Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-519/2021 15.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Exan oğlunun katibliyi, İlk iddia üzrə cavabdeh “Laser X4” MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, ”Laser X4” MMC-ə qarşı maddi və mənəvi ziyanın tutulması tələbinə dair ilk, iddiaçı “Laser X4” MMC-nin cavabdeh İddiaçı Əlaslan qızına qarşı işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin tutulması tələbinə dair və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Əlaslan qızına qarşı işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin tutulması tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, ”Laser X4” MMC-ə qarşı maddi və mənəvi ziyanın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, ”Laser X4” MMC-dən maddi ziyanın əvəzi olaraq 100 000 manat, mənəvi ziyanın əvəzi olaraq 2 000 000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçı 2014-2015-ci illərdə ”Laser X4” MMC-də akne xəstəliyindən müalicə olunmuşdur və həmin klinikanın baş həkimi X1 nəticsində ha-hazırda sağlamlığına ciddi ziyan dəymişdir. Belə ki, X5 iddiaçıya roaccutane dərman preparatını qəbul etməsinə göstəriş vermişdir. İddiaçı həmin dərmanı qəbul etməyə başladıqda bir müddət sonra sağlamlığı ilə bağlı ciddi fəsadlar yaranmağa başladı. Belə ki, mədə yarası və dəridə peydə olan yaraar səbəbindən dəri gün işığına həsass vəziyyətə gəlmiş və bu səbəbdən iddiaçının sağlamlığı və gündəlik normal fəaliyyəti məhdudlaşmışdır. İddiaçı bu halların qəbul etdiyi dərman vasitəsinitəsiri olduğunu düşünərək bir neçə digər həkimlərin qəbulunda olmuş və onlar həmin dərmanın iddiaçıya təyin edilməsinin düzgün olmadığı qənaətinə gəlmişlər. İddiaçı sağlamlığında yaranmış problemlərin həll olunması üçün yeni müalicələrə başlamaq məcburiyyətində qalmışdır. Lakin hal-hazırda da həmin dərmanın fəsadları özünü göstərməkdədir. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh müəssisənin və Cavabdeh1 tibbi xidmət göstərilməsi üçün lisenziyası yoxdur. Göründüyü kimi, Cavabdeh1 iddiaçıya roaccutane preparatını təyin edərkən ümumiyyətlə tibbi xidmət göstərməsi üçün lisenziyası olmamışdır. Həmin dövrdə, yəni 2015-ci ildə X7 Mərkəzi hüquqi şəxs kimi deyil, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh2 tərəfindən idarə olunan müəssisə olmuşdur. X8 X6 X4 kimi fəaliyyət göstərir və 05.01.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir. İddiaçı X7 Mərkəzində müalicə alarkən ona ödənişlərinə dar mədaxil orderi təqdim edilməmişdir. Bu barədə iddiaçının şikayətinə əsasən AR Vergilər nazirliyi tərəfindən tədbirlər görülmüş və müəyyən edilmişdir ki, Mərkəz həqiqətən də nağd pul hesablaşmalarının aparılması qaydalarını pozmuşdur. “Laser X4” MMC cavabdeh İddiaçı Əlaslan qızına qarşı işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd ediməsini, ilkin iddia üzrə İddiaçınnın ”Laser X4” MMC-nin işgüzar nüfuzunu ləkələyən məlumatların onun tərəfindən təkzib olunması və belə məlumatların onu tərəfindən yayılmasının qadağan edilməsi, ilkin iddia üzrə İddiaçı tərəfindən ”Laser X4” MMC-nin işgüzar nüfuzu ləkələndiyinə görə ondan ”Laser X4” MMCnin xeyrinə 50000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh1 cavabdeh İddiaçı Əlaslan qızına qarşı işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rəd ediməsini, ilkin iddia üzrə İddiaçınnın ”Laser X4” MMCnin işgüzar nüfuzunu ləkələyən məlumatların onun tərəfindən təkzib olunması və belə məlumatların onu tərəfindən yayılmasının qadağan edilməsi, ilkin iddia üzrə İddiaçı tərəfindən ”Laser X4” MMC-nin işgüzar nüfuzu ləkələndiyinə görə ondan ”Laser X4” MMCnin xeyrinə 50000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq ilkin iddia üzrə iddiaçı və ilkin iddia üzrə digər cavabdehlər məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.4-cü və 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk iddia üzrə cavabdeh “Laser X4” MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddia ərizəsinin rədd, qarşılıqlı iddia ərizəsinin isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ilkin iddia üzrə cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 11.10.2018-ci il tarixli məktubndan müəyyən edilir ki, İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində Cavabdeh1 lisenziya verilməsinı dair məlumat qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 26 fevral 2018-ci il tarixli İNİL-194/2018 seriyalı Lisenziyadan müəyyən olunur ki, ”Laser X4” MMC-nə (VÖEN **********) özəl tibb fəaliyyətini həyata keçirməyə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 26 fevral 2018-ci il tarixli İNİL-194/2018 seriyalı Lisenziyaya əlavədən müəyyən olunur ki, özəl tibb fəaliyyətinin ambulator tibbi xidmət üzrə icarə verilən işlərin siyahısına 2.13 Dermatologiya : 2.13.1 dermatoloji, 2.13.2 kosmetoloji; 2.24 Stomatologiya: 2.24.1 terapevtik stomatoloji, 2.24.3 ortopedik stomatoloji, 2.24.4. ortodontik stomatoloji daxildir. İş materiallarında olan Respublika Dəri Zöhrəvi Mərkəzi PHŞ tərəfindən verilmiş 29 oktyabr 2020-ci il tarixli 693 saylı müraciətə cavab məktubundan görünür ki, isotret və “roacutan” dərman preparatları təxminən 35 ildir ki, formateptikada istifadə edilir. Onlar adətən seçim preparatı olub, Anke rozasea, Deveriyi xəstəliyi, Darye xəstəliyi, hidradenit hofman xəstəliyi, psoriaz və eridenatoz xətəliklərində istifadə edilir.Bu dərmanlarla müalicə zamanıbiokimyəvi analizlər həm müalicədən əvvə, həmçinin müaliəcələrin gedişi zamanı mütəmadi yoxlanılmalıdır.Bu dərmanlar xüsusi nəzarət tələb edən dərmanlara daxil deyil və istər həkim nüsxəsi, istərsə də onsuz heç bir məhdudiyyət qoyulmadan satışı həyata keçirilir. İş materiallarında olan AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X10 tərəfindən verilmiş 22 sentyabr 748/KEŞ saylı ekspert rəyindən müəyyən olunur ki, 1991ci il təvəllüdlü İddiaçı məhkəmə-tibbi müayinəsinə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq müəyyən edilmişdir ki, “Roacutan” dərman preparatının annotasiyasında həmin dərman preparatı sızanaq xəstəliyinin müalicəsində, həmiçin yağlı dəri və yağlı saç problemlərinin həllində istifadə olunur, Tibbi təcrübədə qeyd edlən dərman preparatı təyin edilərkən pasientin hər hansı bir müayinədən keçirilməsi nəzərdə tutulmayıb və həkim seçimindən asılı olaraq təyinatı verilir. “Roacutan” dərman preparatının annotasiyasında həmin dərman preparatı döldə eybəcərliklər yarada biləcəyi üçün hamilə qadınlara əsk göstəriş hesab olunur və dəridə hər hansı bir fəsad törədə biləcəyi istisna edilir. “Roacutan” dərman preparatının annotasiyasında həmin dərman preparatının istifadəsindən sonra D vitamini defisitinin yaranması istisna edilir. İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı o, hal-hazırda hər hansı bir şikayətinin olmadığını bildirmişdir. Hazırda ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və "X7 Klinikasi" MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən təyin olunmuş “Roacutan” dərman preparatının qəbulu nəticəsində sağlamlığında uzun müddət üçün müalicəsi tələb olunan fəsadların əmələ gəldiyini iddia etmiş, cavabdehlərdən səhhətinə dəymiş maddi ziyanın və bununla bağlı çıkdiyı iztirablara görə mənəvi ziyanın ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-14.2.9-cu maddələrində, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1 -ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məcəllənin 1097.2-ci madddəsinə əsasən mülki hüquq pozuntusunu (delikti) törətmiş şəxs zərərin onun təqsiri üzündən vurulmadığını sübuta yetirərsə, zərərin əvəzini ödəməkdən azad edilir. Mülki Məcəllənin 1112-ci maddəsinin tələblərinə görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbayca Respublikası Konstitusiya Məhkəməsi 27.08.2012-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasın araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər:, öz. hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Eləcə də, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81 -ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılınmış sübutlarını məcmusu ilə ilkin iddia üzrə İddiaçı hazırda sağlamlığında yaranmış problemlərin ilkin iddia üzrə Cavabdeh1 tərəfindən təyin olunmuş “Roacutan” dərman preparatının qəbulu ilə bağlı olmaması, cavabdeh tibb müəssisəsi olan “Laser X4" MMC-də təyin edilmiş müalicələrlə iddiaçının onun dərisində yarandığını iddia etdiyi xəsarətlər və “D" vitamini çatışmazlığı arasında səbəbli əlaqənin olmasının istisna edildiyi müəyyən olunmuşdur. Bununla da, məhkəmə araşdırmaları zamanı iddiaçının hüquqlarının məhz iş üzrə cavabdehlər tərəfindən pozulması təsdiq edilmədiyindən məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməməlidir. Həmçinin, "X7 Klinikasi" MMC və Cavabdeh1 qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət edərək, iddia etmişdirlər ki, cavabdeh İddiaçı tərəfindən “Laser X4” MMC-nin işgüzar nüfuzu, Cavabdeh1 şərəfi, ləyaqəti və işgüzar nüfuzu müxtəlif yollarla ləkələnmiş və bu onlara mənəvi iztirab vermiş və nəticədə onların hər birinə 50000 manat məbləğində mənəvi ziyan dəymişdir. Bununla yanaşı müdafiə etdikləri tələbləri ümumiyyətlə əsaslandırmamış, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdirlər. Habelə, iddiaçıların gətirdiyi dəlillər məhkəmə üçün inandırıcı gəlmir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin, faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir, iddia, tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olduğu halda, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbləri qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddialar təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, ”Laser X4” MMC-ə qarşı maddi və mənəvi ziyanın tutulması tələbinə dair ilkin iddia ərizəsi təmin edilməsin. İddia təmin edilmədiyinə görə İddiaçı 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçı “Laser X4” MMC-nin cavabdeh İddiaçı Əlaslan qızına qarşı işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilsin. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Əlaslan qızına qarşı işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-519/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-519/2021
15.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver