Məhkəmə qərarları › İş №2(005)-51/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-51/2023

19.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-51/2023 19.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “ArchiCo» MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 və Cavabdeh3 qarşı «maddi və mənəvi ziyan hesabına pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 və Cavabdeh3 qarşı «maddi və mənəvi ziyan hesabına pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və cavabdeh Archico” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən sökülmüş yaşayış sahəsinə görə 120,9 kvm (87,80+33.18%=120.98) sahəsi olan mənzil verilməli olduğu halda, İddiaçı sahəsi 109.0 kvm olan mənzil verilməsi nəticəsində 11,98 kv.m əskik qalan yaşayış sahəsi, əlavə olaraq MMC tərəfindən İddiaçı əsassız olaraq ödətdirilmiş 6 min manat pula gorə 6 (altı) kv.m yaşayış sahəsi, qeyri-yaşayış sahəsinə gorə MMC tərəfindən ona 36.36 kv.m (21.0+51,7%=36.36) sahəsi olan mənzil verilməli olduğu halda, faktiki sahəsi 24,5 kv.m mənzil verilməsi nəticəsində 11,86 kv.m əskik qalan yaşayış sahəsi hesabına cəmi 29,84 kv.m (11,98 kv.m+6kv.m+11,86 kv.m=29,84 kv.m) yaşayış sahəsi əlavə olunmaqla İddiaçı faktiki sahəsi 24,5 kvm olan 1 otaqlı mənzilin əvəzinə sahəsi 55-60 kv.m olan 2 otaqlı mənzil verilməsi, bu mümkün olmadıqda isə əskik qalan 29,84 kv.m yaşayış sahəsinin hər kvadrat metri 2500 manatdan 74600 manat, vurulmuş mənəvi ziyana görə 10 min manat, cəmi 84600 (səksən dörd min altı yüz) manat, ödənilmiş dövlət rüsumu hesabına 343 (üç yüz qırx üç) manat 80 qəpik pulun cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb İddiaçı verilməsi, barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı Qərarının icrası məqsədi ilə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixlı, 197 nömrəli sərəncamı və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə "ARCHİCO' MMC arasında bağlanmış 03 02 2017-ci il tarixli müqaviləyə əsasən Bakı şəhərinin Nəsimi rayonu ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində muasır tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması işlərini həyata keçirən və öz nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" MMC ilə İddiaçı ilə arasında bağlanmış 22 aprel 2017-ci il tarixli müqaviləyə əsasən "ARCHİCO1 MMC ünvan 1 ünvanda yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan fərdi yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin binada İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, yaşa/ış üçün təhlükəli vəziyyətdə olan, ümumi sahəsi 87.80 kv/m olan 3 (üç) otaqlı evin əvəzinə İddiaçı tərəfindən 6000 (altı min) manat əlavə pul vəsaiti ödənilməsi şərti ilə 37.8 % artıq B2 blokunun 8-ci mərtəbəsində, təmirli 3 (üç) otaqlı, ümumi tikinti-sahəsi 120.37 kv.m olan 151 nömrəli mənzili və Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırova küçəsi ev 35 ünvanında İddiaçım istifadəsində olan sahəsi 21.0 kv/m olan qarajın əvəzinə 51.5 % artıq, B2 blokunun 6-cı mərtəbəsində, təmirsiz 1 (bir) otaqlı, ümumi tikinti sahəsi 31.83 kv.m olan 132 nömrəli mənzili ‘Mülkiyyətçinin mülkiyyətinə veməyi öhdəsinə götürmüş, İddiaçı əlavə ödəyəcəyi 6000 (altı min) manat pul vəsaitinin 2000 (iki min) manat hissəsini ilkin olaraq, ‘ÄRCHİCO" MMC-nə ödəyir, qalan 4000 (dörd min) manat hissəni isə 20 ay ərzində hər ay 200 (iki yüz) manat olmaqla “ARCHİCO" MMC-nə ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı müqavilənin şərtləri ilə razı olmadığından həmin vaxt müxtəlif yuxarı instansiyalara müraciətlər etmişdir. Elə bu səbəbdən də ona müxtəlif təzyiqlər göstərilərək müqaviləni imzalamağa məcbur edilmişdir. Aşağıda göstərilənlərə əsasən İddiaçı həmin müqavilənin şərtləri ilə razı deyildir: İddiaçı mülkiyyətində olan ünvan 3 ünanda yerləşən yaşayış evi “ArchiCO" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış 22 aprel 2017-ci il tarixli müqaviləyə əsasən söküldükdən sonra ona həmin evin yerləşdiyi ərazidə inşa edilmiş "A” blokunda mənzil verilməli olduğu halda, ona “B” blokunda mənzil verilmişdir. Müqavilə imzalanarkən cavabdehlər inşa ediləcək "A” və “B” blokunun eyni binada olmayacağını, “A” və "B” bloku dedikdə bir-birindən təxminən 35 metr aralı məsafədə müxtəlif binaların inşa ediləcəyini nəzərdə tutduqlarını iddiaçıya izah etməmişlər. İddiaçı isə ümumi qəbul olunmuş qaydaya əsasən “A və B bloku dedikdə, eyni binanın müxtəlif giriş qapılarını nəzərdə tutmuşdur. Bina inşa edildikdən sonra iddiaçı bunu bildikdə cavabdehlərə öz iradını bildirsə də, heç bir müsbət nəticəsi olmamışdır. Halbuki, A bloku, yerləşdiyi coğrafi mövqe baxımından, magistral yol kənarında yerləşməsi, həmin binada olan mənzillərin qiymətinin yüksək olmasına təsir edəcək digər amillər səbəbindən “A” bloku daha elit bina hesab edilir, A blokunda yerləşən mənzillər “B' blokundakı mənzillərlə müqayisədə xeyli bahadır. Digər tərəfdən, X4 özü və ailə üzvləri yaşadıqları ünvan 3 ünvanda yerləşən yaşayış evinin sökülməsinə, onların yaşadıqları evin ərazisində tikimış “A” blokunda onlara mənzil verilməsi şərti ilə razılıq vermişlər. İddiaçı ilə Cavabdeh1 arasında 22 aprel 2017-ci il tarixli müqavilə bağlanarkən MMC tərəfindən ona 120,9 kv.m (87,80+33,18%=120,98) sahəsi olan mənzil verilməli olduğu halda, İddiaçı 114 kv.m sahəsi olan mənzil təklif edilmiş, həmin sahə İddiaçı qane etmədiyindən MMC tərəfindən ona hər kv.m 1000 (bir min) manat hesabı ilə 6 (altı) kv.m əlavə sahə satılmış və beləliklə MMC İddiaçı sahəsi 120 km olan mənzil verməyi öhdəsinə götürmüşdür. Lakin, MMC tərəfindən İddiaçı ayrılmış yeni mənzilin sahəsi xüsusi lazer cihazı vasitəsi ilə ölçülərkən məlum olmuşdır ki, mənzilin sahəsi 109,0 kvm olmaqla, müqavilədə nəzərdə tutulduğundan 11,98 kv.m əskikdir. İddiaçı ilə 'ArchiCO” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 22 aprel 2017-ci il tarixli müqavilə bağlanarkən İddiaçı mülkiyyətində olmuş qeyri-yaşayış sahəsi, yəni qarajla bağlı da hesablamalar düzgün aparılmamışdır. Belə ki, həmin qeyri-yaşayış sahəsi daşdan inşa edilmiş qarajdan ibarət olmuşdur. Qarajın ümumi yerəşdiyi ərazi 28,8 kvm, istifadə olunan sahəsi 24,0 kvm olmuşdur. Buna baxmayaraq müqavilə sahəsi 21.0 kvm olan qeyriyaşayış sahəsinə görə bağlanmışdır. Qeyd olunan qeyri-yaşayış sahəsinə görə MMC tərəfindən ona 36,36 kvm (21,0+51,7%=36.36) sahəsi olan mənzil verilməli olduğu halda guya sahəsi 31,8 kvm olan 1 otaqlı mənzil verilmişdir. Halbuki, həmin mənzilin faktiki sahəsi 24,5 kv.m-dir. Beləliklə, qeyri-yaşayış sahəsinə görə MMC tərəfindən İddiaçı 11,86 kv/m az mənzil sahəsi verilmişdir. Qeyri-yaşayış sahəsi söküldükdən sonra ötən dövr ərzində ona kirayə haqqı ödənilməmişdir. Halbuki, sökülmüş qeyri-yaşayış sahəsinə görə ona yeni inşa edilmiş binada qeyri-yaşayış sahəsi verilməli idi. Müqavilənin şərtləinə əsasən söküntü işlərindən 36 ay müddət ərzində yeni mənzillər verilməli olduğu halda müqavilənin bu şərtinə də əməl edilməmişdir. Müqavilənin bağlanmasından 5 ilə yaxın vaxt, yəni 60 ay keçməsinə baxmayaraq yeni mənzillər iddiaçıya təhvil verilməmişdir. Binanın mansard hissəsi, evləri sökülmüş sakinlərin çardaqlı damı hesabına onların arasında bölünməli olduğundan mansard hissəsindən müvafiq sahə ayrılmalı idi. İddiaçı xx.xx.2021-ci il tarixli pretenziya ilə cavabdehlərə müraciət edərək, mülkiyyətində olan ünvan 3 ünanda yerləşən yaşayış evi, Cavabdeh1 ilə bağlanmış 22 aprel 2017-ci il tarixli müqaviləyə əsasən söküldükdən sonra ona həmin evin yerləşdiyi ərazidə inşa edilmiş "A" blokunda mənzil verilməsini, bu mümkün olmadıqda "A” və “B" bloklarındakı mənzillərin dəyərinin fərqi hesabına kompensasiya ödənilməsini, sökülmüş qarajın əvəzinə yeni inşa edilmiş binada qeyri-yaşayış sahəsi verilməsini, bu mümkün olmadıqda qarajın sahəsinə müvafiq sahəli mənzil verilməsini, binanın mansard hissəsindən müvafiq sahə ayrılmasını xahiş etmişdir. Lakin cavabdehlər iddiaçının pretenziyasına rəsmi cavab verməmiş, şifahi olaraq məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Cavabdehlərin təsvir olunan qanunsuz hərəkətləri nəticəsində 5 ilə yaxındır ki, İddiaçı ailə üzvləri ilə birlikdə mənəvi əzab-əziyyətlərə, sarsıntılarla, iztirablara düçar olmaqla şəraitsız və dözülməz vəziyyətdə olan mənzillərdə yaşamağa məcbur olmuşlar. Ona görə də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçıya mənzil ayrılarkən cavabdehlər tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq edilmiş Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydalarının və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, həmin Qaydaların 3.2-ci maddəsinə əsasən yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir. Cavabdehlər mövcud qanunvericiliyin tələblərini və bağlanmış müqavilənin şərtlərini kobud şəkildə pozmaqda davam etmiş, Müqavilənin 2.2.4-cü bəndinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 30 ay müddətində başa çatdıraraq müqavilə şərtlərinə əsasən mənzili təmir edib, iddiaçıya təhvil verməli olduğu halda, müqavilənin bu şərtinə də əməl etməmiş, 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu günə kimi mənzil təhvil verilməmişdir. Bundan əlavə Müqavilənin 1.2-ci bəndinə əsasən 3 otaqlı təmirli mənzil binanın 8-ci mərtəbəsində, 1 otaqlı təmirsiz mənzil binanın 6-cı mərtəbəsində verilməli olduğu halda, 3 otaqlı mənzilin, binanın 7-ci mərtəbəsincə, 1 otaqlı mənzilin binanın 6-cı mərtəbəsində verilməsi nəzərdə tutulmuşdur Halbuki 7-ci mərtəbədən sonrakı mənzillər daha müasir tipdə tikilməklə elit və bahalı mənzillər hesab olunur. Daha sonra, cavabdehlər, iddiaçının yaşadığı ərazinin mövqeyinə uyğun ayda 500 manat kirayə pulu verməli verməli olduğu halda, sökülmüş 3 otaqlı mənzilə görə ayda 400 manat kirayə pulu vermiş, sökülmüş qeyri-yaşayış sahəsinə görə isə ümumiyyətlə kirayə pulu verilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iddianın həcminin artırılması və iddia tələbinin dəqiqləşdirilməsi qaydasında iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, İddiaçı və cavabdeh Archico” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən sökülmüş yaşayış sahəsinə görə 120,9 kvm (87,80+33.18%=120.98) sahəsi olan mənzil verilməli olduğu halda, İddiaçı sahəsi 109.0 kvm olan mənzil verilməsi nəticəsində 11,98 kv.m əskik qalan yaşayış sahəsi, əlavə olaraq MMC tərəfindən İddiaçı əsassız olaraq ödətdirilmiş 6 min manat pula gorə 6 (altı) kv.m yaşayış sahəsi, qeyri-yaşayış sahəsinə gorə MMC tərəfindən ona 36.36 kv.m (21.0+51,7%=36.36) sahəsi olan mənzil verilməli olduğu halda, faktiki sahəsi 24, 5 kvm mənzil verilməsi nəticəsində 11,86 kv.m əskik qalan yaşayış sahəsi hesabına cəmi 29,84 kv.m (11,98 kv.m+6kv.m+11,86 kv.m=29,84 kv.m) yaşayış sahəsi əlavə olunmaqla İddiaçı faktiki sahəsi 24,5 kvm olan 1 otaqlı mənzilin əvəzinə sahəsi 55-60 kv.m olan 2 otaqlı mənzil verilməsi, bu mümkün olmadıqda isə əskik qalan 29,84 kv.m yaşayış sahəsinin hər kvadrat metri 2500 manatdan 74600 manat, vurulmuş mənəvi ziyana görə 10 min manat, cəmi 84600 (səksən dörd min altı yüz) manat, ödənilmiş dövlət rüsumu hesabına 343 (üç yüz qırx üç) manat 80 qəpik pulun cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb İddiaçı verilməsi, iddiaçı ilə Cavabdeh1 MMC adından Cavabdeh2 arasında bağlanmış 22 aprel 2017-ci il tarixli müqavilənin 2.2.9-cu bəndinə əsasən 10 noyabr 2022-ci il tarixdən hazırki vaxta kimi hər ay 400 manat kirayə pulunun İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh “ArchiCO" Məhdud Məsuliyyətli Cəmiyyəti adından Cavabdeh2 arasında bağlanmış 22 aprel 2017-ci il tarixli müqavilənin 2.2.9-cu bəndinə əsasən mülkiyyətçiyə hər ay 400 manat kirayə pulu vermək Cavabdeh1 MMC-nin vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir, (ona məxsus mənzili təhvil verənədək). Cavabdeh tərəfindən İddiaçı 10 noyabr 2022-ci il tarixə kimi hər ay 400 manat kirayə pulu verilmişdir. Həmin vaxtdan hazırkı vaxta kimi kirayə pulunun ödənilməsi dayandırılmışdır. Bununla da, cavabdeh tərəfindən tərəflər arasında bağlanmış müqavilənin 2.2.9-cu bəndinin müddəaları pozulmuşdur. Sözügedən müqavilənin 2.2.9-cu bəndinə əsasən, 10 noyabr 2022-ci il tarixdən hazırki vaxta kimi iddiaçıya hər ay 400 manat kirayə pulu verilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, iş üzrə söhbət yaşayış və ümumi tikinti sahəsindən gedir. Burada olduğu kimi ölçülər yazılıb, lakin iddia ərizəsində göstərildiyi kimi yan, çöl və daxili divarların yerləşdiyi ərazi daxil olmaq şərti ilə hesablanmasını istəmişdirlər. Yalnız Şəhərsalma Komitəsinin müəyyən etdiyi qaydalara uyğun olaraq mənzilin sahəsinin nəzərə alınmasını, bununla əlaqədar iddiaçıya vurulmuş ziyanın ödənilməsini xahiş edirlər. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, evini sökəndə ona ümumi sahə ilə bağlı sənəd vermişdirlər və şirkət rəhbəri də həmin sənədi təsdiq etmişdir. Daha sonra notariusa aparanda bir tikinti sözü yazdıraraq onu aldatmışdırlar. Əlavə olaraq qarşı tərəf ondan 6.000 manat almışdır və üç ildir ki, kirayə haqqını belə vermirlər. Özünə məxsus qarajını 21 kv.m qeyd ediblər və qeyriyaşayış sahəsi tələb edərkən, dedilər ki, onun əvəzinə bir otaqlı ev verəcəklər. Qeyriyaşayış sahəsini 21 kv.m qeyd etsələr də, 28 kv.m təşkil edir. İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdeh1 MMC-yə qarşı «pul tələbinə dair» iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı müqavilə üzrə ona verilməsi nəzərdə tutulmuş mənzillərin ümumi tikinti sahəsinin müqavilədə göstərilən sahəsi ilə uyğun olmamasını əsas gətirərək yaranmış fərqə görə kompensassiya ödənilməsini tələb edir. Tərəflər arasında bağlanmış 22 aprel 2017-ci il tarixli müqavilənin 1.2-ci bəndinə əsasən Cavabdeh1 MMC əvəzləşmə qaydasında İddiaçı mülkiyyətinə ümumi tikinti sahəsi 120,37 m2 və 31,83 m2 təşkil edən mənzilləri verməyi öhdəsinə götürmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə mənzilin ümumi və ümumi tikinti sahələrinin ölçülməsinə dair məhkəmə ekspertizasının keçirilməsi qərara alınmış, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 aprel 2022-ci il tarixli, 10/475 saylı rəyindən göründüyü kimi mənzillərin ümumi tikinti sahəsi müvafiq olaraq 31,8 m2 və 120,2 m2 təşkil edir. Bundan başqa Cavabdeh1 MMC-yə qarşı anoloji iddia tələbi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-182/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-227/2022 qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bundan başqa Nəsimi RİHB-nın xx.xx.2022-ci il tarixli, 3/55 nömrəli məktubundan göründüyü kimi Nəsimi RİHB-nın 21 oktyabr 2016-cı il tarixli, 197 saylı sərəncamına, Nəsimi RİH ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə uyğun olaraq və ərazidə yaşayan sakinlərin tələblərini nəzərə alaraq Bakı şəhəri Nəsimi rayonu, Ağadadaş Qurbanov, Sarabski və Məhəmməd Naxçıvani küçələrinin əhatə etdiyi ərazidə sökülmüş bütün tikililərin sahələrinin hesablanması tikilinin divarının xarici sərhədlərindən nəzərə alındığından bunun qarşılığında sakinlərə veriləcək yeni mənzillərin sahələrinin də eyni meyar əsasında, yəni divarların xarici sərhədlərindən hesablanması razılaşdırılmışdır. Açıq aşkar görünür ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 22 aprel 2017-ci il tarixli müqavilənin 1.2-ci bəndində göstərilmiş mənzillərin ümumi tikinti sahəsi ilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 aprel 2022-ci il tarixli, 10/475 saylı rəyi ilə müəyyən edilmiş mənzilin ümumi tikinti sahəsi eynilik təşkil edir və öhdəlik pozulmamışdır. Həmçinin mənzillər cavabdeh tərəfindən tikilərək təhvilə hazır vəziyyətə gətirilmişdir, təhvilə hazırdır, iddiaçı mənzili təhvil alıb, orada yaşaya bilərdi, lakin iddiaçı həmin mənzilləri təhvil almaqdan imtina etmişdir. Bu səbəblərdən də hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə, iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış 22 aprel 2017-ci il tarixli müqavilədən görünür ki, müqavilənin 1.2-ci bəndinə əsasən Cavabdeh1 MMC ünvan 4 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan fərdi yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin binada İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan ümumi sahəsi 87.80 kv/m olan 3 otaqlı mənzilin əvəzinə İddiaçı tərəfindən 6000 manat əlavə pul vəsaiti ödənilməsi şərti ilə 37.8 % artıq, B2 blokunun 8-ci mərtəbəsində təmirli 3 (üç) otaqlı, ümumi tikinti sahəsi 120,37 kv/m olan 151 nömrəli mənzili və ünvan 5 ünvanda İddiaçı istifadəsində olan sahəsi 21.0 kv.m olan qarajın əvəzinə 51.5% artıq, B2 blokunun 6-cı mərtəbəsində təmirsiz 1 otaqlı, ümumi tikinti sahəsi 31,83 kv.m olan 132 nömrəli mənzili “Mülkiyyətçi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 1.1.6-cı bəndinə əsasən, “Mülkiyyətçi” bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh1 MMC-yə təhvil verməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 2.2.9-cu bəndinə əsasən, Cavabdeh1 MMC mülkiyyətçiyə hər ay 400 manat kirayə pulu vermək (ona məxsus mənzili təhvil verənədək) vəzifəsi vardır. İş materiallarına əlavə edilmiş Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 94 №-li sərəncamından görünür ki, vətəndaş İddiaçı ərizəsi, 59 saylı MKİS-nin xx.xx.2007-ci il tarixli və qonşuların imzaları ilə təsdiq edilmiş xx.xx.2007-ci il tarixli aktları əsas götürülmüş, B.Bağırov küçəsi 35 saylı ünvanda yerləşən daş qaraj, həmin ünvanda yaşayan vətəndaş İddiaçı tərəfindən istifadəsinə icazə verilmişdir. İş materiallarına əlavə edilmiş ÖM seriyalı 193359 saylı Qeydiyyat vəsiqəsindən görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, B.Bağırov küçəsi 35 saylı evin 55.0 yaşayış sahəsindən ibarət 4 otaqlı mənzili İddiaçı adına 22.0 kv.m payda xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Bu barədə xx.xx.2004-cü il tarixində qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022ci il tarixli, 3/55 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 21 oktyabr 2016-cı il tarixli, 197 saylı sərəncamına, Nəsimi RİH ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə uyğun olaraq və ərazidə yaşayan sakinlərin tələblərini nəzərə alaraq Bakı şəhəri Nəsimi rayonu, Ağadadaş Qurbanov, Sarabski və Məhəmməd Naxçıvani küçələrinin əhatə etdiyi ərazidə sökülmüş bütün tikililərin sahələrinin hesablanması tikilinin divarının xarici sərhədlərindən nəzərə alındığından bunun qarşılığında sakinlərə veriləcək yeni mənzillərin sahələrinin də eyni meyar əsasında, yəni divarların xarici sərhədlərindən hesablanması razılaşdırılmışdır. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Nəsimi Rayon İcra Hakimiyyəti Başçısına ünvanlanmış xx.xx.2022-ci il tarixli MİHO/2.1-2-202-5844 saylı məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Sarabski, A.Qurbanov, Məhəmməd Naxçıvanı və Bəsti Bağırova küçələrinin əhatə etdiyi ərazidə Cavabdeh1 MMC-yə yaşayış (blok A, B) və qeyri-yaşayış binalarının istismarına icazə verilməsinə dair təqdim olunmuş məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 10/475 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Bəsti Bağırova küçəsinda Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın “A” blokunda 6-cı mərtəbədə yerləşən İddiaçı məxsus mənzilin ümumi sahəsi (yaşayış və köməkçi sahə ilə birgə) 23,2 m2, 8-ci mərtəbədə yerləşən mənzilin ümumi sahəsinin 100,0 m2 təşkil etdiyi müəyyən olunur. Bakı şəhəri, Nəsimi rayonu, Bəsti Bağırova küçəsinda Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın “A” blokunda İddiaçı məxsus olan 6-cı mərtəbədə yerləşən mənzilin daxili divarlarının altına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsinin 31,8 m2 (24,2+7,6), 8-ci mərtəbədə yerləşən mənzilin daxili divarlarının atına, şaxta altına, beton sütunlar altına və balkonlara düşən sahələr nəzərə alınmaq şərti ilə, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 120,2 m2 (106,0+14,2) təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 10/6855 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 22 aprel 2017-ci il tarixli müqaviləyəə əsasən İddiaçı verilmiş təmirli 3 otaqlı 151 nömrəli mənzil B2 blokunun 8-ci, təmirsiz 1 otaqlı 132 nömrəli mənzil isə faktiki olaraq B2 blokunun 6-cı mərtəbəsində yerləşdiyi müəyyən edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 3.2-ci maddəsinin və tələbləri baxımından İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 22 aprel 2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı verilmiş ünvan 7 ünvanında Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın B2 blokunun 8-ci mərtəbəsində yerləşən 3 otaqlı 151 saylı mənzilin faktiki ümumi sahəsinin 100,0 kv.metr olduğu müəyyən edilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 3.2-ci maddəsinin və tələbləri baxımından İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 22 aprel 2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı verilmiş ünvan 7 ünvanında Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın B2 blokunun 6-cı mərtəbəsində yerləşən 1 otaqlı 132 saylı mənzilin faktiki ümumi sahəsinin 23,3 kv.metr olduğu müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 10/475 nömrəli ekspert rəyindən görünür ki, ünvan 7 ünvanında Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın B2 blokunun 8-ci mərtəbəsində yerləşən 3 otaqlı 151 saylı mənzilin ümumi tikinti sahəsinin 120,3 kv.m, ünvan 7 ünvanında Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın B2 blokunun 6-cı mərtəbəsində yerləşən 1 otaqlı 132 saylı mənzilin ümumi tikinti sahəsinin 31,8 kv.metr təşkil etdiyi müəyyən edilir. Məhkəmə iclasında tərəflərin izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında 22 aprel 2017-ci il tarixində Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda təsdiq edilmiş müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən, Cavabdeh1 MMC ünvan 4 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan fərdi yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin binada İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan ümumi sahəsi 87.80 m2 olan 3 otaqlı mənzilin əvəzinə İddiaçı tərəfindən 6000 manat əlavə pul vəsaiti ödənilməsi şərti ilə 37.8 % artıq, B2 blokunun 8-ci mərtəbəsində təmirli 3 (üç) otaqlı, ümumi tikinti sahəsi 120,37 m2 olan 151 nömrəli mənzili və ünvan 5 ünvanda İddiaçı istifadəsində olan sahəsi 21.0 m2 olan qarajın əvəzinə 51.5% artıq, B2 blokunun 6-cı mərtəbəsində təmirsiz 1 otaqlı, ümumi tikinti sahəsi 31,83 m2 olan 132 nömrəli mənzili iddiaçının mülkiyyətinə verməyi, həmçinin müqavilənin 2.2.9-cu bəndinə əsasən, mənzil təhvil verilənədək mülkiyyətçiyə hər ay 400 manat kirayə pulu verməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən iddiaçıya müqaviləyə uyğun mənzillər təklif olunmuş, iddiaçı həmin mənzilləri təhvil almaqdan imtina etmişdir. Hazırda iddiaçı mənzillərin müqavilə ilə nəzərdə tutulmuş şərtlərə uyğun gəlmədiyini bildirərək, cəmi 29,84 m2 (11,98 kv.m+6kv.m+11,86 kv.m=29,84 kv.m) yaşayış sahəsi əlavə olunmaqla ona faktiki sahəsi 24,5 kvm olan 1 otaqlı mənzilin əvəzinə sahəsi 55-60 kv.m olan 2 otaqlı mənzil verilməsini, bu mümkün olmadıqda isə əskik qalan 29,84 m2 yaşayış sahəsinin hər kvadrat metri 2500 manatdan 74600 manat, vurulmuş mənəvi ziyana görə 10 min manat, cəmi 84600 (səksən dörd min altı yüz) manat verilməsi, habelə 10 noyabr 2022-ci il tarixdən hazırki vaxta kimi hər ay 400 manat kirayə pulunun verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 437.1-ci maddəsinə əsasən, əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir; 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər; 578.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Qeyd olunan maddi hüquq normasından görünür ki, satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Bununla belə, iddianın tam və ya qismən təmin edilməsi üçün cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verməsi sübuta yetirilməlidir ki, bu sübutetmə vəzifəsi də iddiaçının üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.2-ci maddəsinə əsasən, öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Məhkəmə qeyd edir ki, müqavilə azadlığı Konstitusiya ilə təminat verilən mülkiyyət və azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir və Mülki Məcəllənin 390.1-ci maddəsində təsbit olunmuş müqavilə azadlığı, mülki hüquq subyektlərinin seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək imkanlarını təmin edir. Hazırki iş üzrə isə tərəflər arasında qarşılıqlı razılıq əsasında müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən, tərəflər arasında cavabdeh tərəfindən iddiaçıya verilməli olan mənzillərin ümumi tikinti sahəsinin 120,37 m2 və 31,83 m2 olması barədə razılıq əldə olunmuşdur. Yəni iddiaçı ona B2 blokunun 8-ci mərtəbəsində təmirli 3 (üç) otaqlı, ümumi tikinti sahəsi 120,37 m2 olan 151 nömrəli və B2 blokunun 6-cı mərtəbəsində təmirsiz 1 otaqlı, ümumi tikinti sahəsi 31,83 m2 olan 132 nömrəli mənzillərin verilməsi şərti ilə razılaşmış və müqaviləni şəxsən imzalamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 10/475 nömrəli rəyi ilə ünvan 7 ünvanında Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın B2 blokunun 8-ci mərtəbəsində yerləşən 3 otaqlı 151 saylı mənzilin ümumi tikinti sahəsinin 120,3 m2 ünvan 7 ünvanında Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın B2 blokunun 6-cı mərtəbəsində yerləşən 1 otaqlı 132 saylı mənzilin ümumi tikinti sahəsinin 31,8 m2 təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinin 1-ci abzasına əsasən mənzillərin ümumi sahəsi – yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Beləliklə müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan 151 saylı mənzilin ümumi tikinti sahəsi 120,3 m2, 132 saylı mənzilin ümumi tikinti sahəsi 31,8 m2 olmaqla, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinə uyğun azaltma əmsalı tətbiq edilərkən müvafiq olaraq 100 m2 və 23,3 m2 təşkil edir. Yəni mənzilin sahəsinin müəyyən olunmasında fərq yalnız onun hesablanması qaydasının müxtəlif olmasından irəli gəlmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçıya verilməli olan mənzillərin ümumi tikinti sahəsi ilə iddiaçıya verilmiş mənzillərin ümumi tikinti sahəsi eynilik təşkil edir və bu isə cavabdehin müqavilə öhdəliklərini pozması - iddiaçıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verməsi halını istisna edir. Məhkəmə iddia tələbinin “10 noyabr 2022-ci il tarixdən hazırki vaxta kimi hər ay 400 manat kirayə pulunun iddiaçıya verilməsi” hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında müqavilə üzrə razılaşdırılmış mənzillər hazır vəziyyətə gətirilərək təhvil alınması üçün iddiaçıya təklif olunmuş, lakin müqavilənin 1.1.6-cı bəndinə əsasən, iddiaçı müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürməsinə baxmayaraq, müqavilə ilə nəzərdə tutulmuş şərtlərə uyğun gəlməməsi əsası ilə mənzilləri təhvil almaqdan imtina etmişdir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya təklif edilmiş mənzillər onlar arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olmuş, lakin iddiaçı müqavilə üzrə öhdəliyini pozaraq həmin mənzilləri təhvil almaqdan imtina etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mənzillər təhvil verilmədiyindən hazırki vaxta kimi kirayə haqqının ödənilməsi barədə tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda eyni zamanda qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından görünür ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində 5 ilə yaxın ailə üzvləri ilə birlikdə əzab-əziyyətlərə, sarsıntılara, iztiraba düçar olmaqla şəraitsiz və dözülməz mənzillərdə yaşamağa məcbur olduqlarını bildirərək həmçinin mənəvi ziyanın əvəzinin ödənilməsini xahiş etmiş, lakin cavabdehin qeyd etdiyi hərəkətlərinin mülki hüquq pozuntusu olması, onun hərəkətləri (və ya hərəkətsizliyi) ilə iddiaçıya mənəvi ziyan dəyməsi sübut olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iş üzrə mənəvi ziyana dair iddia tələbi də əsaslı deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiası əsassızdır və buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarında olan 029318 saylı vəsiqədən görünür ki, iddiaçının əlilliyi ümumi xəstəliklə bağlıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddiaçının iddia tələbinin rədd edildiyi nəzərə alınmalı iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onun özünə aid edilməli və işə baxılması ilə əlaqədar aparılmış ekspertiza tədqiqatlarının dəyəri kimi 200 manat ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) hesabına keçirilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 və Cavabdeh3 qarşı “tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən sökülmüş yaşayış sahəsinə görə 120,9 kvm (87,80+33.18%=120.98) sahəsi olan mənzil verilməli olduğu halda, İddiaçı sahəsi 109.0 kvm olan mənzil verilməsi nəticəsində 11,98 kv.m əskik qalan yaşayış sahəsi, əlavə olaraq MMC tərəfindən İddiaçı əsassız olaraq ödətdirilmiş 6 min manat pula gorə 6 (altı) kv.m yaşayış sahəsi, qeyri-yaşayış sahəsinə gorə MMC tərəfindən ona 36.36 kv.m (21.0+51,7%=36.36) sahəsi olan mənzil verilməli olduğu halda, faktiki sahəsi 24 5 kvm mənzil verilməsi nəticəsində 11,86 kv.m əskik qalan yaşayış sahəsi hesabına cəmi 29,84 kv.m (11,98 kv.m+6kv.m+11,86 kv.m = 29,84 kv.m) yaşayış sahəsi əlavə olunmaqla İddiaçı faktiki sahəsi 24,5 kvm olan 1 otaqlı mənzilin əvəzinə sahəsi 55-60 kv m olan 2 otaqlı mənzil verilməsi, bu mümkün olmadıqda isə əskik qalan 29,84 kv.m yaşayış sahəsinin hər kvadrat metri 2500 manatdan 74 600 manat vurulmuş mənəvi ziyana görə 10 min manat, cəmi 84 600 (səksən dörd min altı yüz) manat, ödənilmiş dövlət rüsumu hesabına 343 (üç yüz qırx üç) manat 80 qəpik pulun cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb İddiaçı verilməsi, iddiaçı ilə Cavabdeh1 MMC adından Cavabdeh2 arasında bağlanmış 22 aprel 2017-ci il tarixli müqavilənin 2.2.9-cu bəndinə əsasən 10 noyabr 2022-ci il tarixdən hazırki vaxta kimi hər ay 400 manat kirayə pulunun İddiaçı verilməsinə dair” iddia tələbi təmin edilməməli, iddiaçıdan cəmi 200 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 və Cavabdeh3 qarşı “tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən sökülmüş yaşayış sahəsinə görə 120,9 kvm (87,80+33.18%=120.98) sahəsi olan mənzil verilməli olduğu halda, İddiaçı sahəsi 109.0 kvm olan mənzil verilməsi nəticəsində 11,98 kv.m əskik qalan yaşayış sahəsi, əlavə olaraq MMC tərəfindən İddiaçı əsassız olaraq ödətdirilmiş 6 min manat pula gorə 6 (altı) kv.m yaşayış sahəsi, qeyri-yaşayış sahəsinə gorə MMC tərəfindən ona 36.36 kv.m (21.0+51,7%=36.36) sahəsi olan mənzil verilməli olduğu halda, faktiki sahəsi 24 5 kvm mənzil verilməsi nəticəsində 11,86 kv.m əskik qalan yaşayış sahəsi hesabına cəmi 29,84 kv.m (11,98 kv.m+6kv.m+11,86 kv.m = 29,84 kv.m) yaşayış sahəsi əlavə olunmaqla İddiaçı faktiki sahəsi 24,5 kvm olan 1 otaqlı mənzilin əvəzinə sahəsi 55-60 kv m olan 2 otaqlı mənzil verilməsi, bu mümkün olmadıqda isə əskik qalan 29,84 kv.m yaşayış sahəsinin hər kvadratmetri 2500 manatdan 74 600 manat vurulmuş mənəvi ziyana görə 10 min manat, cəmi 84 600 (səksən dörd min altı yüz) manat, ödənilmiş dövlət rüsumu hesabına 343 (üç yüz qırx üç) manat 80 qəpik pulun cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb İddiaçı verilməsi, iddiaçı ilə Cavabdeh1 MMC adından Cavabdeh2 arasında bağlanmış 22 aprel 2017-ci il tarixli müqavilənin 2.2.9-cu bəndinə əsasən 10 noyabr 2022-ci il tarixdən hazırki vaxta kimi hər ay 400 manat kirayə pulunun İddiaçı verilməsinə dair” iddia tələbi təmin edilməsin. İddiaçı cəmi 200 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar