Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-7/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, Cavabdeh1 və X1 qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" ASC cəlb edilməklə çıxarışın etibarsız hesab edilməsi, reyestr qeydiyyatının ləğv edilməsi və cavabdehlərin həmin binadan çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, Cavabdeh1 və X1 qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" ASC cəlb edilməklə çıxarışın etibarsız hesab edilməsi, reyestr qeydiyyatının ləğv edilməsi və cavabdehlərin həmin binadan çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında icraata xitam verilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, mübahisəli əmlak Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati akt olan 20.10.2010-cu il tarixli 327 nömrəli sərəncamı ilə əvvəlcə icarəyə verilmiş, 13.11.2010-cu il tarixli 357 nömrəli sərəncamı əsasında isə özəlləşdirilmişdir. Həmin əmlakın yerləşdiyi 1839.3 kv.m torpaq sahəsi isə Əmlak Məsələləri Dövlət Komitəsinin 14.01.2011-ci il tarixli 7 nömrəli sərəncamı əsasında özəlləşdirilmişdir. Qeyd edilən sərəncamlar (inzibati aktlar) qüvvədə qaldığı təqdirdə, onların əsasında verilmiş çıxarışların ləğv edilməsi tələbi irəli sürülə bilməz. İddiaçı ilkin olaraq inzibati aktın mübahisələndirilməsi ilə bağlı müvafiq inzibati məhkəməyə müraciət edə, inzibati akt ləğv olunduğu təqdirdə onun nəticəsi olan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğvi ilə bağlı iddia ilə ümumi məhkəməyə müraciət edə bilər. Lakin, iddiaçı özəlləşdirmə üçün əsas olmuş inzibati akt ləğv olunmadan həmin inzibati aktın nəticələrinin etibarsız hesab edilməsi ilə bağlı iddia irəli sürmüşdür ki, belə bir tələb də təmin edilə bilməz. Qeyd edilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə iddiaçıya, digər cavabdehlərə və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinin tələblərinə əsasən işə iddiaçı və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin sənədlərini araşdırıb, hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi hazırki iddia ərizəsi ilə İnzibati Məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261.0.4, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, Cavabdeh1 və X1 qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" ASC cəlb edilməklə çıxarışın etibarsız hesab edilməsi, reyestr qeydiyyatının ləğv edilməsi və cavabdehlərin həmin binadan çıxarılması tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-7/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-7/2021
16.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver