Məhkəmə qərarları › İş №2(005)-700/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-700/2023

28.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-700/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh himayəsində olan azyaşlı qızı X1, mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Abbasqulu ağa ünvan 1 ünvana olan yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən 218.70 kv/m mənzil onun mülkiyyətindədir. Həmin mənzili qardaşı X6 alqı-satqı ilə alaraq mülkiyyətinə keçirmişdir. Alqı-satqı zamanı qardaşı Naiqin gəlini Cavabdeh, nəvələri azyaşlı X10 və digər qız nəvəsi cavabdehin qızı X4 olmuşdur. Cavabdehin razılığı ilə mənzil lizinqə qoyulmuş, tərəfindən lizinq müqaviləsi ilə alınmış, lizinq müqaviləsi ilə öhdəliklərini tam yerinə yetidirdikdən sonra tam mülkiyyət hüququ ilə xx.xx.2022-ci il tarixdə adına qeydiyyatdan keçirilmişdir. Cavabdeh və uşaqları Fransa Respublikasında daimi yaşamaq hüququ əldə edərək, yaşamaqdadırlar. Lakin adları qeydiyyatda olduğundan sənədləşdirmə işləri zamanı maneə törədir. Halbuki, cavabdeh uzun illərdir ki, qardaşı X5 Məmmədhəsənovla nikaha xitam verərək cehizlərini və şəxsi əşyalarını həmin mənzildən çıxarmışdır. Cavabdehlə hər hansı qohumluq münasibəti qalmamışdır. Nərimanov Rayon Məhkəməsinə istifadə hüququna xitam verilməsi iddiası ilə müraciət etdikdən sonra məhkəmənin xx.xx.2022-ci il tarixli 2(005)-2361/2022 saylı qətnaməsi ilə Cavabdeh və azyaşlı oğlu X7 mənzildən istifadə hüququna xitam verilsə də, cavabdehin himayəsində olan digər azyaşlı qızı X1 istifadə hüququna xitam verilməmişdir. Bu səbəbdən xx.xx.2010-cu il təvəllüdlü X1 mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllədə istifadədə olan 0,182 ha torpaq sahəsində yerləşən 62 nömrəli, 17 mərtəbəli binanın “A” girişində, 9-cu mərtəbəsində, yerləşən mənzil tam mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 588 nömrəli reyestr kitabının 54063 nömrəli vərəqində qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarışın surətinə əsasən ünvan 3 ünvanda yerləşən tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2009/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə X9 arasında Ağdaş Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə bağlanmış nikahın pozulması qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2361/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh və himayəsində olan azyaşlı oğlu X7 Bakı şəhəri, Nərimanov rayonu, Abbasqulu Ağa ünvan 4 ünvanında olan istifadə hüquqları itirilmiş hesab edilmişdir. 03 fevral 2022-ci il tarixli lizinq müqaviləsinə əsasən, xx.xx.2016-cı il tarixli D035 saylı X18 Müqaviləsinə əsasən, tərəflər öhdəliklərini tam icra etdiyinə görə ünvan 2 ünvanında olan yaşayış sahəsi üzrə mülkiyyət hüququ İddiaçı keçmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. X12 həmin mənzili xx.xx.2016-cı il tarixli D035 saylı X18 Müqaviləsinə əsasən İddiaçı satmışdır. Həmin vaxt hazırki mülki iş üzrə Cavabdeh və onun övladları X10 və X4 bu mənzildə pasport qeydiyyatında olmuşdur. Hazırda Cavabdeh və X4 ünvan 2 ünvanda yerləşən mənzilində yaşamırlar, lakin pasport qeydiyyatında olmaqda davam edirlər. Onların həmin mənzildə pasport qeydiyyatında olması formal xarakter daşıyır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2361/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh və himayəsində olan azyaşlı oğlu X7 Bakı şəhəri, Nərimanov rayonu, Abbasqulu Ağa ünvan 4 ünvanında olan istifadə hüquqlarına xitam verilmiş lakin X4 qeydiyyatda olmaqda davam etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurətilə qarşılaşmışdır. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir, lakin bu məbləği cavabdehdən tələb etmir. Məhkəmə hesab edir ki, daxili müqaviləsinə əsasən keçmiş mülkiyyətçi tərəfindən iddiaçıya üçüncü şəxslərin hüquqlarından azad evin verilməsi öhdəliyi götürüldüyündən və öhdəlik mübahisə doğurmadığından, mənzilin lizinq müqaviləsində istifadə hüququnun itirilməsi ilə bağlı tərəflər arasında hər hansı qeyd-şərt nəzərdə tutulmadığından, X12 mülkiyyətində olan əmlakdan imtina etməklə həmin əmlakı iddiaçının mülkiyyətinə verdiyindən, bundan sonra mülkiyyətçi (iddiaçı) ilə cavabdeh arasında istifadə hüququnun tanınmasına dair notarial qaydada təsdiqlənmiş razılaşma olmadığından, onların istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, Cavabdeh və X4 mübahisəli mənzildən istifadə hüquqları itirilməlidir. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli Cavabdeh himayəsində olan X1 ünvan 2 ünvanda yerləşən mənzilindən istifadə hüquqları itirilməli, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh himayəsində olan X1 ünvan 2 ünvanda yerləşən mənzilindən istifadə hüquqları itirilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar