Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-5185/2024 19.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı qarşı digər tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qarşı digər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 1993-cü il tarixində Kəlbəcər işğal olunan zaman öz doğma evlərindən didərgin düşmüş və məcburi köçkün statusu almışdırlar. 2007-ci il tarixindən Nərimanov rayonu, Heydər Əliyev prospekti 103a ünvanında məcburi köçkün olaraq o, 2 (iki) qızı; X1 və X2 müvəqqəti olaraq məskunlaşmışdırlar. 2018-ci il tarixində isə X6 adlı özünü məcburi köçkün və jurnalist olaraq tanıdan şəxs qonşuluğumuza köçmüşdür. Bir müddətdən sonra qonşulara qarşı təhqiredici ifadələrdən istifadə etməyə başlayıb. O iki ildir ki, öz evinin arxa hissəsinə keçə bilmir. Ona görə ki, evinin arxa hissəsini 2007-ci ildən istifadə etməyinə baxmayaraq, adıçəkilən şəxs 2018-ci ildən sonra həmin ərazidə toyuq ferması açaraq həmin yeri zəbt etmişdir. Fermanın heç bir qeydiyyatı yoxdur. Fermanın şəraiti olduqca nasazdır və ətrafı üfunət qoxusu ilə kirlidir. Bütün qonşular il ərzində bu iylərə tab gətirməli olur. Əlavə olaraq qeyd edir ki, X3 qeydiyyatı Binəqədi rayonu ərazisi olmağına baxmayaraq, həmin şəxs özünü qaçqın və məcburi köçkün adlandıraraq hər iki ərazidə qaçqınlar üçün ayrılan müavinətdən faydalanmağa çalışır. Bütün bunlara rəğmən, o həmin insanla qonşuluq münasibətlərinin qorunması xətrinə ortaq həll tapmağa və zəbt elədiyi ərazidən keçə bilmək üçün ortaq qapı qoymaq təklifi ilə vəziyyətləri yaxşılaşdırmağa çalışdı. Bununla da o, onunla şiddətli davalar etməyə başladı. Yekunda onunla ortaq qapı üzrə razılaşdılar. Razılığa əsasən, evinin arxasına keçən yola qapı qoyulacaq, lakin qıfıl vurulmayacaqdı. Çünki, bu qapı sayəsində onun toyuqları ərazidən çölə çıxmayacaq, o isə evinin arxasına rahatlıqla keçə biləcəkdi. Lakin xx.xx.2024-cü il tarixində ortaq qapı fikri ilə razılaşmağına baxmayaraq, oraya qoyduğu qapını qıraraq onun üzərinə atdı. Nəticədə sol qol və ayaq nahiyələrimə çırpılan qapı onun ciddi xəsarət almağına və bir ay müddətində bu xəsarətlərə görə fiziki çətinliklər çəkməyinə səbəb oldu. Yenə də o qonşuluq münasibətləri pozulmasın, heç bir tərəf peşmanlıq çəkməsin deyə heç bir quruma müraciət etməmişdir. Məsələnin özlüyündən həll olunmasına və sakitliyin bərqərar olmasına çalışmış, lakin həll edilməmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə cavabdehin kim olduğu və onu eyniləşdirməyə imkan verən məlumatlar əlavə edilməmişdir. Eyni zamanda iddia ərizəsinə baxılmasının Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aid olduğunu təsdiq edən zəruri sənədlər əlavə edilmədiyindən iddiaçı tərəfindən ərazi aidiyyəti barədə Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda iddia tələbi də qeyri-müəyyən olmaqla, iddiaçının son nəticə etibarilə məhkəmədən hansı mübahisənin həll edilməsini xahiş etdiyi və nail olmaq istədiyi nəticə aydın deyil. Halbuki Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi zamanı Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ərazi aidiyyati üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 114, 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı qarşı digər tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ərazi aidiyyati üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-5185/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-5185/2024
19.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver