Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-75/2022 18.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “21 iyun 2019-cu il tarixli **********50-10301 reyester nömrəli çıxarışın iddiaçıya məxsus torpaq sahəsinə aid hissədə ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “21 iyun 2019-cu il tarixli **********50-10301 reyester nömrəli çıxarışın iddiaçıya məxsus torpaq sahəsinə aid hissədə ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 adına verilmiş mülkiyyət hüququna dair 21 iyun 2019-cu il tarixli **********50- 10301 reyester nömrəli çıxarışın iddiaçıya məxsus torpaq sahəsinə aid hissədə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçı tərəfindən öz yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə 1964-cü il tarixdə inşa edilmiş və həmin tarixdən iddiaçı qeyd edilən ünvanda özünə məxsus olan evdə yaşamağa başlamışdır. Daha sonra iddiaçının atası dünyasını dəyişdikdən sonra anası və kiçik qardaşı hazırki iş üzrə Cavabdeh2 yaşaması üçün Bakı şəhərinə gətirmiş və 1966-cı ildə anası və kiçik qardaşı iddiaçı ilə birlikdə yaşamağa başlamışlar. İddiaçı ona məxsus olan tərdi yaşayış evinin ilkin sənədləşdirilməsinə 197l-ci il tarixdə başlamış və həmin tarixdə evlər idarəsi üzrə texniki inventarizasiyanın kartoçkası tərtib edilərək fərdi yaşayış evinə dair müfəssəl qeydiyyat işləri aparılmışdır. İddiaçı evdə olan sıxlığı nəzərə alaraq 1975-ci il tarixdə öziinə məxsus olan həyətdə öz anası üçün fərdi yaşayış otağı inşa edərək anasını kiçik qardaşı ilə bu otağa köçürmüşdür. Bundan sonra mülki iş üzrə cavabdeh (iddiaçının kiçik qardaşı) öz mənzil şəraitini yaxşılaşdırmaq üçün iddiaçıya məxsus torpaq sahəsinə bitişik torpaq sahəsini İddiaçının köməkliyi ilə əldə etmiş və burada özünə fərdi yaşayış evi inşa etmişdir. Fərdi yaşayış evi yaşayışa hazır olduqdan sonra cavabdeh Öz ailə üzvləri ilə özünə məxsus olan evə köçmüş və iddiaçıya məxsus həyətdə inşa edilən otaq boş qalmışdır. Onu da qeyd etmək istərdik ki, 2019-cu il tarixdə iddiaçı Bakı şəhərində mənzillərin və fərdi yaşayış evlərinin kütləvi sənədləşdirilməsi zamanı özünə məxsus olan evə mülkiyyət hüquqlarının dair dövlət reyestrində qeydə alınması və çıxarış verilməsi üçün müraciət etmək qərarına gəlmişdir. Bunun üçün ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət elmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi vanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən 13.12.2019-cu il tarixli **********69 saylı məktubla iddiaçıya məxsus fərdi yaşayış evinə dair 197l-ci il tarixdə tərtib olunan texniki pasportun təsdiq edilmiş surəti iddiaçıya təqdim edilmişdir. Daha sonra iddiaçı 2020-ci ilin yanvar ayında mülkiyyət hüquqlarının qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün aidiyyəti üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi vanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Cavabdeh tərəfindən verilən 05 noyabr 2020-ci il tarixli **********37 saylı məktubunda qeyd edilmişdir ki, "qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinə digər şəxs tərəfindən istifadə edilməsi səbəbindən çöl ölçmə işlərinin aparılmasına idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bundan sonra həmin şəxs barədə araşdırma aparılan zaman iddiaçıya məlum olmuşdur ki, qeyd edilən torpaq sahəsinin qonşuluğunda olan Cavabdeh2 özünə məxsus olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə alan zaman iddiaçıya məxsus olan toraq sahəsinin bir hissəsini də öz adına rəsmiləşdirmiş və Cavabdeh2 adına 21.06.2019-cu il tarixdə **********50-10301 reyestr nömrəli çıxarış verilmişdir. Nəticədə iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası və mülki qanunvericiliyi ilə qorunan mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd edilən mülkiyyət hüquqlarına dair çıxarışın iddiaçının mülkiyyət hüquqlarını pozduğunu nəzərə alaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçl düşünür ki, məhkəmə hazırki iddia ərizəsini araşdıraraq iddiaçının pozulan hüquqlarını bərpa etmək üçün Cavabdeh2 adına olan çıxarışın ləğv edilməsinə dair qətnamə çıxaracaqdır. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddianı müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2, onun nümayəndəsi və vəkili X3 iddia ərizəsini qəbul etmədilər və rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib iddia ərizəsinin təmin edilməməsi qənaətinə gəlir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Reyestrdə 8İ-24 №-lə qeyd edilmiş, Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notariat ofisinin notariusu X4 tərəfindən təsdiq edilmiş 08.01.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin özəlləşməsinə etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir iddiası olmayacaqdır. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyasi və qiymətləndirilməsinə dair pasportdan görünür ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsini İddiaçı məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 31.01.2020-ci il tarixli, **********09 №-li bildirişdən görünür ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 08.01.2020-ci il tarixli ərizənizə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilir ki, göstərilən torpaq sahəsi digər fiziki şəxsin adına dövlət reyestrindən qeydiyyatdan keçmiş fərdi yaşayış evi və torpaq sahəsi ilə üstüstə düşür. Eyni zamanda təqdim edilmiş razılıq ərizəsi düzgün tərtib edilməmişdir. Bu səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün olmamışdır. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, sahəsi 177.4 kv.m olan ev 85a (Yeni qaydalarla: AZ 1138, Bakı şəhəri, Yasamal rayonu, Kamal Rəhimov küçəsi, ev 60) Cavabdeh2 adına 21.06.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2022-ci il tarixli 10/6340 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə dair 1971-ci ilin sentyabr ayında tərtib edilmiş texniki pasportda qeyd olunmuş ölçülərə və digər texniki parametrlərə əsasən torpaq sahəsinin və fərdi yaşayış evinin sərhədləri müəyyən edilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə baxış keçirilərkən torpaq sahəsinin şərq istiqamətində (yola tərəf 15 metr) eninin və şimal istiqamətdə uzunluğunun (25,25 metr) texniki pasporta uyğun olduğu, lakin qərb tərəfdən eninin və cənub tərəfdən uzunluğunun isə faktiki vəziyyətdə texniki pasportda qeyd oluran ölçülərdən az olduğu müəyyən olundu. Belə ki, iddiaçının adına 1971-ci il tarixdə tərtib olunmuş texniki pasportda qeyd olunmuş ölçülər faktiki vəziyyətdə mövcud olan mövcud olan ölçülər ilə müqayisə olunarkən texniki pasportda qeyd olunan torpaq sahəsinin cənub-qərb küncündə yerləşən 61 kv.m hissənin faktiki vəziyyətində cavabdehin istifadəsində olduğu müəyyən olunmuşdur. Qərardadın ikinci, üçüncü və dördüncü sualları üzrə: Cavabdeh2 ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair 21.06.2019-cu il tarixli, **********50 reyestr nömrəli texniki pasport sənədinə qeyd olunan ölçülərə və digər texniki göstəricilərə əsasən hüdudları müəyyən edilmişdir. Faktiki istifadədə olan fərdi yaşayış evinin, həyət tikililərinin və torpaq sahəsinin texniki parametrləri, konfiqurasiyası və tikililərin yerləşmə vəziyyəti həmin evə dair tərtib olunmuş 21.06.2019-ci il tarixli texniki pasport sənədinə uyğundur. Cavabdeh2 ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi hüdudları ona verilmiş hüquqların dövlət qeydiyyatı haqqında 377943 saylı, 21,06.2019-cu il tarixli, **********50 reyestr nömrəli çıxarışda və 21.06.2019-ci il tarixli texniki pasportda olan sahə ilə eynilik təşkil edir. Həmin çıxarışda nəzərdə tutulmuş sahədən hər hansı kənaraçıxmalar mövcud deyildir. Qərardadın beşinci sualı üzrə: Müqayisəli tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, mübahisə predmeti olan və 21.06.2019- ci il tarixli, **********50 reyestr nömrəli texniki pasportda qeyd olunmuş “A” literli yaşayış evinin yerləşdiyi 61 kv.m sahənin İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə dair 1971-ci ilin sentyabr ayında tərtib edilmiş texniki pasportda göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. Üst-üstə düşmə halı ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə dair 1971-ci ilin sentyabr ayında tərtib edilmiş texniki pasportda göstərilmiş torpaq sahəsinin cənub-qərb küncündə yerləşən hissəsində və həmin hissə faktiki olaraq cavabdehin istifadəsindədir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında dindirilmiş şahid X5 ifadəsində bildirdi ki, tərəflərin qardaşıdır. Mübahisəli evin torpaq sahəsi vaxtılə atası və anası tərəfindən alınmışdır. Daha sonra iddiaçı özünə həmin ərazidə 2 otaqlı mənzil tikmişdir. Evin ilkin texniki pasportunda mübahisə olunan sahə (cavabdehin istifadəsində olan) iddiaçı tərəfində göstərilmişdir. Bütün qardaşlar həmin evə pasport qeydiyyatına düşmüşlər. Ev özbaşına tikili olmuş, əvvələr çıxarışı olmamışdır. Mübahisə olunan sahə əvvəllər heç kimə məxsus olmamışdır. Kim istəsə oranı zəbt edə bilərdi. İddiaçıya məxsus evin yanında qardaşı Əliqardaş özünə 2 otaqlı mənzil tikdikdən sonra həmin sahəni də öz istifadəsinə keçirmişdir. Həmin evi Əliqardaş öz şəxsi vəsaiti hesabına tikilmişdir. Cavabdeh özünə məxsus evi tikərkən və istifadəsinə keçirərəkən heç bir qardaş buna etiraz etməmişdir. Məhkəmə iclasında cavabdeh tərəfin vəsatəti əsasında dindirilmiş şahid X8 ifadəsində bildirdi ki, tərəflərin qardaşıdır. Torpaq sahəsini vaxtilə onların valideynlər almışlar. Atası əvvəl 2 otaq tikmiş, daha sonra hazırkı iş üzrə cavabdeh Əliqardaş evləndikdən sonra həmin evin yanında öz şəxsi vəsaiti əsasında 2 otaqlı mənzil tikmişdir. Mübahisə olunan sahə də əvvəldən Əliqardaşın istifadəsində olmuş və heç bir qardaş buna etiraz etməmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir in-san təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar, şahid ifadələri ilə müəyyən olunmuşdur ki, cavabdehə məxsus 2 otaqlı mübahisəli ev onun öz vəsaiti ilə tikilmişdir. Evin tikildiyi ərazi əvvələr atasına məxsus olmuş, daha sonra Cavabdeh2 hazırda mübahisə edilən ərazidə ev tikdirmiş və həmin əraziyə çıxarış almışdır. Bunun əksi olaraq İddiaçı isə həmin torpaq sahəsinin və evin hüquq subyekti olmasına dair hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2022-ci il tarixli 10/6340 nömrəli ekspert rəyinin nəticə hissəsi ilə də müəyyən edilmişdir ki, Cavabdeh2 ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair 21.06.2019-cu il tarixli, **********50 reyestr nömrəli texniki pasport sənədinə qeyd olunan ölçülərə və digər texniki göstəricilərə əsasən hüdudları müəyyən edilmişdir. Faktiki istifadədə olan fərdi yaşayış evinin, həyət tikililərinin və torpaq sahəsinin texniki parametrləri, konfiqurasiyası və tikililərin yerləşmə vəziyyəti həmin evə dair tərtib olunmuş 21.06.2019-ci il tarixli texniki pasport sənədinə uyğundur. Cavabdeh2 ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi hüdudları ona verilmiş hüquqların dövlət qeydiyyatı haqqında 377943 saylı, 21,06.2019-cu il tarixli, **********50 reyestr nömrəli çıxarışda və 21.06.2019-cu il tarixli texniki pasportda olan sahə ilə eynilik təşkil edir. Həmin çıxarışda nəzərdə tutulmuş sahədən hər hansı kənaraçıxmalar mövcud deyildir. Göründüyü kimi Cavabdeh2 yalnız çıxarış aldığı ərazidə tikinti işləri aparmış və həmin tikiliyə dair çıxarış almışdır. Onun tərəfindən hərhansı bir qanunsuz tikinti işləri aparılmamışdır. Həmçinin məhkəmə iclasında ifadə vermiş tərəflərin qardaşları olan şahidlər X5 və X8 da ifadələrində torpaq sahəsinin vaxtilə ataları tərəfindən alındığını, sonradan cavabdeh olan qardaşları Cavabdeh2 həmin torpaq sahəsində özünə öz vəsaiti əsasında 2 otaqlı ev tikdiyini və həmin əraziyə çıxarış aldığını bildirmişlər. Eyni zamanda ifadələrində Cavabdeh2 tərəfindən hazırda iddiaçı tərəfindən mübahisələndirilən ərazidə tikinti işləri aparılarkən heç bir qardaşın buna etiraz etmədiyini təsdiqləmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “21 iyun 2019-cu il tarixli **********50-10301 reyester nömrəli çıxarışın iddiaçıya məxsus torpaq sahəsinə aid hissədə ləğv edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “21 iyun 2019-cu il tarixli **********50-10301 reyester nömrəli çıxarışın iddiaçıya məxsus torpaq sahəsinə aid hissədə ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-75/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-75/2022
18.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver