Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-65/2021 18.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X3 və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mənzildə apardığı təmir işləri zamanı ona dəymiş olan 4000 manat maddi və 5000 manat mənəvi zərərin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin mənzildə apardığı təmir işləri zamanı ona dəymiş olan 4000 manat maddi zərərin cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2018-ci ilin noyabr ayında Nərimanov Rayonu Ü.Bünyatzadə küçəsi ev 2A mənzil 51-ə köçüb. Ondan bir mərtəbə üstdə yaşayan cavabdeh X1 mənzildə may ayında təmir işləri aparan zaman ümumi istifadəli yaşayış binalarında istifadəsi yol verilməz olan yalnız sənaye obyektlərində istifadəsi nəzərdə tutulmuş alətlərdən istifadə etməklə (otboynı molotok, iri resperator, iri elektrik çəkicləri) onun mənzilində ciddi fəsadlar yaratmışdır. Tavanda çatlar yaranmış, nəticədə 12 şamlı bürünc lüstura stolun üzərinə düşərək, stolu istifadəyə yararsız hala salınmaqla, tamamilə qırılmışdır. Hadisənin nəticəsi olan foto şəkillər cavabdehin qardaşı X3 yanında tərəfindən çəkilərək pozuntu törədənlərə təqdim edildi. Nəticədə dəyəri 1500 (min) manat olan lüstura və dəyəri 2500 (İki min beş yüz) manat olan stolun yararsız hala düşməsi nəticəsində 4000 manat maddi zərər və mənəvi zərər dəymişdir. Qeyd olunan faktla əlaqədar olaraq ilkin olaraq həmin vaxt mənzildə olan cavabdehin qardaşı X4 bildirdikdə, qırılmış əşyaların təmir edəcəklərini öhdəsinə götürdüyünü söylədi. Onun isə cavabı həmin əşyaların bərpasının qeyri mümkünlüyünü nəzərə alaraq əşyanın dəyərinin ödənilməsi oldu. Sonralar dəfələrlə cavabdehlə məsələnin barışıq yolu ilə həllinə cəhd etsə də nəticəsiz qaldı. Göstərilən hadisə ilə əlaqədar Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinə etdiyi müraciətə cavab olaraq, polis mayoru Təvəkkül Ağayevin iştirakı ilə baxış keçirilərək protokol tərtib edildi və məsələnin məhkəmə qaydasında həll olunması tövsiyə olundu. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək cavabdehdən 4000 manat maddi ziyan, 450 manat yaranmış çatların təmiri üçün çəkilməli xərc və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X5 və cavabdehin vəkili Vəkil iddia tələbini qəbul etmədiklərini bildirərək, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim edilən sübutları tədqiq edib, sübutların məcmusunda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Zirvə-MV Mənzil Tikinti Kooperativinin 23 sentyabr 2019-cu il tarixli 04 saylı arayışından görünür ki, Cavabdeh ünvan 1a "xxxx"MTK-nın inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 4-cü mərtəbə, 55 saylı mənzildə yaşayır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Polis idarəsinin 18-ci polis şöbəsinin 11.06.2019-cu il tarixli İddiaçı ünvanlanmış məktubundan görünür ki, yaşadığı mənzilin yuxarı mərtəbəsindəki mənzildə aparılmış təmir-tikinti məsələsi ilə bağlı şikayətində qeyd olunan xüsusatlar mülki xarakterli olduğundan, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə mülki qaydada müraciət etməsi izah edilmişdir. İş materiallarında olan Zirvə-MV Mənzil Tikinti Kooperativinin 17 oktyabr 2019-cu il tarixli 05 saylı məhkəmə sorğusuna əsasən ünvanlanmış məktubundan görünür ki, ünvan 1a "xxxx" MTK-nın inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 4-cü mərtəbə, 55 saylı mənzilin mülkiyyətçisi Cavabdehdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2021-ci il tarixli 10/3212 saylı ekspert rəyi ilə aşağıdakılar müəyyən olunmuşdur: Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyatzadə küçəsi 2A saylı evdə 55 saylı mənzilin qapısı bağlı olduğundan 55 saylı saylı mənzildə təmir işlərinin aparılıb-aparılmamasını dəqiqliklə müəyyən mümkün deyildir. Lakin 51 saylı mənzilə baxış keçirilən zamanı mənzilin qonaq otağının tavanında çıl-çırağın asılmadığı (elektrik xətlərinin asıldığı) və parket döşəmənin üzərində oyuğun olduğunu nəzərə alaraq, 51 saylı mənzilinin qonaq otağının tavanında asılmış çıl-çırağın yerə düşməsi faktı və divarda çatların olduğu müəyyən edilir. Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyatzadə küçəsi 2A saylı evin 51 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli tikinti-təmir işlərinin bazar qiyrnətiərinə uyğun dəyəri təqribən 524,0 manat məbləğində müəyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2021-ci il tarixli, 9/1788 №-li ekspert rəyi ilə aşağıdakılar müəyyən olunmuşdur: İddia ərizəsində qeyd edilən və ekspert baxışına təqdim olunmuş malların istifadədə olması nəzərə alınmaqla normal vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2900,0 manat müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2021-ci il tarixli 10/2447 ekspert rəyi ilə aşağıdakılar müəyyən olunmuşdur: Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyatzadə küçəsi 2A saylı evdə 55 nömrəli mənzilin təmiri zamanı tətbiq edilən elektrik alətlərinin və mexaniki zərbələrin təsirindən mənzillərin döşəmə və divarlarında titrəmələr baş verə bilir və bu səbəbdən də 51 saylı mənzilin künc birləşmə yerlərində və tavanında müəyyən qüsurların yaranması mümkündür. Lakin hazırki vəziyyətdə 51 saylı mənzilin tavanından asılmış çilçırağın hansı səbəbdən (asılma nöqtəsinə bir başa zərbədən, düzgün (etibarlı) quraşdırılmama və s..) düşməsini müəyyən etmək mümkün olmadı. Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyatzadə küçəsi 2A saylı evin 51 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 524 manat məbləğində müəyyən edilmiş və bu barədə tərəfindən 27 yanvar 2021-ci il tarixli 10/3212 saylı ekspert rəyləri tərtib olunmuşdur. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayonu Ü.Bünyatzadə küçəsi ev 2A, 51 saylı mənzilin divarlarında çatlar yaranmış, mənzildə yerləşən çıl-çıraq yerə düşərək, sınmış və jurnal stoluna zərər yetirmişdir. Zirvə- MV Mənzil Tikinti Kooperativinin 23 sentyabr 2019-cu il tarixli 04 saylı arayışından görünür ki, Cavabdeh ünvan 1a "xxxx"MTK-nın inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 4-cü mərtəbə, 55 saylı mənzildə yaşayır. Bakı şəhəri Nərimanov rayon Polis idarəsinin 18ci polis şöbəsinin 11.06.2019-cu il tarixli İddiaçı ünvanlanmış məktubundan görünür ki, yaşadığı mənzilin yuxarı mərtəbəsindəki mənzildə aparılmış təmir-tikinti məsələsi ilə bağlı şikayətində qeyd olunan xüsusatlar mülki xarakterli olduğundan, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə mülki qaydada müraciət etməsi izah edilmişdir. Zirvə-MV Mənzil Tikinti Kooperativinin 17 oktyabr 2019-cu il tarixli 05 saylı məhkəmə sorğusuna əsasən ünvanlanmış məktubundan görünür ki, ünvan 1a "xxxx"MTK-nın inşa etdiyi çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 4-cü mərtəbə, 55 saylı mənzilin mülkiyyətiçisi Cavabdehdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2021-ci il tarixli, 9/1788 №-li ekspert rəyi ilə iddia ərizəsində qeyd edilən və ekspert baxışına təqdim olunmuş malların istifadədə olması nəzərə alınmaqla normal vəzyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2900,0 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2021-ci il tarixli 10/2447 ekspert rəyi ilə 51 saylı mənzilin tavanından asılmış çilçırağın hansı səbəbdən (asılma nöqtəsinə bir başa zərbədən, düzgün (etibarlı) quraşdırılmama və s..) düşməsini müəyyən etmək mümkün olmadı. Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyatzadə küçəsi 2A saylı evin 51 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 524 manat məbləğində müəyyən edilmiş və bu barədə tərəfindən 27 yanvar 2021-ci il tarixli 10/3212 saylı ekspert rəyləri tərtib olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Mülki Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını əsas götürərək hesab edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, hazırki iş üzrə iddiaçıya cavabdehin (çıl-çırağın cavabdehin mənzilində aparılmış təmir-tikinti işləri nəticəsində yerə düşməsi, sınması və jurnal stoluna zərər yetirməsi) tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunmur. Məhkəmə belə qənaətə gələrkən mülki iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2021-ci il tarixli 10/2447 ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı 51 saylı mənzilin tavanından asılmış çilçırağın yerə düşməsini əsas gətirərək, cavabdehdən həmin çıl-çırağın sınması və jurnal stoluna zərər yetirməsi nəticəsində maddi ziyan tələb etməsi cavabdehin hərəkətləri ilə zərər arasındakı səbəbli əlaqə sübut olunmadığı üçün əsaslı hesab oluna bilməz. Bununla belə məhkəmə təqdim edilən sübutlara qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən 14 sentyabr 2021-ci il tarixli 10/2447 saylı ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyatzadə küçəsi 2A saylı evdə 55 nömrəli mənzilin təmiri zamanı tətbiq edilən elektrik alətlərinin və mexaniki zərbələrin təsirindən mənzillərin döşəmə və divarlarında titrəmələr baş verə bilir və bu səbəbdən də 51 saylı mənzilin künc birləşmə yerlərində və tavanında müəyyən qüsurların yaranması mümkündür. Nəticə etibarilə məhkəmə belə hesab edir ki, nə qədər ki, cavabdehin mənzilində təmir işlərinin aparılması mülki işin mübahisələndirilməyən halıdır, belə olan təqdirdə 51 saylı mənzilin künc birləşmə yerlərində və tavanında yaranmış qüsurların aradan qaldırılması üçün ekspert rəyi ilə müəyyən edilmiş 524 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçının hər hansı tələbi olmadığından iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 36 manat məbləğində pul Cavabdeh, 264 manat isə İddiaçı tutularaq “Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Hesab AZ34CTRE********************” hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi olaraq 524 (beş yüz iyirmi dörd) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 36 manat məbləğində pul Cavabdeh, 264 manat isə İddiaçı tutularaq “Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Hesab AZ34CTRE********************” hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-65/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-65/2021
18.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver