Məhkəmə qərarları › İş №2(005)-697/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-697/2022

24.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-697/2022 24.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı X14 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun vəkili X2 iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı “mənzilin hərracdan satılması və əldə olunan gəlirin paylara mütənasib bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı “mənzilin hərracdan satılması və əldə olunan gəlirin paylara mütənasib bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi, 13 saylı evin 108 saylı mənzilinin açıq hərrac qaydasında satılması və əldə olunan gəlirin paylarına mütənasib şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X5 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək X12 ilə onun arasında 15 fevral 2018-ci il tarixdə Bakı şəhəri 21 saylı dövlət notariat kontorunda bağlanmış Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin 108 saylı mənzilin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, AR ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən cavabdeh İddiaçı verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı dövründə Cavabdeh məhkəmənin dəftərxanası vasitəsi ilə bir neçə dəfə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və nəticədə iddiaçı Cavabdeh azyaşlı övladları ilə birlikdə mübahisəli evin 108 saylı mənzilinə mülkiyyət və istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, həmçinin iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, X6 övladları ilə birlikdə xüsusi mülkiyyətində olan Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin 108 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4058/2018 saylı, 08.10.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh mənə və 21 saylı notariat kontoruna qarşı azyaşlı övladları ilə birlikdə mənzilə mülkiyyət və istifadə hüquqlarının tanınması tələbinə dair iddiasdı qismən təmin edilmiş, Cavabdeh övladları ilə birlikdə mübahisəli mənzilin 3/10 hissəsinə mülkiyyət hüququ, həmçinin həmin mənzildən istifadə hüquqlarının tanınması, qalan hissədə iddianın təmin edilməməsi onun iddiasının isə təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və apellyasiya şikayətim təmin olunmuşdur, Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ləğv olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14.11.2019-cu il tarixli qətnaməsindən Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermiş və kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Yenidən onun apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin olunmuş, Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunması və mənim apellyasiya şikayətinin təmin olunması barədə qətnamə qəbul edilmişdir. J.İsmayılov həmin qətnamədən yenidən kassasiya şikayəti vermiş, Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş baxılması üçün bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin hazırki qətnaməsi ilə onun apellyasiya şikayəti təmin olunmamış, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4058/2018 saylı, 08.10.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıldı. Mübahisəli mənzil onun tərəfimdən 2009-cu ildə oğlu mərhum X7 adma alınmış 15 fevral 2018-ci il tarixdə isə oğlu həmin evi ona bağışlamışdır. Cavabdeh ilə oğlu E.İsmayılov arasında 25 dekabr 2015-ci ildə nikah bağlanmışdır. Yəni mübahisəli mənzil alındıqdan bir il sonra onların arasında nikah bağlanmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4058/2018 saylı, 08.10.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı və 21 saylı Notariat Kontoruna qarşı azyaşlı övladları ilə birlikdə mənzilə mülkiyyət və istifadə hüquqlarının tanınması tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Cavabdeh, övladları 02.11.2011-ci il təvəllüdlü X8 və 20.06.2013-cü il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin, 108 saylı mənzilinin 3/10 hissəsinə mülkiyyət hüququ, həmçinin həmin mənzildən istifadə hüquqlarının tanınması, iddiaçı Cavabdeh iddiası qalan hissədə təmin edilməməsi, iddiaçı X1 Cavabdeh qarşı mənzildən uşaqları ilə birlikdə çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi mübahisəli mənzilin 3/10 hissəsinə mülkiyyət hüququ Cavabdeh verilmiş, qalan 7/10 hissəsinə onun mülkiyyət hüququ tanınmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış, lakin dəfələrlə müraciət etməyimə baxmayaraq Cavabdeh mənzilin məhkəmə qətnaməsində göstərilən qaydada bölgüsünə razı olmamamışdır. Ona görə də mənzilin hərraca çıxarılaraq satılması və hər birimizin payının müəyyən edilməsi zərurəti yaranmışdır. Qeyd olunanları nəzərə alaraq və məhkəmə qərarlarını əsas tutaraq hesab edir ki, məhkəmə qərarı ilə müəyyən edilmiş mübahisəli mənzilin 3/10 hissəsinə cavabdehin digər 7/10 hissəsinə onun mülkiyyət hüququ tanındığından və tərəfin könüllü şəkildə bölgüyə razı olmadığından mənzil hərraca çıxarılmalı, hərrac qaydasında satılmalı, hər birinə düşən miqadarda vəsait əldə etməlidirlər. Məhkəmə iclasında iddiaçı X14 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək paylı mülkiyyətdə olan Əhməd Rəcəbli küçəsi 13 saylı evin 108 saylı mənzilinin hərracda satılaraq əldə olunmuş pulun paylara mütənasib qaydada bölünməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, guya mübahisəli mənzil onun tərəfindən 2009-cu il tarixdə oğlu X10 adına alınmış, oğlu Tofiq isə 15 fevral 2018-ci il tarixdə həmin evi ona bağışlamışdır. Hal-hazırda mənzilin 10/3 hissədə cavabdehin, 10/7 hissədəsə onun mülkiyyətindədir. O, cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq Cavabdeh mənzilin məhkəmə qətnaməsində göstərilən qaydada bölünməsinə razı olmadığından mənzili hərraca çıxarılaq satılması və tərəflərin payının müəyyən edilməsi zərurəti yaranmışdır. Cavabdeh tərəfin irəli sürdüyü tələbi uydurma, qanunsuz və əsassız hesab edir. İşin faktiki və obyektiv halları ondan ibarətdir ki, o, 25.12.2010-cu il tarixdə iddiaçının oğlu X12 ilə rəsmi nikaha daxil olaraq mübahisəli mənzilə gəlin köçmüşdür. Birgə nikahdan 02.11.2011-ci il tarixdə Tofiq, 20.06.2013-cü il tarixdə Canel adlı övladları dünyaya gəlmişlər. Gəlin köçdüyü gündən ailəliklə bu mənzildə yaşamışlar. İddiaçı oğluna öz mülkiyyəti kimi münasibət bəsləmiş, hesab etmişdir ki, onun bütün qazancının üzərində sərəncam vermək hüququna malikdir. Bu səbəbdən onun birinci ailəsi dağılmasına baxmayaraq iddiaçı bu hərəkətlərini davam etdirməkdə davam etmişdir. Nəticədə Elxan mütəmadi olaraq ifrat dərəcədə spirtli içkilər qəbul etməyə başlamış, bu isə qara ciyər serrozu ilə nəticələndi. Son zamanlar Elxanın vəziyyəti tam ağırlaşmışdı, artıq ətraf mühüti adekvat qəbul etmir, 19.04.2018-ci il tarixdə Elxan qara ciyərin serrozundan xəstəxanada vəfat etmişdir. İddiaçı Elxanın vəfatından sonra məhkəməyə müraciət edərək yetim qalmış 2 nəvəsinin və gəlinin mənzillərindən çıxarılaraq küçəyə atılması barədə tələb irəli sürmüşdür. Bu zaman məlum olmuşdur ki, əri Tofiqin ölümcül və anlaqsız vəziyyətindən istifadə edən iddiaçı oğlunun evli olmasını 21 saylı notariat Kontorunda gizlədərək, onun ölümündən iki ay əvvəl öz adına baş etibarnamə götürərək oğlunun adına olan bütün əmlaklarını və pullarını mənimsəmişdir, o cümlədən mübahisəli mənzili qanunsuz bağışlama müqaviləsilə öz mülkiyyətinə keçimişdir. Məhkəmənin qətnaməsilə İsmayılova Zülqiyyənin onun ailə üzvləri ilə mənzildən çıxarılma iddiası rədd edilərək, onun və uşaqlarının mənzildən bütövlükdə istifadə hüququ və mənzilin 3/10 hissəsinə mülkiyyət hüququ tanınmışdır. İddiaçının dəfələrlə müraciət etməsinə baxmayaraq Cavabdeh mənzilin məhkəmə qətnaməsində göstərilən qaydada bölünməsinə razı olmadığından mənzilin hərraca çıxarılaq satılması və tərəflərin payının müəyyən edilməsi zərurəti yaranması barədə irəli sürdüyü absurd və həqiqəti əks etdirməyən fikir tam əsassızdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, məhkəmənin qətnaməsinə əsasən mənzilin bölgüsü həyata keçirilib və qətnamə icra edilərək paylara müvafiq reyestr idarəsində qeydə alınaraq müvafiq çıxarış verilib. İddiaçı mənzilə payın naturada ayrılması, üz payının dəyərinin ona üdənilməsi barəsində nə ona nə də məhkəməyə müraciət etməmişdir. Onun və uşaqlarının digər yaşayış yerləri yoxdur, o, mübahsəli mənzil ərinin mülkiyyətində olduğu zaman onun tərəfindən mənzilə gəlin kimi köçürülərək, uşaqları isə orada doğulduqlarından mənzildən bütövlüklə istifadə hüquqları və vərəsə kimi isə qismən mülkiyyət hüququ əldə etmişlər. Əlavə olaraq qeyd etmək istəyir ki, o, onkoloji xəstəlikdən əziyyət çəkir. Müəllimdir, uşaqları çətinliklə böyüdür. Mərhum ərinin qohumları və uşaqların nənəsi olan iddiaçı tərəfindən nəinki heç bir yardım edilmişdir, əksinə atalarından qalmış mənzili belə əllərindən almaq istəyirlər. Onu əks tərəfdən fərqli olaraq dünya malı deyil, başına bir iş gələrsə azyaşlı uşaqlarının taleyi narahat edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.10.2018-ci il tarixli, 2(005)-4058/2018 saylı qətnaməsindən görünür ki, iddiaçının iddiası qismən təmin edilərək, onun övladları ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin, 108 saylı mənzilinin 3/10 hissəsinə mülkiyyət hüququnun, həmçinin həmin mənzildən istifadə hüquqlarının tanınması, iddianın qalan hissədə təmin edilməməsi və cavabdehin iddiasının isə təmin edilməməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-6158/2021 saylı, 05.07.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X13 və cavabdeh X11 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-560/2021 saylı iş üzrə 19.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-10764/2021 saylı, 14.11.2019-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilən apelyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin «08» oktyabr 2018-ci tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh iddiası təmin edilməmiş, İddiaçı iddia tələbi təmin edilmiş, Cavabdeh övladları ilə birlikdə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu. Əhməd Rəcəbli küçəsi, 13 saylı evin 108 saylı mənzilindən çıxarılması, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 05.04.2021-ci il tarixli, 2(102)-6/2021 saylı qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-10764/2019 nömrəli iş üzrə 14 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron qaydada çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 13, 108 nömrəli mənzil İddiaçı adına 26.02.2018-ci il tarixdə tam hissədə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron qaydada çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 13, 108 nömrəli mənzil Cavabdeh adına 1/10 hissədə 22.12.2021-ci il tarixdə, İddiaçı adına 7/10 hissədə, X3 adına 1/10 hissədə, X9 1/10 hissədə qeydiyyata alınmışdır; Məhkəmə ilk növbədə ilkin iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi, 13 saylı evin 108 saylı mənzilinə Cavabdeh 1/10 hissədə 22.12.2021-ci il tarixdə, İddiaçı 7/10 hissədə, X3 1/10 hissədə, X4 1/10 hissədə payı müəyyən edilmişdir və buna dair dövlət reyestrində qeydiyyat aparılmışdır. Hazırda iddiaçı X5 məhkəməyə müraciət edərək, Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi, 13 saylı evin 108 saylı mənzilinin açıq hərrac qaydasında satılması və əldə olunan gəlirin paylarına mütənasib şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və təqdim edilmiş sübutları nəzərdən kemirərək hesab edir ki, hazırkı ikddia üzrə iddiaçı məhkəməyə müraciət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci və 221-ci maddələrinin tələblərinə riayət etməmiş, qanunvericiliklə müəyyən edilmiş ardıcıllığı pozmuşdur. Belə ki, paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutulmuşdur. İlkin olaraq, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Bundan sonra əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərini tələb edə bilər. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən əmlakın naturada bölgüsünün mümkünlüyü məsələsi aydınlaşdırılmadan, birbaşa olaraq onun açıq hərraca çıxarılması və əldə edilmiş gəlirin paylara mütənasib bölünməsinə dair iddia verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin tələbləri pozulmaqla verildiyindən təmin edilə bilməz. Belə ki, ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı X1 Cavabdeh qarşı “mənzilin hərracdan satılması və əldə olunan gəlirin paylara mütənasib bölünməsi” tələbinə dair iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X1 Cavabdeh qarşı “mənzilin hərracdan satılması və əldə olunan gəlirin paylara mütənasib bölünməsi” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar