Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-70/2021 02.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “X3 Korporasiya” ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “X3 Korporasiya” ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov Qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə, ev 1, 16 saylı mənzilin dəyəri olaraq “X4 Korporasiyası” ASC-yə 28000 manat nəğd olaraq tərəfindən ödənilmiş, 30000 manat mənzillərin təmirinə xərclənmiş pul, əlavə olaraq "xxxx" ASC-dən 74833.95 manat 30.01.2012-ci il tarixli, № AK-108084 saylı kredit müqaviləsi əsasında onun adına rəsmiləşdirilmiş və evin dəyəri kimi “X4 Korporasiyası” ASC-nin hesabına köçürülmüş, cəmi 132.833,95 manat pulun, 10000 manat mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun “X4 Korporasiyası” ASC-dən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin artırılması barədə ərizə verərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov Qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə, ev 1, 16 saylı mənzilin dəyəri olaraq “X4 Korporasiyası” ASC-yə 28000 manat nəğd olaraq tərəfindən ödənmiş, 30000 manat mənzillərin təmirinə xərclənmiş pul, əlavə olaraq "xxxx" ASC-dən 74833.95 manat 30.01.2012-ci il tarixli, № AK-108084 saylı kredit müqaviləsi əsasında onun adına rəsmiləşdirilmiş və evin dəyəri kimi “X4 Korporasiyası” ASC-nin hesabına köçürülmüş, cəmi 132.833,95 manat pulun, 10000 manat mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 məhəllə, ev 1, 16 saylı mənzilin alqı-satqı müqaviləsində 114.9 kv.m metr kimi qeyd olunmuş yaşayış sahəsi, faktiki olaraq 88 kv.m ölçüdə olduğundan 3 il müddətində 28 kv.m olmayan yaşayış sahəsinin hər bir kv.m üçün hər ay 825 manat olmaqla ödədiyi artıq pul məbləği hesablanmaqla “X4 Korporasiyası” ASC-dən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09.12.2015-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, “X4 Korporasiyası” ASC ilə cavabdeh İddiaçı arasında bağlanılmış 30.01.2012-ci il tarixli, 15192 nömrəli mənzilin alqısatqı müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 məhəllədə inşa etdiyi bina 1, blok 1, 3 otaqdan ibarət, ümumi sahəsi 114,9 kv. metr olan 13 saylı (yeni nömrə 16) mənzilin boşaldılması və "X4 Korporasiyası” ASC-yə təhvil verilməsi, cavabdeh İddiaçı ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “X4 Korporasiyası” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.07.2016-cı il tarixli qətnaməsi ilə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 16.03.2017-ci il tarixli iş 2(102)-507/2017 saylı qərarı əsasında qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla da o, faktiki sahibi olduğu, uzun müddət ailəsi ilə yaşadığı mənzilindən məhrum olmuş, həmin mənzildə 30000 manat xərclənməklə əsaslı təmir-tikinti işləri aparmaqla həmin mənzildə ailəsi ilə birlikdə gələcəkdə yaşamaqda davam etmək arzusunun olmasına, mənzilin dəyərini, adına kredit almaqla birlikdə artıqlaması ilə ödəməyinə baxmayaraq evi əlindən alındı və ona çox ciddi maddi və mənəvi zərbə vurulmuşdur. Hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır ki, ödədiyi pulların geri alınması, ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsinin məhkəmə qaydasında təmin olunsun. Qeyd olunan mənzil üçün 28000 manat nəğd olaraq tərəfindən, əlavə olaraq “Texnika Bank“ ASC-dən 74833.95 manat 30.01.2012-ci il tarixli, № AK-108084 saylı kredit müqaviləsi əsasında adına rəsmiləşdirilmiş və evin dəyəri kimi “X4 Korporasiyası’’ ASC-nin hesabına köçürülmüş nəğd pulla, cəmi 102833.95 manat ödəniş edilmişdir. Bundan başqa mənzilin təmirinə 30000 manat xərclənmişdir. Həmçinin “X4 Korporasiyası” ASC onlara həmin problemi süni şəkildə yaradıb evi əlindən almağa iddialı olduqları vaxtdan, eləcə də uzun müddət məhkəmələrə cəlb etdiyindən və yeganə yaşayış yeri əlindən çıxdığından, o, və ailə üzvləri də çox ciddi mənəvi-psixolooji sarsıntı keçirmişlər. Hətta bir neçə dəfə buna görə intihar etmək istəmişdir. Lakin sonra hər halda bu problemin qanuni yollarının olmasını düşündüyündən və aldığı məsləhətlərdən sonra bu fikrindən daşınmışdır. Ona görə də, vurulmuş mənəvi zərərin məbləğinin ən azından 10000 manat civarında qiymətləndirir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; “X4 Korporasiyası” ASC ilə İddiaçı arasında bağlanmış 30.01.2012-ci il tarixli, 15192 saylı müqavilənin surətindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən satıcı “X4 Korporasiyası” ASC Bakı şəhəri, Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanova qəsəbəsi, Y.Əliyev küçəsində inşa etdiyi 1 saylı binanın, 1 blok, 13 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 114.9 kv.m olan mənzili alıcı İddiaçı satmağı, alıcı isə müqavilədə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.8-ci bəndinə əsasən alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında, ödənilmiş məbləğin ilkin ödəniş və 30%-nə bərabər olan hissəsi isə mənzilin yenidən satılması ilə əlaqədar cəkilən xərclərin və itkilərin əvəzi kimi satıcıda qalır. Satıcı ödənilmiş məbləğin qalıq hissəsini yalnız mənzil başqa şəxsə satıldıqdan sonra alıcıya qaytarır. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 30.01.2012-ci il tarixli kredit müqaviləsinin surətində qeyd olunmuş ki, kreditor müqavilənin şərtlərinə uyğun olaraq borcalan İddiaçı məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 74833.95 manat məbləğində 240 ay müddətinə kredit verir. Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsi müqavilədə göstərilmiş qaydada həyata keçirilir. Kredit borcalana Bakı şəhəri, Sabunçu rayonu ərazisində 2595 saylı məhəllədə Bakıxanova qəsəbəsi, Y.Əliyev küçəsində inşa etdiyi 1 saylı binanın, 1 blok, 13 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 114.9 kv.m olan mənzilin alınmasına verilir. AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. “X4 Korporasiyası” ASC-nin 24.11.2015-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı müqavilə üzrə 4000 manat ilkin ödəniş, 824,82 manat aylıq ödəniş məbləğini Akkordun kassasına, hesablanmış faizi ilə birgə 8810 manat "xxxx" ASC-yə ödəmişdir. İddiaçı tərəfindən cəmi 13634,82 manat məbləğində ödəniş edilmişdir. Alıcı 24.06.2013-cü il tarixdən ödəniş aparmamışdır. "xxxx" ASC-nin “X5” ünvanladığı 24.06.2013-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı adına kredit məbləğini “Akkord” şirkətlər qrupu tərəfindən 74227,34 manat əsas və 4741,97 manat faiz borcu tam ödənilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 10.02.2021-ci il tarixli, 10/3711 nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunan Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov Qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə ev 1-də yerləşən 16 saylı mənzilin faktiki olaraq 86,0 kv.m sahəsinin olduğu müəyyən edilmişdir. Qeyd edilən mənzildə təmir edildiyi dövrdə və hazırda tikinti materiallarının və haqqının dəyəri əsas götürülməklə mənzilin təmirinə sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 26123 manat olduğu müəyyən edilmişdir. Qeyd edilən mənzilin təmirinə 5% aşınma dərəcəsi tədbiq edilərək təmirə sərf olunmuş vəsaitin dəyəri 24816,85 manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-507/2017 saylı, 16.03.2017-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3926/2016 saylı, 08.07.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 19.10.2021-ci il tarixli, 10/2751 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov Qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə ev 1-də yerləşən 16 saylı mənzilin təmirinə 2012-ci ildəki bazar qiymətlərinə uyğun olaraq dəyəri 19257 manat olduğu müəyyən edilmişdir. Tədqiq olunan ünvanda aparılmış təmir bərpa işlərinə çəkilmiş xərclərə aşınma əmsalı tədbiq olunmaqla dəyərini müəyyən olunmasına dair metodika olmadığı üçün, qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı “X4 Korporasiyası” ASC tərəfindən inşa edilən Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov Qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə ev 1-də yerləşən 16 saylı mənzilin alınması üçün "xxxx" ASC-dən kredit götürmüş və qeyd olunan mənzil kreditin təmini üsulu kimi banka girov qoyulmuşdur. Lakin iddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyi lazımi dərəcədə icra etmədiyindən, “X4 Korporasiyası” ASC-nin iddiası əsasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09.12.2015-ci il tarixli qətnaməsi ilə qeyd olunan mənzilin boşaldılaraq “X4 Korporasiyası” ASC-yə təhvil verilməsi qətnamə edilmişdir. Hazırda İddiaçı mənzildə təmir işləri üçün çəkdiyi xərcin əvəzini, həmçinin tərəfindən mənzil üçün ödənilmiş vəsaiti geri qaytarılmasını tələb edir. Məhkəmə iş üzrə gəldiyi nəticənin aşağıdakılarla əsaslandırılmasını məqbul hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarına əsaslanaraq məhkəmə iddianın mənzilin təmirinə çəkilmiş xərcin əvəzi tələbi hissəsində qeyd edir ki, iddia həmin hissədə qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov Qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə ev 1-də yerləşən 16 saylı mənzilə dair “X4 Korporasiyası” ASC və "xxxx" ASC ilə müqavilələr bağlayaraq, mənzilə köçmüş, ailəsi ilə birgə yaşamış və onun həmin mənzilə sahiblik hüququ yaranmışdır. Vicdanlı sahib olmuş və yaşadığı dövr mənzilin təmiri üçün xərc çəkmişdir. Qanunvericiliyin müddəalarından da aydın olur ki, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. İddiaçı ərizəsində həmin məsrəflərin 30000 manat olduğunu qeyd etsə də, lakin Məhkəmə Ekspertiza Mərkəzinin 19.10.2021-ci il tarixli, 10/2751 nömrəli ekspert rəyində mənzilin təmirinə 2012-ci ildəki bazar qiymətlərinə uyğun olaraq dəyəri 19257 manat olduğu müəyyən edilməsi qeyd edilmişdir. Odur ki, mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 19257 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın iddiaçı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov Qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə, ev 1, 16 saylı mənzilin dəyəri olaraq “X4 Korporasiyası” ASC-yə 28000 manat ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair hissəsində qeyd edir ki, iddia həmin hissədə qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, “X4 Korporasiyası” ASC-nin 24.11.2015-ci il tarixli arayışın surətində İddiaçı müqavilə üzrə 4000 manat ilkin ödəniş, 824,82 manat aylıq ödəniş məbləğini Akkordun kassasına, hesablanmış faizi ilə birgə 8810 manat "xxxx" ASC-yə ödəniş etdiyi, ümumilikdə İddiaçı tərəfindən cəmi 13634,82 manat məbləğində ödəniş olunduğu qeyd edilmişdir. İddiaçı ərizəsində göstərdiyi 28000 manat məbləğin ödənilməsinə dair sübut təqdim etməmişdir. Həmçinin tərəflər arasında bağlanmış 30.01.2012-ci il tarixli, 15192 saylı müqavilənin 5.8-ci bəndinə əsasən alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında, ödənilmiş məbləğin ilkin ödəniş və 30%-nə bərabər olan hissəsi isə mənzilin yenidən satılması ilə əlaqədar cəkilən xərclərin və itkilərin əvəzi kimi satıcıda qalması qeyd edilmişdir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 13634,82 manat (arayışla sübuta yetirilmiş) məbləğdən, tərəflər arasında bağlanmış müqavilənin 5.8-ci bəndində göstərilmiş hesablama aparmaqla belə nəticəyə gəlinir ki, 13634,82 manat - 4000 manat ilkin ödəniş – 4090,50 manat (13634,82 manatın 30 faizi) = 5544,32 manat məbləğində vəsait iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddianın "xxxx" ASC-dən 74833.95 manat 30.01.2012-ci il tarixli, № AK- 108084 saylı kredit müqaviləsi əsasında iddiaçının adına rəsmiləşdirilmiş və evin dəyəri kimi “X4 Korporasiyası” ASC-nin hesabına köçürülmüş məbləğind iddiaçının xeyrinə tutulması hissəsində qeyd edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iddiaçı ərizəsində qeyd etdiyi ki, həmin məbləğ "xxxx" ASC tərəfindən “X4 Korporasiyası” ASC-nin hesabına iddia predmeti olan mənzilin dəyəri kimi köçürülmüşdür. Həmin məbləğ iddiaçı tərəfindən "xxxx" ASC-yə ödənilməmiş, iddiaçının vəsaiti olmamışdır. Odur ki, iddiaçının qeyd olunan məbləği tələb etməyə subyektiv hüququ yoxdur. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçı tərəf mənəvi zərəri tələb etməsinə əsas olan və onu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddianın Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 məhəllə, ev 1, 16 saylı mənzilin alqı-satqı müqaviləsində 114.9 kv.m metr kimi qeyd olunmuş yaşayış sahəsi, faktiki olaraq 88 kv.m ölçüdə olduğundan 3 il müddətində 28 kv.m olmayan yaşayış sahəsinin hər bir kv.m üçün hər ay 825 manat olmaqla ödədiyi artıq pul məbləği hesablanmaqla iddiaçıya qaytarılması hissəsində qeyd edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı “X3 Korporasiya” ASC ilə arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhədliyi tam icra etməmiş, bu səbəbdən aralarında bağlanmış müqavilə məhkəmə qətnaməsi əsasında ləğv edilmişdir. Qeyd olunan mənzilin dəyərini tam ödəməmişdir. Mənzilin dəyərini tam ödədiyi halda və müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etdikdə, digər tərəfin müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi dərəcədə icra etmədiyini ehtiva edərək, qeyd olunan halı və ya müqaviləni mübahisələndirmək hüququna malik olardı. Lakin iş materiallarından görünür ki, iddiaçı üzərinə düşən öhdəliyi icra etmədiyindən, cavabdehlə aralarında bağlanan müqavilə ləğv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçının iddia tələbinin qismən təmin edildiyindən, iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 5,60 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri, iddia qismən təmin edildiyindən tərəflər arasında bərabər bölünməsi, məhkəmə daha məqsədəmüvafiq hesab etmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin olunmalı, cavabdeh X3 Korporasiya” ASC-dən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov Qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə, ev 1, 16 saylı mənzil üçün “X4 Korporasiyası” ASC-yə iddiaçı tərəfindən ödənilmiş vəsaitdən 5544,32 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov Qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə, ev 1, 16 saylı mənzilin təmirinə xərclənmiş pulun əvəzi 19257 manat olmaqla, ümumilikdə 24801,32 manat və 5,60 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat, 100 manat məbləğində İddiaçı, 100 manat məbləğində cavabdeh X3 Korporasiya” ASC-dən tutularaq (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X3 Korporasiya” ASC-dən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov Qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə, ev 1, 16 saylı mənzil üçün “X4 Korporasiyası” ASC-yə İddiaçı tərəfindən ödənilmiş vəsaitdən 5544,32 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov Qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllə, ev 1, 16 saylı mənzilin təmirinə xərclənmiş pulun əvəzi 19257 manat olmaqla, ümumilikdə 24801,32 (iyirmi dörd min səkkiz yüz bir manat 32 qəpik) manat və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 5,60 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat, 100 (yüz) manat məbləğində İddiaçı, 100 (yüz) manat məbləğində cavabdeh X3 Korporasiya” ASC-dən tutularaq (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-70/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-70/2021
02.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver