Məhkəmə qərarları › İş №2(005)-51/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-51/2021

02.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-51/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri Xocəsən Bələdiyyəsi və X7 üçüncü şəxs qismində cəlb edilməklə) “bağın icarəyə verilməsi haqqında müqaviləsinin etibarsız hesab edilməsi, ondan irəli gələn hüquqi nəticələrin və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 adına verilmiş mülkiyyət hüququna dair 14 mart 2014-cii il tarixli ********** qeydiyyat nömrəli, RX seriyalı № ******* nömrəli çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, əvvəlki iddia tələbləri ilə yanaşı 02 fevral 1999-cu il tarixli 22194 nömrəli Bağın icarəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi və ondan yaranan hüquqi nəticələrin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, fərdi yaşayış evinin tikintisi məqsədi ilə iddiaçı ərizə ilə Bakı şəhəri Binəqədi bələdiyyəsinə müraciət edərək torpaq sahəsinin ayrılmasını xahiş etdi. Həmin vaxt dövlət fonduna aid torpaqların mülkiyyətə verilməsində müəyyən məhdudiyyətlər olduğundan iddiaçıya bildirildi ki bütünlükdə 10 sot torpaq sahəsinin 1 nəfərin adına rəsmiləşdirilməsi mümkün olmadığından sərəncamında və istifadəsində olan torpaq sahəsi 2 hissəyə bölünməklə ailə üzvündən kiminsə adına və iddiaçının adına olmaqla rəsmiləşdirilə bilər. İddiaçı bununla razılaşdığı üçün Binəqədi rayonu Xocasən bələdiyyəsinin 08 dekabr 2016-cı il tarixli 23/01 saylı qərarı ilə Binəqədi rayonu Xocəsən bələdiyyəsinin ərazisində Binəqədi RİH memarlıq xidməti ilə razılaşdırılmış cizgidə 600 m2, 25 dekabr 2016-cı il tarixli 25/06 saylı qərarı ilə isə Binəqədi rayonu Xocəsən bələdiyyəsinin ərazisində Binəqədi RİH memarlıq xidməti ilə razılaşdırılmış cizgidə 400 m2 torpaq sahəsi iddiaçı və həyat yoldaşının X10 mülkiyyətinə verildi. Artıq yuxarıdada qeyd etdiyi kimi torpaq onun sərəncamında olduğundan bələdiyyə qərarlarından sonra iddiaçı torpaq sahəsini hasara aldırdı. Lakin həmin ərəfədə maddi imkanı olmadığından iddiaçı torpaq sahəsində ev tikintisini həyata keçirə bilmədi. Onu da qeyd edir ki, 2006-cı il tarixdə torpaq sahəsi hasara alındıqdan bu günə kimi torpaq sahələri onun sahibliyində və istifadəsində olmuşdur. Aradan keçən 13 il ərzində torpağın onda olması heç kəs tərəfindən mübahisələndirilməmişdir. Lakin bu ilin əvvəllərində 1 nəfər şəxs (hazırki iş üzrə cavabdeh) həmin torpaq sahəsinə yaxınlaşaraq torpaq sahəsinin ona məxsus olduğunu bu barədə hazırki iş üzrə cavabdeh dövlət orqanı tərəfindən mülkiyyət hüquqlarının dövlət reystrində qeydə alındığını və bu barədə çıxarış verildiyini bildirmişdir. Həmin şəxsin əlində olan sənədlərə baxış keçirilən zaman müəyyən edilmişdir ki torpaq sahəsi 05.02.2014- cü il tarixli 4ə-01/44 saylı müqavilə əsasında Cavabdeh2 tərəfindən satın alınmış və digər cavabdeh AR ƏMDK DƏRDX Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqları dövlət reystrində qeydə alınmışdır. Bu hüquqların hansı əsaslarla qeydə alınmasını müəyyən etmək üçün ayrı-ayrı instansiyalara vəkil sorğuları göndərsə də bu sorğulara verilən cavablardan yuxarıda qeyd olunan reyestr nömrəsi altında başqa əqdin rəsmiləşdirildiyi qeyd olunmuşdur. Təəssüflər olsun ki bu günə kimi bu istiqamətdə səyləri nəticəsiz qalmışdır. 13 il ərzində iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hansı yollarla bu şəxsə satılmasını müəyyən etmək istəsə də təəsüflər olsun ki cavabdeh tərəfindən vəkil sorğuları lazımınca cavablandırılmamış və bu yolla iddiaçıya məxsus olan konustutsion hüquqlar pozulmuşdur. Düşünür ki hazırki torpaq sahəsi iddiaçının mülkiyyətinə qanuni yollarla keçdiyindən Cavabdeh2 Əlhüseyn oğlu mülkiyyət hüquqları qanunsuz və əsassız olaraq dövlət reystrində qeydə alınmışdır. İstər Mülki Məcəllənin, istərsə də müvafiq qanunun tələblərindən də görünür ki, cavabdeh, iddiaçının sərəncamına və istifadəsinə verilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Məhəllədə yerləşən torpaq sahəsi üzərində X11 mülkiyyət hüquqlarını tanıması düzgün olmamış və mülkiyyət hüquqları düzgün tanınmamışdır. Nəticədə iddiaçı ona məxsus daşınmaz əmlak üzərindəki hüquqlarından məhrum olunmuşdur. Lakin, cavabdeh iddiaçının hüquqlarını pozarkən öz diskresion səlahiyyətlərindən istifadə etmədiyi, iddiaçının mülki hüquqlarını pozduğu üçün o məhz ümumi instansiya məhkəməsinə müraciət etməli olmuşdur. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə yazılı etiraz edərək, iddianın əsassız olduğunu, bu səbəbdən də rədd edilməsini xahiş etdi. Yazılı etiraz belə əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası BMDK yanında DƏDRX-nin 1 saylı Ərazi idarəsi və Cavabdeh2 iğluna qarşı 14 mart 2014cü il tarixli ********** qeydiyyat nömrəli RX seryalı 1)349124 nömrəli çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi məhkəmənin icraatındadır. İddia ərizəsi tamamilə saxta və əsassız olduğundan məhkəməyə yazılı etiraz bildirirlər. Belə ki iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən olunmuşdur ki, 25 dekabr 2006-cı il tarixli Binəqədi rayon Xocasən Bələdiyəsi tərəfindən verilmiş 25/06 saylı qərarla iddiaçıya İddiaçı 400 m2 sahə torpaq verilmişdir. Aşağıda qeyd edilənlərlə İddiaçı iddiasının tamamilə əsassız olduğu sübuta yetirilir və bu səbəbdən iddia rədd edilməlidir. Həmin qərarda göstərilməmişdir ki, hansı torpaq və hansı nömrəli torpağın “verilməsi qeyd edilməmişdir”. Həmin qərarla iddiaçıya 400 m2 torpaq sahəsi ayrılmasına baxmayaraq İddiaçı Cavabdeh2 mülkiyyətində olan 1000 m2 torpaq sahəsinə çıxarışın ləğv olunmasını istəyir. Qərarda və qərara əlavə edilmiş CİZGİ-yə nəzər yetirsələr həmin torpaq sahəsinin 50a/150 saylı bağ olmasını təsdiq edəcək heç bir yazı, qeyd aparılmamışdır. Cavabdeh2 verilmiş torpaq sahəsi rəsmi alqı satqı yolu ilə X2 rəsmi alqı-satqı yolu ilə alınmışdır. İlkin torpaq sahibi X5 verilən Torpaq sahəsinin Plan və ölçüsü (AA 000600 saylı surəti əlavə olunur) sənədlər əsasında (BŞİH-nin 102.02.1999-cu il tarixli 22194 nömrəli icarə müqaviləsi, Dövlət Torpaqçəkmə və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinin 06.04.2007-ci il tarixli 17 nömrəli torpaq sahəsininin təsdiq edilmiş cizgi planı) verilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi torpaq sahəsi 13 il onun mülkiyyətində olması faktı, guya qanuni yolla əldə etmiş, cavabdeh isə qanunsuz yollarla əldə etməsinə dəlalət etməsi sadəcə gülüncdür. Görünür iddiaçının reysterinin həqiqiliyi prezumsiyasından heç bir xəbəri yoxdur. Həmçinin həmin torpaq sahəsi uzun müddət (1999-2014-cü illər) X3 mülkiyyətində olmuş 2014-cü il tarixdə Cavabdeh2 alqı-satqı ilə mülkiyyətində keçmişdir. Burdan belə nəticəyə gəlmək olar ki, iddiaçı həmin torpaq sahəsinin əvvəllər X5 məxsus olması barədə heç xəbəri belə olmamışdır. Hal hazırda həmin torpaq sahəsi cavabdehin mülkiyyətindədir. İddiaçı istinad etdiyi bələdiyyə tərəfindən verilmiş “sərəncamı” və “torpaq sahəsinin şərti ölçüsünü” mötəbər sübut kimi təqdim etməyə cəhd etsə də, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhəri ərazi idarəsi tərəfindən kadastr Planının verilməməsi barədə heç nə bildirmir. Belə ki, iddiaçının iddia etdiyi torpaq layihəsi bələdiyyə torpağı olmadığı üçün ona heç bir kadastr verilə bilməz. İddiaçının mübahisələndirməyə cəhd etdiyi torpaq sahəsinin məhz cavabdehin mülkiyyətində olan torpaq sahəsi olmasını təsdiq edən heç bir hüquqverici sənəd yoxdur. Göründüyü kimi, Xocasən bələdiyyəsi qanunvericiliklə müəyyən edilmiş kadastr olmadığı halda, torpaq sahəsinə dair sərəncam və plan -cizgi verə bilməzdi. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək, bildirdi ki, 1999-cu il tarixdə “Məhsul” X17 nəzdində olan torpaqdan həyat yoldaşının mülkiyyətinə rəsmiləşdirilmişdir. Rəsmiləşdirmə tədbirləri protokol qaydalarına uyğun həyata keçirilmişdir. Bütün bu proseduralar baş tutan zaman o və qardaşları fəal iştirak ediblər. Həmin torpaq sahəsinin ayrılmasında, bölünməsində, tikilməsində onlar çalışıblar. Bütün qonşular və hasarın tikilməsində iştirak edən ustalara, habelə Əliyev İsrafil, Əliyev Məcnun və Əliyev Rəhim bildirdiklərini təsdiq edə bilərlər. Həmin torpaq sahəsində abadlaşdırma işləri aparmışlar, hasar çəkmişlər, ağaclar əkmişlər və kanalizasiya xətti çəkmişlər. İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Lakin İddiaçı nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, bu səbəbdən də məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.3 və 185.5-ci maddəsinə əsasən onalrın iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 08 dekabr 2006-cı il tarixli 23/01 saylı “X1 fərdi yaşayış evin tikintisi üçün torpaq sahəsinin alqı-satqı yolu ilə ayrılması haqqında” Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin qərarından görünür ki, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində Binəqədi Rayon İcra Hakimiyyətinin memarlıq xidməti ilə razılaşdırılmış cizgidə (cizgi əlavə olunur) göstərilən ölçü və ünvana uyğun olaraq 600 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə vətəndaş X13 mülkiyyətinə verilməsi qərara alınmışdır. İş materiallarında olan 25 dekabr 2006-cı il tarixli 25/06 saylı “İddiaçı fərdi yaşayış evin tikintisi üçün torpaq sahəsinin alqı-satqı yolu ilə ayrılması haqqında” Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin qərarından görünür ki, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində Binəqədi Rayon İcra Hakimiyyətinin memarlıq xidməti ilə razılaşdırılmış cizgidə (cizgi əlavə olunur) göstərilən ölçü və ünvana uyğun olaraq 400 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.1 ha torpaq sahəsi 14.03.2014-cü il tarixdən tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 93 nömrəli reyestr kitabının 8831 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.1 ha torpaq sahəsi 30.10.2007-ci il tarixdən tam mülkiyyət hüququ ilə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 93 nömrəli reyestr kitabının 8831 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. İş materiallarında olan 15.05.2019-cu il tarixli Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin vəkil sorğusuna cavab məktubunun surətindən görünür ki, Sizin 24.04.2019-cu il tarixli 456 saylı məktubunuzla Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 50 a/150a saylı bağ sahəsinin zəbt olunmasına dair polis bölməsinə şikayətinin daxil olub-olmaması, müsbət halda həmin şikayət ərizəsi əsasında hansı araşdırmanın aparılması barədə (toplanmış materialların təsdiq edilən surətləri əlavə edilməklə) ətraflı arayış verilməsi xahişi edilmişdir. Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 50 a/150a saylı bağ sahəsinin zabt olunmasına dair ərizə ilə Binəqədi RPİ- nin 40-cı Polis Bölməsinə müraciət etməmişdir. Məlumat üçün bildiririk ki, ünvan 2 ünvansız fərdi evdə yaşayan X19 11.01.2019-cu il tarixdə Binəqədi RPİ-nin 40-cı PB-nə ərizə ilə müraciət edərək 2014-cü ildə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində rəsmi sənəd ilə 10 sot torpaq sahəsi aldığını, daş hasarın üzərində torpaq sahəsinin satılması ilə əlaqədar elan yazıldığırpl elanda qeyd olunaırhömrə ilə əlaqə saxlanılan zaman cavab verən şəxsin torpaq sahəsinə dair rəsmi sənədləri olmaqla ona məxsus olmasını bildirdiyini göstərmişdir, X9 ərizəsi əsasında toplanmış material 21.01.2019- cu il tarixdə istintaq aidiyyəti üzrə Binəqədi RPİ-nin İstintaq şöbəsinə göndərilmiş və' bu barədə müraciət müəllifinə məlumat verilmişdir. İş materiallarında olan 21.08.2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin məhkəmə sorğusuna cavab məktubunun surətindən görünür ki, ünvan 1 bağ sahəsinə dair MH seriyalı, ******* saylı Çıxarışın hansı əsaslarla verilməsi barədə məlumatın və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi barədə 2(005)-3295/2019 nömrəli 01.08.2019-cu il tarixli sorğunuza Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, X6 “Məhsul” X17 nəzdində Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 14 yanvar 1999-cu il tarixdə tərtib edilmiş üzvlük kitabçası əsasında 0.10 hektar torpaq sahəsi olan 50a/150a nömrəli bağ sahəsi ayrılmışdır. Daha sonra icarədar sözügedən bağ sahəsinin müqaviləyə keçirilməsinə dair keçmiş X8 və İstismarı Birliyinə müraciət etmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən, 010 hektar torpaq sahəsi olan 50a/150a nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X8 və İstismarı Birliyi ilə X7 arasında bağlanılmış 02.02.1999-cu il tarixli, 22194 nömrəli müqaviləyə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 06.04.2007-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında sözügedən bağ sahəsi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 05.09.2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin məhkəmə sorğusuna cavab məktubunun surətindən görünür ki, Sizin ünvan 1 bağ sahəsinə dair RX seriyalı, ******* saylı çıxarışın hansı əsaslarla verilməsi barədə məlumatın və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsinə dair 2(005)-3295/2019 nömrəli 01.08.2019-cu il tarixli sorğunuza Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 0.10 hektar torpaq sahəsi olan 50a/l50a saylı bağ sahəsi 27 saylı notariat kontorunda qeydə alınmış 05.02,2014-çü il tarixli 4Ə 01/44 reyestr nömrəli alqı-satqı, müqaviləsinə əsasən 14.03.2014-cü[ il tarixdə (RX seriyalı, ******* saylı çıxarış) Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, 08 dekabr 2006-cı il tarixli 23/01 saylı “X1 fərdi yaşayış evin tikintisi üçün torpaq sahəsinin alqı-satqı yolu ilə ayrılması haqqında” Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin qərarından görünür ki, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində Binəqədi Rayon İcra Hakimiyyətinin memarlıq xidməti ilə razılaşdırılmış cizgidə (cizgi əlavə olunur) göstərilən ölçü və ünvana uyğun olaraq 600 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə vətəndaş X13 mülkiyyətinə verilməsi qərara alınmışdır. 25 dekabr 2006-cı il tarixli 25/06 saylı “İddiaçı fərdi yaşayış evin tikintisi üçün torpaq sahəsinin alqı-satqı yolu ilə ayrılması haqqında” Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin qərarından görünür ki, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində Binəqədi Rayon İcra Hakimiyyətinin memarlıq xidməti ilə razılaşdırılmış cizgidə (cizgi əlavə olunur) göstərilən ölçü və ünvana uyğun olaraq 400 m2 torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.1 ha torpaq sahəsi 14.03.2014-cü il tarixdən tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 93 nömrəli reyestr kitabının 8831 nömrəli vərəqində ********* qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.1 ha torpaq sahəsi 30.10.2007-ci il tarixdən tam mülkiyyət hüququ ilə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 93 nömrəli reyestr kitabının 8831 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. 21.08.2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin məhkəmə sorğusuna cavab məktubuna əsasən müəyyən olunur ki, X6 “Məhsul” X17 nəzdində Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 14 yanvar 1999-cu il tarixdə tərtib edilmiş üzvlük kitabçası əsasında 0.10 hektar torpaq sahəsi olan 50a/150a nömrəli bağ sahəsi ayrılmışdır. Daha sonra icarədar sözügedən bağ sahəsinin müqaviləyə keçirilməsinə dair keçmiş X8 və İstismarı Birliyinə müraciət etmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən, 010 hektar torpaq sahəsi olan 50a/150a nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X8 və İstismarı Birliyi ilə X7 arasında bağlanılmış 02.02.1999-cu il tarixli, 22194 nömrəli müqaviləyə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 06.04.2007-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında sözügedən bağ sahəsi onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 05.09.2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin məhkəmə sorğusuna cavab məktubuna əsasən müəyyən olunur ki, ünvan 1 bağ sahəsinə dair RX seriyalı, ******* saylı çıxarışın hansı əsaslarla verilməsi barədə məlumatın və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsinə dair 2(005)-3295/2019 nömrəli 01.08.2019-cu il tarixli sorğunuza Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 0.10 hektar torpaq sahəsi olan 50a/150a saylı bağ sahəsi 27 saylı notariat kontorunda qeydə alınmış 05.02.2014-cü il tarixli 4Ə-01/44 reyestr nömrəli alqı-satqı, müqaviləsinə əsasən 14.03.2014-cü il tarixdə (RX seriyalı, ******* saylı çıxarış) Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1-ci, 139-1.1.3-cü və 139-1.1.4-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, habelə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 144.1-cı maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2-ci maddəsinə əsasən, sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; 337.1-ci maddəsinə əsasən, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər; 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. 66.1-ci maddəsinə əsasən, Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66.2-ci maddəsinə əsasən, Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 8.0-cı və 8.0.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllədə etibarsız əqdlər öz kateqoriyasına görə mübahisə edilən və ya əhəmiyyətsiz əqdlərə bölünməklə növündən asılı olaraq onların müxtəlif əsasları müəyyən edilmişdir. Lakin mübahisə edilən və ya əhəmiyyətsiz əqd olmasından asılı olmayaraq daşınmaz əmlakın alqı-satqısından irəli gələn mülkiyyət hüququnun əmələ gəlməsi üçün ən azı iki tərəfin iradə ifadəsinin bildirilməsi, başqa sözlə ən azı iki tərəfin öz aralarında bağlanmış müqavilə şəklində razılaşması tələb olunur. Belə əqdlərdə lazımı subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun ifadə olunmasının vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Sadə dildə dedikdə, birincisi - hər iki tərəf bilavasitə və ya nümayəndəsi vasitəsi ilə məcburi qaydada müqavilənin bağlanmasında iştirak etməlidir, ikincisi – tərəflər müqaviləni bağlamalıdırlar (imzalamalıdırlar). Sonradan həmin əqdin etibarsız hesab edilməsi üçün hər hansı əsasın, o cümlədən əqdin hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində, habelə hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün və ya başqa əqdi pərdələmək və ya digər məqsədlərlə bağlanmasının müəyyən edilməsi istisna deyil. Bu da belə əqdlərin Mülki Məcəlləsinin 337-ci maddəsinin tələbləri baxımından etibarsız hesab edilməsi üçün bilavasitə əsas yaradır. Lakin hər bir halda Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı məsələləri tənzimləyən 14-cü fəslindən (337-354-cü maddələr) belə nəticəyə gəlmək olur ki, tərəflərin iştirakı ilə və onlar tərəfindən (şəxsən və ya nümayəndə vasitəsi ilə) imza edilməklə bağlanmış əqdlərin etibarsızlığı mübahisələndirilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək, 2006-cı il tarixdən torpaq sahələrinin onun sahibliyində və istifadəsində olmasını, hazırki torpaq sahəsinin iddiaçının mülkiyyətinə qanuni yollarla keçdiyindən Cavabdeh2 mülkiyyət hüquqlarının qanunsuz və əsassız olaraq dövlət reyestrində qeydə alınmasını bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Üstəlik də 25 dekabr 2006-cı il tarixli 25/06 saylı “İddiaçı fərdi yaşayış evin tikintisi üçün torpaq sahəsinin alqı-satqı yolu ilə ayrılması haqqında” Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin qərarında və 08 dekabr 2006-cı il tarixli 23/01 saylı “X1 fərdi yaşayış evin tikintisi üçün torpaq sahəsinin alqı-satqı yolu ilə ayrılması haqqında” Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin qərarında qeyd edilmiş torpaq sahəsinin hazırda Cavabdeh2 mülkiyyətində olan 50a/150 saylı bağ sahəsi olması müəyyən olunmur. Bu baxımdan məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası qarşısında qoyulmuş sual cavablandırılmamış, bununla belə iddiaçının özü tərəfindən də müvafiq olaraq müstəqil ekspert rəyinin təqdim edilməsi təmin edilməmişdir. Bir digər tərəfdən də məhkəmə hesab edir ki, iddiaçının 02 fevral 1999-cu il tarixli 22194 nömrəli Bağın icarəyə verilməsi haqqında müqavilənin etibarsız hesab edilməsi ilə bağlı gətirdiyi dəlilllər əsassızdır. Belə ki, həmin müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsaslar, eyni zamanda iddiaçının belə tələblə müraciət etməsi üçün subyektiv hüququnun olması ilə bağlı da mötəbər sübutları mövcud deyildir. Hətta hesab etsək ki, iddiaçının sözügedən müqavilənin etibarsızlığı ilə bağlı irəli sürdüyü dəlilləri əsaslıdır, bu faktiki hal belə Cavabdeh2 mülkiyyətində olan əmlakla bağlı onun hüquqlarının pozulmasına əsas verə bilməz. Göründüyü kimi, hazırda ünvan 1 bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 Əlihsüyn oğluna məxsusdur. Bu baxımdan məhkəmə qeyd edir ki, S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin qərarda eyni zamanda göstərilir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Bu hüquq beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. Azərbaycan Respublikasında mülkiyyət hüququ müxtəlif üsullar, o cümlədən əqd (müqavilə) üzrə əldə edilir. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Beləliklə məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarına əsaslanaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri Xocəsən Bələdiyyəsi və X7 üçüncü şəxs qismində cəlb edilməklə) “bağın icarəyə verilməsi haqqında müqaviləsinin etibarsız hesab edilməsi, ondan irəli gələn hüquqi nəticələrin və çıxarışın ləğvi” tələbinə dair iddia tələbi əsassızdır, bu səbəbdən də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Bakı şəhəri Xocəsən Bələdiyyəsi və X7 üçüncü şəxs qismində cəlb edilməklə) “bağın icarəyə verilməsi haqqında müqaviləsinin etibarsız hesab edilməsi, ondan irəli gələn hüquqi nəticələrin və çıxarışın ləğvi” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar