Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-53/2021 24.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı, X3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı, X3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, 2016-ci ilin sentyabr ayında sağ çiynində aldığı xəsarətə görə həmin vaxt adı “xxxx’’ MMC olan tibb müəssisəsinə müraciət etmişdir. Orada travmatoloq-xxxx həkim X3 onu müayinə edərək, xx.xx.2016-cı il tarixdə əməliyyat etmişdir. Bundan əlavə, eyni ağrılara görə həmin klinikada onu 4 dəfə yenə əməliyyat etmişdir. Lakin sonrakı dövrlərdə çiynindəki ağrılar qaldı, əməliyyat onda ciddi fəsadlar yaratmışdır. Hazırda da sağ çiynində fiziki ağrılar davam edir. Digər tibb müəssisələrində etdirdiyi müavinlərdə ona bildirilmişdir ki, cərrahiyyə əməliyyat olunmağı üçün heç bir tibbi zərurət olmamışdır. Hazırda isə, sağ çiynindəki ağrılar üçün o, təkrar əməliyyat olunmalı və zəruri müalicəni aparmalıdır. Bu isə cavabdehin səhlənkarlığının və düzgün müalicə aparmamasının nəticəsidir. Bunu özü də etiraf etmişdir. Hesab edir ki, bu nəticə ilə əlaqə olan maddi və mənəvi ziyan cavabdehdən alınaraq ona ödənilməlidir. Bu günədək bütün tibbi preosedurlara cəmi 2.000 manat pul xərcləmişdir. Lakin bundan sonra xaricdəki əməliyyatı üçün 13.000 manat pul tələb olunur. Düzgün olmayan müayinə və müalicənin nəticəsində ona vurulmuş mənəvi ziyan 7.500 manatdır. Qeyd edilənləri nəzərə alaraq, cavabdeh "Cavabdeh” MMC-dən düşdüyü maddi zərərə görə 15.000 manat, mənəvi zərərə görə isə 7.500 manat, cəmi 22.500 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini, cavabdehin əməllərinə cinayət qanunvericiliyinə uyğun olaraq qiymət verilməsi üçün istintaq orqanına göndərilməsi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq onlar heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia ərizəsi əsassızdır və aşağıdakı səbəblərə görə təmin edilməməlidir. İş materiallarında olan “xxxx” MMC X5 diaqnostika nəticə hesabatından görünür ki, sag ciyin qursaginin iki pr-l rqrammasinda sag korpucuk sünniyinin və bazunun proksimal hissəsində forma və strukturunda dəyişikliklər qeyd edilmir. Lakin akromial cixintida köhnə siniq xətti qeyd edilir və akromial korpucuk oynagi kəskin daralmisdir Bazu oynagnin səthləri hamar, oynaq yarigi qeyri bərabər daralmisdir, oynaq basi oynaq çuxuruna tam yerləşmişdir, tamamlayici səthdə nəzərə çarpan subxondral osteosklerozlasma gorunur, bazu basirula yumsaq toxumalarda kistavari dəyişikliklər muahidə edilir. Rji nəticə sag bazu oynaginin İİ dərəcəli artrozu, sag akromial cixintinin köhnə sinigi MRT məsləhətdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən «xxxx» klinikasının travmatoloq-xxxx həkimi X2 və digər həkimlərin əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən barələrində cinayətinin başlanması rədd edilsin. İş materiallarında olan Funda Hospitalın xx.xx.2019-cu il tarixli məlumatından görünür ki, vətəndaş İddiaçı xx.xx.2019-cu il tarixində travmatoloq-xxxx Sənan Aşirovun qəbulunda olmuşdur. Həmin tarixdən etibarən mütəmadi olaraq Dr.Sənan Aşirovun müayinəsində olmuşdur. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən müxtəlif vaxtlarda tibbi müəyinələrə görə ödənişlər edilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin xx.xx.2016-cı il tarixli əməliyyatönü epikrizindən görünür ki, Xəstə daxil olarkən sağ çiyin nahiyyəsində olan hərəkət məhdudluğu və ağrılardan 'ikayət edir. Xəstəyə “Sağ körpücük akromion ovnağınnı tam çıxığı “ diaqnozu qoyuldu və "Körpücük akromion oynağının Veber üsulu ilə artrodezi “əməliyyatı planlaşdırılır, əməliyyata əks göstəriş yoxdur. Əməliyyata razıdır. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin Cərrahiyyə Əməliyyatının protokolundan görünür ki, əməliyyat ümumi anesteziya tətbiqi ilə icra olundu. Sağ körpücük akromiom oynağı səviyyəsində kəsik aparıldı. Sümük toxumasına qədər yara genişləndirildi. Oynaq səthləri təmizləndi, Veber üsulu ilə artrodez edildi. Yara yuyuldu. Yaraya tikiş qoyuldu. Yaraya antiseptik sarğı qoyuldu. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 506/KEŞ nömrəli, xx.xx.2020-ci il tarixli məhkəmə-tibbi ekspert rəyinin nəticə hissəsindən görünür ki, 1941-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, özünün məhkəmə-tibbi müayinəsinə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert Komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2. İddiaçı adına “xxxx” Klinikasında tərtib edilmiş tibbi sənədlərdən görünür ki, ona “Sağ körpücük akromion oynağın tam çıxığı” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. Diaqnoza uyğun olaraq operativ müdaxilə həkim seçimindən asılı olmuş və xəstə İzərində “Körpücük akromion oynağının Veber üsulu ilə artrodezi” cərrahiyyə əməliyyatının icra edilməsi tibbi göstəriş əsasında yerinə yetirilmişdir. İddiaçı məhkəmətibbi və yüksək ixtisaslı mütəxəssis müayinələrinə əsasən, onda hal-hazırda sağ kürək sümüyünün akromion Çıxıntısının bitişmiş sınığı, almış olduğu travmanm fəsadı ilə əlaqədar kürək-körpücük frləşməsinin deformasiyaedici osteoartrozu, akromionda posttravmatik deformasiya, itilənmə və ağrı sindromunun olduğu müəyyən edilmişdir ki, bununla əlaqədar onun müalicəyə ehtiyacı vardır. Tibbi sənədlərdə İddiaçı əməliyyata məlumatlandırılmış razılığı qeyd edilmişdir. İddiaçı “xxxx” Klinikasında aparılmış müayinə və müalicələr Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 412/KEŞ nömrəli, xx.xx.2020-ci il tarixli məhkəmə-tibbi ekspert rəyinin nəticə hissəsindən görünür ki, 1941-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tbbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı “xxxx”da aparılmış müvafiq müayinələrdən sonra ona “Sağ körpücük akromion çıxıntısının tam çıxığı” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və üzərində “Körpücük akromion çıxıntısının Veber üsulu ilə artrodezi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyat tibbi göstəriş əsasında taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. İddiaçı almış olduğu travamnm xarakterinə uyğuna olaraq ona müalicə həkimi tərəfindən operativ müdaxilə aparılmasına tibbi göstəriş olmuşdur. İddiaçı mütəxəssis müayinəsi zamanı onda hal-hazırda “Sağ bazu oynağının başlanğıc artrozu, impingement sindromu”nun olduğu müəyyən edilmişdir. Bu əlamətlər yaşla bağlı olan dəyişkliklər olmaqla aparılmış cərrahiyyə əməliyyatı ilə bağlı deyil. Hal-hazırda Y.İsgəndırova fizioterapevtik müalicələrin və oynaqdaxili inyeksiyalarm aparılmasına ehtiyacı vardır. Tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı cərrahiyyə əməliyyatının aparılması üçün razılığı alınmışdır. İddiaçı “xxxx” Klinikasında aparılmış müayinə və müalicələr Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarının tələblərinə uyğun olmuşdur. Məhkəmə iddia ərizəsinə hüquqi qiymət verməzdən əvvəl ilk olaraq onu qeyd etmək istəyir ki, iddia ərizəsi iki hissədən ibarət olmaqla, maddi və mənəvi zərərin əvəzinin cavabdehdən tutulmasıdır. Məhkəmə ilk növbədə iddia tələbinin maddi zərərin tutulması hissəsinə hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin təqsirli əməlləri nəticəsində iddiaçıya maddi ziyan dəyməsi təqdim edilmiş sübutlarla təsdiq edilmədiyindən iddiaçı tərəfindən cavabdehdən 7500 manat məbləğində maddi zərərin tutulması tələbi təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilən qanunvericilik normalarının məzmunundan göründüyü kimi mülki hüquq pozuntusu (delikt) nəticəsində şəxsə dəymiş maddi zərər tələbinin əsaslı hesab edilməsi üçün cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozan, təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməlin törədilməsi, həmin əməl nəticəsində iddiaçıya maddi zərər dəyməsi, eləcə də hüquq pozuntusu ilə dəymiş zərər nəticəsində səbəbli əlaqənin mövcud olması faktları müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hazırki işdə İddiaçı “xxxx” MMC-də müalicəsi zamanı xəstəxana (xəstəxanada işləyən tibb personalı) tərəfindən hər hansı hüquq pozuntusunun törədilməsinin təsdiq edilmədiyini, yəni mülki hüquq pozuntusu (deliktin) mövcudluğu iş materialları ilə müəyyən edilmədiyini, əksinə iş materiallarında olan ekspertiza rəyi ilə “xxxx” MMC-də İddiaçı icra edilmiş müayinə məqsədi daşıyan cərrahi əməliyyatın taktiki və texniki cəhətdən düzgün seçim olmasını nəzərə alaraq iddia tələbini maddi zərərin ödənilməsi hissəsində əsassız hesab edir və onun təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə iddiaçının mənəvi ziyan tələbləri ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X4 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X4 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və X4 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, hazırki işdə İddiaçı “xxxx” MMC-də müayinə edilməsi zamanı onun qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulmasını, eləcə də həmin pozuntu nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etmədiyindən 22500 manat mənəvi ziyana görə pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh MMC-yə qarşı, X3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-53/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-53/2021
24.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver