Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-63/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıdan aldığı 64500.0 (altmış dörd min beş yüz) manat pulun, maddi zərərin əvəzi olaraq 25800.0 (iyimi beş min səkkiz yüz) manat pulun, mənəvi zərərin əvəzi olaraq 10000.0 (on min) manat pulun, hüquqi xidmətlər üzrə 151.0 (bir yüz əlli bir) manat xərcin və 31.0 (otuz bir) manat ödənilmiş dövlət rüsumunun məbləğinin alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, Cavabdeh 64500.0 manat pulun, 30 manat dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Xırdalanda həyət evi almaq istəmiş, bunun üçün Xırdalan dairəsində yerləşən alqı-satqı ofislərinin birinə müraciət etmiş, orada işləyən Mamed və Yusif adlı maklerlər ona Xırdalan dairəsinin yaxınlığında 2 mərtəbəli həyət evinin satıldığını bildirmiş, birlikdə evə baxmağa getmiş və iddiaçı evi bəyənmişdir. İddiaçıya evin 70 kv.m sahəsinin və 4 otağının olduğu deyilmişdir. Həmin vaxt özünü evin sahibi kimi təqdim edən orada yaşayan (cavabdeh) Cavabdeh ilə söhbət etmiş və evin qiymətini 125000.0 manata razılaşmışlar. Bu zaman üstündə 55000.0 manat olan iddiaçı Vüsala bildirmişdir ki, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən öz 3 otaqlı mənzilini satışa qoymuş və o razıdırsa, evin dəyərinin 55000.0 manatını indi verməyi, sonra isə mənzil satılan kimi qısa zamanda qalan hissəni də ödəməyi təklif etmiş və cavabdeh onunla razılaşmışdır. Maklerlərin iştirakı ilə cavabdehə 55000.0 manat ödəmiş və bu barədə akt tərtib etmişlər. Həmin akta iddiaçı ilə Vüsaldan başqa, həm də pulun verilməsində iştirak etmiş maklerlər Mamed və Yusifdə imza etmişlər. Bir müddət sonra cavabdeh iddiaçıya zəng edərək, guya onun evinin sənədləşməsində problemlər yarandığını və ona daha 10000.0 manat pul lazım olduğunu bildirmişdir. İddiaçı cəmi 9500.0 manatının olduğunu bildirmiş və həmin pulu da ona vermişdir. Daha sonra iddiaçı öz mənzilinin satılması barədə digər alıcıdan beh alan kimi, Vüsala zəng vurub alqı-satqının tamamlanmasını istəmişdir. Vüsal isə ona bəhanə gətirərək, demişdir ki, guya Özbəkistanda işləyən atası Hüseynov Rafiq gəlib və evin satılmasına etiraz edir. Belə olan halda iddiaçı cavabdehdən ona verdiyi 64500.0 manat barədə soruşduqda, həmin pulu geri qaytaracağını bildirmişdir. Bir müddətdən sonra atasının işlədiyi “Socar” şirkətinin Özbəkistan filialının rəhbərliyi ilə aralarında problem yarandığını və hazırda prokurorluq orqanlarının araşdırması davam etdiyini bildirmişdir. Bunu bəhanə edərək ata-bala iddiaçıdan qısa zaman daha gözləməsini xahiş etmiş, Vüsalın atası Rafiq 10-15 günə onun bütün pullarını qaytaracağını qeyd etmişdir. İddiaçı deyilən müddət ərzində yaşadıqları və alqı-satqısını razılaşdığı həmin evə getdikdə evin qapı-pəncərələrinin bağlı olduğunu görmüş, qonşular ona evin sahiblərinin olmadığını və Rusiyaya getdiklərini demişdir. Beləliklə, 2018-ci ilin mart ayında iddiaçı anlamışdır ki, Vüsal sadəcə dələduzdur və pulu da geri qaytarmaq fikri yoxdur. Məhz həmin vaxt onun bu hərəkətlərindən hüquq mühafizə orqanlarına şikayət etmək qərarına gəlmiş, uzun-uzadı araşdırmadan sonra, təəssüfki, Cavabdeh əməllərində cinayət tərkibinin olmaması müəyyən olunmuş və Yasamal Rayon Polis İdarəsində “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərar verilmişdir. Halbuki, evi satmaq adı ilə, iddiaçı kimi potensial zərərçəkmişlərdən aldadıb pul almaq, sonra isə həmin pulu mənimsəmək dələduzluq və fırıldaqçılıqdır. Göründüyü kimi, iddiaçı Cavabdeh əvvəlcə 55000.0 manat, sonra isə 9500.0 manat olmaqla, ümumilikdə 64500.0 manat pul vermişdir. Lakin Vüsal dələduzluq edərək alqı-satqısını razılaşdıqları evi ona satmamış, nəticədə onun pulunu mənimsəmişdir. Bugünə kimi də, verdiyi pulları ona geri qaytarmasını tələb etdikdə, müxtəlif bəhanələr gətirərək, hər dəfə pulu geri qaytarmaqdan yayınmışdır. Vüsal barəsində aparılan araşdırma zamanı da yuxarıda qeyd edilən halları təsdiqləmiş, həqiqətən iddiaçıdan ev satılması müqabilində 64500.0 manat almasını və hələ də həmin məbləği qaytarmadığını etiraf etmişdir. Cavabdeh bu hərəkətləri ilə ona külli miqdarda maddi, həmçinin mənəvi zərər vurmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(005)-789/2021 nömrəli qiyabi qətnaməsinə iddia ərizəsi təmin edilmişdir. Cavabdeh 01.12.2021-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(005)-789/2021 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini, işin təzələnərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(005)-789/2021 nömrəli qərardadı ilə hazırkı iş üzrə Bak Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 2(005)-789/2021 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və mülki işə üzrə icraat təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yasamal RPİ-nin İstintaq Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında 28 fevral 2020-ci il tarixli qərarının surətinə əsasən İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir; Yasamal RPİ-nin İstintaq Şöbəsində toplanmış materiallar əsasında izahatı alınmış Cavabdeh bildirmişdir ki, 2015-ci ilin mart ayında özünə məxsus olan Xırdalan şəhəri, Aşıq Şəmşir küçəsində yerləşən 22 saylı həyət evini satmaq qərarına gəlmişdir. Həmin vaxtlar Lökbatan qəsəbəsində həyət evlərinin tikintisi ilə məşğul olan bibisi oğlu İlqar Mehdiyev ona həmin ərazidə 75000 manat pulun müqabilində satdığı evin layihəsinə uyğun ev tikib ona tam təmir olunmuş vəziyyətdə təhvil verəcəyini vəd etdiyindən evini satıb qalan pullara özünə torpaq sahəsi almasını planlaşdırmışdır. Həmin vaxtlar bir çox maklerlərə evinin satılması barədə elanlar vermişdir. Mart ayının sonlarında Yusif və Mamed adlı maklerlər əvvəllər tanımadığı İddiaçı adlı şəxsi evinə baxması üçün onunla tanış etmiş və İlham evini bəyəndikdən sonra onunla 125000 manat pulun müqabilində evi alacağı barədə razılaşmışdır. İlham üstündə yalnız 55000 manat olduğunu, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 3 otaqlı mənzili satlığa qoyduğunu, həmin ev satılan kimi qalan pulu ona ödəyəcəyini təklif etdikdə onunla razılaşmışdır. Buna görə də 29.03.2015-ci il tarixdə yaşadığı evdə İlhamdan 55000 manat pulu aimış və bu barədə akt tərtib edildikdə İlham 45 gün müddətinə qalan 70000 manat pulu ödəyəcəyini qeyd etmiş və həmin akta Mamed və Yusif adlı maklerlər imza etmişlər. O, aldığı 55000 manat puldan maklerlərə müştəri tapdıqlarına görə 2000 manat pul vermişdir. Həmin puldan Lökbatan qəsəbəsində ona ev tikintisinə başlaması üçün bibisi oğlu İlqara 30000 manat verdikdən sonra İlqar tikintiyə başlamışdır. Bundan başqa Binəqədi qəsəbəsində 3,2 sot torpaq sahəsini cəmi 70000 manata satan Kifayət adlı qadınla ondan torpaq sahəsini alacağı barədə razılaşmış və onu 1-2 ay müddətinə gözləməsi üçün ona 500 manat beh vermişdir. Ertəsi gün Kifayət ona zəng edərək ona heç olmasa 7000 manat verməsini təklif etdikdə ona əlavə olaraq 6500 manat pul vermişdir. Təxminən bir aydan sonra Kifayət ona zəng edərək oğlu ilə əlaqədar problemləri olduğundan əlavə 13000 manat pul istədikdə yenə də onunla razılaşaraq onun istədiyi məbləği ona vermişdir. Sonradan İlham vəd etdiyi müddətə pulun qalanını ona ödəmədikdə Kifayət məcbur olaraq torpaq sahəsini başqa şəxsə satmış, lakin ona ödədiyi pulları ödəməmişdir. Bununla əlaqədar o, təxminən bir il əvvəl Binəqədi rayon polis idarəsinə ərizə ilə müraciət etmiş və Kifayətlə onun ona borcunu hər ay 200-300 manat olmaqla ödəməsi barədə razılaşmışlar. Həmçinin İlham pulları ona vaxtında ödəmədiyindən Lökbatanda tikilən evinə tikinti materialları alınması yubandığı üçün həmin ilin iyul ayında İlhamdan 10000 manat pul istədikdə İlham ona 9500 manat pul vermiş və həmin pulları İlqara ödəmişdir. 2015-ci ilin noyabr ayında İlham onlara qalan pulu vermədikdə və toyu 2016-cı ilin aprel ayında planlaşdırıldıqda atası Rafiq İlhama zəng edərək toya qədər evi təmir etmək istədiklərini, əgər razıdırsa təmirə verdiyi pulları da onlara ödəyib evi almasını təklif etdikdə İlham atası ilə razılaşmışdır. 2016-cı ilin mart ayının əvvəllərində ilham ona zəng edərək evinin satılması barədə müştəri ilə razılaşıb ondan beh aldığını söylədikdə atası Rafiq onunla danışaraq evin təmiri üçün 50000 manat xərclədiyini buna görə də onlara ödəyəcəyi 70000 manatdan əlavə təmirə xərclədiyi pulları da ödəməsini təklif etmişdir. İlham atasının dediyi məbləğlə razılaşmadıqda onun ödədiyi pulları yaxın müddətə ödəyəcəklərini vəd etmişdir. Onlar İlhamın ödədiyi 64500 manat pulun əvəzində ona Lökbatan qəsəbəsində tikdirdiyi evi təklif etdikdə İlham evə baxıb tikintisi yarımçıq qaldığından evi bəyənməmişdir. Bundan sonra onlar İlhamla həmin evi satdıqdan sonra ona borclu olduqları pulları qaytarmaqları barədə razılaşmışlar. Həmin vaxtlar milli manat devalvasiyaya uğradığına görə evlərin alqı-satqısı zəiflədiyinə görə Lökbatandakı evi sata bilməmişlər. Buna görə onlar dəfələrlə İlhamla görüşüb Lökbatandakı evi verdiyi pulun əvəzində onlardan almasını təklif etdikdə İlham nəhayət evin tikintisindəki müəyyən dəyişikliklərin müqabilində onunla razılaşmışdır. Onlar həmin evin sənədləşməsi barədə Qaradağ rayonunun sabiq icra hakimiyyətinin Seyran adlı əməkdaşı ilə razılaşdıqdan bir müddət sonra o vəfat etdiyindən sənədləşmə alınmamış, buna görə də İlhamla razılaşmaları pozulmuşdur. Buna görə də hal-hazıradək İlhamdan götürdüyü 64500 manatı ödəyə bilməmişdir” qeyd olunmuşdur; 18.11.2020-ci il tarixli qəbzə əsasən İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə verdiyi izahatında 64500 AZN manat pul vəsaitini iddiaçıdan aldığını qəbul etmişdir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və iddiaçı həmin məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının izahına görə, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 15.07.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik resjudicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Bununla belə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 64500 manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı verilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 64500.0 (altmış dörd min beş yüz) manat pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdı̇ İddia təmin edilsin. Cavabdeh 64500.0 (altmış dörd min beş yüz) manat pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-63/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-63/2022
24.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver