Məhkəmə qərarları › İş №2(005)-4786/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-4786/2023

04.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-4786/2023 04.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı “müqavlənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsin onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* nömrəli çıxarışına əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 76 saylı evin yarımzirzəmisində ümumi sahəsi 66.8 kv.m olan qeyri yaşayış sahəsi onun və bacısı İddiaçı2 mülkiyyətindədir. 02 dekabr 2023-cü ildə "xxxx" MMC yuxarıda qeyd edilən daşınmaz əmlakın onlardan almasına, əvəzində onlara onun yerində inşa edilən yeni binada mənzil veriləcəyinə və sairə dair İddiaçı2 ilə müqavilə bağladığını iddia edir. Bacısı həmin müqavilənin onun tərəfindən imzalanmadığını bildirir. Bundan əlavə müqavilədəki çoxlu (direktorun soyadında, ünvanda, guya arayışlar verildiyi barədə və s.) məqsədli yanlışlıqlar, səhvlər var. Bu və aşağıda göstərdiyi digər əsaslara görə 02 dekabr 2022-ci il tarixli 2/3/63 N-li müqavilənin etibarsız olduğunu iddia edirlər və “GİYASLİ GROUP" MMCnin dələduzluq əməlləri barədə tədbir görülməsi üçün prokurorluğa müraciət edilməsi barədə qətnamə qəbul edilməsini istəyirlər. Göründüyü kimi qanunda daşınmaz əmlaklar haqqında sərəncam verilməsi barədə əqdlərin notariat qaydasında bağlanmalı olması kimi imperativ qavda müəyyən edilmişdir, 02 dekabr 2022-ci il tarixli 2/3/63 N-li müqavilə notariat qaydasında təsdiq edilməmişdir. Bu səbəbdən həmin müqavilə etibarsızdır. Digər tərəfdən müqavilə notariat qaydasında imzalanmadığı ücün Mülki Məcəllənin tələblərinə uyğun olaraq notarius tərəfindən ümumiyyətlə İddiaçı2 təkbaşına daşınmaz əmlak barəsində sərəncam vermə hüququnun və onun yerinə sərəncam vermə səlahiyyətinin olub-olmaması yoxlanılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Mülki Məcəllə) 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onun tərəfindən bacısına nə qəbaqcadan razılıq verilmiş, nə də müqavilə sonradan bəyənilmişdir. Göründüyü kimi bacısıyla onun ümumi mülkiyyətlərində olan daşınmaz əmlakın bir hissəsinə dair özgəninkələşdirmə müqaviləsi digər payçının satın almaqda üstünlük hüququ həyata keçirilə bilməzdi. Bu səbəbdən 02 dekabr 2022-ci il tarixli 2/3/63 N-li müqavilənin etibarsızlığını tələb edirlər. Məhkəmə iddiaçılar İddiaçı2, İddiaçı1 iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Halbuki qanunvericilikdə hər bir iddia ərizəsinin verilməsi üçün dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, mülki iş materiallarından müəyyən edilir ki, məhkəmənin icraatında iddiaçılar İddiaçı2, İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin ləğvi və yeni müqavilənin bağlanması” tələbinə dair 2(005)-2649/2023 saylı mülki iş vardır. Həmin mülki iş üzrə iddiaçılar tərəfindən xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Beləliklə, hazırki iddia ərizəsi 2(005)-2649/2023 saylı mülki iş üzrə iddiaçılar tərədindən verilmiş iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məzmun və mahiyyət etibarilə eynilik təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddələrinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə geri qaytarmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264, 266- 269-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar