Məhkəmə qərarları › İş №2(005)-613/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-613/2025

05.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-613/2025 05.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 1 saylı Bakı Ərazi İdarəsinə qarşı əqdin etibarsız hesab edilməsi və daşınmaz əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 1 saylı Bakı Ərazi İdarəsinə qarşı əqdin etibarsız hesab edilməsi və daşınmaz əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 1 saylı Notariat X1 və Cavabdeh1 arasında bağlanmış, 4Ə-160N ilə qeyd olunan bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, **********82-05101-083001 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv olunması və həmin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması öhdəliyinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atasının adına olan Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 108-də yerləşən, ümumi sahəsi 49,8 kv.m olan qeyri-yaşayış sahəsi qanunsuz yollarla əvvəl xx.xx.2021-ci ildə bağışlanma müqaviləsi ilə əmisi Cavabdeh1 öz atasına, yəni babası Əsədov Əbdüləlinin adına sonra isə xx.xx.2021-ci il tarixdə babası Əbdüləli Əsədovun adından yenə də bağışlanma müqaviləsi əsasında oğlu Cavabdeh1 adına rəsmiləşdirmişdir. xx.xx.2021-ci il tarixli əqd Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Həmin qətnamənin icrası babası və əmisi yenidən öz aralarında qanunsuz əqd bağlayaraq daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydiyyat aparılmışdır. xx.xx.2021-ci il tarixli əqd məhkəmə tərəfindən etibarsız hesab olunduğundan xx.xx.2021-ci ildə bağlanmış əqd də əhəmiyyətsiz əqddir və bağlandığı andan etibarsızdır. Daha sonra ərizə verərək, iddia tələbində çıxarışın qeydiyyat nömrəsini yanlış qeyd etdiyini bildirmiş və qeydiyyat nömrəsin ********** kimi oxunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X11 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbləri baxımından işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin notarial təsdiqindən görünür ki, “Hədiyyə verən” X7 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49,8 kv.m olan qeyri-yaşayış sahəsini “Hədiyyə alan” Cavabdeh1 mülkiyyətinə verir; DƏDRX-nin 410256 saylı Çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49,8 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixdə **********82-05101-083001 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır; xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin notarial təsdiqindən görünür ki, “Hədiyyə verən” X13 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49,8 kv.m olan qeyri-yaşayış sahəsini “Hədiyyə alan” X3 mülkiyyətinə verir; DƏDRX-nin 410256 saylı Çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49,8 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixdə **********82-05101-083001 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ üzrə X3 adına qeydiyyata alınmışdır; xx.xx.2021-ci il tarixli Alqı-satqı müqaviləsinin notarial təsdiqindən görünür ki, “Satıcı” X12 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49,8 kv.m olan qeyri-yaşayış sahəsini 41000 manat qiymət ödənilməklə, “Alıcı” X8 mülkiyyətinə verir; DƏDRX-nin 410256 saylı Çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49,8 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixdə **********82-05101-083001 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ üzrə X8 adına qeydiyyata alınmışdır; DƏDRX-nin 410256 saylı Çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49,8 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixdə **********82-05101-083001 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə tam mülkiyyət hüququ üzrə X6 adına qeydiyyata alınmışdır; DƏDRX-nin ******* saylı Çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49,8 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.2015-ci il tarixdə ½ hissədə X6, ½ hissədə X9 adına qeydiyyata alınmışdır; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-363/2015 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsindən görünür ki, X6 adına qeydiyyata alınmış Bakı şəhəri, Nərimanov rayonu, F.X Xoyski prospekti, 108 saylı qeyri-yaşayış sahəsi üzərində X9 ½ pay hüquq üzrə və X6 ½ pay hüquq üzrə mülkiyyət hüquqlarının tanınması qət edilmişdir; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2227/2023 saylı,xx.xx.2023-cü il tarixli qətanməsində görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 3 saylı notariat ofisində X13 ilə X7 arasında bağlanmış və 4Ə-297 saylı reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir; AZ-İİ saylı, 199327 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir; Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9335/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi iddiasının mümkün sayılmaması qərara alınmışdır. Beləliklə, məhkəmədə müəyyən edilmiş işin halları ondan ibarətdir ki, X10 məxsus Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, ev 108 ünvanında yerləşən, ümumi sahəsi 49,8 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh1 verilmiş etibarnamə əsasında “Etibar edən” öldükdən sonra X4 bağışlanmışdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2227/2023 saylı,xx.xx.2023-cü il tarixli qətnaməsi ilə daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. X2 bağışlanma əsasında ona verilmiş qeyri-yaşayış sahəsini digər bir bağışlama müqaviləsi bağlamaqla, yenidən xx.xx.2021-ci il tarixdə Cavabdeh1 mülkiyyətinə keçirdiyindən, İddiaçı həmin əqdin etibarsız hesab edilməsi və daşınmaz əmlak üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə qeyd edir ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Çünki əqdin etibarlılığının yoxlanılmasının zəruri şərti etibarsızlıq barədə tələbin irəli sürülməsi deyil, tələbin əqdə söykənməsidir. Buna görə də, məhkəmə ilk öncə tələbin bilavasitə bağlı olduğu xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə münasibətdə preyudisiallığı diqqətə çatdırmağı zəruri hesab edir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2227/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı atası X8 adına olan Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, ev 108-də yerləşən, ümumi sahəsi 49,8 kv.m olan qeyriyaşayış sahəsinin əmisi Cavabdeh1 tərəfindən etibarnamə ilə qanunsuz şəkildə X4 bağışlanmasının etibarsızlığını vurğulamışdır. Burada əsas kimi o, müqavilənin atasının ölümündən, yəni xx.xx.2021-ci il tarixdən sonra bağlanmasını göstərmişdir. İddiaçı atası X8 yeganə övladı olduğundan həmin daşınmaz əmlak üzərində qanun üzrə birinci növbəli pay almaq hüquqlarına malik olmuşdur. Məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 3 saylı notariat ofisində X13 ilə X7 arasında bağlanmış və 4Ə-297 saylı reyestrlə rəsmiləşdirilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Yəni artıq aydın məsələdir ki, xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi etibarsızdır və yenidən mübahisələndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normaların tələbləri baxımından, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına görə, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. 23 fevral 2016-cı il Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). İş üzrə təqdim olunmuş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin etibarsız hesab edilməsi tələbini irəli sürməkdə haqlı olmuşdur. Çünki bu müqavilə bağışlama predmeti olan Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, ev 108-də yerləşən qeyri-yaşayış sahəsi “Hədiyyə verən” X3 mülkiyyətinə xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi əsasında keçmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2227/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında həmin müqavilənin etibarsız hesab olunması ilə onun hüquqi nəticələrindən olan X3 mülkiyyətinə qeyri-yaşayış sahəsinin keçməsi halı aradan qalxır ki, bundan sonra da X7 həmin sahə üzərində sərəncam vermək hüququ itirir, o cümlədən onun iştirakı ilə həmin predmet əsasında bağlanmış müqavilələr etibarsız sayılır. Yəni xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli bağışlama müqavilələri arasında obyektiv bağlılıq təzahür etdiyindən bir müqavilənin mövcudluğu digərinə əsaslanır. Bundan məhkəmə hesab edir ki, mübahisə predmeti olan müqavilənin etibarsız hesab edilməsi qənaətinə gəlindiyindən, onun əsasında verilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********82-05101-083001 reyestr, ********** qeydiyyat nömrəli çıxarış da ləğv olunmalıdır. Həmçinin mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları). Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Yuxarıda qeyd olunan maddələrdən göründüyü kimi müqavilələrin etibarlılığını şərtləndirən amillər sırasına təkcə iradə ifadəsi deyil, onun formalaşmasına əsas olmuş şərait də daxildir. İş üzrə Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, ev 108-də yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2021-ci il tarixli müqavilə ilə X7 tərəfindən cavabeh Cavabdeh1 hədiyyə verilməsinə digər bağışlama müqaviləsi etibarsız hesab olunacağı təqdirdə həmin sahənin X3 əlindən çıxacağı və yeni müqavilə bağlamaq yolu ilə onun qarşısını alacağı gümanı vadar etmişdir. Yəni əqdin tərəfləri bağışalamadan irəli gələn hüquq və öhdəliklər yaratmağı arzu etməmiş, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmişlər. Belə ki, X3 əmlakı digər şəxslərə yox, məhz öz oğlu-Cavabdeh1 bağışlaması da gələcəkdə əmlak üzərindəki maraqlarının xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi ilə pozulmasının qarşısını almaqdan ötrü ən sərfəli yol kimi çıxış edirdi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərardadına əsasən hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Məhkəmə iddia tələbinə qiymət verməkdə davam edərək bildirir ki, iddia “daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması öhdəliyinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” hissəsində təmin olunmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarının 5-ci bəndinin 1-ci hissəsinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaya qeyd olunan hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia həmin hissədə təmin edilməməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 1 saylı Notariat X1 və Cavabdeh1 arasında bağlanmış, 4Ə-160N ilə qeyd olunan bağışlanma müqaviləsi etibarsız hesab edilməli, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********82-05101-083001 reyestr, ********** qeydiyyat nömrəli çıxarış ləğv olunmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda dövlət rüsumunun əvəzinin ödənilməsi barədə tələb olmadığından, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 1 saylı Notariat X1 və Cavabdeh1 arasında bağlanmış, 4Ə-160N ilə qeyd olunan bağışlanma müqaviləsi etibarsız hesab edilsin, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********82-05101-083001 reyestr, ********** qeydiyyat nömrəli çıxarış ləğv olunsun. İddia qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdkdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar