Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-630/2025 17.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin faktiki halları İddiaçı ilə Cavabdeh arasında 27 aprel 2022-ci il tarixdə Bakı şəhəri 52 saylı Notariat Ofisində “Mövcud borcun tirafı” barədə müqavilə imzalanmışdır. Müqaviləyə əsasən, Cavabdeh İddiaçı 30000 (otuz min) manat borcunun olduğunu bəyan və tam etiraf edir və borcu 18 ay müddətində bütövlükdə qaytarmağı öhdəsinə götürür. İddiaçı ilə Cavabdeh keçmiş iş yoldaşlarıdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdehin ona müqavilədən kənar borcunun olduğini bildirir. İddia tələbi və onun dəlilləri İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7.220 manat əsas borc, 3.000 manat mənəvi zərərə, 200 manat hüquqi xidmət və 122 manat dövlət rüsumuna görə, cəmi 10.542 (on min beş yüz qırx iki) manat pul tutulub mənə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Penitensiyar Xidmətində gizir rütbəsində qulluq edib və 12 iyul 2024-cü il tarixdə öz ərizəsi ilə təqaüdə çıxmışdır. Xidmət etdiyi 12 saylı cəza çəkmə müəssisəsində xidməti tabeçilikdə olmuş müəssisənin növbə üzrə köməkçisi, ədliyyə kapitanı Cavabdeh qaunusuz əməllərinin qurbanı olub. İsmayıl hazırda Umbakı penitensiyar müəssisəsində xidmət edir. O, vəzifə səlahiyyətlərindən istifadə edib onu aldatmış və cəmi 5.220 manat pulunu və 2.000 manat dəyərində olan mobil telefonunu mənimsəmişdir.İşdən çıxdığına görə cavadeh ona borcu olan cəmi 7.220 manat pulu qaytarmır. O, təqaüdə çıxandan sonra kapitan Cavabdeh təsir edə bilmir və xidmət əməkdaşı kimi rəhbərlikdən bunu tələb edə bilmir. Cavabdehdə qalan pulunu tam almaq üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Ərizəsi üzrə Penitensiyar Xidmətinin Daxili Təhqiqatlar şöbəsində araşdırma aparılmış və ona izah olunmuşdur ki, bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edib. Eləcə də cavabdeh ona ağır mənəvi zərər də vurmuşdur. İddiaçı bildirir ki,etibarından sui-istifadə etmiş,onu aldatmış, get-gələ salmış, sonra isə "pulunu vermirəm, get hara istəyirsən şikayət et" deyib onu ələ salmış və iddiaçını aldatması ilə öyünmüşdür. Onun bu çirkli əməllərindən psixi sarsıntı və iztirablar keçirib. Bununla da cavabdeh iddiaçıya mənəvi zərər vurduğunu qeyd edir.İddiaçı ona vurduğu mənəvi zərəri cəmi 3.000 manat dəyərində qiymətləndirir. Müraciətlər, hüquqi sənədlər hazırlamaq üçün hüquqi xidmətlər mərkəzinə müraciət etmiş və hüquqi xidmət haqqı olaraq cəmi 200 manat ödəyib. Həmin məbləğ də cavabdehdən tutulub ona qaytarılmalıdır. Bundan başqa iddia qaldırma üçün 122 manat dövlət rüsumu də ödəyib. Cavabdehin etirazı və onun dəlilləri Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı izahat verərək bildirdi ki, cavabdehlə eyni cəzaçəkmə müəssisəsində işləmişdirlər. İddiaşı cavabdehin tabeliyində olub. Cavabdehə bir neçə dəfə aha xırda məbləğlərdə 1000-2000 manat borc verib. Sonra ilkin olaraq cavabdehin 30000 manat pul verilib. Yaxınlarının təkidindən sonra bunun rəsmiləşdirməyə qərar veiblər və bununla bağlı notariat müqavilə bağlandı. Sonra isə hardasa may iyun aylarında daha 8900 manat pul verildi. Cavabdeh 30000 borcunu oktyabr və noyabr aylarında hissə hissə ödəndi. 3000 manatı pulu cavabdehin dayısı ödədi. Qalan 5900 manat pulu isə cavabdeh hissə hissə ödəyəcəkdi. Öz aralarında razılaşıblar ki, iddiaçının banka olan kredit müqaviləsi üzrə aylıq ödənişlərini ödəsin. İki ay 340 manat olmaqla ödədi, lakin sonra ödəməkdən imtina etdi. Cavabdeh nəinki iddiaçıya, işlədiyi idarədə bir çox şəxslərə borclu olub. Məsələ ilə əlqədar dəfələrlə işlədiyi müəssisənin rəhbərliyinə məlumat verib, şikayət edib. Nəticədə cavabdehin iş yeri dəyişdirilib, başqa müəssisəyə keçirilib və məhz bundan sonra borcun 30000 manatlıq hissəsi ilə bağlı müqavilə bağlanılıb və ödənilib. Lakin iddiaçının səbrini daşıran son damcı cavabdehin ona yalan danışması olub. Belə ki, cavabdeh iddiaçıya həyat yoldaşının ad günü olduğunu deyib .İddiaçı isə ona mobil telefonunun yeni olduğunu, borc olaraq verə biləcəyini qeyd edib, cavabdeh də razılaşıb və mobil telefonu götürüb. Sonrada məlum olub ki heç kimin ad günü olmayıb, telefonu isə qaytarmaqdan imtina edib. Bütün bunları təsdiq edən sübutları – səs yazılarını, kredit müqaviləsi üzrə çıxarışı məhkəməyə təqdim edib. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh bildirdi ki, iddiaçının qeyd etdikləri tamamilə şər və böhtandan ibarətdir. Aralarında yalnız 30000 manat borc olub, onunla bağlı müqavilə imzalanıb və pul vəsaiti ödənilib. Məhz iddiaçının belə şər böhtan xarakerli şikayətlərinə görə iş yerində də araşdırılma aparılıb, iddiaçı haqsız olduğu üçün işdən çıxarılıb, cavabdehin isə yalnız iş yeri dəyişdirilib. İddiaçının tələb etdiyi əsas borca hesablanmış faizlərdir, halbuki müqavilə üzrə razılaşdırılıb ki, heç bir faiz hesablanmayacaq. Cavabdehin həqiqətən iddiaçıya hər hansı borcu olaydı iddiaçı bu qədər müddət gözləyəndən sonra yox, dərhal məhkəməyə müraciət edərdi. Banka iddiaçının adına olan krediti 2 ay ona görə ödəyib ki, iddiaçının pulunu qaytara bilmədiyinə görə bankın onu incitdiyini bildirib. İddiaçıya 3000 manat faizdən pul verib. Birlikdə işlədikləri dövrdə rəhbərlik tərəfindən hər ikisi dindirilib, məlum olub ki borc 30000 manatdı. İddiaçı telefonu cavabdehin satması məqsədi ilə ona verib, borc olaraq yox. Lakin telefon qaytarılıb. Səs yazısında deyilənlər təzyiq altında deyilib, həqiqəti əks etdirmir. İddianın rədd edilməsini xahiş edir. Mülki işin materialları - xx.xx.2022-ci il tarixli Mövcud borcun etirafı haqqında müqaviədən görünür ki,borclu Cavabdeh İddiaçı 3000(otuz min) manat borcun olduğunu bəyan və tam etiraf edir.Bu müqavilə ilə etiraf etdiyi borcu 18(on səkkiz) ay müddətinədək bütöv şəkildə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. - İş materiallarından olan üzərində “VERBATİM CD-R” adlı yazı olan diskdə “1” adlı audio fayldan görünü ki, İddiaçı tərəfindən “Borcu 30000 deyil, çoxdu.. 38900-dü.. İndi 3000 veriləndən sonra qalacaq 35900.. İsmayıl mənə deyib pul maşındadır. Mən demişəm pulu faizə qoyma. 6000 həm birkartdan çıxartmışam, həm bankdan kredit götürmüşəm.. məbləğ azalmayacaq.. ancaq onu edə bilərəm banka krediti ödəsin aybaay buna da gedərəm.. Cavabdeh tərəfindən “Pulu batırmışam..borcum 38900dü..3000 verəndən sonra 35900 qalır (5:12-5:27 saniyələr).... Telefonu qaytaracam..” məzmununda cümlələr işlədilib. Eyni diskdə olam “pr” adlı audio faylda iddiaçı tərəfindən “ Sənin mənə qarşı elədiyin xəyanətdi..Mənə demisən pul maşındadı, evdədi, özün xərcləmisən pulu..telefon hardadı? neynəmisən? sən dedin ad günüdü mən də sənə ən xoşladığım neçə ay gözlədiyim telefonu korobkadan çıxardıb vermişəm..Sənin əslində mənə borcun 41600-dü, mən tələsik hesablayanda 38900 manat demişəm, elə olsun. Məni 2 dəqiqədən bir çağırıb deyirlər raport yaz..”Cavabdeh tərəfindən “telefonu verib iki telefon götürmüşəm.. pulu xərcləməmişəm, o qədər pulu xərcləmək olar.. borc 38900dü, mənim hesabımda da elədi”...mənzmununda cümlələr işlədilir. - 04.05.2022-ci il tarixli GTKR5172753A299 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı 24 ay müddətinə, 26% ilə 6300 (altı min üç yüz) manat kredit götürmüşdür. Müqavilə üzrə aylıq ödənişin məbləği 339,41 manat müəyyənləşdirilmişdir. - 04.05.2022-ci il tarixli BBLK5172752A299 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı 3700 manat məbləğində "xxxx"ASC tərəfindən birkart veritəqdim edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 219798 №-li mədaxil qəbzindən görünür ki, X4 tərəfidnən 100 manat məbləğində ödəniş edilmişdir. - xx.xx.2024-cü il tarixli İddiaçı tərəfindən AR Prezidenti İlhamƏliyevə ünvanladığı şikayətlə bağlı müraciətindən görünür ki,cavabdehin ona olan borcunu qaytarmamışdır və Ədliyyə Nazirliyinə və Penitensiyar xidmətin rəhbərliyinə müraciət etdiyini və heç bir nəticəsi olmayıb.Həmçinin Baş Prokurorluğa müraciət etdiyini lakin baxılmadığını qeyd edib. Buna görə də AR X3 müraciət edib. - xx.xx.2024-cü il tarixli İddiaçı tərəfindən Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə ünvanlanan ərizədə qeyd olunur ki, Cavabdeh tərəfindən onun ipoteka ilə mənzillə təmin olunması ilə bağlı 30.000 manat və 8.900 manat ödədiyini həmçinin sonradan 2000 manat məbləğində telefon aldığını bildirir. Borcunun bir hissəsini aldığını 5.200 mana pul və 2000 manat telefona görə, cəmi 7.220 manat pul qaytarmalı olduğu qeyd olunub. Dələduzluluqla bağlı Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən tədbir görülməsini tələb edib. - 13.07.2024-cü il tarixli İddiaçı tərəfindən AR Baş Prokuroru Kamran Əliyevə ünvanladığı şikayət məktubundan görünür ki,cavabdehin ona borclu qaldığını dəfələrlə lazimi orqanlara müraciət etdiyini, lakin müraciətlərinə baxılmadığını bildirir. Bu səbəblə maddi ziyanın ödənilməsi ilə bağlı AR Baş Prokuroru Kamran Əliyevə müraciət edib. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 1091.1.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşə baxan məhkəmənin mövqeyi Məhkəmə ilk növbədə iddia tələbinin 5220 manat məbləğində pulun qaytarılması hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflərin arasında etibarlı münasibətlər olmuş, onlar uzun müddət bir müəssisədə birgə çalışmışdırlar. İşin bu halları tərəflərin izahatları ilə də təsdiq edilir. Eyni zamanda mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli Mövcud borcun etirafı haqqında müqaviə ilə cavabdehin iddiaçıya 30000 manat məbləğində borcunun olması bə onu 18 ay ərzində qaytamağı öhdəsinə götürdüyünü müəyyən edilir. İddiaçı həmin müqavilə ilə əhatə olunmayan daha 8900 manat məbləğində borcun mövcud olduğunu, cavabdehin dayısı tərəfindən bu borcun 3000 manatlıq hissəsinin, cavabdehin özü tərəfindən iddiaçının bank kredit müqaviləsi üzrə iki aylıq ödənişlərini ödəməklə daha 680 (340+340) manatlıq hissəsini ödədiyini bildirir və 5220 manatın ondan tutulmasını məhkəmədən xahiş edir. Cavabdeh isə ödənilmiş 3000 manatın 30000 manatlıq əsas borcun faizi olduğunu, kredit müqaviləsi üzrə ödənişlərini isə yenə də iddiaçıya olan 30000 manat borcu vaxtında ödəyə bilmədiyi üçün iddiaçının banka olan borcunu ödədiyini, 30000 manatlıq borc bağlandəqdan sonra ona hər hansı pul ödəmədiyini və ödəməli olmadığını bildirir. İddiaçı öz tələblərini əsaslandırmaq üçün məhkəməyə CD diskə yazılmış audio fayllar – səs yazıları və bank kredit müqaviləsinin sənədlərini təqdim etmişdir. Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü qarşılıqlı iddia üzrə iddiaçının üzərinə düşür Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarııınnnda əks olunmuş hüquqi mövqeyə əsasən, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin yazışmalar tərəflər üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə Konsitusiya Məhkəməsinin mövqeyini rəhbər tutaraq, hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazıları sübut qismində dəyərləndirilə bilər. Həmin səs yazılarında cavabdehin özü tərəfindən birmənalı şəkildə ümumilikdə 38900 manat məbləğində borcunun olduğu, 30000 manat məbləğlə bağlı müqavilənin imzalandığı öz əksini tapır. Eyni zamanda cavabdehin dayısı tərəfindən 3000 manat məbləğində puun ödəniləcəyi, qalan 5900 manat məbləğində pulun iddiaçının banka olan kredit öhdəliyinin aybaay ödənilməsi şəklində əvəzləşdirilməsinin təklif edilməsi də təsdiq olunur. Cavabdeh məhkəmə iclası zalına dayısı tərəfindən 3000 manat məbləğində ödənşin etdiyini, özü də iddiaçının kredit öhdəliyini 2 ay ərzində ödədiyini etiraf edir. Cavabdeh bu ödənişləri faiz ödənişlər olduğunu iddia etsə də, bunu təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Eyni zamanda cavabdeh səs yazısında əks olunan etirafı təzyiq altında verdiyini bildirsə də, məhkəmə onun izahatına tənqidi yanaşır və ağlabatan mühakimə əsasında inandırıcı hesab etmir. Belə ki, səs yazıdan görünür ki, cavabdehlə yanaşı onun qohumları da həmin görüşdə iştirak edirlər. Həmçinin cavabdehə hər hansı təzyiq, hədə-qorxu tətbiq edildiyi halda bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmək hüququ olduğu halda, bunu etməmişdir, əksinə iddiaçının bank kredit müqaviləsi üzrə olan borcunu iki ay ərzində ödəmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki cavabdehin dəlilləri subyektiv mülahisəzlərdən ibarətdir və hər hansı şəkildə öz təsdiqini tapmır. Tələbin qanuni əsası ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Qanunvericiliyin tələbindən göründüyü kimi, borc müqaviləsində yazılı əqdin konkret hansı formada bağlanması nəzərdə tutulmadığından, yazılı əqd sadə və ya notariat qaydasında da ola bilər. Göründüyü kimi, iddiaçı yaranmış borcu tələb etməsi üçün yazılı (sadə və ya notariat) müqavilə təqdim etməlidir. Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Qeyd olunmalıdır ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə hesab edir ki, iddiaçı 2022-ci ildən yaranmış borcu tələb etməsi üçün yazılı müqavilə təqdim etmədiyindən, bununla da, əqdin formasına əməl olunmadığından, borcla bağlı bağlanmış əqd əhəmiyyətsizdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrininəlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Hazırki halda iddiaçının tələb etdiyi 5220 manat əhəmiyyətsiz əqd (borc müqaviləsi) üzrə verilmiş olsa belə, həmin pul məbləği əvəzedilən əşya olmaqla, Cavabdeh əmlakına qarışdığından və onun həmin əşya olan pul üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olmuşdur. Məhkəmə iddiaçının cavabdehə verdiyi mobil telefona görə 2000 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı qeyd edir ki, yenə də iddiaçı tərəfindən təqdim edilmiş səs yazısında cavabdehin telefonu götürdüyü və iki telefona dəyişdiyi, qaytaracağı ilə bağlı etirafı olsa da, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfindən cavabdehə məhz hansı telefonun verildiyi, onun natura və ya dəyərinin qaytarılması ilə bağlı aralarında hansı razılığın olduğu, hansı müddətdə, qaydada və şərtlərlə qaytarılmalı olduğu iddia ərizəsində göstərilməmiş, bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, sübutetmə yükü bu hissədə iddiaçının üzərinə düşür və onun tərəfindən hər hansı mötəbər sübut təqdim edilmədiyindən, iddia tələbi təmin edilə bilməz. Məhkəmə iddia tələbinin “mənəvi ziyana görə pul məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Belə ki, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mənəvi zərərin müəyyən edilməsi üçün 3 şərt olmalıdır: 1. İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməlidir. 2. Bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmalıdır 3. zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır. Hazırda isə iddiaçının tələbi 1-ci şərtdə artıq ödənmir. Belə ki, iddiaçı sarsıntı keçirməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasınə təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Hüquqi yardıma görə ödənilmiş 200 manat məbləğində tutulması ilə bağlı məhkəmə qeyd edir ki, AR MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia ərizəsində iddiaçı tərəfindən 200 manat ödənildiyi göstərilsə də, qəbzdən məlum olur ki, 100 manat məbləğində pul ödənilib. Digər tərəfdən iddiaçı iddia ərizəsini özü imzalayıb, məhkəmə prosesində nümayəndə və vəkillə təmsil edilməyib, mülki işin materiallarında etibarnamə və order mövcud deyil. Belə olan təqdirdə məhkəmə hesab edir ki, tələb bu hissədə təmin edilməməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh maddi zərərə görə 5220 manat manat pul məbləği və iddia tələbinin təmin edilən hisəsinə uyğun olaraq, 60 manat dövlət rüsumu İddiaçı tutulmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5220 (beş min iki yüz iyirmi) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 60 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin, qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-630/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-630/2025
17.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver