Məhkəmə qərarları › İş №2(005)-621/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-621/2025

23.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-621/2025 23.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Bakı şəhəri 35 saylı Notariat Ofisinə, "xxxx" MTKya və "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X21 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X9 cəlb edilməklə) “bağışlama müqaviləsi, çıxarış, protokol və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Bakı şəhəri 35 saylı Notariat Ofisinə, "xxxx" MTKya və "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X21 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X9 cəlb edilməklə) “bağışlama müqaviləsi, çıxarış, protokol və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh4 MTK tərəfindən X3 adına verilmiş 11 aprel 2021-ci il tarixli protokoldan çıxarışın, Cavabdeh4 MTK tərəfindən X3 adına verilmiş 11 aprel 2021-ci il tarixli 590 nömrəli maliyyə arayışının, 01 oktyabr 2022-ci il tarixli 4Ə-271 reyestr nömrəli Bakı şəhəri 35 saylı Notariat ofisində X10 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın bağışlanılması müqaviləsinin, Cavabdeh2 adına olan Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi ev 76,78,80,82, mənzil 16 (Yeni qaydalarla AZ 1022, ünvan 6, M4, m4 saylı mənzilinə) dair verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********23-05301-093160 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, iddiaçı bildirir ki, hazırki mübahisəli ev onun babasından qalmış və bu barədə ona vəsiyətnamə verilmişdir, bina sökülmüş yerində yeni bina inşa edilmişdir. Yeni binadan mənzil cavabdehin atası Allahverdiyev Cabbara verilmişdir. Qanunsuz olaraq cavbdehin atası mənzili öz adına keçirmiş və sonradan iş üzrə cavabdehə bağışlamışdır. xx.xx.2024-cü il tarixli ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş məlumat və 12 vərəqdən ibarət sənəd toplusundan aşağıdakı hallar məlum olmuşdur: 1. ünvan 4 sökülərək əmlak üzərində olan mülkiyyət hüquqları ləğv edilmişdir. 2. 11 aprel 2021 -ci il tarixində (184 saylı protokolla) iş üzrə cavabdeh Pilot inşaat tərəfindən sökülmüş binanın yerində yeni inşa edilmiş binadan X4 mənzil verilmişdir. 3. xx.xx.2021-ci il tarixində cavabdeh Allahverdiyev Cabbar öz adına reyestrdən çıxarış almışdır. 4. Cavabdeh C.Allahverdiyev verilmiş mənzili 01 oktaybr 2022-ci il tarixində Bakı şəhəri 35 saylı Notariat ofisində Cavabdeh2 bağışlamışdır. 5. Cavabdeh2 xx.xx.2022-ci il tarixində həmin mənzilə dair yeni çıxarış almışdır. Çıxarışda yeni ünvan müəyyən edilmişdir, ünvan ünvan 1Z1022, Bakı şəhəri Nərimanov rayonu, S.Rəhman küçəsi 82, M4, m4 olaraq qeyd edilmişdir. İddiaçı bildirir ki, babası X12 bütün əmlakını ona vəsiyyət qoymuşdur. Bu barədə xx.xx.2001-ci il tarixində 1 saylı Abşeron rayon Notariat kontorunda vəsiyyətnamə tərtib edilmişdir (iş materiallarına əlavə edilir). Vəsiyyətnamənin qüvvədə olması barədə Notariat arxivinə sorğu verilmişdir və bu barədə müvafiq məlumat alınmışdır ki, vəsiyyətnamə qüvvədədir. Allahverdiyev İsrafil 14 iyul 2001-ci ildə vəfat etmişdir. İş üzrə iddiaçı bildirir ki, cavabdeh X1 Cabbar İsrafil oğlu iddiaçının babasından qalmış əmlaka dair 2003-cü il tarixində vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. 14 saylı notariat kontoru vərəsəlik hüququ haqqında şəhadətnaməni verərkən 2001-ci ildə tərtib edilmiş vəsiyyətnaməni nəzərə almamış tam payı iş üzrə cavabdehə vermişdir. Tamamilə qanunsuz olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında cavabdeh Allahverdiyev İsrafildən miras qalmış Nərimanov rayonu S.Rəhman 22 mənzil 10-a dair çıxarış alınmışdır. Notariat kontoru iddiaçının vəsiyyət üzrə payını açıq saxlamalı olduğu halda tam olaraq vərəsəlik hüququ haqqında şəhadətnaməni cavabdehə vermişdir, halbuki vəsiyyətnaməyə diqqət edilərsə orada bütün əmlakını vəsiyyət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmədiklərini bildirdi. Belə ki, iddia tələbinin əsasını vəsiyyətnamə təşkil edir. 2003-cü ildə X3 adına qanuni vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnamə əsasında miras əmlak C.Allahverdiyevin adına qeydə alınmışdır. İddiaçının daha əvvəl həmin şəhadətnamənin etibarsızlığı ilə bağlı məhkəmədə irəli sürdüyü iddia tələbi də rədd edilmişdir. Bu səbəbdən, əslində iddiaçının hazırki iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur, çünki həmin qətnamə qanuni qüvvəsini almışdır. Hazırda həmin şəhadətnamə qüvvədədir. Belə olan halda, 3-cü şəxs (X9) ona məxsus əmlakı istənilən şəxsə bağışlamaqda və ya başqa formada özgəninkiləşdirməkdə sərbəstdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 iddia tələbinin əsassız olduğunu bildirib, qızının nikahı pozulduqdan sonra, onu yaşayış yeri ilə təmin etmək üçün özünə məxsus olan əmlakını qızına bağışladığını, müqavilə bağlanarkən hər hansı pozuntuya yol verilmədiyini bildirdi. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, cavabdeh 35 saylı Notariat Ofisi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir, digər cavabdehlər isə məhkəmə iclasında iştiraklarını təmin etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ölüm haqqında şəhadətnamədən görünür ki, X12 04 sentyabr 2001-ci il tarixində kəskin ürək-damar çatışmazlığından Bakı şəhərində vəfat etmişdir. - 02 iyun 2001-ci il tarixli vəsiyyətnamədən görünür ki, X12 vəsiyyətnamə ilə aşağıdakılar barədə sərəncam verir. Harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günə kimi ona məxsus olan bütün əmlakını, o cümlədən Abşeron rayonu, Xırdalan Masazır yolunun şimalında yerləşən şəxsi evini ünvanda yerləşən şəxsi yaşayış mənzilini nəvəsi İddiaçı vəsiyyət edir. Bundan əlavə olaraq aşağıdakılara sərəncam verir. Abşeron rayonu, Xırdalan Masazır yolunun şimalında yerləşən 4 tam otaqlı, yaşayış sahəsi 88.6 kv.m kökəkçi sahəsi 87.0 kv.m olan şəxsi evi. AR Mülki Məcəlləsinin 537-538-ci maddələrinin məzmunu notarius tərəfindən ona izah edildi. - 15 oktyabr 2002-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri 42 saylı notariat kontorunun notariusu Soltanov M.N. təsdiq edir ki, 14 iyul 2001-ci il tarixində vəfat etmiş X5 vərəsələriX9 ½ hissə, X11 ½ hissədə açıq qalır. Şəhadətnamə verilən miras əmlak ünvan 3 ünvanında yerləşən mənzildən ibarətdir. - 06 aprel 2003-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, 14 iyul 2001-ci il tarixində vəfat etmiş X5 vərəsəsi X9 miras əmlakdan bərabər hissələrdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 3 ünvanında yerləşən mənzildən ½ pay. - 34210 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil X9 ½ hissə, X11 ½ hissədə açıq qalır. - “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemi vasitəsilə Yaşayış yeri üzrə qedyiyyatda olan şəxslərə dair məlumatdan Çıxarışdan görünür ki, X9 ünvan 4 ünvanında qeydiyyatdadır. - AR Qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilir ondan ötrü ki, AR Abşeron rayonu, Xırdalan Masazır yolunun şimalında yerləşən 4 yaşayış otaqlı yaşayış sahəsi 88.6 kv.m kökəkçi sahəsi 87.0 kv.m olan Abşeron rayonu 1 nömrəli dövlət notariat kontoru müqaviləsi 3M-98 16 aprel 1998-ci il tarilxi qəraraı əsasında X8 verilir. - 310778 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı 03 avqust 1995-ci il tarixində Bakı şəhərində doğulmuşdur. X11, anası X13r. - 631102 nömrəli 11 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 6 ünvanında yerləşən kooperativ binası Cavabdeh4 MTK-ya məxsusdur. Bu binanın 4 mərtəbəsində, sahəsi 97 kv.m olan 16 saylı mənzilin dəyəri payçı X9 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. - 631102 nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 76,78,80,82, mənzil 16, Yeni qaydalarla: AZ 1022, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 82, M4, m4 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə X4 məxsusdur. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır. - Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən 17 mart 2022-ci il tarixində verilən nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında olan nikaha xx.xx.2022-ci il tarixində xitam verilmişdir. - 01 oktyabr 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, X9 Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 76,78,80,82, mənzil 16, Yeni qaydalarla: AZ 1022, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 82, M4, m4 saylı mənzili Cavabdeh2 hədiyyə vermişdir. - 631102 nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 76,78,80,82, mənzil 16, Yeni qaydalarla: AZ 1022, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 82, M4, m4 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsusdur. Bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 1525/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X4 qarşı (Bakı şəhəri 14 saylı Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 1 Saylı Dövlət Notariat Ofisi, Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında alınmış çıxarışın etibarsız hesab edilməsi tələbinə dair ilkin iddia ərizəsi təmin edilməməsi və X3 cavabdeh İddiaçı qarşı vəsiyyətnamənin qismən etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının və cavabdehin babası olan X12 14 iyul 2001-ci ildə vəfat etmişdir. X2 öz əmlakı barədə 11 iyun 2001-ci il tarixdə 1 saylı Abşeron Rayon Notariat Ofisində vəsiyyətnamə tərtib etmişdir. Həmin vəsiyyətnamə ilə mərhum İddiaçı Abşeron rayonu, Xırdalan Masazır yolunun şimalında yerləşən şəxsi evini ünvanda yerləşən şəxsi yaşayış mənzilini nəvəsi İddiaçı vəsiyyət etmişdir. 15 oktyabr 2002-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Bakı şəhəri 42 saylı notariat kontorunun notariusu Soltanov M.N. təsdiq edir ki, 14 iyul 2001-ci il tarixində vəfat etmiş X5 vərəsələri X9 ½ hissə, X11 ½ hissədə açıq qalmışdır. Şəhadətnamə verilən miras əmlak ünvan 3 ünvanında yerləşən mənzildən ibarətdir. 06 aprel 2003-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında 14 iyul 2001-ci il tarixində vəfat etmiş X5 vərəsəsi X9 miras əmlakdan bərabər hissələrdə irs almışdır. Şəhadətnamə verilən miras əmlak ünvan 3 ünvanında yerləşən mənzildən ½ paydır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 1525/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X4 qarşı (Bakı şəhəri 14 saylı Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 1 Saylı Dövlət Notariat Ofisi, Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında alınmış çıxarışın etibarsız hesab edilməsi tələbinə dair ilkin iddia ərizəsi təmin edilməməsi və X3 cavabdeh İddiaçı qarşı vəsiyyətnamənin qismən etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Hazırda iddiaçı, X10 ilə Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın bağışlanılması müqaviləsinin, mənzilə dair rəsmi reyestrdən verilmiş çıxarışın, protokolun və maliyyə arayışının etibarsız hesab edilməli olduğunu irəli sürüb, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi ev 76,78,80,82, mənzil 16 (Yeni qaydalarla AZ 1022, ünvan 6, M4, m4 saylı mənzil) mənzilin babası X12 tərəfindən ona miras qoyulduğuna əsaslanır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddia tələbi üzrə “protokoldan çıxarışın, maliyyə arayışının, daşınmaz əmlakın bağışlanılması müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1-ci, 139-1.1.3-cü və 139-1.1.4-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, habelə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 338-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, əgər bu Məcəllədə bu cür əqdin əhəmiyyətsiz olduğu müəyyənləşdirilməyibsə və ya pozuntunun digər nəticələri nəzərdə tutulmayıbsa etibarsızdır. 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Məhkəmə bildirir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın mövcudluğu şəxsə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən təsdiq edilir. Məlum olduğu kimi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və həmin sənəd öz-özlüyündə mülki hüquqi əqd kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə qaydasında həlli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, hazırki halda isə etibarsız olduğu iddia edilən cavabdehlərin adına reyestrdəki qeydiyyatın əsasında dayanan mülki-hüquqi əqdlərin mübahisələndirilməsi yolu ilə mümkündür. Belə ki, iddiaçı cavabdeh adına olan mülkiyyət hüququna aid qeydi (çıxarışı) mübahisələndirdiyi üçün, ilk öncə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş müvafiq əqdləri hazırki halda ümumi yığıncağın protokolundan çıxarışı, maliyyə arayışını və bağışlama müqaviləsini mübahisələndirir. Bəllidir ki, əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməlidir. Qeyd olunanların kontekstində məhkəmə bildirir ki, işin faktiki hallarına əsasən Cavabdeh2 mübahisəli mənzilə dair adına aparılmış qeydiyyatın əsasını təşkil edən Cavabdeh4 MTK üzvlərinin ümumi iclasının 184 №-li protokolundan çıxarış, 11 aprel 2021ci il tarixli maliyyə arayışı, üçüncü şəxs X10 ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanılması müqaviləsinin bağlanmasından öncə mövcud olmuş Bakı şəhəri 14 saylı Notariat kontoru (ofisi) tərəfindən X4 verilmiş 06 aprel 2003-cü il tarixli 2V/68 saylı vərəsəlik hüququ haqqında şəhadətnamə, X3 adına verilmiş ünvan 4-a dair verilmiş qeydiyyat vəsiqəsi və Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi ev 76,78,80,82, mənzil 16-ya (Yeni qaydalarla AZ 1078, ünvan 6, M4, m4 saylı mənzilinə) dair verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış halhazırda qüvvədədi, ləğv olunmamış yaxud da etibarsız hesab edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Mülki işin faktiki hallarından müəyyən olunur ki, 06 aprel 2003-cü il tarixli 2V/68 saylı vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi 22 saylı evin 10 saylı mənzilinə dair üçüncü şəxs X3 ½ hissədə payı olmuş, həmin mənzil sökülmüş, əvəzində Cavabdeh4 MTK-ya məxsus binanın 4 mərtəbəsində, sahəsi 97 kv.m olan 16 saylı mənzil payçı X4 verilmiş, nəticədə Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 76,78,80,82, mənzil 16, Yeni qaydalarla: AZ 1022, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 82, M4, m4 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə X4 məxsus olmuş, buna dair Cabbar Allahverdiyevin mülkiyyət hüquqları rəsmi reyestrdə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 1525/2024 saylı qətnaməsinə əsasən İsmayılova İddiaçı cavabdeh X4 qarşı (Bakı şəhəri 14 saylı Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 1 Saylı Dövlət Notariat Ofisi, Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında alınmış çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmiş, sözügedən qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, üçüncü şəxs Cabbar Allahverdiyev qeyd olunan sənədlər əsasında özünəməxsus əmlakına dair sərəncam vermək, müqavilələr bağlamaq hüququndan istifadə etmiş, nəticədə mülkiyyətində olan əmlakı Cavabdeh2 bağışlamışdır. Halbuki, hazırda etibarsız hesab edilməsi tələb olunan yuxarıda sadalanan müvafiq əqdlər Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 1525/2024 saylı qətnaməsi ilə mübahisələndirilən şəhadətnamə və çıxarışın əsasında verilmiş, həmin mübahisəli şəhadətnamə və çıxarış iddiaçı tərəfindən mübahisələndirilmiş, lakin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçının tələbləri əsassız hesab edilərək, rədd edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, cavabdehin atası, yəni üçüncü şəxs tərəfindən ona notarial qaydada bağışladığı Bakı şəhəri Nərimanov rayonu, S.Rəhman küçəsi 76, 78, 80, 82 mənzil 16, (yeni qaydalarla AZ1022, Bakı şəhəri Nərimanov rayonu, S.Rəhman küçəsi 82, M4, m4) mənzilə dair mülkiyyət hüquqlarını əldə etməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Bakı şəhəri 35 saylı Notariat Ofisinə, "xxxx" MTK-ya və "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X21 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X9 cəlb edilməklə) “bağışlama müqaviləsi, çıxarış, protokol və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.Adı çəkilən Məcəllənin 80cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Bakı şəhəri 35 saylı Notariat Ofisinə, "xxxx" MTKya və "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X21 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X9 cəlb edilməklə) “bağışlama müqaviləsi, çıxarış, protokol və maliyyə arayışının etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar