vasitələri vasitəsi ilə fasiləsiz güdür. Apardığı sövbətlərə qulaq asır. Güdülmə daimi şəkildə həm evdə, həm də bayırda aparılır. Cavabdehlər nə yaxın qohumları, nə də əməkdaşlarıdır. Əslində, izləmə yerli istintaq orqanları tərəfindən 2020-ci il tarixindən başlanılmışdır. Bununla əlaqədər Avropa məhkəməsinin qərarı çıxarılmışdır. Cavabdehlərin həmin məsələ üzrə səlahiyyətinin olmadığını qeyd etmək məqsədəuyğundur. Onlar, qanunsuz şəkildə telefonuna da qoşutdurulmuşdur (Əlavə 2: 164 Third Party licenses). Bundan başqa, cavabdehlər dövlətin ailələri üçün nəzərdə tutulmuş ruhani “blocking" tədbirlərinə mane edir. Həmin tədbirlərin həyata keçirilməsində polis əməkdaşları da iştirak edirlər. Cavabdehlərin qanunsuz hərəkətlərindən avqust/sentyabr 2024-cü il tarixində Bakı Polisinə şikayət etmişdi. (Əlavə 2.1: Şikayət/Emaillər) Polis əməkdaşları tərəfindən (bundan xəbəri ola ola) heç bir tədbir görülməmişdir. Cavabdehlər (qadınlar) iddiaçının ailəsinin hərəkətlərini həm evdə (tualetəcən), həm də bayırda (həm qadınlar, həm də kişilər) fasiləsiz nəzarət edirlər. Əldə etdiyi məlumatları isə kənar adamlara ötürürlər. İddiaçının ailəsi bir il yarımdı ki açıqdır. Onlar, iddiaçının "ruhani' bağlanılmasına maneələr törədir/qoymurlar ki, özünü bağlasın. İdiaçı və ailəsi özünü pis hiss edir. Buna baxmayaraq, bədənlərindən çıxmırlar. Xahişlərinə/məhkəməyə təqdim etdiyi şikayətlərinə (görüblər) baxmayaraq, cavabdehlər bədənindən çıxmayacağını bildirirlər... istəyirlər ki açıq qalsın/işləməsin. Gözləri yaş, Polis Xidməti ilə əlaqə saxlamışdır...mənasız. (Əlavə 5.2: 1 sentyabr tarixli şəkillər/səsyazma). Çox vaxt kefsizlik (yuxulu) halındadır. Bədənində olan prokuror, polis əməkdaşları isə cavabdehləri çıxartmaq üçün heç bir tədbir görmürlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən aşağıda qeyd olunanlara əsasən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinin məzmunundan və tələbin mahiyyətindən aydın olur ki, iddiaçının tələbinin əsasını özünün və ailə üzvlərinin zərərçəkmiş şəxs qismində tanınması, cinayətkar şəxslərin tutulması təşkil edir, hansı ki, qeyd olunan məsələyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 12.2-ci maddəsinə əsasən cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu barədə qərar qəbul olunduğu andan şəxs zərər çəkmiş şəxs qismində tanınır. Cinayət işi başlanan anda şəxsi zərər çəkmiş şəxs qismində tanımağa əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Qeyd edilənlərdən də göründüyü kimi, cinayət əməlindən zərərçəkmiş şəxs qismində tanınma cinayət mühakimə icraatı qaydasında araşdırılmalı məsələ olduğundan, mülki məhkəmə qaydasında həmin məsələyə baxılması yolverilməzdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.3 və 15.4-cü bəndlərinə görə, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verilmədiyindən, yəni ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin məhkəmə icraatı mümkün deyil və yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh5, https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3143694Cavabdeh4, https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3143694Cavabdeh3, https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3143694Cavabdeh2 və https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3143694Cavabdeh1 qarşı cinayətkar adamların həbsə alınması zərərçəkən şəxs qismində tanınma və kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin və iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı zərərçəkmiş şəxs qismində tanınma ilə bağlı cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada səlahiyyəti olan orqana müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-4758/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4758/2024
27.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver