Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-752/2021 18.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 3435 (üç min dörd yüz otuz beş) manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” ASC iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də xx xxxxx 2018-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "BMW-520" markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx xxxxx 2018-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 tərəfindən idarə olunan "X10" markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Yasamal rayon Məhkəməsinin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili sərxoş halda idarə etmişdir. Zərərçəkənlərin avtomobillərinin zədələnməsi əlaqədar cəmi 3885 manat sığorta ödənişi verilmişdir. Həmin məbləğdən 450 manat Cavabdeh1 tərəfindən "xxxx" ASC-nin hesabına mədaxil edilmişdir. Zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə ödənilmiş sığorta ödənişinin məbləği cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. "BMW-520" markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsus olduğundan, avtomobil Cavabdeh1 tərəfindən edildiyindən, zərərin əvəzi onların hər ikisindən tutulmalıdır. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi Məmmədov Ceyhun oğlu iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin digər iclaslarında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək rədd olunmasını xahiş etmşdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, cavabdehlər heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə ərizəsini nəzərə alıb, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İcbari sığorta müqaviləsinə dair məlumatın təsdiq edilmiş surətinə əsasən “xxxx” ASC tərəfindən xx.xx.2018-ci il tarixli, PGU********** nömrəli müqavilə əsasında verilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta” şəhadətnaməsi üzrə "BMW-520" markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sahibinin mülki məsuliyyəti sığortalanmışdır. Sığorta məbləği əmlaka vurulan zərərə görə 5.000 manat, sığorta müqaviləsinin qüvvədə olma müddəti 1 il qeyd edilmişdir; Sifarişçi “xxxx” ASC tərəfindən xx.xx.2018-ci il tarixli müqaviləyə və xx.xx.2018-ci il tarixli akta əsasən "X10" markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin 15 adda ehtiyyat hissələrinin dəyərləndirilməsi nəticəsindəki yekun məbləğ 3885.00 manat olmuşdur; “xxxx” ASC-nin xx.xx.2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatının surətinə əsasən "X10" markalı, 99-XB-53 dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı zərər 3885,00 manat məbləğində müəyyən edilmişdir; xx.xx.2018-ci il tarixli sığorta aktının surətinə əsasən “xxxx” ASC ilə sığortalı Cavabdeh1 arasında bağlanan PGU********** saylı sığorta şəhadətnaməsi əsasında "BMW-520" markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil 55.000 manat məbləği həddində sığortalanmış, “xxxx” ASC-nin qiymətləndirmə aktına əsasən "X10" markalı, **- XB-*** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş zərər 3885,00 manat məbləğində müəyyən edilmiş, sığorta ödənişi 3885,00 manat təşkil edir; xx.xx.2018-ci il tarixli ödəniş tapşırığının surətinə əsasən “xxxx” ASC tərəfindən 3885,00 manat tərəfindən ödənilmişdir; Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 3(004)-628/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarın surətinə əsasən Cavabdeh1 Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 02 (iki il) müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır; Nəqliyyat vasitəsinin AC seriyalı 549778 nömrəli qeydiyyat şəhadətnaməsinin surətinə əsasən "X10" markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur; Nəqliyyat vasitəsinin AA seriyalı 758534 nömrəli qeydiyyat şəhadətnaməsinin surətinə əsasən "BMW-520" markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 məxsusdur; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı ““xxxx” Açıq Səhmdar Cəmiyyəti Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, PGU********** nömrəli müqavilə əsasında verilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta” şəhadətnaməsi üzrə "BMW-520" markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. Hazırkы X5 "X10" markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilinin mülkiyyətçisi, Cavabdeh2 isə "BMW-520" markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir. Yasamal rayon Məhkəməsinin qərarı ilə BMW-520" markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsaslarla idarə edən Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Nəqliyyat vasitəni idarə edərkən alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində X4 tərəfindən idarə olunan "X10" markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Avtomobilə vurulmuş maddi ziyanın məbləği 3885 manat təşkil edir. Bu səbəbdən avtomobilə dəymiş zərərə sığorta ödənişi iddiaçı tərəfindən zərərçəkənə ödənilmişdir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmiş və həmin məbləğ də cavabdehlərdən tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 898.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər; 898.4-cü maddəsinə əsasən şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvaiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; Göründüyü kimi, Cavabdeh1 etibarnamə əsasında (qanuni əsaslarla) idarə etdiyi, "BMW-520" markalı **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobilin X4 tərəfindən idarə olunan "X10" markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncu avtomobilə maddi zərər vurulması tamamilə sübuta yetirilmişdir. Belə ki, iş üzrə tədqiq olunan sübutlarla yanaşı qeyd olunan yol nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli olması və nəqliyyat vasitəsini idarə edərkən alkoqol sərxoşuluğu vəziyyətində olması təsdiq olunmuşdur. Buna görə də, Cavabdeh1 hadisə zamanı alkoqol sərxoşuluğu vəziyyətində olduğundan, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Bununla belə məhkəmə hesab edir ki, "BMW-520" markalı **-XX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən idarə edilərkən mülki hüquq pozuntusu (delikt) törətməsi və Cavabdeh1 nəqliyyat vasitəsini idarə edərkən alkoqol sərxoşuluğu vəziyyətində olması və bunun nəticəsində iddiaçı tərəfindən zərərçəkənə sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının Cavabdeh1 qarşı tələbi əsaslıdır və zərər məbləği ondan tutulmalıdır. Məhkəmə iddia tələbinin Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh2 hadisə baş verən günü mülkiyyətində olan nəqliyyat vasitəsini Cavabdeh1 etibarnamə əsasında, yəni qanuni əsaslarla idarə etmək üçün vermişdir. Bu səbəbdən məhkəmə iddia tələbini bu hissədə əsassız hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi Cavabdeh2 pulun tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, yolnəqliyyat hadisəsi nəticəsində "X10" markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulmuş zərərin əvəzi qismində Cavabdeh1 3435 (üç min dörd yüz otuz beş) manat pul, 30,40 manat məbləğində dövlət rüsumu «xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş zərərin əvəzi qismində Cavabdeh1 3435 (üç min dörd yüz otuz beş) manat sığorta ödənişi və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-752/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-752/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver