Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4773/2025 12.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" X1rşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə (açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi tələbi; sübutetmə) akim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" X1rşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı cavabdeh "xxxx" X1rşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ‘Tam Store” MMC-dən iddiaçıya və ailə üzvlərinə vurulmuş 900 manat mənəvi, 100 manat maddi zərərin, habelə 30 manat dövlət rüsumunun tutularaq ümumilikdə 1030 (min otuz) manat məbləğin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi, iş üzrə müəyyən edilmiş hallarla bağlı səlahiyyətli inzibati orqanlara məlumat verilməsi məsələsinə hüquqi qiymət verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il saat 19:40 radələrində Bakı şəhəri Xəzər rayonu binə qəsəbəsi ərazisində yerləşən Tamstor adlı marketdən bir neçə yeyinti məhsulu almışdır. Bişinti məhsullarına baxan işçidən iddiaçıya şirniyyat məhsulu verməsini xahiş edib. O da "Oven" ballı rulet şirniyyatını məsləhət bilib və iddiaçıya təqdim edib. Həmin vaxt işdən çıxıb evə getdiyi üçün yorğun olub, mağazanın işçisinə və marketlər şəbəkəsi olmasına etibar edib məhsulun istifadə müddətinə baxmayıb və məhsulların kassada ödənişini edib evə gəlib. Elə həmin gün axşam az yaşlı uşaqları həmin şirniyyatı yemişlər. Gecə saatlarında az yaşlı qızının qarnı ağrımış və getdikcə bədənində qızartılar yaranmışdır. Yoldaşı tibb işçisi olduğundan dərhal müdaxilə etmişdir. Ancaq uşağın bədənindəki qızartılar getməmişdir. Onlar bunun nədən olduğunu bilmirdilər. Tanış bir neçə həkimdən məsləhət alıblar onlar qan analizi verilməsini məsləhət biliblər. Ancaq maddi vəziyyəti imkan vermədiyindən analizlərə apara bilməyib. Səhəri gün evin zibil paketlərini yandıraraq məhv edib bu zaman aldığı həmin şirniyyatın paketini görüb. Anidən gözünə paketin üzərində olan istehsal tarixi görünüb. İddiaçı həmin paketin üzərinə baxdıqda aşkar edib ki, məhsulun istifadə müddəti xx.xx.2025-ci il tarixdə bitmişdir. Ancaq istifadə müddəti bitməsinə baxmayaraq, xx.xx.2025-ci il saat 19:40 radələrinə qədər satışdan çıxarmayaraq iddiaçıya satış etmişlər. İddiaçı həmin gün marketə gedib marketin şirniyyat yerinə baxdıqda görüb ki, eyni məhsuldan yəni xx.xx.2025 tarixində istifadə müddəti bitmiş Oven ballı şirniyyatdan hələ də satışda var. İddiaçı həmin vaxt mağaza işçisini çağırıb öz iradını bildirib. İşçi ona heçnə olmamış kimi cavab vermişdir. İddiaçı Tamstoer Marketlər şəbəkəsinin "Facebook" səyfəsində olan elektron ünvanına yazaraq iradını bildirib və onlardan bu məhsulun Sertifikatını tələb edib. Ancaq hələ də Sertifikatı təqdim etməyiblər. Bu hadisə az yaşlı uşağının zəhərlənməsi ilə nəticələnərək iddiaçı və ailə üzvləri əsəb stres keçirmiş və bu onlara çox böyük mənəvi təsir etmişdir. Odur ki, cavabdehin iddiaçıya və ailə üzvlərinə vurduğu maddi və mənəvi ziyanı min (1000) manat qiymətləndirərək ödənilməsini tələb edir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə yazılı etiraz ərizəsi daxil olmuşdur. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddia edilən zəhərlənmə faktını təsdiq edən hər hansı sübutun təqdim edilmədiyi müəyyən edilir. Qida zəhərlənməsi faktının mövcudluğunun təsdiqi üçün epikriz, təcili tibbi yardım müraciəti barədə qeydlər, laborator müayinələrin nəticələri, toksikoloji analizlər və ya tibbi ekspertiza rəyi kimi rəsmi sənədlərin təqdim olunması zəruridir. Lakin bu sənədlərin heç birinin təqdim edilməməsi iddianın tibbi əsaslandırmadan məhrum olduğunu göstərir və zəhərlənmə faktının baş verməsi barədə irəli sürülmüş məlumatlar sadəcə ehtimala əsaslanır. Beləliklə, iddia üzrə yetərli tibbi sübutların təqdim edilməməsi iddia edilən halın mövcudluğunu təsdiq etməyə imkan vermir və bu səbəbdən iddianın faktiki və hüquqi əsasını ortadan qaldırır. İddia tələbi irəli sürülərkən həmin halı təsdiq edən sənədlərin, o cümlədən tibbi rəy və digər müvafiq sübutların təqdim edilməsi iddiaçının sübutetmə vəzifəsinin tərkib hissəsidir. Lakin iddiaçı tərəfindən irəli sürülmüş tələbin mövcud və əsaslı sübutlarla hüquqi cəhətdən əsaslandırılmaması iddianın əsassız xarakter daşıdığını göstərir. Bundan əlavə, məhsul ilə iddia edilən nəticə arasında səbəb-nəticə əlaqəsini təsdiq edə biləcək sübutlar da təqdim edilməmişdir. Məhsuldan nümunə götürülərək laboratoriya analizlərinin aparılması, qida təhlükəsizliyi üzrə ekspert rəyi və ya zəhərlənmənin məhz həmin məhsulla bağlı olduğunu göstərən rəsmi sənədlər təqdim edilmədiyindən iddialar yalnız subyektiv mülahizələrdən ibarət olur və obyektiv nəticə çıxarmağa imkan vermir. Bu səbəbdən məhsulun iddia edilən nəticəyə səbəb olması barədə söylənilənlər faktiki sübutlara əsaslanmayan fərziyyə xarakterli iddia kimi qiymətləndirilir. Həmçinin, iddiaçı tərəfindən tələb olunan 1000 manat məbləğində kompensasiyanın mahiyyəti, zərərin konkret olaraq nədən ibarət olduğu, hansı xərclərə əsaslandığı və bu məbləğin hansı hüquqi norma əsasında tələb edildiyi barədə hər hansı məlumat təqdim edilməmişdir. Maddi və mənəvi ziyan tələbinin irəli sürülməsi zamanı zərərin mənbəyini, həcmini və tərkibini təsdiq edən sənədlərin, həmçinin tələb olunan məbləğin hüquqi əsasını göstərən izahların təqdim edilməsi iddiaçının sübutetmə vəzifəsinə daxildir. Lakin bu məlumatlar təqdim edilmədiyindən, zərərin mövcudluğu, miqdarı və hüquqi əsasları müəyyən olunmur və iddianın kompensasiya ilə bağlı hissəsi də hüquqi cəhətdən əsaslandırılmamış hesab edilir. Mövcud materialların faktiki və hüquqi baxımdan kifayət etməməsi səbəbindən iddia tamamilə fərziyyələrə əsaslanan, sübutlarla təsdiq olunmayan və hüquqi cəhətdən əsaslandırılmamış xarakter daşıyır. Qeyd olunan halları nəzərə alaraq müəyyən edilir ki, irəli sürülmüş iddianın mövcud materiallar əsasında qiymətləndirilməsi üçün zəruri tibbi sənədlər, ekspert rəyləri, məhsul ilə iddia edilən nəticə arasında əlaqəni təsdiqləyən sübutlar, eləcə də tələb edilən kompensasiya məbləğinin hesablanmasına dair əsaslandırıcı məlumatlar təqdim edilməmişdir. Bu səbəbdən iddianın faktiki əsaslarının müəyyən edilməsi mümkün deyil və mövcud sübutlar iddianın hüquqi baxımdan qiymətləndirilməsini təmin etmir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin əsassız olduğunu qeyd edərək, təmin edilməməsini xahiş etdi. Bildirdi ki, sağlamlığa dəyən ziyan və zəhərlənmə faktı barədə sübut yoxdur. MMC-dən alınan məhsulun zərər verməsini təsdiq edən heç bir sübut yoxdur. İddiaçı şirniyyatı ayın 3-ü alıb, məhsulun üzərində 2-si tarixində müddətinin bitməsi qeyd olunub. Ola bilsin vitrində unudulub qalıb. Keyfiyyətə nəzarət şöbəsinə şikayət daxil olmadığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı iştirak etməmişdir.Lakin,iddiaçı teleqram vasitəsi ilə müraciət edərək,iddia tələbinin təmin edilməsini və mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mülki işin materialları - İş materiallarında olan satış qəbzindən görünür ki,iddiaçı "xxxx" MMC-dən "Oven" ballı rulet adlı məhsul əldə etmişdir. - İş materiallarında olan fotoşəkildən görünür ki, "X3" MMC tərəfindən istehsal olunan 6,90 ( altı manat,90 qəpik) manat dəyərində olan ballı rulet adlı məhsulun paketlənmə tarixi xx.xx.2025; son istifadə tarixi- xx.xx.2025-ci il tarixidir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə.1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin) habelə, sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyən edilsin. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarının: 3.3.1. Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər şəraitin yaradılması məqsədilə alqı-satqı prosesində, işlərin görülməsində və xidmətlərin göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsasları, habelə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsasları və mexanizmi qanunla müəyyənləşdirmişdir. 3.3.2. Malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına dəymiş zərər zərərvuran tərəfindən istehlakçıya tam ödənilməlidir. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərərin vurulması isə şəxsin şəxsiyyət hüquqlarının pozulması ilə nəticələndiyi halda mənəvi zərərin yaranmasına səbəb olur. 3.3.3. İstehlakçıların şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərinin maddi hüquqi əsasını tərəflər arasında bağlanmış müqavilə, Mülki Məcəllənin 9-cu bölməsinin və ya digər (müqavilənin növündən asılı olaraq) normaları, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, habelə digər sahəvi normativ hüquqi aktlar təşkil edir. İstehlak münasibətlərindən irəli gələn zərər tələbinin maddi hüquqi əsasları müəyyənləşdirilərkən zərəçəkmişin müqavilə tərəfi olub-olmaması, zərər əmlaka vurulduqda isə həmin əmlakın müqavilə predmetini təşkil edib-etməməsindən asılı olaraq, bu qərarın 4.15-ci bəndində göstərilən qayda nəzərə alınmalıdır. 3.3.4. İstehlakçıya dəyən zərər onun seçimindən asılı olaraq, istehsalçı (icraçı, satıcı) tərəfindən ödənilməlidir. Nəzərə alınmalıdır ki, “icraçı” iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar olmaqla, xidmət sahəsində mənəvi zərərin ödənilməsinə cavab verməli olan şəxsdir. 3.3.5. İstehlakçıya ödənilməli olan mənəvi zərərin həcmi malın (işin, xidmətin) dəyərindən və ya tutulmalı olan dəbbə pulunun məbləğindən asılı olmayaraq, ümumi meyarlar əsasında müəyyən olunur. 4.10. Odur ki, şəxsiyyət hüquqlarının müdafiəsi tələblərinə baxarkən məhkəmələr aşağıdakı ardıcıllıq üzrə yoxlama aparmalıdırlar: hüquqazidd əməlin (hərəkət və ya hərəkətsizlik) mövcudluğu, əməlin təqsirli olaraq törədilməsi (qanunla müəyyən edilmiş təqsirsiz məsuliyyət halları istisna olmaqla), şəxsiyyət hüquqlarının pozulması və hüquqazidd əməllə bu pozuntu arasında səbəbli əlaqənin olması. 4.12.Mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən isə bu qərarın 4.10-cu bəndində göstərilən dispozisiya şərtləri ilə yanaşı, şəxsiyyət hüquqlarının pozulması nəticəsində şəxsin mənəvi sarsıntı və (və ya) iztirab keçirməsi halının mövcudluğu da yoxlanılmalıdır. 4.15.Müqavilə öhdəliklərinin pozulması müqavilə tərəfinin həyat və sağlamlığına, habelə üçüncü şəxslərin həyat və sağlamlığı daxil olmaqla, digər şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyi hallarda, o cümlədən hər iki kateqoriyaya aid olan şəxslərə münasibətdə onların istehlak məqsədi üçün istifadə etdiyi müqavilə predmetini təşkil etməyən digər əmlakına zərər vurduqda bu tələbin hüquqi əsasını işin hallarından asılı olaraq müqavilə şərtləri və delikt, yaxud sadəcə delikt təşkil edəcəkdir. Belə ki, müqavilə tərəfinə münasibətdə hər iki maddi hüquqi əsas, üçüncü şəxsə münasibətdə isə yalnız delikt əsası çıxış edəcəkdir. Məsələn, satılmış qida məhsulunun keyfiyyətsiz olması nəticəsində alıcının və ya üçüncü şəxsin zəhərlənməsi, estetik əməliyyatın qüsurlu icrası nəticəsində şəxsin sağlamlığına zərər dəyməsi və ya vəfat etməsi, satılmış qüsurlu məişət cihazında qısa qapanmanın təsirindən alıcının və ya hər hansı üçüncü şəxsin evinin yanması 4.18.Hüquqazidd əməl istənilən xarakterli (mülki, inzibati, inzibati xəta, cinayət və s.) qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə olunan mülki hüquq pozuntusu və ya müqavilə öhdəliyinin pozulmasıdır. Məsələn, şəxsiyyətin alçaldılması, razılıq olmadan ailə və şəxsi həyat sirrinin ictimailəşdirilməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, tibbi müdaxilənin vaxtında və keyfiyyətli edilməməsi, qanunsuz həbsə alma, qanunsuz məhkum etmə, qanunsuz olaraq ölkədən çıxışa qadağa qoyma, qüsurlu malın satılması və ya xidmətin göstərilməsi, fərdi yaşayış evinin söküntüsünə dair inzibati orqanın qanunsuz inzibati aktı nəticəsində şəxsin yeganə yaşayış yerindən məhrum edilməsi və s. 4.26.Delikt məsuliyyətinin əsas qaydası təqsirli məsuliyyətdir. Bu halda məsuliyyətin ən önəmli ünsürü zərər vuran şəxsin təqsirli olmasıdır. Yəni məsuliyyətin yaranması üçün hüquqazidd əməl, zərər və səbəbli əlaqə ünsürlərindən başqa zərər yetirənin hərəkətinin təqsirli olması da sübuta yetirilməlidir. 4.27.Hüquqazidd əməlin qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi əməli törədən şəxsin mülki məsuliyyətini istisna etmir və dəymiş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu halda təqsirin formasının müəyyən edilməsi vurulmuş mənəvi zərərin həcmi baxımından əhəmiyyətlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Həmçinin məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərəkəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə ki, Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə iddiasının əsaslılığını təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh "xxxx" MMC-dən məhsul əldə etdiyini, həmin məhsulun son istifadə müddəti bitdiyi üçün ailəsi və özünün qida zəhərlənməsi ilə bağlı onlara maddi və mənəvi ziyan dəydiyini bildirir. Hazırda iddiaçı cavabdehdən ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edir. İddiaçı iddia ərizəsində qeyd etdiyi hallar ilə bağlı - "xxxx" MMC-dən aldığı məhsulun son istifadə müddətinin bitməsi ilə bağlı qida zəhərlənməsi baş verməsi ilə bağlı sübutlar təqdim etməmişdir. Qida zəhərlənməsi faktının mövcudluğunun təsdiqi üçün təcili tibbi yardım müraciəti barədə qeydlər, laborator müayinələrin nəticələri, toksikoloji analizlər və ya tibbi ekspertiza rəyi kimi rəsmi sənədlər, həmçinin zəhərlənmənin məhz həmin məhsulla bağlı olduğunu göstərən rəsmi sənədlər təqdim edilməmişdir. Mövcud materialların faktiki və hüquqi baxımdan kifayət etməməsi səbəbindən iddia sübutlarla təsdiq olunmayan və hüquqi cəhətdən əsaslandırılmamış xarakter daşıyır. Bu səbəbdən iddianın faktiki əsaslarının müəyyən edilməsi mümkün deyil və mövcud sübutlar iddianın hüquqi baxımdan qiymətləndirilməsini təmin etmir. İddiaçı özü də izahatında övladı zəhərləndikdən sonra peşəkar tibbi yardım üçün hər hansı tibb müəssisəsinə müraciət etmədiyini, uşağın ev şəraitində müalicə aldığın bildirmişdir. Eyni zamanda həmin halı təsdiq edən də hər hansı bir sübut təqdim edilməmişdir. Beləliklə, iddiaçının bildirdiyi hallar – qida zəhərlənməsi, maddi və mənəvi zərərin dəyməsi ehtimal xarakteri daşıyır və hazıki işdə bu halların heç biri mövcud deyil. İddiaçıya cavabdeh tərəfindən hər hansı maddi və mənəvi ziyanın vurulması işin materialları ilə öz təsdiqini tapmır. Məhkəmə hazırlıq iclaslarında iddiaçıya bu cür sübutları təqdim etmək hüququnun olması izah edilsə də, prosessual hüquqlarından istifadə etməyib. Məhkəmə göstərilən nəticəyə gələrkən həmçinin də nəzərə alır ki, iddiaçı tərəfin izahatları isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə və qiymətləndirilə bilməzdi. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyə əsasən hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı tərəf öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “C.N.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" X1rşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" X1rşı !maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-4773/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4773/2025
12.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver