Məhkəmə qərarları › İş №2(005)-480/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-480/2024

18.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-480/2024 18.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh4 iştirakları ilə, İddiaçı Cavabdeh4 Hadi qızına qarşı “antisanitar vəziyyətin aradan qaldırılması, mənəvi ziyanın kompensasiyası və s” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh4, Bakı şəhəri Nərimanov RMKTB-nin 54 saylı MKİS, Cavabdeh1 və Cavabdeh2nə qarşı "antisanitar vəziyyətin aradan qaldırılması, mənəvi ziyanın kompensasiyası və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu Ak. H.Əliyev küçəsi 105 nömrəli evin birinci girişində narahatçılığa səbəb olan antisanitar vəziyyətin aradan qaldırılmasının təmin edilməsi, ünvan 1 ünvanda yaşayan vətəndaş Cavabdeh4 mənzilində iki başdan artıq ev heyvanı saxlamasının müəyyənləşdirilməsi məqsədilə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə mənzilə məcburi baxış keçirilməsinin təmin edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydalarının tələblərini təkrar pozduğuna görə vətəndaş Cavabdeh4 inzibati məsuliyyətə cəlb olunması təmin edilməsi, ona vurduğu mənəvi ziyanın kompensasiyası olaraq vətəndaş Cavabdeh4 3510 (üç min beş yüz on) manat məbləğində cərimələnməsi və bu vəsaitin “Toplan - Sahibsiz itlərə qayğı mərkəzi”nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2024-cü il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh4 tərəfindən yaradılmış və indiyə kimi davam edən antisanitar vəziyyətin aradan qaldırılmasının tam təmin edilməsi, ona vurduğu mənəvi ziyanın kompensasiyası olaraq Cavabdeh4 3510 manat məbləğində cərimələnməsinin təmin edilməsi, Cavabdeh4 tərəfindən yaradılan narahatlığa görə sakinlərdən rəsmi olaraq üzr istənilməsinin təmin edilməsi, gələcəkdə vətəndaş Cavabdeh4 tərəfindən ona və ailə üzvlərinə qarşı hər hansı təhdid şantaj cəhdi və ya digər neqativ hallara yol verməyəcəyi və belə hal baş verəcəyi təqdirdə onun hüquqi məsuliyyətə cəlb olunacağına dair rəsmi xəbərdarlıq olunmasının təmin edilməsi və məhkəmə prosesində məruz qalacağı xərclərin vətəndaş Cavabdeh4 tərəfindən ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-480/2024 saylı, 23 fevral 2024cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh4 qarşı “antisanitar vəziyyətin aradan qaldırılması, mənəvi ziyanın kompensasiyası və s.” tələbinə dair mülki iş üzrə İddiaçı “gələcəkdə vətəndaş Cavabdeh4 tərəfindən ona və ailə üzvlərinə qarşı hər hansı təhdid şantaj cəhdi və ya digər neqativ hallara yol verməyəcəyi və belə hal baş verəcəyi təqdirdə onun hüquqi məsuliyyətə cəlb olunacağına dair rəsmi xəbərdarlıq olunmasının təmin edilməsi” hissəsində xitam verilmişdir. İddia onunla əsaslandırılmışdır ki, yaşadıqları binanın birinci girişindəki 9 nömrəli mənzil sakini vətəndaş Cavabdeh4 evində çoxsaylı pişik (12 başa qədər) saxlayır. Pişiklərini pilləkən qəfəsəsində yemləyərkən buraya eyni zamanda digər ərazilərdən çoxlu pişiklərdə gəlir ki, onların da ifrazatı üfunət iyi yaratmaqla sanitar qaydalarının pozulmasına səbəb olur. Həmçinin, göstərilən mənzilin qapısı bir neçə dəqiqəyə açılanda da ətrafa xoşagəlməz iy yayılır. Qonşularla dəfələrlə müraciət etsə də bu sakin heç bir irada əməl etməməklə müvafiq tədbir görmürdü. Ailə üzvləri bundan əziyyət çəkir. Müvafiq tədbirlərin görülməsi məqsədilə dəfələrlə şifahi olaraq 54 saylı MKİS-nin əməkdaşlarına müraciət etsə də, heç bir nəticəsi olmamışdır. 2021-ci ilin noyabr ayının 27-də evlərinə gələn qonaqlar da bu vəziyyəti görərkən narahatçılıq keçirdiklərinə görə pilləkən qəfəsəsində bu qadın tərəfindən yerləşdirilmiş yem qablarını kənarlaşdırmaq məcburiyyətində qaldı. Həmin gün axşam təxminən 19:00 radələrində vətəndaş Cavabdeh4 evinə “hücum" çəkərək təhqiramiz ifadələr işlədərək onu hədələməklə təhdid etməyə başladı. Pişikləri evində saxlaya bilər, şəxsi işidir, ancaq pilləkən qəfəsəsi ümumi istifadədə olduğu üçün o, belə hərəkət edə bilməz. Dəfələrlə etdikləri xəbərdarlığa və ictimai qınağa əhəmiyyət vermədiyinə görə müvafiq tədbirlərin görülməsi üçün aidiyyati qurumlara müraciət ünvanlamışdır. 01 dekabr 2021-ci il tarixdə axşam evə gələrkən yaşadığı binanın 1-ci girişində karton lövhə üzərində onun ünvanına təhqiramiz ifadələr yazıldığının şahidi oldu. Artıq səbr kasasının daşdığı qənaətinə gələrək, təbii ki, adekvat tədbir görməyi qanuna zidd olardı, 02 dekabr 2021-ci il tarixdə müəyyən foto şəkilləri də əlavə edərək Nərimanov rayon Polis İdarəsinin 16 saylı Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etdi. Sonradan aldığı məlumata görə Polis Bölməsi müvafiq tədbirlər görüb və ciddi xəbərdarlıq edib (Cavabdeh4 inzibati qaydada cərimələnib). Bundan sonra vətəndaş Cavabdeh4 ondan Nərimanov Rayon Prokurorluğuna şikayət edib, guya iddiaçı onu təhqir etmişdir. Bu şantajdır. Bununla əlaqədar 16 saylı Polis Bölməsinə dəvət olunarkən müvafiq izahatı da alınıb. 27 noyabr 2021-ci il tarixli müraciətimə Nərimanov Rayon Gigiyena və Epidemiologiya Mərkəzi cavab olaraq 22 yanvar 2022-ci il tarixli 47/15 nömrəli məktubunda bildirmişdir ki, vətəndaş Cavabdeh4 ilə maarifləndirici söhbət aparıb və tövsiyyə xarakterli məktub ünvanlayıb. Eyni zamanda təklif edib ki, analoji məsələlərlə əlaqədar Azərbaycan Respublikası X2 müraciət edim. 27 noyabr 2021-ci il tarixli müraciətimə cavab olaraq Cavabdeh1 24 yanvar 2022-ci il tarixli M-2 nömrəli məktubu ilə şikayətimlə əlaqədar müvafiq tədbirlərin görülməsini 54 saylı MKİS-nə tapşırmışdır. 27 noyabr 2021-ci il tarixli müraciətimə cavab olaraq Nərimanov RİH 02 fevral 2022-ci il tarixli M-274/2-168/2 nömrəli məktubu ilə şikayəti ilə əlaqədar müvafiq tədbirlərin görülməsini Cavabdeh1nə tapşırmışdır. Bütün bu yazışmalar nəticəsiz qalmış və heç bir tədbir görülməmişdir. Şifahi müraciətlərinə cavab olaraq isə bildirilir ki, vətəndaş Cavabdeh4 ilə “qapı arxası" (o, qapını açmır) maarifləndirici söhbət aparılıb, ancaq xüsusi icazə olmadığına görə mənzilə baxış keçirilməsi mümkün olmur. Vəziyyətin kəskinləşməsi, vətəndaş Cavabdeh4 mənzilinin qapısını, hətta nəfəsliklərini açarkən (bir neçə saniyəlik olsa da belə) üfunət iyinin ətrafa yayılması nəticəsində yaranan narahatçılıq davam etdiyinə görə 04 fevral 2023-cü il tarixdə aidiyyati qurumlara təkrar müraciət etmişdir. Bu müraciətə cavab olaraq Azərbaycan Respublikası X3nin Bakı Regional Bölməsinin xx.xx.2023-cü il tarixli 3-441/2-M-202 nömrəli cavab məktubunda problemin həlli üçün aidiyyati qurumlara məktub göndərildiyi bildirilib. Yay mövsümünün başlaması ilə üfunət iyi daha da kəskinləşir. Məcbur olub 08 iyun 2023-cü il tarixdə birbaşa Nərimanov RGEM-nə gedib yerində ərizə yazaraq bir daha tədbirlər görülməsini xahiş edirəm. Ona xx.xx.2023cü il tarixli 258/15 nömrəli məktub təqdim olunub. Bu məktub onun xx.xx.2023-cü il tarixli məktubuna cavabdır. 31.05-xx.xx.2023 tarixdə o məzuniyyətdə-ölkədən kənarda olmuş və oradan şikayət göndərməmişdir. xx.xx.2023-cü il tarixdə X2 və digər aidiyyəti qurumlara da müraciət etmişdir. 08 iyun 2023-cü il tarixdə Nərimanov Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə etdiyi müraciətə xx.xx.2023-cü il tarixli 264/15 nömrəli cavab məktubu ünvanına göndərilib. Bu məktubda göstərilmişdir ki, problemlərin həlli ilə bağlı X2 xx.xx.2023-cü il tarixli 262/15 nömrəli və 16-cı Polis Bölməsinə xx.xx.2023-cü il tarixli 263/15 nömrəli məktublar göndərilmişdir. xx.xx.2023-cü il tarixli müraciətimlə əlaqədar Cavabdeh1 göndərdiyi xx.xx.2023-cü il tarixli M-43 nömrəli məktubda təkrar Nərimanov RMKTB-nin 54 saylı MKİS-nə tapşırıq verir. Beləliklə, dairə qapanır, heç bir qurum müvafiq tədbirləri həyata keçirmir. Şifahi müraciətlərinə isə cavab verirlər ki, yaşadığı binanın birinci grişindəki vəziyyəti təsdiq edirlər, lakin mənzilə baxış keçirilməsi mümkün olmur. İki ilə yaxın bir müddətdə etdiyi müraciətlərlə əlaqədar hər hansı tədbir görülməyib, antisanitar vəziyyət indiyə kimi davam edir. Eyni zamanda məlumat alır ki, vətəndaş Cavabdeh4 haqqında xoşagəlməz şaiyələr yayır. Yəni şantajını davam etdirir. Bəlkə də tənha qadın olduğu, övladı olmadığı üçün bütün sevgisini pişiklərə yönəldir. Olsun, ancaq bir qadın olaraq gigiyenik tələblərə əməl etməlidir. Bütün bu dövr ərzində tərəfindən vətəndaş Cavabdeh4 qarşı adekvat tədbirlər görülə bilərdi. Ancaq mentalitetə əsaslanaraq belə hərəkətləri normal hesab etmir. Bu həm də qanunlara zidd olardı. O hələ də səbr edir. Pis qonşu olduğuna görə hazırda yaşadığı mənzildən digər bir yerə köçmək imkanı yoxdur . Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 etiraz ərizəsi təqdim edərək, iddia tələbini qəbul etmədiyini, binanın pilləkən qəfəsində pişiklərin saxlanılmadığını, yemlənmədiyini Nərimanov MKTB-dən iddiaçının müraciətləri əsasında binanın pilləkən qəfəsinə baxış keçirildiyini və hər hansı anti-sanitar vəziyyət və qoxu aşkar edilmədiyini bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, məhkəmə yerli müayinə keçirilərkən ona bildirilmiş tövsiyələri nəzərə almış və aşkar edilən pişiklərdən dördünü başqa şəxsə sahibləndirmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X5 ifadəsində bildirmişdir ki, cavabdeh onun qonşusudur. Cavabdehin saxladığı digər ev heyvanları vardır. Cavabdeh4 pişiklərini sahibləndirmək istədiyini bildirən zaman o sahiblənmək istəmişdir. O 2 böyük və 2 bala pişik sahiblənmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Məhərrəmov X4 Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə 02 dekabr 2021-ci il tarixli ərizə ilə müraciət edərək, yaşadığı binanın 9 saylı mənzilinin Nailə adlı sakini mənzilində pişik saxlayaraq (mənzilində pişik saxlamas şəxsi qərarıdır, bununla işimiz yoxdur), küçə pişiklərini də binanın birinci girişinə yığmaqla məşğuldur. Belə ki, bu sakin ümumi istifadə üçün nəzərdə tutulan pilləkən qəfəsəsində yem və su üçün qablar yerləşdirərək (foto əlavə olunur) küçə pişiklərinin pilləkən qəfəsəsinə yığılmasına səbəb olur. Nəticədə pilləkən qəfəsəsində dözülməz üfunət iyinin yaranması bizi narahat edir. Hətta, 9-cu mənzilin qapısı açılanda belə, ətrafı üfunət iyi basır. Yaranmış antisanitar vəziyyətə görə qonşularla birlikdə dəfələrlə irad bildirməyimizə baxmayaraq, bu sakin əməllərindən əl çəkmir. Ailə üzvlərimiz də bundan əziyyət çəkirlər. Belə ki, ailə üzvlərim pişikdən qorxurlar, çox hallarda evə gələrkən girişdə pişik görəndə gözləməli oiurlar ki, kimsə gəlsin və onunla birlikə keçib getsinlər. Bu ciddi narahatçılıqdır. 27 noyabr 20121-ci il tarixdə axşamüstü mən qoyulmuş qabları kənarlaşdırdıqdan sonra bu qadın mənzilə "hücum" çəkərək onu təhdid etməyə və hədələməyə başladı. Hər hansı konfliktin yaranmasından çəkinərək bu barədə aidiyyəti tədbirlərin görülməsi üçün müvafiq qurumlara elektron meklubla müraciət etmiş. Təəssüf ki, hələlik bu qurumlardan bir reaksiya verilməmişdir. Dünən axşam evə gələrkən bu sakinin girişdə bir lövhə yerləşdirdiyini və bu lövhə üzərindəki yazısı ilə onu (xx.xx.2021-ci il tarixdə hədəsinə görə bu qərara gəlmişəm) hədələməyinin şahidi oldu. Diqqətinizə çatdırmaq istərdi ki, ölkədə pandemiya ilə əlaqədar aparılan qənaətbəxş işlərlə əlaqədar sanitar-gigiyenik çatışmazlıqlar da aradan qaldırılır. Mətbuatdan aldıqları məlumatlardan bəlli olur ki, küçə heyvanlarında da koronovirus aşkarlanır. Mentalitetə görə bu qadına qarşı tərəfindən adekvat tədbirlər görülməsi fikrindən uzaqdır. Ona görə də qeyd olunanlara əsasən, pandemiya dövründə sanitar-gigiyenik tələblərə əməl olunmasının təmin edilməsi, həmçinin sakinlərin narahatçılığına son qoyulmasına köməklik göstərilməsi və onu təhqir etdiyinə görə qanunvericiliyin tələblərinə uyğun aidiyyəti tədbirlər görülməsini xahiş edir. - 22 yanvar 2022-ci il tarixli Bakı şəhəri Nərimanov rayonunun Gigiyena və Epidemiologiya Mərkəzinin məktubundan görünür ki, İddiaçı Tapdiq oğlunun xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli şikayət ərizənizə əlaqədar olaraq tərəflərdən 54 nömrəli Mənzil Kommunal İstismar Sahəsinin nümayəndəsinin iştirakı ilə göstərilən ünvanda müayinə işləri aparılmışdır. Əraziyə baxış keçirilən zaman binanın girişində, pillakən qəfəslərində antisanitar vəziyyətlər aşkar olunmadı. - AR X3 Bakı Regional Bölməsinin 21 fevral 2023-cü il tarixli məktubundan görünür ki, müraciətlə əlaqədar Nərimanov rayon 16-cı polis bölməsinin sahə inspektoru ilo birlikdə aparılan araşdırma zamanı adı çəkilən ünvanda ev sahibi olmadığından araşdırma aparmaq mümkün olmamışdır. Lakin binaya daxil olarkən ümumi istifadə sahəsi olan keçiddə pişik ifrazatı (nəciz) vs kəskin iy-qoxu tərəflərindən müşahidə edilmişdir. Yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının (bundan sonra ev heyvanları) saxlanma şərtləri, onların saxlanılmasına nəzarət, heyvan sahibinin hüquq və vəzifələri və digər qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 9 mart tarixli 38 nömrəli qərarında öz əksini tapmışdır. Qərarın 2.1-ci bəndinə əsasən baytarlıq, sanitarıyagigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir. ünvan 2 ünvanında yaşayan vətəndaş ətraf mühitin təmizliyinə ziyan vurmaqla bərabər sanitariya-gigiyena tələblərini pozmuş, özünün qanunsuz hərəkətləri ilə antisanitar şəraitdə bəslənilən ev heyvanlarından yaranan pis qoxu, səs-küy nətcəsində sakinlərə narahatlıq yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 mart 2011-ci il tarixli 38 saylı Qərarının 8.1-ci bəndinə əsasən "şəhərdə şəhərtipli qəsəbələrdə, digər yaşayış sahələrində heyvanların saxlanma qaydalarına nəzarət yerli icra hakimiyyəti, daxili işlər orqanları, dövlət sanitariya nəzarəti orqanları və baytarlıq idarələri tərəfindən həyata keçirilir. Şikayətin ətraflı araşdırılması üçün Nərimanov Rayon İcra Hakimiyyətinə və Nərimanov Rayon Polis İdarəsinə məktubla müraciət edilmişdir. - 06 iyun 2023-cü il tarixli Bakı şəhəri Nərimanov rayonunun Gigiyena və Epidemiologiya Mərkəzinin məktubundan görünür ki, məlumal üçün bildirilmişdir ki, bundan əvvəl yəni xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində də müraciətlər olmuşdur. Həmin tarixlərdə olan müraciətlərə göstərilənlərlə əlaqədar olaraq mütəxəssisləri tərəfindən ərazidə müayinə işləri aparılmış, şikayətdə göstərilən amillərin insan səhhətinə və sağlamlığına vura biləcəyi zərər barəsində 9 N-li mənzilin sakini ilə maarifləndirici söhbət aparılmışdır. Həmçinin hər dəfə tərəfinizdən şikayət olunduqdan sonra aidiyyəti üzrə Azərbaycan Respublikası Qida Tohlükəsizliyi Agentliyinə 01.08 202-ci il və xx.xx.2023-cü il tarixlərində məktubla müraciət olunaraq Azərbaycan Respublikası Prezidentinin 2017-cı il noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası X3 haqqında Əsasnamənin müvafiq maddələrinə uyğun olaraq və 'Vətəndaşların Müraciətlori haqqında” Azərbaycan Respublikasının Qanununun 7.10-cu maddəsinə əsasən şikayətdə göstərilən tələblərin səlahiyyətləri daxilində araşdırılması xahiş olunmuşdur. - 09 iyun 2023-cü il tarixli Bakı şəhəri Nərimanov rayonunun Gigiyena və Epidemiologiya Mərkəzinin məktubundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli şikayət ərizənizə Nərimanov rayon Gigiyena və Epidemiologiya Mərkəzində baxılmışdır. Müraciətinizdə göstərilənlərlə əlaqədar olaraq tərfimizdən aidiyyəti üzrə Azərbaycan Respublikası X2 xx.xx.2023-cü il tarixli 262/15 nömrəli və Nərimanov rayonu 16-cı Polis İdarəsinə xx.xx.2023-cü il tarixli 263/15 nömrəli məktublarla müraciət olunaraq Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2011-ci il tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yaşayış məntəqələrində it.pişik və ya digər ev heyvanlarının saxlanması Qaydalarfna əsas:anaraq yaşadığınız binanın 9-cu mənzilində çoxlu sayda pişik saxlanması faktının araşdırılması üçün və qanuna müvafiq surətdə birgə tədbirlərin görülməsi məqsədi ilə nümayəndələrinin iştirakını təmin etmələri xahiş olunmuşdur. - 09 iyun 2023-cü il tarixli Bakı şəhəri Nərimanov rayonunun Gigiyena və X1 rayonu 16-cı Polis Bölməsinə ünvanlanmış məktubundan görünür ki, ünvan 4işinin 15-ci mənzilində yaşayan İddiaçı xx.xx.2023-cü il tarixində təkrarı olaraq Nərimanov rayon Gigiyena və hpidemıoogıya Mərkəzinə müraciət edərək yaşadığı mənzilin qonşuluğunda 9-cu mənzilin sakini Cavabdeh4 öz mənzilində çoxlu sayda pişik saxlamasından, bu zaman yaranan ifrazatın ərazidə antisanitar vəziyyət yaratmasından və yaranan iy-qoxudan şikayətlənmişdir. Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2011-ci il tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş ‘Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydalarfnın 2-ci bəndindəki heyvanların saxlanması qaydaları 2.1 bəndində göstərildiyi kimi baytarlıq sanitariya-gigiyena, səs-küy və digər normaları pozmamaqla şəhərdə və şəhərtiplı qəsəbələrdə çoxmərtəbəli binaların ay ıca mənzillərində hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və bir pişik saxlamağa icazə verilir. Lakin şikayətçinin müraciətində göstərildiyi kimi mənzildə çoxlu sayda pişiklər saxlanılır. Göstərilənləri nəzərə alaraq Ak.H.Əliyev küç. 105 saylı binanın 1-ci girişinin 9-cu mənzilində yaşayan Cavabdeh4 öz mənzilində çoxlu sayda pişik saxlanılması faktının araşdırılması üçün və qanunamüvafiq surətdə birgə tədbirlərin görülməsi məqsədi ilə nümayəndənin iştirakının təmin edilməsi xahiş olunmuşdur. - AR Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən 54 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Nərimanov Rayon İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 5- 14/2-M-141-106/2023 nömrəli məktub ilə Ak.H.Əliyev küçəsi, ev 105, mənzil 15 ünvanında yaşayan vətəndaş İddiaçı yaşadığı binanın 9-cu mənzilində yaşayan sakin tərəfindən mənzildə çoxlu sayda pişik saxlanılması nəticəsində yaranmış narazılıqlara dair müraciətinə baxılması və zəruri tədbirlərin görülməsi tapşırılmışdır. Tapşırığın icrası ilə əlaqədar olaraq ərizəçinin narazılığına səbəb olmuş halların aidiyyəti qurumlarla birlikdə yerində araşdırılması və aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi onlara tapşırılmışdır. - İnzibati xəta haqqında MN ******* nömrəli qərardan görünür ki, Cavabdeh4 AR İXM-nin 290.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 200 manat cərimə tənbeh növü tətbiq edilmişdir. - 18 yanvar 2024-cü il tarixli yerli müayinə protokolundan görünür ki, Bakı şəhəri, Ak.H.Əliyev küçəsi, ev 105, 9 saylı mənzilə baxış keçirilmiş və həmin mənzildə kəskin boğucu qoxu olduğu, evdə beş böyük və iki bala pişik olmaqla cəmi 7 pişik olduğu, eyni zamanda mənzildən kənarda kəskin qoxu, pişiklərin yemlənməsi üçün qab-qacaq, aşkar edilməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh4 ona məxsus olan Bakı şəhəri, Ak.H.Əliyev küçəsi, ev 105, 9 saylı mənzildə pişiklər ilə birlikdə yaşayır və həmin mənzildə kəskin boğucu qoxu vardır. İddiaçı isə İddiaçı həmin qoxudan narazıdır və bununla bağlı müvafiq qurumlara müraciət etmişdir. Hazırda İddiaçı bununla bağlı məhkəməyə müraciət edərək, qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini, mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddia tələbləri əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. AR Nazirlər Kabinetinin 09 mart 2011-ci il tarixli, 38 №-li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması” Qaydalarının 2.1-ci bəndinə əsasən, baytarlıq, sanitariyagigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir. Məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Mülki Prosessual Məcəllənin 76cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Lakin hazırki işdə iddiaçı cavabdehin xüsusi mülkiyyətində olan mənzildən kəskin qoxunun ümumi istifadə olan pilləkan qəfəsinə yayıldığını qeyd etsə də, bu iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə tərəfindən mənzilə baxış keçirilmiş, mənzildə kəskin boğucu qoxu müəyyən edilsə də, ümumi istifadədə olan hissələrdə hər hansı qoxu, anti-sanitar şərait, pişiklərin həmin hissədə yemləndirilməsi və saxlanılmasını təsdiq edən hal müəyyən edilməmişdir. Eyni zamanda digər qonşular tərəfindən də ümumi istifadədə olan hissədə qoxu olması ilə bağlı şikayətləri olması barədə hər hansı sübut mövcud deyildir. Məhkəmə xüsusilə qeyd edir ki, iddiaçı ilə cavadehin mənzilləri eyni mərtəbədə yerləşməməklə, cavabdehin mənzili 3-cü, iddiaçının mənzili isə 5-ci mərtəbədə yerləşir. Bununla yanaşı, iddiaçıdan başqa digər qonşular tərəfidnən cavabdehlə bağlı hər hansı şikayətin, narazılığın olduğu barədə məlumat məhkəməyə təqdim edilməmişdir. İşin müəyyən edilmiş hallarına görə cavabdehə məxsus mənzildə heyvanların saxlanması binanın ümumi istifdəsinə olan hissələrində hər hansı iy-qoxunun yaranmasına səbəb olmur və ola biləcək iy-qoxu və ya heyvan səsləri də iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozmur. Mülki Məcəllənin hazırki işə tətbiq edilmiş 171.1-ci maddəsinə görə torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Qeyd edilən normaya əsasən analoji iddiaların təmin olunması üçün normada nəzərdə tutulan dispozitiv şərtlərin əksi mövcud olmalıdır: daşınmaz əmlakın mülkiyyətçisinin öz sahəsindən istifadə etməkdə maneçilik yaranması və ya hüququnun əhəmiyyətli dərəcədə pozulması. Məhkəmə AR Nazirlər Kabinetinin 09 mart 2011-ci il tarixli, 38 №-li Qərarı ilə təsdiq edilmiş Qaydalara zidd olaraq, cavabdeh tərəfindən ikidən çox pişik saxlanılması ilə bağlı qeyd edir ki, bu hal şəxs barəsində AR İXM-də nəzərdə tutulmuş məsuliyyət tədbirlərinə, yəni inzibati tənbeh tədbirlərinin tətbiq edilməsinə əsas ola bilər. Lakin bu hal özüözlüyündə iddianın təmin edilməsi üçün yetərli deyil. Belə ki, iddiaçı cavabdeh tərəfindən pişiklərin antisanitar şəraitdə saxlanılmasının, yemlənməsinin nəticəsində iddiaçıya məxsus hüquqlarının əhəmiyyətli dərəcədə pozulduğunu, v ya onun öz sahəsindən istifadə etməkdə maneçilik yarandığını sübuta yetirməlidir. İşin müəyyən edilən hallarına görə isə cavabdehə məxsus mənzildə heyvanların saxlanması nəticəsində ümumi istifadədə olan hissədə iddiaçının istinad etdiyi hallar– hər hansı iy-qoxu yoxdur, üstəlik ola biləcək iy-qoxu və ya heyvan səsləri də iddiaçının hüquqlarını əhəmiyyətli dərəcədə pozmur. Mülki Prosessual Məcəllənin 77.1, 106.1 və 217.4-cü maddələrinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, iddia tələbi “antisanitar vəziyyətin aradan qaldırılması təmin edilsin” hissəsində təmin edilmədiyindən, mənəvi ziyanın ödənilməsi və məhkəmə xərclərinin tutulması hissəsində də təmin edilə bilməz. Eyni zamanda məhkəmə iddia tələbinin “cavabdeh tərəfindən sakinlərdən rəsmi olaraq üzr istənilsin” hissəsi ilə bağlı qeyd edir ki, mülki işin materiallarında digər sakinlərin, o cümlədən cavabdehin qapı qonşusunun hər hansı tələbinin olması öz təsdiqini tapmır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının başqa şəxslərin adından belə bir iddia tələbi ilə çıxış etməyə, ümumiyyətlə, subyektiv hüququ yoxdur. Məhkəmə daha sonra hesab edir ki, iddiaçının iddia tələbinin əsaslı olmasına dair izahatı isə özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, Azərbaycan Respublikasının MPM-nin 88 və 106.1-ci maddələrinin mənası görə iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, maddə 14.2, 77.1 və 88 maddələri). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. - 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin -Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir» Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1- ci maddələrinə dair» xx.xx.2002-ci il taixli qərarı) İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Tapdiq oğlunun Cavabdeh4 Hadi qızına qarşı “antisanitar vəziyyətin aradan qaldırılması, mənəvi ziyanın kompensasiyası və s” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Tapdiq oğlunun Cavabdeh4 Hadi qızına qarşı “antisanitar vəziyyətin aradan qaldırılması, mənəvi ziyanın kompensasiyası və s” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar