Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-499/2022 31.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı şikayət ərizəsi və ona əlavə edilmiş sənədləri Pirallahı rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyindən, geri Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı şikayətin qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, Pirallahı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə göndərilən şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərin ciddi araşdırılması üçün geri qaytarılması, Mənzil-Kommunal Təsərrüfatı Departamentin vəzifəli şəxsi (sədr müavini Yusif Xəlilov) vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Qanunun 7-ci maddəsinin 7-ci hissəsində göstərilən qaydanı pozduğuna görə 4*** manat məbləğində cərimələnməsi və həmin vəsaitin Mənzil-Kommunal Təsərrüfatı Departamentindən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyin rəisi Manaf Manafov tutduğu vəzifəsindən sui istifadə edərək sözügedən müəssəsində özbaşınalıq yaradaraq şəxsi məqsədləri üçün qazanc mənbəyi yaratmışdır. Manaf Manafovun bu əməllərini sübut edən şikayət ərizəyə fotoşəkilləri əlavə edib göndərmişdir Məzil Kommunal Təsərrüfatı Departamentinə, Mənzil Kommunal Təsərrüfat Departamentin məsul işçisi sədr müaivini Yusif Xəlilov şikayət ərizəni və ona əlavə edilmiş sənədləri Ş-19,15.1*.2*21-ci il tarixli məktubla göndərmiş Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Manaf Manafova. Məktubda qeyd olunmuşdur ki, ərizə aidiyyəti üzrə baxılması və nəticə barədə məlumat verilməsi göstərilmişdir. Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Qanununa əsasən, vətəndaşların şikayətlərini baxılması üçün qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərmək qadağandır. Normanın tələblərinə görə şikayət ərizəsi Pirallahı rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinə göndərilməsi qadağa edir. Lakin Mənzil Kommunal Təsərrüfatı Departamentin sədr müavini bu normanın tələblərini kobud sürətdə pozmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 15.1*.2*21-ci il tarixdə Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Manaf Manafova ünvanladığı məktubdan görünür ki, vətəndaş İddiaçı Bakı Şəhər Mənzil-Kommunat Təsərrüfatı Departamentinə *7.1*.2*21-ci il tarixli, Ş-19 sayla daxil olmuş ərizəsi aidiyyatı üzrə baxılması və nəticəsi barədə ərizə müəllifinə məlumat verilməsi üçün Manaf Manafova göndərilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentin rəisi Rafael Mehrəliyevə İddiaçı tərəfindən ünvanlanmış şikayət ərizəsindən görünür ki, Şamilov X1 rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Manaf Manafovun hərəkətlərindən şikayət etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Milli Məclisinin sədrinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentin rəisi Rafael Mehrəliyevə İddiaçı tərəfindən ünvanlanmış təkrar şikayət ərizəsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentin rəisi Rafael Mehrəliyevin və Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Manaf Manafovun hərəkətlərindən şikayət etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı Şamilov X1 rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Manaf Manafovun hərəkətlərindən Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentin rəisi Rafael Mehrəliyevə şikayət ərizəsi ünvanlamış, sonuncu şikayət ərizəsinə baxılması və nəticə barədə məlumat verilməsi üçün şikayəti şikayət edilən şəxsə göndərmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticənin aşağıdakılarla əsaslandırılmasını məqbul hesab edir. Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında” Qanunun: 7.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. 7.13. Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır. 7.14. Bu Qanunun 7.13-cü maddəsi ilə müəyyən edilmiş qadağaya görə vətəndaşın müraciətini aidiyyəti üzrə göndərmək mümkün olmadıqda vətəndaşa qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ izah olunur. 11.5. Qəbul zamanı təqdim edilmiş yazılı müraciət bu Qanunun 7-ci maddəsinə uyğun olaraq qəbul edilir, qeydiyyata alınır və ona baxılır. 12.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər. 12.2. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarına əsaslanaraq məhkəmə iddianın Pirallahı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə göndərilən şikayət ərizə və ona əlavə edilmiş sənədlər ciddi araşdırılması üçün geri qaytarılması hissəsində qeyd edir ki, iddia həmin hissədə əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iddiaçı Şamilov X1 rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Manaf Manafovun hərəkətlərindən Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentin rəisi Rafael Mehrəliyevə şikayət ərizəsi ünvanlamış, sonuncu şikayət ərizəsini Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında” Qanununa zidd olaraq baxılması və nəticə barədə məlumat verilməsi üçün şikayəti şikayət edilən şəxsə göndərmişdir. Məhkəmə hesab edir ki, iddia Mənzil-Kommunal Təsərrüfatı Departamentin vəzifəli şəxsi (sədr müaivini Yusif Xəlilov) vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Qanunun 7-ci maddəsinin 7-ci hissəsində göstərilən qaydanı pozduğuna görə 4*** manat məbləğində cərimələnməsi və həmin vəsaitin iddiaçıya verilməsi hissədə əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, qeyd olunan qanunvericiliyin tələbi pozulduğuna görə qanunda cərimə tətbiq edilməsi nəzərdə tutulmamışdır. Odur ki, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin olunmalı, Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən Pirallahı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə göndərilən İddiaçı şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən araşdırılması üçün Departamentə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən Pirallahı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə göndərilən İddiaçı şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərin Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən araşdırılması üçün Departamentə geri qaytarılması Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-499/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-499/2022
31.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver