Məhkəmə qərarları › İş №2(005)-5002/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-5002/2021

02.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-5002/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Abbasquliyeva Hicran Hidayət qızının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Abbasquliyeva Hicran Hidayət qızına, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin qeydiyyata alınmasının qanunsuz hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Abbasquliyeva Hicran Hidayət qızına, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin qeydiyyata alınmasının qanunsuz hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilin Cavabdeh1 adına qeydiyyata alınmasının qanunsuz hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 tərəfindən Cavabdeh1 verilmiş 10.07.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla onunla əsaslandırılmışdır ki, iddiaçı Qarabağ küçəsi, ev 7, mənzil 6 ünvanında yerləşən mənzildə qeydiyyatdadır. Həmin mənzil iddiaçının babasına ondan sonra isə atasına məxsus olmuşdur. 2017-ci ildə həmin mənzilin plana düşərək söküləcəyindən xəbər tutan iddiaçının bibisi Cavabdeh1 atası X2 və iddiaçıya qarşı 26.12.2017-ci il tarixli iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 6 saylı mənzilin bölünməsini xahiş etmişdir. Sonradan qarşılıqlı iddia ərizələrı verilmiş və 3-cü şəxslər işə qoşulmuşdur. Bu barədə ardıcıl olaraq: Bakı şəhəri Nərimanov rayon məhkəməsi tərəfindən 2(005)-887/2018 saylı 16.04.20018-ci il tarixli qətnamə, Bakı Apelyasiya Məhkəməsi tərəfindən 2(003)- 1038/2019 saylı, 01.04 2019-cu il tarixli qətnamə: AR Ali Məhkəməsi tərəfindən 2(102)- 5304/2019 saylı. 31.07 2019-cu il tarixli qərar: yenidən Bakı Apelyasiya Məhkəməsi tərəfindən 2(103)-2419/2019 saylı, 07.10.2019-cu il tarixli qətnamə qəbul edilmişdir. Lakin uzun sürən məhkəmə çəkişmələrindən sonra yuxarıda qeyd etdiyim Bakı Apelyasiya Məhkəməsinin sonuncu qətnaməsinə əsasən nə onların, nə də ki, bibisi Cavabdeh1 iddiası təmin edilməmişdir. Lakin onlara məxsus mənzilin bölünməsi ilə bağlı məhkəmədən nəticə əldə edə bilməyən iddiaçının bibisi Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin vəzifəli şəxslərinin köməkliyi, qanunsuz və əsassız qərarları nəticəsində onların xəbəri və razılığı olmadan Nərimanov rayonu, Qarabağ küçəsi ev 7, mənzil 6-da yerləşən mənzili öz adına rəsmiləşdirilərək çıxarışın alınmasına nail olmuşdur 2020-ci ilin iyul ayında həmin ərazidə soküntü işlərini aparan şirkətdən öyrənmişdir ki, həmin mənzil iddiaçının bibisi Cavabdeh1 adına rəsmiləşdirilmiş və o, qanunsuz yollarla həmin mənzilə dair ********** qeydiyyat nömrəli, 10.07.2019-cu il tarixli reyestrdən çıxarış almışdır. İddiaçı və oğlu X1 rayonu, Qarabağ küçəsi, ev 7, 6 saylı ünvanda qeydiyyatdadır. Lakin qeyd edilən mənzilin Cavabdeh1 adına qeydiyyata alınmasına heç vaxt razılıq verməmişdir. Bu səbəbdən də həmin mənzilin hansı əsasla Abasquliyeva Hicran Hidayət qızının adına rəsmiləşdirilməsindən məlumatı olmamışdır. Daha sonra həmin mənzili Cavabdeh1 qızına adına özəlləşməsinə əsas olan hüquq müəyyənedici sənədlərlə tanış olduqdan sonra müəyyən edilmişdir ki, həmin mənzilə dair iddiaçı tərəfindən heç bır razılıq verilməmiş, həmin dövrdə bibisi Cavabdeh1 onun atası X3 aldadaraq ona təsir göstərmiş və bunun nəticəsində, atası X4 ona- İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmiş və Bakı şəhəri. Nərimanov rayonu, Qarabağ küçəsi ev 7, mənzil 6-da yerləşən yaşayış sahəsindən istifadə hüququnun itirilmiş həsab edilməsi barədə Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən 2(005)-4209/2018 saylı, 08.11.2018-ci il tarixli qətnamə qəbul edilmişdir. İddiaçı ümumiyyətlə həmin qətnamədən məlumatsız olmuşdur. Məlumat aldıqdan dərhal sonra iddiaçı həmin qətnamənin ləğv edilməsi üçün müraciət etmişdir. Onun müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 2(103M842/2019 saylı, 03 09 2019-cu il tarixli qərardadına əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4209/2018 saylı, 08 11.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və ış üzrə icraata xıtam verilmişdir. Beləliklə, iddiaçının həmin mənzildən istifadə huququ bərpa edilmişdir və iddiaçı həmin mənzildə indiyədək qeydiyyatdadır. Lakin, Cavabdeh1 bu qısa müddətdən istifadə edərək, iddiaçının razılığı olmadan mənzili öz adına qeydiyyata keçirmişdir. Göründüyü kimi, iddiaçı Bakı şəhəri Nərimanov rayonu, Qarabağ küçəsi ev 7, mənzil 6-da yerləşən yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(005)- 4209/2018 saylı, 08.11.2018-ci il tarixli qətnamə ləğv edildiyindən Apelyasiya Məhkəməsi tərəfindən həmin iş üzrə icraata xitam verildiyindən və iddiaçının həmin mənzildən istifadə hüququ bərpa edildiyindən həmin mənzilin Cavabdeh1 qeydiyyata alınması qanunsuzdur. Bu səbəbdən Cavabdeh1 adına verilmiş ********** nömrəli, 10.07.2019-cu il tarixli reyestrdən çıxarış ləğv edilməlidir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Abbasquliyeva Hicran Hidayət qızının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, iddia tələbinin əsassız olduğunu, bu səbəbdən də təmin edilməməsini xahiş etdi. Digər cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi icraata qəbul etməkdən imtina edilməlidir. Məhkəmə iddia ərizəsini nəzərdən belə qənaətə gəlir ki, iddia tələbi üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 10.07.2019-cu il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abasqulliyeva Hicran Hidayət qızının adına Bakı şəhəri, Nərimanov rayonu, Qaradağ küçəsi, ev 7, mənzil 6 xüsusi mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyatdan keçmişdir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə” dair 19 may 2014-cü il tarixli Qərarına əsasən, - Əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. - DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 14.3 və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Beləliklə, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Bununla belə, MM-in 141.1-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Qeyd olunan normanın mənasına görə hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbinə dair mübahisəyə məhkəmədə baxıla bilməz. Çünki hazırda iddia tələbi ünvan 1 ünvanında yerləşən 6 saylı mənzilin Cavabdeh1 adına qeydiyyata alınmasının qanunsuz hesab edilərək Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın ləğvi ilə əlaqədardır. Ona görə də iddiaçı qeyd edilən məsələ ilə bağlı halı ilk öncə inzibati orqanda mübahisələndirə, inzibati orqanın hərəkətindən (və ya hərəkətsizliyindən) narazı qaldığı təqdirdə isə müvafiq icra hakimiyyəti orqanının hərəkətindən (və ya hərəkətsizliyindən) aidiyyəti üzrə inzibati – iqtisadi məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Abbasquliyeva Hicran Hidayət qızına, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin qeydiyyata alınmasının qanunsuz hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə iddia ərizəsi üzrə icraata xitam verilməli, eyni zamanda iddiaçıya müvafiq ərizə ilə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Abbasquliyeva Hicran Hidayət qızına, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin qeydiyyata alınmasının qanunsuz hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə mülki işin icraatına xitam verilsin. İddiaçıya müvafiq iddia ərizəsi ilə aidiyyəti üzrə İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar