Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-4881/2021 11.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Araz Alakhverdiyevin iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.05.2016cı il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “İveco Urbanvay” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər görə İddiaçı “Atəşgah" Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 2899 AZN (iki min səkkiz yüz doxsan doqquz manat) sığorta ödənişi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 AZN (otuz manat qırx qəpik ) məbləğin cavabdeh X1 tutularaq iddiaçı “Atəşgah’ Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 19.05.2016-cı il tarixində tərəfindən idarə edilən “VAZ 21074” markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtombil “Paşa Sığorta” da kasko sığorta növü üzrə sığortalanmış “İveco Urbanvay” markalı, ** JX *** cavabdeh X5 dövlət qeydiyyat nişanlı avtomobil ilə toquşmuş və nəticədə sonuncu avtomobilə maddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində cavabdeh X2 təqsirli olması AR DİN X12 İdarəsinin 349793 saylı Protokolunda da öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmısi ilə bağlı dəymiş zərərin qiymətlənmdirilməsi barədə hesabata uyğun olaraq sığortalanmış “İveco Urbanvay” markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilə 2899 AZN (iki min səkkiz yüz doxsan doqquz manat) ziyan dəyməsi müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən öz növbəsində dəymiş zərər aradan qaldırılaraq 2899 AZN (iki min səkkiz yüz doxsan doqquz manat) sığorta ödənişi həyata keçirildiyi üçün cavabdeh X4 qarşı subroqasiya hüququ yaranmışdır. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Araz Alakhverdiyev iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 031025 saylı sığorta aktından görünür ki, 19.05.2016-cı il tarixində Cavabdeh tərəfindən idarə edilən “VAZ 21074” markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil “İveco Urbanvay” markalı, ** JX *** qeydiyyat nişanlı avtomobil ilə toquşmuş və nəticədə sonuncu avtomobilə maddi ziyan dəymişdir. ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilə 2899 AZN (iki min səkkiz yüz doxsan doqquz manat) ziyan dəyməsi müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən öz növbəsində dəymiş zərər aradan qaldırılaraq 2899 AZN (iki min səkkiz yüz doxsan doqquz manat) sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan 22 avqust 2016-cı il tarixli Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətlənmdirilməsi barədə hesabatdan görünür ki, “İveco Urbanvay” markalı, ** JX *** qeydiyyat nişanlı avtomobilə cəmi 2899 AZN zərər dəymişdir. İş materiallarında olan AR DİN X12 İdarəsinin 349793 saylı Protokolundan görünür ki, Cavabdeh idarə etdiyi “VAZ 21074” markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil “İveco Urbanvay” markalı, ** JX *** qeydiyyat nişanlı avtomobil ilə ilə toquşmuş Cavabdeh AR İXM-nin 327.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan Ac seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 21074” markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan AB seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “İveco Urbanvay” markalı, ** JX *** qeydiyyat nişanlı avtomobil X7 mülkiyyətindədir. İş materiallarında olan №4992 nömrəli ödəniş tapşırığının təsdiq olunmuş surətindən görünür ki, 2899 manat məbləğində sığorta ödənişi X7 hesabına köçürülmüşdür. İş materiallarında olan AR DİN X12 İdarəsinin İddiaçı Sığorta Şirkəti ASC-yə ünvanlandığı məktubdan görünür ki, Sizin, 05.09.2019-cu il tarixli P3218/19 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, DİN-in Baş X12i İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasına görə "VAZ 21074" markalı **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobili 01.09.2014-cü tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan 22.08.1979cu il təvəllüdlü X6 adına qeydiyyata alınaraq AC 282327 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. 05.09.2018-ei il tarixdə qeyd olunan avtomobil alqı-satqı müqaviləsi əsasında Orxan Məhərrəmovun adından qeydiyyatdan çıxarılmış və dövlət qeydiyyat nişanı dəyişdirilmədən ünvan 2 ünvanında qeydiyyatda olan 15.07.1964-cü il təvəllüdlü Əfəndiyeva Mənzilə Hafiz qızının adına təkrar dövlət qeydiyyatına alınaraq AD 302391 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Qeyd olunan avtomobilin etibarnamə əsasında X3 istifadəsinə verilməsi barədə DİN-in Baş X12i idarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ( və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmədə müəyyən edilir ki, 19.05.2016-cı il tarixində Bakı şəhəri, A.Heydərov küçəsində Cavabdeh idarə etdiyi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmış, "VAZ 21074" markalı **-TD-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən “Yol verin” nişanının tələbini pozmuş və nəticədə “Paşa Sığorta” da kasko sığorta növü üzrə sığortalanmış "xxxx" MMC-yə məxsus “İveco Urbanvay” markalı, ** JX *** dövlət nömrə nişanlı avtomobil ilə toqquşaraq nəqliyyat vasitəsinə maddi zərər vurmuş, daha sonra İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq 2899 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. 349793 №-li inzibati xəta haqqında protokola əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli tərəf kimi bilinərək barəsində inzibati tənbeh tətbiq edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalının avtonəqliyyat vasitəsinin təmiri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, cavabdehdən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq iş üzrə mötəbər sübut olan qiymətləndirmə rəyi ilə müəyyən edilmiş vurulmuş zərərin əvəzi qismində 2899 manat həcmində pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 2899 manat məbləğində dəymiş ziyan tutularaq İddiaçı Sığorta Şirkəti ASCnin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbini əsaslı hesab edir və Cavabdeh 2899 manat sığorta ödənişi və 30,40 məbləğində dövlət rüsumu, cəmi 1591.55 manat İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh dəymiş ziyana görə ödənilmiş 2899 AZN (iki min səkkiz yüz doxsan doqquz manat) sığorta ödənişi və 30,40 məbləğində dövlət rüsumu iddiaçı İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-4881/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-4881/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver