Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-522/2021 22.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı "hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı "hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasi Maliyyə Nazirliyindən dövlət büdcəsi hesabına 142532.5 manat (yüz qırx iki min beş yüz otuz iki manat 50 qəpik) maddi zərərin, 150 000 (yüz əlli min) manat mənəvi zərərin əvəzinin, cəmi 292 532,5 manatın (iki yüz doxsan iki min beş yüz otuz iki manat 50 qəpik) tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı oğlıı 1965-ci ildə anadan olmuşdur. xx.xx.1987-ci ildən xx.xx.1993-cü il tarixədək və xx.xx.1994-cü ildən xx.xx.1999-cu il tarixədək Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında - DİN Banditizm və terrorizmlə mübarizə Baş idarəsinin baş əməliyyat müvəkkili kimi xidmət etmiş, polis kapitanı olmuşdur. Ona qarşı irəli sürülmüş əsassız ittihamlar nəticəsində, barəsində Bakı şəhər Prokurorunun xx xxxxxx 1999-cu il tarixli qərarı ilə həbsdə saxlamaq qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət işləri üzrə İ dərəcəli məhkəmə kollegiyasının 16/Vİll-99-cu il tarixli binagüzarlıq iclasının qərardadı və xx xxxx 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 168-ci maddəsinin 2-ci hissəsi ilə (1960-cı il redaksiyasında) 3 il azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2000-ci il tarixli qərarı ilə cəzasının qalan hissəsinin məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməyi qərara alınmışdır. Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərardadı ilə vaxtından əvvəl şərti olaraq cəzadan azad olunmağı qərara alınmışdır. Göründüyü kimi İddiaçı xx xxxxxx 1999-cu ildən xx xxxx 2001-ci il tarixə kimi qanunsuz və əsassız olaraq cəza çəkmişdir. Bundan əlavə, iddiaçı xx xxxxxx 1999-cu ildən Daxili İşlər orqanlarından xaric edilmiş və məhkum edilməsi səbəbindən sonradan həmin orqanlarda xidmətə bərpa edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli, 8c-2/07 saylı Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət işləri üzrə İ dərəcəli məhkəmə kollegiyasının 16/Vİİİ-99-cu il tarixli biııagüzarlıq iclasının qərardadı və xx xxxx 2000-ci il tarixli hökmü mənim haqqımda bütövlükdə ləğv edilmiş, həmin hissədə işə yenidən məhkəmə hazırlıq iclası mərhələsindən baxılması üçün iş Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilmişdir. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hazırlıq İclasının xx xxxxxx 2007-ci il tarixli, İş № A-1001/07 saylı qərarı ilə qərara alınmışdır ki: Təqsirləndirilən şəxs İddiaçı barəsində CM-nin 167-ci maddəsinin 1-ci və 2-ci hissələri ilə (köhnə redaksiyada) təqsirləndirilməsinə dair cinayət isinin baxılmasına xitam verilsin və prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Həmin qərarın əsaslandırıcı hissəsində Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsi qeyd etmişdir ki, “...Məlikəmə hesab edir ki, ibtidai araşdırma aparılarkən CPM-nin 289.3.2 maddəsinin tələbi pozulmuş, təqsirləndirilən şəxslərin təqsir/i/iyini təsdiq edən sübutlar öz əksini tapmır." Azərbaycan Respublikası Baş Prokurorunun 1 müavininin “Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın hissəvi ləğv edilməsi haqqında” xx xxxxxx 2007-ci il tarixli qərarı ilə qərarında Cinayət Prosessual Məcəlləsinin 39.1.2 və digər maddələri rəhbər tutularaq, qərara alınmışdır ki: ‘7. Cinayət işi üzrə qəbul edilmiş şəraitin dəyişməsi ilə əlaqədar cinayət işinin icraatına xitam verilməsi barədə xx xxxxxx 2001-ci il tarixli qərarın İddiaçı aid hissəsi ləğv olunsun. Cinayət işinin İddiaçı aid hissəsi üzrə icraata əməlində cinayət tərkibi olmaması əsasına görə xitam verilsin. ” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən, bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş lıadarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Göründüyü kimi, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçı tamamilə əsassız olaraq məhkum edilərək 795 gün azadlıqdan məhrum etmə cəzası çəkmişdir. Bundan əlavə, iddiaçı cəzasını çəkdikdən sonra da, onun barəsində bəraət qərarı çıxan tarixə qədər, yəni, xx xxxxxx 2007-ci il tarixədək daxili işlər orqanlarında xidmətə bərpa olunmaq imkanından məhrum olmuşdur. Belə ki, “Polis haqqında” Qanunun 28-ci maddəsinin İV hissəsinə əsasən cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xilam verilmiş... şəxslər polisdə xidmətə qəbul edilə bilməzlər. İddiaçının həbs edilən tarixə vəzifə maaşı 250 manat təşkil etmişdir. xx xxxxxx 1999-cu ildən xx xxxxxx 2007-ci il tarixə kimi olan müddət, yəni 108 ay ərzində almalı olduğu vəzifə və rütbə maaşlarından, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş əlavə müavinətlərdən məhrum olmuşdur. Daxili işlər orqanları işçilərinin vəzifə maaşlarının artırılması haqqında yuxarıda istinad edilən sərəncamlar, həmçinin indeksləşmə nəzərə alnımaqla, iddiaçıya ödənilməli olan məbləğ 142532,5 AZN (yüz qırx iki ıııiıı beş yüz otuz iki manat 50 qəpik) təşkil edir. 01.1999- 05.2000-cü il üzrə cəmi 17 ay üzrə =4250 AZN (17*250=4250) 06.2000- 07.2004-cü illər üzrə cəmi 49 ay üzrə, 2 dəfəlik artım nəzərə alınmaqla 24 500 AZN (250x2x49= 24500) 08.2004- 12.2007-ci il üzrə cəmi 40 ay üzrə 60 000 AZN (500x3x40=60 000) 01.1999- 12-2007-ci illər üzrə cəmi 88 750 AZN (4250+24500-60 000 =88750) İstehlak qiymətlərinin artımı 1999-2007-ci illər üzrə orta hesabla 160.6 faiz təşkil etmişdir. Göründüyü kimi, iddiaçıya ödənilməli olan 88 750 AZN indeksləşmə nəzərə alınmaqla 142532,5 AZN təşkil edir. "İşin faktiki halları" bölməsində də qeyd edildiyi kimi, iddiaçı 1987-ci ildən, yəni 22 yaşından daxili işlər orqanlarında xidmətə qəbul edilmiş, öz həyatını və gələcəyini yalnız dövlətə xidmət etmək kimi çətin və şərəfli xidmət sahəsi ilə bağlamışdır. Xidmət etdiyi dövrdə yüksək peşəkarlıq, intizam nümayiş etdirmiş, 1990-cı ildə ezam edildiyi aktiv hərbi əməliyyatlar gedən Gədəbəy rayonunun Ermənistanla sərhəd olun Şınıx, Arabaçı, Mor-Mor, Gövəkli və digər kəndlərində yerli əhalinin erməni işğalçılarının hücumlarından müdafiə olunmasında vs mürəkkəb əməliyyat şəraiti olan bölgədə asayişin təmin olunmasında fəal iştirak etmiş və ona rəhbərlik tərəfindən dəfələrlə şifahi təşəkkürlər elan edilmişdir. Qeyd edilən faktlar hazırkı iddiaya əlavə edilən arayış və aktlarda da öz təsdiqini tapır. İddiaçının nümunəvi xidməti, həmçinin ona vaxtından əvvəl növbəti xüsusi rütbələr verilinəsi ilə də qiymətləndirilmiş, 34 yaşı olanda artıq polis kapitanı rütbəsinə yüksəlmişdir. Göründüyü kimi, iddiaçı həm xidmət etdiyi kollektiv arasında, həm də ümumiyyətlə cəmiyyət arasında özünün yüksək peşəkarlığı, ciddi intizamı, vətənpərvərliyi və xalqımıza fədakarlıqla xidmət etməsi ilə yüksək mənəvi dəyərlərə malik bir şəxs fikri foımalaşdırmıdı. Belə olan halda, iddiaçının tez bir zamanda daha yüksək rütbələr almaqla və daxili işlər orqanlarında daha yüksək vəzifələrə yüksələcəyi şübhə doğurmurdu. Lakin belə yüksək insani və xidməti keyfiyyətlərə malik olan iddiaçının həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 168-ei maddəsinin 2-ci hissəsi ilə qanunsuz olaraq məhkum olunmasının onu nə qədər mənəvi əzab və iztirablara düçar etdiyini təsəvvür etmək çətin deyil. İddiaçının qanunsuz məhkum olunması onun yalnız müəyyən müddət azadlıqdan və əmək haqqından məhrum edilməsi ilə məhdudlaşmamış, ümumiyyətlə, 34 yaşında daxili işlər orqanlarında kapitan rütbəsinə qədər yüksəlmiş və bu sahədə böyük perspektivləri aşkar olan şəxsin sonrakı həyatının qeyri-müəyyənlik qarşısında qoyulması, nüfuzunun haqsız yerə ləkələnməsi ilə nəticələnmişdir. Şərh edilənlər iddiaçıya dəymiş mənəvi zərərin daha böyük olduğunu təsdiq etsə də, iddiaçı həmin zərər məbləğini yalnız 150 000 manat məbləğinə iddia etməklə kifayətlənir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək, iddia tələbi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2007-ci il tarixli məktubun notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, bildirilir ki, 105668 №-li cinayət işinin barənizdə Azərbaycan Respublikasının xx.xx.2000-ci ilə qədər qüvvədə olmuş CM-nin 168-ci maddəsinin 2 hissəsi ilə olan hissəsi üzrə icraata xx xxxxxx 2007-ci ıl tarixli qərarla xitam verilmişdir. Cinayət işinin materialları ilə xx.xx.2007-ci il tarixdən vaxt məhdudiyyəti qoyulmadan Bakı şəhəri, Azadlıq prospekti 22 saylı ünvanda yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində tanış ola bilərsiniz. Həmin iş üzrə qərarın surəti Sizə verildiyi vaxtdan 10 (on) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət verə bilərsiniz. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun «cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında» xx xxxxxx 2007-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçır əməlində cinayət tərkibi olmadığından cinayət işinin ona aid hissəsi üzrə cinayət təqibinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş X2 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2007-ci il tarixli məktubun notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, bildirilir ki, 68643 №-li cinayət işinin barənizdə Azərbaycan Respublikasının xx.xx.2000-ci ilə qədər qüvvədə olmuş CM-nin 167-ci maddəsinin 1 və 2 hissələri. 168-ci maddəsinin 2 hissəsi. 172-ci maddəsi ilə olan hissəsi üzrə icraata xx xxxxxx 2007-ci il tarixli qərarla xitam verilmişdir. Cinayət işinin materialları ilə 30 12.2007-ci il tarixdən vaxt məhdudiyyəti qoyulmadan Bakı şəhəri, Azadlıq prospekti 22 saylı ünvanda yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində tanış ola bilərsiniz. Həmin iş üzrə qərarın surəti Sizə verildiyi vaxtdan 10 (on) gün müddətində prokurora və ya məhkəməyə şikayət verə bilərsiniz. İş materiallarında olan Azərbaycan Respublikası Baş X2n «cinayət işi üzrə icraata hissəvi xitam verilməsi barədə qərarın hissəvi ləğv edilməsi haqqında» xx xxxxxx 2007-ci il tarixli qərarın surətindən görünür ki, Cinayət işi üzrə qəbul edilmiş şəraitin dəyişməsi ilə əlaqədar cinayət işinin icraatına xitam verilməsi barədə xx xxxxxx 2001-cı il tarixli qərarın İddiaçı aid hissəsi ləğv olunmuş, cinayət işinin İddiaçı aid hissəs üzrə icraata əməlində cinayət tərkibinin olmaması əsasına görə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli 8c-2/07 saylı qərarının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət işləri üzrə İ dərəcəli məhkəmə kollegiyasının 16/V111-99-cu il tarixli binagüzarlıq iclasının qərardadı və xx xxxx 2000-ci il tarixli hökmü İddiaçı haqqında bütövlükdə, X5 və X4 haqqında qismən , yəni CM-nin 168ci maddəsinin 2-ci hissəsi ilə məhkum olunmalarına dair hissədə (1996-cı ildə Ş.Muradzadə və qeyrilərinə qarşı fiziki zor tətbiq etməklə vəzifə səlahiyyətlərini aşma) ləğv edilməsi, həmin hissədə işə yenidən məhkəmə hazırlıq iclası mərhələsindən baxılması üçün iş Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli A-1001/07 saylı Hazırlıq iclasının qərarının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, təqsirləndirilən şəxs İddiaçı barəsində CM-nin 167-ci maddəsinin 1-ci və 2-ci hissələri, 168-ci maddəsinin 2-ci hissəsi və 172-ci maddələri ilə, İ.Q.Rzayev və G.F.Orucovun barələrində CM-nin 168-ci maddəsinin 2-ci hissəsi ilə (köhnə redaksiyada) təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməsi və prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilinin vəzifə maaşı 1999-2001-ci illərdə 110 000 (bir yüz on min) köhnə AZN manatı, polis kapitanının rütbə maaşı 1999-cu ildən 2000-ci ilin 01 iyul tarixinə qədər 32000 köhnə AZN manatı, 2000-ci ilin 01 iyul tarixindən 2001-ci ilin sonuna qədər 70000 köhnə AZN manatı olmuşdur. Məhkəməiddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət olmaqla hər kəsin istifadə etməli olduğu başlıca şərtdir. Şəxsin azadlıq hüququndan məhrum olması bir sıra digər hüquqlardan istifadəyə birbaşa mənfı təsir göstərməklə onu qeyri-əlverişli vəziyyətdə qoyur. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, azadlıq hüququ olmadan insanın digər hüquqları deklarativ xarakter daşıyır. Azadlıq hüququ həm də onunla səciyyələnir ki, onun pozulması həmişə şəxsin müəyyən hüdudlara, sərhədə malik olan ərazidə, müəssisədə saxlanılması ilə müşaiyət olunur. Hər kəs azadlığa malik olmalıdır və bu azadlıq yalnız müstəsna hallarda, hər bir halda qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Azadlıqdan məhrum etmənin qanuniliyi tələbi həm prosesə, həm də onun məzmununa şamil olunur. Qanunilik həmçinin onu nəzərdə tutur ki, azadlıqdan məhrum etmə zamanı həm daxili qanunvericiliyə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət olunmalıdır. Şəxsin azadlıqdan məhrum edildiyi hallarda ilk növbədə qanunun tələblərinə riayət edilibedilmədiyi yoxlanılmalıdır. Azadlıq hüququnun müqavilə öhdəliyi kimi ifadəsini tapdığı ilk sənəd «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasıdır. Konvensiyanın 5-ci maddəsinə müvafıq olaraq hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs qanunla müəyyən- olunmuş hallardan və qaydadan başqa azadlıqdan məhrum edilə bilməz. 1966-cı ildə BMT tərəfındən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9-cu maddəsi müəyyən edir ki: «hər bir insanın azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs özbaşına həbs edilə və ya barəsində həbs qətimkan tədbiri seçilə bilməz. Heç kəs qanunla müəyyən edilmiş əsaslar olmadan və müvafıq prosedura əməl olunmadan azadlıqdan məhrum edilməməlidir.» Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsi müəyyən edir ki, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Göstərilənlərə əsasən məhkəmə iddiaçının xx xxxxxx 1999-cu ildən xx xxxx 2001-ci il tarixə kimi konkret olaraq Azərbaycan Respublikası CM-nin 168-ci maddəsinin 2-ci hissəsi ilə (1960-cı il redaksiyasında) nəzərdə tutulmuş cinayət əməlini törətməsində ittiham olunaraq azadlıq hüquqlarının məhdudlaşdırılmasını və buna görə də həmin maddə ilə təqsirli bilinib azadlıqdan məhrum edilməsini ona münasibətdə yuxarıda qeyd olunan normaların tələblərinin və onun azadlıq hüquqlarının pozulması kimi qiymətləndirir və iddia tələbinin yalnız mənəvi ziyanın ödənilməsi hissəsini əsaslı sayır. Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə mənəvi ziyanın ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir. Azərbaycan Respublikası Konstitusiyasının: 68-ci maddəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 56.0.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. 58.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. 60.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. 61.2-ci maddəsinə görə bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir. 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonar ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» xx xxxxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq müttəhim qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nətcəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ 1) bəraətverici hökm çıxarıldıqda, 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda yaranır. Qeyd edilən Qanunun 5-ci maddəsinə əsasən isə bu Qanununun 1 -ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər,vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz. Həmin Qanunun 7-ci maddəsinin 2-ci bəndinə əsasən, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101-ci maddəsinə əsasən qanunsuz məhkum etmək, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fıziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 7 saylı Protokolunun 3-cü maddəsinə əsasən, şəxs cinayət əməli törətməyə görə yekun qərarla məhkum edildikdə və sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə, yaxud o, yeni və ya təzədən ortaya çıxmış faktın qəti olaraq məhkəmə səhvi olduğunu göstərməsi əsasında əfv edilibsə, belə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxs, əvvəllər məlum olmayan faktın vaxtında açılmaması onun tam və ya qismən günahı üzündən baş verməyibsə, qanuna və ya müvafıq dövlətin mövcud təcrübəsinə uyğun olaraq kompensasiya alır. Həmin müddəa «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 14-cü maddəsində də ifadəsini tapmışdır: «əgər hansısa şəxs cinayətə görə məhkəmənin qəti qərarı ilə məhkum olunmuşsa və haqqında çıxarılmış hökm məhkəmə səhvi buraxıldığını şəksiz təsdiq edən yeni, yaxud yeni aşkar edilmiş bir cəhətə əsasən sonradan ləğv edilmiş, yaxud o, əfv olunmuşsa, onda göstərilən naməlum cəhətin tamamilə, yaxud qismən onun təqsirindən üzə çıxarılmadığı sübut edilməzsə, belə ittiham əsasında cəza çəkmiş şəxs qanuna əsasən kompensasiya alır.» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 5 saylı qərarında göstərilir ki, «məhkəmələr mənəvi, fiziki yə əmlak zərərinə dair məsələləri həll edərkən aşağıdakıları nəzərə almalıdırlar: Mənəvi zərər dedikdə, şəxsin şərəf və ləyaqətinin alçaldılması, ona mənəvi sarsıntı yetirilməsi başa düşülməlidir. Fiziki zərər dedikdə, şəxsin həyatına, səhhətinə, digər bədən toxunulmazlığına vurulmuş zərər başa düşülməlidir. Əmlak zəzəri dedikdə, pul vahidi ilə ifadə olunan maddi ziyanın vurulması başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: «Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfı təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspetlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1 -ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərəin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan hüquqları Məhkəməsi «Kalaşnikov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2002-ci il tarixli qərarda Konvensiyanın 3-cü maddəsinin, 5-ci maddəsinin 3-cü bəndinin və 6-cı maddənin 1 -ci bəndinin pozulması faktını müəyyən etməklə yanaşı Konvensiyanm 41-ci maddəsinin zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsi müddəasına istinad edərək dəymiş zərər, mənəvi ziyan və məhkəmə xərcləri və digər məsrəflər məsələsini də müzakirə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cti maddələrinin şərh edilməsinə dair" xx xxx 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1 -ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Qeyd olunanlara əsasən iddia tələbinin həcmi əsassız hesab edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası CM-nin 168-ci maddəsinin 2-ci hissəsi ilə (1960-cı il redaksiyasında) nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə əlaqədar qanunsuz və əsassız olaraq müəyyən müddət həbsdə olması ilə əlaqədar ona mənəvi ziyan dəymişdir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən iddiaçının xx xxxxxx 1999-cu ildən xx xxxx 2001-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası CM-nin 168-ci maddəsinin 2-ci hissəsi (1960-cı il redaksiyasında) ilə təqsirli bilinərək 2 il 2 ay 5 gün azadlıqdan əsassız olaraq məhrum edilməsini nəzərə alır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tə--rəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əm-lak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), ha-be-lə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri - inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13- cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Belə ki, məhkəmə mənəvi ziyanın iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək iddianın bu hisəsini qismən, yəni, 5000 (beş min) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, iddiaçının yuxarıda göstərilən müddətdə həbsdə saxlanılması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi ağlabatan deyildir. Azərbaycan Respublikasının CPM-nin 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Məhkəmə iddiaçının ona dəymiş maddi zərərə görə pulun ödənilməsinə dair hissəsinə hüquqi qiymət verərkən hesab edir ki, iddiaçı ona dəymiş maddi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmiş və bu barədə məhkəməyə hər hansı mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Beləliklə də, məhkəmə maddi ziyanın ödənilməsi ilə əlaqədar iddia tələblərinin rədd edilməsi nəticəsinə gəlir. Belə ki, məhkəmə iddia tələbinin vurulmuş maddi ziyanın ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı ona vurulmuş maddi ziyanla bağlı (əmək haqqı, pensiya, başqa gəlirlərin itirilməsi və sair) hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyi üçün iddia tələbini bu hissədə əsassız hesab edərək və təmin edilməməsi qənaətinə gəlir, həmçinin məhkəmə bildirir ki, iddiaçının iddia ərizəsinin əsaslandırıcı hissəsində əmək haqqının indeksləşdirilməsi ilə bağlı göstərilənlərə münasibətdə qiymət verilməsi mümkün deyil və tələbdə hesablanmış pul vəsaitinin iddiaçının xeyrinə tutulması göstərildiyindən, məhkəmənin isə əmək haqqının hesablanması üzrə ixtisaslı vərdişləri (vasitələri) olmadığından, habelə digər sübutlar təqdim edilmədiyindən, iddia əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonar məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 5000 (beş min) manat alınaraq iddiaçıya ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Məhkəmə bu nəticəyə gələrkən nəzərə alır ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 271 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında" Əsasnamənin 1.1ci bəndində qeyd olunanlara əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası MPM-nin 218.1 -ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 5000 (beş min) manat alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-522/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-522/2021
22.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver