Məhkəmə qərarları › İş №2(005)-718/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-718/2021

17.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-718/2021 17.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı fəaliyyətin dayandırılmasının qanunsuz hesab edilərək, Cəmiyyətə üzvlüyə bərpa edilməsi, fəaliyyətin dayandırılması anınadək həyata keçirdiyi satışların dövriyyəsinə görə ödənilməmiş mükafat məbləğinin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən sərbəst distribütorluq fəaliyyətinin dayandırılmasının qanunsuz hesab edilərək Cəmiyyətə üzvlüyə bərpa edilməyi, fəaliyyətinin dayandırılması anınadək həyata keçirdiyi satışların dövriyyəsinə görə ödənilməmiş mükafat məbləğinin hesablanaraq verilməsi, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cu ildən cavabdeh “X3 Azərbaycan“ Məhdud Məsuliyyətli Cəmiyyətində (bundan sonra “Cavabdeh“ və ya “Cəmiyyət“) sərbəst distribütor (X5 - FBO) kimi fəaliyyət göstərir. Həmin vaxtdan bu günədək əməkdaşlığa sadiq qalmış, bütün vəzifə və öhdəliklərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmişdir. Cavabdeh sərbəst distribütorlara bioloji fəallığa malik qida əlavələri və kosmetik məhsuların satışını həyata keçirir, həmin şirkətə üzv olan sərbəst distribütorlar isə şirkətdən məhsul alır və insanların bu məhsulların alışına cəlb edilməsi ilə məşğul olur. Şirkətlə distribütorlar arasındakı işgüzar münasibətlər isə müqavilə və Şirkətin Siyasəti və X4 (bundan sonra “Qaydalar”) ilə tənzimlənir. Uzunsürən əməkdaşlığa və qarşılıqlı etimada əsaslanan münasibətlərə baxmayaraq, cavabdeh heç bir əsası olmayan şikayətləri rəhbər tutaraq iddiaçını Cəmiyyətdəki fəaliyyətindən kənarlaşdırmağa yönəlik addımlar atmışdır. Bu tədbirlərin görülməsinin əsası kimi isə iddiaçı tərəfindən Qaydaların 10-cu maddəsinin müvafiq bəndlərinin pozulması - “NetWork Marketing” Şikrəti ilə əməkdaşlıq çərçivəsində həmin şirkətin məhsullarının reklam edilməsi və satışının həyata keçirilməsi göstərilmişdir. Qeyd olunan səbəbə görə hal-hazırda iddiaçıya qarşı şirkət daxilində gizlincə araşdırma aparılmaqdadır, açılmış bank hesabı üzərində hər hansı əməliyyatların aparılması belə qanunsuz dayandırılmış, fəaliyyətinin dayandırıldığı vaxtadək həyata keçirdiyi satışların dövriyyəsinə görə verilməli əlavə haqlar ödənilməmişdir. Cəmiyyətin irəli sürdüyü ittihamlar tamamilə saxta və həqiqətdən uzaqdır. Qeyd olunan halların sübut edilməsi vəzifəsi cavabdehin üzərinə düşür. Faktiki olaraq bununla bağlı qarşı tərəf hər hansı sübut təqdim edə bilmir. Hətta cavabdehin yol verdiyi bu qeyri-hüquqi əməllərin kökündə dayanan əsaslar barədə məlumatların və ya təsdiqedici sənədlərin əldə edilməsi məqsədi ilə 06 oktyabr 2020-ci il tarixli sorğu ilə Cəmiyyətə müraciət etmişdir. Həmin sorğuya cavab məktubunda isə qeyd olunan məlumatların yalnız məhkəmə qaydasında əldə edilməsinin mümkünlüyü bildirilmişdir. Dəfələrlə müraciətinə baxmayaraq sübutedici qüvvəyə malik hər hansı sənədin təqdim edilməməsi faktının mövcudluğu iddiaçının iddia tələbinin əsaslı olması qənaətinə gəlməsinə kifayət edir. Sonradan İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilələrdən əmələ gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarının təhlilindən göründüyü kimi, müqavilənin vaxtından əvvəl ləğv edilməsi üçün əsasların ya tərəflərin razılaşması ilə, ya da tərəflərdən birinin təşəbbüsü ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Mülki Məcəllə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilməsinin göstərildiyini, müqavilənin ləğv qaydasının isə yenə Mülki Məcəllədə öz əksini tapdığını bildirmişdir. İddiaçı qeyd etmişdir ki, qanunvericilik başqa qaydada müqavilənin ləğvini, yəni müqavilənin birtərəfli qaydada məhkəməyə müraciət etmədən tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilməi qaydasını müəyyən etməmişdir. Cavabdeh müqaviləyə birtərəfli qaydada xitam verilməsini əsaslandırmağa çalışarkən iddiaçının ona zərər vurmağı, müqavilə bağlanarkən ümid etməyə haqqı çatılanlardan xeyli dərəcədə məhrum olmasını sübuta yetirməmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək, tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh “X3 Azərbaycan“ Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 02 iyun 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında çıxış edərək, iddianı qəbul etmədi və əlavə olaraq bildirdi ki, şirkət qaydalarına görə şikayət daxil olduğu ay barəsində şikayət edilən distributor şikayətin əsassız olduğunu sübuta yetirə bilmədikdə ona həmin ay üçün ödəniş edilmir, yalnız şikayətin əsassız olduğu sübuta yetirilən halda ödəniş edilir. Cavabdehə 14 iyul 2021-ci il tarixli məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq,məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. X1 02 iyun 2021-ci il tarixli məhkəmə iclasında şahid qismində ifadə verərək bildirmişdir ki, o, İddiaçı uzun müddətdir tanıyır və onun vasitəsi ilə Cavabdehnın məhsulları ilə tanış olmuşdur. Şirkətin məhsulu ilə bağlı həmişə İddiaçı məsləhət almışdır. İddiaçı “Forever” və ya “Faford” məhsulları almadığını, məhsulları “Anion” firmasından aldığını bildirmişdir. Mülki işin materiallarında olan iş materiallarında olan 08 dekabr 2014-cü il tarixli “Şirkət Siyasəti və X4na zidd fəaliyyət” barədə məktubdan görünür ki, Şirkət qaydalarının 9-cu maddəsinə görə təkrar sponsorluq müddəti 24 aydır və bu müddət ərzində distributor heç bir FLP fəaliyyəti ilə məşğul olmamalıdır. İddiaçı sponsor dəyişmək niyyəti olarsa bu, 2016-cı ilin dekabr ayında mümkün olacaqdır. İş materiallarında olan “Şirkətin siyasəti və X4” Kodeksinin 10-cu bəndindən görünür ki, başqa başqa bir çoxpilləli marketinq planlı şirkət vasitəsi ilə hər hansı bir növdən olan başqa məhsullar satmaqla FL-in bir FBO-su olduğunu bildiyi bir şəxsə təhrikedici fəaliyyət etmək, digər ixtisaslaşmış FBO-ların, onların qruplarının və ya FL-ın zərərinə ola biləcək və xərcə səbəb ola biləcək bir iş qurmaq və ya cəhd etmək; FBO-lar tərəfindən şirkətin siyasəti və X4na əsasən qəbul olunmaz hesab edilən pozuntulara səbəb olan hərəkətlərə və ya etinasızlığıa yol vermək şirkət tərəfindən fəaliyyətin dayandırılması üçün əsas ola bilər. İş materiallarında olan Cavabdehnə İsmayılova Arzu, İsmayılova Ziba, Ağayeva Röya tərəfindən ünvanlanmış 10.10.2018-ci il tarixli ərizədən görünür ki, ərizəçilər İddiaçı digər network marketing fəaliyyəti göstərən şəbəkə ilə əlaqəli fəaliyyətdə olduğunu və öz “Whatsapp” hesabında həmin şəbəkələr barədə məlumatlar paylaşaraq onları tanıtmağa çalışdığını bildirmişlər. İş materiallarında olan 26 dekabr 2018-ci il tarixli “Şirkət Siyasəti və X4na zidd fəaliyyət” barədə məktubdan görünür ki, İddiaçı başqa bir network marketing fəaliyyəti göstərən şəbəkə ilə əlaqəli fəaliyyəti barədə yazılı şikayətlər və təsdiqedici materiallar gəlmişdir. Şirkət qaydalarının 10-cu maddəsinə əsasən, bu kimi fəaliyyətlər yolverilməzdir. 3 gün ərzində İddiaçı tərəfindən Cavabdehnə yazılı cavab verilmədiyi təqdirdə İddiaçı fəaliyyətinə son qoyulacaq. İş materiallarında olan Cavabdehnə X1 tərəfindən ünvanlanmış 17 mart 2020-ci il tarixli ərizədən görünür ki, o İddiaçı uzun müddətdir tanıyır və onun vasitəsi ilə Cavabdehnın məhsulları ilə tanış olmuşdur. Lakin sonradan müəyyən bir məhsul barəsində İddiaçı məlumat almağa salışdıqda o, belə bir məhsulun satışda olmadığını bildirmişdir. Ərizəçi bildirir ki, sonradan İddiaçı yaşadığı ünvanda həmin məhsulları özü görmüşdür. 24 mart 2020-ci il tarixli “Şirkət Siyasəti və X4na zidd fəaliyyət” barədə məktubdan görünür ki, İddiaçı başqa bir network marketing fəaliyyəti göstərən şəbəkə ilə əlaqəli fəaliyyəti barədə yenidən yazılı şikayətlər və təsdiqedici materiallar gəlmişdir. Şirkət qaydalarının 10-cu maddəsinə əsasən, bu kimi fəaliyyətlər yolverilməzdir. 2 ay ərzində verilən çikayətlərin həqiqətə uyğun olmaması İddiaçı tərəfindən sübut olunmasa müvafiq qərar qəbul ediləcək. İş materiallarında olan İddiaçı tərəfindən müxtəlif vaxtlarda Cavabdehnə ünvanlanmış ərizələrdən görünür ki, İddiaçı digər heç bir network marketing fəaliyyəti göstərən şəbəkə ilə əlaqəli fəaliyyətdə olmadığını, onun barəsində daxil olan şikayət və ərizələrin əsassız olduğunu bildirmişdir. İş materiallarinda olan Cavabdeh distribyutor qeydiyyat formasından və distribyutorlar üçün qaydalardan görünür ki, iddiaçı cavabdeh şirkətin distribyutoru olmuş və göstərilən qaydaları dərk edərək qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 389.1 -ci maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 421.1 -ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və va ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iş materiallarından göründüyü kimi, İddiaçı Cavabdehnə işə qəbul olunarkən “Şirkətin siyasəti və X4” kodeksi ilə tanış olmuş və şirkətin siyasəti və X4nı dərk edərək və qəbul edərək distributor formasını doldurmuş və Cavabdehnə rəsmi qaydada işə qəbul edilmişdir. Məhkəmə baxışı zamanı sübutlar tədqiq edilərkən iş materiallarına əlavə edilmiş, İddiaçı digər şirkətlərlə rəsmi işgüzar fəaliyyətdə olduğunu sübut edən heç bir material aşkar edilmədi. Cavabdeh İddiaçı başqa bir çoxpilləli marketinq planlı şirkət vasitəsi ilə hər hansı bir növdən olan başqa məhsullar satmaqla FLin bir FBO-su olduğunu bildiyi bir şəxsə təhrikedici fəaliyyət etdiyini, digər ixtisaslaşmış FBO-ların, onların qruplarının və ya FL-ın zərərinə ola biləcək və xərcə səbəb ola biləcək bir iş qurduğunu və ya buna cəhd etdiyini təsdiq edən heç bir sübut təqdim edə bilmədi. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, iddiaçının səbəst distribütorluq fəaliyyətin dayandırılması qanunsuz hesab edilməli, onun, cavabdeh şirkətdə üzvlüyü bərpa edilməli və ona satışların dövriyyəsinə görə ödənilməmiş mükafat məbləğinin ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı səbəst distribütorluq fəaliyyətin dayandırılması qanunsuz hesab edilsin. İddiaçı Cavabdehnə üzvlüyə bərpa edilsin. İddiaçı fəaliyyətinin dayandırılması anınadək həyata keçirdiyi satışların dövriyyəsinə görə ödənilməmiş mükafat məbləğinin ödənilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdə İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar