Məhkəmə qərarları › İş №2(005)-82/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-82/2022

03.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-82/2022 03.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qaşılıqlı iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1, İlk iddia üzrə cavabdeh, qaşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh4 qarşı (Bakı şəhəri 18 saylı Notariat Kontoru, X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “dövlət qeydiyyatının ləğv edilməsinə, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və alqı-satqı müqaviləsi əsasında bağ sahəsinin müikiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair ilk; iddiaçı Cavabdeh4 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “bağın istifadəyə verilməsinə dair müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh4 qarşı (Bakı şəhəri 18 saylı Notariat Kontoru mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “dövlət qeydiyyatının ləğv edilməsinə, alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə və alqı-satqı müqaviləsi əsasında bağ sahəsinin müikiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,2484 ha torpaq sahəsi olan keçmiş BTİ və İB ilə X14 arasında bağlanmış xx.xx.1991-ci il tarixli, 17407 saylı müqaviləyə əsasən 624/707 saylı bağ sahəsinə dair X5 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsinə, 624/707 saylı bağ sahəsinə dair X14 ilə Cavabdeh4 arasında Bakı şəhəri 18 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, qeyd olunan alqı-satqı müqaviləsi əsasında 624/707 saylı bağ sahəsinə dair Cavabdeh4 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla, yəni - X10 ilə keçmiş BTİ və İB arasında bağlanmış 16 aprel 2005-ci il tarixli, 34185 saylı Müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 hektar torpaq sahəsindən ibarət olan «707» saylı bağ sahəsi onun istifadəsinə verilmişdir. Qeyd edir ki, həmin bağ sahəsi şəhid ailəsinin üzvü kimi ona verilmişdir. Həmçinin onunla, yəni - İddiaçı1 ilə keçmiş BTİ və İB arasında bağlanmış 03 aprel 2005-ci il tarixli, 34190 saylı Müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 hektar torpaq sahəsindən ibarət olan «707 A» saylı bağ sahəsi onun istifadənə verilmişdir. Qeyd edir ki, həmin bağ sahəsi müharibə veteranı olduğu üçün ona verilmişdir. Qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən vəkil sorğusuna verilmiş xx.xx.2019-cu il tarixli məktublarda qeyd olunmuşdur ki, «707» və «707 A» saylı bağ sahələrinə dair bağlanmış müqavilələr İdarənin arxivində mövcuddur və həmin bağ sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bundan sonra həmin bağ sahələrinin özəlləşdirilməsi məqsədilə bağ sahələrinin koordinatlarının müəyyənləşdirilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdik və həmin müraciətə qeyd olunan İdarə tərəfindən verilmiş xx.xx.2020-cı il tarixli cavab məktublarında qeyd olunmuşdur ki, qeyd olunan bağ sahələri elektron kadastr məlumat bazasına əsasən digər fiziki şəxsin adına qeydiyyatdan keçdiyindən ərizəmizin icrası mümkün olmamışdır. Bundan sonra həmin bağ sahələrinin hansı əsasla və kimin adına qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsindən vəkil sorğusuna verilmiş xx.xx.2020-cu il tarixli məktublarda qeyd olunmuşdur ki, Ləhiş qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi olan ******* saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş BTİ və İB ilə X14 arasında xx.xx.1991-ci il tarixli, 17407 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən 624/707 saylı bağ sahəsi xx.xx.2015-ci il tarixdə X5 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra həmin bağ sahəsi xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 adına xx.xx.2015-ci il tarixdə dövlət reyestrində qeydə alınmış və hazırda mülkiyyətindədir. Qeyd edir ki, xx.xx.1991-ci il tarixli, 17407 saylı müqavilə sonradan tərtib edilmiş müqavilə olduğundan, ona məxsus «707» və «707 A» saylı bağ sahələrinin xx.xx.1991-ci il tarixli, 17407 saylı müqaviləyə əsasən 624/707 saylı bağ sahəsi kimi özəlləşdirilməsi tamamilə əsassız və qanunsuzdur. Belə ki, əvvəla onu qeyd edirik ki, Ləhiş ərazisində bağ sahələrinin 1991-ci ildə nömrələnməsi «624/707» kimi aparılmamışdır. Həmçinin Ləhiş ərazisində 624 saylı bağ sahəsi ilə 707 saylı bağ sahələri bir-birindən aralı yerləşməklə müxtəlif məsafələrdə yerləşirlər. Eləcədə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 6/333№-li Qərarına əsasən bağın torpaq sahəsinin ölçüsü 0,12 ha artıq olmamalıdır. Qeyd edirik ki, keçmiş BTİ və İB ilə X14 arasında bağlanmış xx.xx.1991 -ci il tarixli, 17407 saylı müqavilədə isə torpaq sahəsinin ölçüsü 0,25 ha göstərilmişdir. Sadalanan bu hallar bir daha onu təsdiq edir ki. xx.xx.1991-ci il tarxli, 17407 saylı müqavilə sonradan tərtib edilmiş və əsl müqavilə deyildir. Həmin əsl olmayan müqavilə əsasında da bizə məxsus «707» və «707 A» saylı bağ sahələri özəlləşdirilmiş və xx.xx.2015-ci il tarixdə X5 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin qeyd edirik ki, X14 29 oktyabr 2012-ci ildə vəfat etmiş və 4 saylı Bakı «ASAN Xiamət» Mərkəzində verilmiş xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən Cavabdeh2 və Cavabdeh3 X5 hüquqi varisləridirlər. Göründüyü kimi qeyd olunan bağ sahəsi X5 ölümündən üç il sonra onun adına özəlləşdirilmiş və X5 adından Cavabdeh4 satılmışdır. Qeyd olunan bağ sahəsi X5 ölümünən bir ay əvvəl X6 verilmiş 29 oktyabr 2012-ci il tarixli Etibarnamə əsasında xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 satılmışdır. Bununla bağlı qeyd edirəm ki, 29 oktyabr 2012-ci il tarixli Etibarnamənin məzmunundan görünür ki, mərhum X14 tərəfindən X6 verilmiş səlahiyyətlərdə xx.xx.1991-ci il tarixli, 17407 saylı müqaviləyə əsasən 624 saylı bağdan təyinatı üzrə istifadə etməyə dair səlahiyyət verilmişdir. Göründüyü kimi xx.xx.1991-ci il tarixli, 17407 saylı müqaviləyə əsasən X8 verilmiş bağın nömrəsi 624/707 deyil, 624 olmuşdur. Bu hal bir daha onu təsdiq edir ki, 624/707 saylı bağ sahəsi mövcud olmamış və 624/707 saylı bağ sahəsinə dair xx.xx.1991-ci il tarixli, 17407 saylı müqaviləyə sonradan düşəlişlər edilmişdir. Həmçinin qeyd edirik ki, qeyd olunan bağ sahəsi X5 adından X6 verilmiş 29 oktyabr 2012-ci il tarixli Etibarnamə əsasında xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 satılan zaman həmin Etibarnamə artıq hüquqi qüvvəsini itirmiş və X9 həmin bağ sahəsini X5 adından satmağa səlahiyyəti olmamışdır. Belə ki, yuxarıda qeyd etdimiz kimi X14 29 oktyabr 2012-ci ildə vəfat etmişdir. Belə olan halda, X5 adından X6 verilmiş 29 oktyabr 2012-ci il tarixli Etibarnaməyə Mülki Məcəllənin 365.1.7-ci maddəsinə əsasən xitam verilmişdir. Daha sonra Cavabdeh4 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “bağın istifadəyə verilməsinə dair müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu Ləhiş ərazisində yerləşən 0,12 ha torpaq sahəsində ibarət olan 707 saylı bağ sahəsinin istifadəyə verilməsinə dair İddiaçı2 ilə X3 və İstismarı Birliyi arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 34185 saylı müqavilənin və Bakı şəhəri, Sabunçu rayonu Ləhiş ərazisində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət olan 707 A saylı bağ sahəsinin istifadəyə verilməsinə dair İddiaçı1 ilə X3 və İstismarı Birliyi arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 34190 saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ona və qeyrilərinə qarşı bağ sahəsinə verilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın ləğv edilməsi və sair tələbi ilə Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. İddia tələbini qəbul etmir, iddia ərizəsinə qarşı etiraz edir. İddia tələbinə qarşı qarşılıqlı iddia ərizəsi lə məhkəməyə müraciət edir. İddiaçılara məxsus bağ sahələrinin onun mülkiyyətində olan bağ sahəsi ilə üst-üstə düşməyini ekseprtizanın rəyi ilə tanış olduqda ona məlum olmuşdur. Ona görə də qarşılıqlı iddia tələbinin verilməsi üçün əsaslar ekseprtizanın rəyinin alnıdıqdan sonrakı dövrdə əmələ gəlmişdir. Belə ki, Ləhiş ərazisində yerləşən X3 və İstismarı Birliyi ilə X14 arasında xx.xx.1991-ci il tarixli, 17407 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən 624/707 saylı bağ sahəsi xx.xx.2015-ci il tarixdə X5 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra həmin bağ sahəsini o, xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 18 saylı Notariat Ofisində alqı-satqı müqaviləsi ilə almışam və xx.xx.2015-ci il tarixdə adıma dövlət reyetsrindən çıxarış almışam. Hal-hazırda həmin bağ sahəsi onun mülkiyyətindədir. İddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, İddiaçı2 ilə BTİ və İB arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 34185 saylı müqaviləyə əsasən Sabunçu rayonu Ləhiş ərazisində yerləşən 0,12 ha torpaq sahəsində ibarət olan 707 saylı bağ sahəsi onun istifadəsinə verilmiş, İddiaçı1 ilə BTİ və İB arasında bağlanmış xx.xx.2005-ci il tarixli 34190 saylı müqaviləyə əsasən Sabunçu rayonu Ləhiş ərazisində yerləşən 0,12 ha torpaq sahəsinldə ibarət olan 707 A saylı bağ sahəsi onun isifadəsinə verilmişdir.Həmin bağ sahələri DƏDRX-də qeydiyyata alınmamışdır. İddiaçılar həmin müqavilələrə əsaslanaraq mübahisəli bağ sahəsinin onlara məxsus olmasını və sair qeyd edir, ona görə də alqı-satqı müqaviləsinin və çıxarışın ləğv olunmasını məhkəmədən xahiş edirlər. O iddiaçıların iddia tələbərirıi qəbul etmirəm. Əksinə onlara verilən müqavilələr etibarsız hesab olunmalıdır. Ona görə ki, həmin bağ sahəsinə ilkin olaraq müqavilə xx.xx.1991-ci il tarixdə BTİ və İB tərəfindən X8 verilmişdir. Həmin bağ sahəsi ona məxsus olmuşdur. Sonradan BTİ və İB tərəfindən həmin bağ sənəsinə iddiaçılara qanunsuz olaraq verilən müqavilələr qanuni ola bilməz və onlar məhkəmə qaydasında etibarsız hesab edilməlidirlər. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs Kadastr və yerquluşu Layihə- Təhqiqat mərkəzi MMC-nin müxtəxəssis rəyindən və Məhkəmə Ekspentiza Mərkəzinin rəyindən görünür ki, iddiaçıların iddia etdikləri sahə artıq mənim adıma qeydiyyatdan keçmiş 624/707 saylı bağ sahəsinin yeri olmaqla üst-üstə düşür. Bu rəylərdən belə bir nəticə çıxarmaq olur ki, bağ sahələri üst-üstə düşsə də belə həmin mübahisəli bağ sahəsinin yeri ona məxsusdur. İddiaçılar iddia ərizəsində qeyd edirlər ki, guya kim mərhum X1 bağ sahəsini etibarnamə ilə X11 istifadəyə vermişdir. Guya ki 624/707 saylı bağ sahəsi mövcud olmamış, müqaviləyə sonradan düzəliş edilmiş, bağın alqı-satqısı zamanı etibarnamənin hüquqi qüvvəsi olmamışdır. Məhkəmənin nəzəninə çatdırır ki, X1 bağ sahəsinə dair etibarnaməni istifadədən başqa həmin bağ sahəsinə çıxarış aldıqdan sonra salmağı, bağışlamağı və digər tapşırıqları da X11 həvalə etmişdir. Bundan başqa nə Oqtay Rəhimov nə də ki o, bağ sahəsinin alqı-satıqısı zamanı Muxtar Babazadənin vəfat etməsi barədə məlumatlı olmamışdır, onlara bu barədə heç kim heç nə deməmişdir. Nə mərhumun hüquqi varisləri, nə də ki notarius onlara Muxtar Babazadənin vəfatı ilə bağlı heç bir məlumat verməmişlər. Mərhumun hüquqi varisləri etibarnamənin xitamı ilə bağlı notariat kontoruna ərizə ilə müraciət etməmişlər. Heç notariusun M.Babazədənin vəfatından xəbəri belə olmamışdır. O, qanuni əsaslarla alqı-satqı yolu ilə həmin bağ sahəsini almış, alqı-satqı zamanı ona notariat kontorunda M.Babazadənin ölməsi barədə heç bir məlumat verilməmişdir. O, vicdanlı alıcıdır və həmin bağ sahəsini qanuni əsaslarla pul verib almışdır. İddiaçıların mübahisəli bağ sahəsinin alqı-satqı müqaviləsinin və onun adına verilmiş çıxarışın ləğv olunmasını tələb etməkdə heç bir subyektiv hüquqları yoxdur. Çünki, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv olunması barədə iddia tələbini yalnız mübahisəli bağ sahəsi ilə bağlı mərhumun hüquqi varisləri tələb edə bilərlər. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qaşılıqlı iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 ilk iddia ərizəsinin məzmununa uyğun izahat təqdim edərək təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qaşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 ilk iddia tələbinin əsassız olduğunu bildirərək rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə və üçüncü şəxslərə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehlər və nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı departamenti X3 və istismarı Birliyinin Ləhiş ərazisindəki 707 nömrəli bağın istifadəyə verilməsi haqqında 34185 saylı, xx.xx.2005-ci il tarixli müqavilədən görünür ki, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 hektar torpaq sahəsindən ibarət olan «707» saylı bağ sahəsi İddiaçı2 istifadəsinə verilmişdir. Bağın istifadəyə verilməsi haqqında müqavilə 10 il müddətinə bağlanılır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı departamenti X3 və istismarı Birliyinin Ləhiş ərazisindəki 707a nömrəli bağın istifadəyə verilməsi haqqında 34190 saylı, xx.xx.2005-ci il tarixli müqavilədən görünür ki, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 hektar torpaq sahəsindən ibarət olan «707 a» saylı bağ sahəsi İddiaçı1 istifadəsinə verilmişdir. Bağın istifadəyə verilməsi haqqında müqavilə 10 il müddətinə bağlanılır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********88 №-li ünvan 1 ünvanlanmış məktubundan görünür ki, 54/19 nömrəli, 04 dekabr 2019-cu il tarixli sorğuya Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 707 saylı bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş X3 və İstismarı Birliyi ilə Rəsulov Şəfayət Rəsul oğlu arasında bağlanılmış 16 aprel 2005-ci il tarixli, 34 185 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. Sorğu ilə əlaqədar olaraq bildirilir ki, X3 və İstismarı Birliyi arasında bağlanılmış xx.xx.2005-ci il tarixli, 34185 saylı müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 707 nömrəli bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmçinin bildiririk ki, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 707 nömrəli bağ sahəsinin özəlləşdirilməsi üçün İddiaçı2 2015-ci ilin aprel ayında müraciəti 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********69 №-li ünvan 1 ünvanlanmış məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli, 64/20 nömrəli ərizənizə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0.25 ha sahəsi olan 624/707 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X3 və İstismarı Birliyi ilə X16 oğlu arasında xx.xx.1991-ci il tarixli, 17407 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0.25 ha sahəsi olan 624/707 saylı bağ sahəsi xx.xx.2015-ci il tarixdə Baba- X15 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0.25 ha sahəsi olan 624/707 saylı bağ sahəsi Bakı şəhəri, 18 saylı notariat kontorunun xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 adına xx.xx.2015-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Həmçinin bildirilir ki, sənəd surətləri müvafiq məhkəmə qərarına əsasən verilə bilər. Reyesrdə 2V-427 № ilə qeyd edilmiş xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 4 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat kontorunun xüsusi notariusu X7 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, 29 oktyabr 2012-ci ildə vəfat etmiş Baba-X15 vərəsələri ünvan 2 ünvanında yaşayanlar arvadı-Cavabdeh2 və oğlu- Cavabdeh3dur və onlardan hər biri əmlakdan bərabər hissələrdə irs almalıdır: Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli, 30/91766 qeydiyyat nömrəli "Qeydiyyat Vəsiqəsi" nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2015-ci il tarixli, 05A4/1176 nömrəli "Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış"a əsasən ünvan 3 ünvanında yerləşən bir otaqlı, yaşayış sahəsi-18.0 kv.m. olan mənzildən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 624/707 saylı ümumi sahəsi 0,2484 ha olan torpaq sahəsi Cavabdeh4 adına daşınmaz əmlakın dövlət reyestrində 597 nömrəli reyestr kitabının 56549 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır; “Satıcı” X16 oğlu əvəzinə X9 ilə “Alıcı” Cavabdeh4 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış alqı-satqısına dair müqavilədən görünür ki, "Satıcı" X9 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 624/707 saylı ümumi sahəsi 0,2484 ha olan torpaq sahəsini 9000 (doqquz min) manata Cavabdeh4 satmışdır. xx.xx.2012-ci il tarixli etibarnamədən görünür ki, X16 oğlu, X6 X3 və istismarı birliyi verdiyi xx.xx.1991-ci il tarixli 17407 №-li müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi olan 624 saylı bağdan təyinatı üzrə istifadə etməyi, tikinti işlərini qurtarmağı, torpaq sahəsini və üzərində tikilən tikilinin özəlləşdirilməsi ilə əlaqədar orqanlarda, bələdiyyə orqanarında onu təmsil edərək, sənədləşmə aparmağı, icra hakimiyyətindən müvafiq arayışlar almağı, sənədləri ƏMDKY Əİ, Torpaq Komitəsinə təqdim edərək ona çatası vahid Çıxarış, pasport, forma 1, forma 2 və s. sənədləri aldıqdan sonra, sərəncam verməyi, satmağı, dəyişməyi, bağışlamağı, ipoteka/ girov/ qoymağı, pulunu almağı, buna dair müqavilələr imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi həvalə etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 624/707 saylı ümumi sahəsi 0,2484 ha olan torpaq sahəsi Baba-X15 adına daşınmaz əmlakın dövlət reyestrində 597 nömrəli reyestr kitabının 56549 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-2942/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı1 cavabdeh X6 qarşı bağ sahəsinin özgənin qanunsuz sahibliyindən geri alınması və bağ sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin mütəxəssis rəyindən görünür ki, Mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədi ilə mübahisəli sahənin koordinatları müəyyən edilməklə ölçülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X13nin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan X13 ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyi üçün mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması məqsədi lə sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qərardadda qoyulmuş suallar aşağıdakı kimi cavablandırılmışdır. Məhkəmə tərəfindən qeyd edilmiş suallarla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 0.25 ha sahəsi olan 624/707 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X3 və istismarı Birliyi (BTİ və İB) ilə X16 oğlu arasında bağlanılmış xx.xx.1991-ci il tarixli, 17407 nömrəli müqaviləyə əsasən faktiki 0.2484 ha sahəsi olan bağ sahəsi xx.xx.2015-ci il tarixdə **********60 reyestr nömrəsi ilə Baba-X15 adına qeydiyyata alınmışdır. Tərtib edilmiş cizgi və koordinatlar qeydiyyatdan keçmiş bağ sahəsinin yerinə uyğundur. Digər vətəndaşların 707 saylı bağ kimi (İddiaçı1 ilə Rəhimov Şəfayət Rəsul oğlu ilə keçmiş BTİ və İB arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 34185 saylı müqaviləyə əsasən 0.12 hektar torpaq sahəsindən ibarət olan) və 707a saylı bağ kimi (İddiaçı1 ilə X2 BTİ və İB arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 3490 saylı müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0.12 hektar torpaq sahəsindən ibarət olan) iddia etdikləri sahə qeydiyyatdan keçmiş 624/707 saylı bağ sahəsinin yeri olmaqla ilə üst-üstə düşür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/2416 saylı xx.xx.2022-ci il tarixli mülki iş materiallarında olan rəyinin nəticə hissəsindən görünür ki, Qərardadın birinci sualı üzrə: Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi” MMC-nin Yerquruluşu, xəritəçəkmə və torpaq kadastrının aparılmasının təşkili şöbəsinin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0.25 ha sahəsi olan 624/707 saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X3 və istismarı Birliyi ilə X16 oğlu arasında xx.xx.1991 -ci il tarixli, 174407 nömrəli müqaviləyə əsasən faktiki 0.2484 ha sahəsi olan bağ sahəsinin xx.xx.2015-ci il tarixdə **********63 reyestr nömrəsi ilə Baba- X15 adına qeydiyyata alındığı və tərtib edilmiş cizgi və koordinatların qeydiyyatdan keçmiş bağ sahəsinin yerinə uyğun olduğu müəyyən olundu. Qərardadın ikinci sualı üzrə: Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-nin Yerquruluşu, xəritəçəkmə və torpaq kadastrının aparılmasının təşkili şöbəsinin mütəxəssis rəyinə əsasən, digər vətəndaşların 707 saylı bağ kimi (İddiaçı1 ilə X10 ilə keçmiş BTİ və B arasında bağlanmış 16 aprel 2005-ci il tarixli, 34185 saylı müqaviləyə əsasən 0.12 hektar torpaq sahəsindən ibarət olan) və 707a saylı bağ kimi (İddiaçı1 ilə X10 ilə keçmiş BTİ və İB arasında bağlanmış 03 aprel 2005-ci il tarixli, 34190 saylı Müqaviləyə əsasən 0.12 hektar torpaq sahəsindən ibarət olan) iddia etdikləri sahənin qeydiyyatdan keçmiş 624/707 saylı bağ sahəsinin yeri ilə üst-üstə düşdüyü müəyyən edildi. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********16 №-li ünvan 4 ünvanlanmış məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi 624/707 saylı bağ sahəsinin nömrəsinin əvvəllər 624 olub-olmaması ilə bağlı məlumatın verilməsi barədə müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, sözügedən bağ sahəsinə dair arxiv əsaslarında saxlanılan keçmiş X3 və İstismarı Birliyi ilə X16 oğlu arasında bağlanmış xx.xx.1991-ci il tarixli 17407 nömrəli “bağın icarəyə verilməsi haqqında” (xx.xx.1990-cı il tarixdən xx.xx.2000-ci il tarixədək) müqavilədə bağ sahəsinin nömrəsi 624/707 kimi göstərilmişdir. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 0.2484 ha torpaq sahəsi olan 624/707 saylı bağ sahəsi 10,12.2015-ci il tarixdə Baba-X15 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə tərəflər arasında yaranmış hazırkı mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırkı iş üzrə müəyyən edilmişdir ki, 16 aprel 2005-ci il tarixli, 34185 saylı Müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 hektar torpaq sahəsindən ibarət olan «707» saylı bağ sahəsi X4, 03 aprel 2005-ci il tarixli, 34190 saylı Müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 0,12 hektar torpaq sahəsindən ibarət olan «707 A» saylı bağ sahəsi İddiaçı1 istifadəsinə verilmişdir. Eyni zamanda keçmiş BTİ və İB ilə X14 arasında xx.xx.1991-ci il tarixli, 17407 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən 624/707 saylı bağ sahəsi xx.xx.2015-ci il tarixdə X5 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra həmin bağ sahəsi xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 adına xx.xx.2015-ci il tarixdə dövlət reyestrində qeydə alınmış və hazırda mülkiyyətindədir. Tərəflər arasında mübahisənin yaranmasına əsas olan hal eyni torpaq sahəsinə dair iki fərqli müqavilənin (xx.xx.2005-ci il tarixli, 34190 saylı və xx.xx.1991-ci il tarixli, 17407 saylı) olması və həmin müqavilələr üzrə mübahisəli əmlakın sahibinin dəyişməsidir. Məhkəmə iş üzrə aşağıdakı qanunvericilik normalarının tətbiqini zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qanunun mənasına görə alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alqı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Satıcının əşyanı alıcıya verməsi müqavilənin icrasına yönələn hərəkətdir. Alqı-satqı müqaviləsində tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır. Göstərilən prinsip Mülki Məcəllənin 390.5-ci maddəsində təsbit olunmuşdur. Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər.” Hər hansı əqdin etibarlılığı üçün isə, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Mülki Məcəllədə hər iki etibarsızlıq halına anlayış verilərək onların xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. Belə ki, Mülki Məcəllənin 337.2-ci maddəsinə görə, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Beləliklə, mübahisələndirmə dedikdə əqdin digər tərəfinə əqdin etibarsızlığı ilə bağlı iradə ifadəsinin bildirilməsi nəzərdə tutulur. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. Mübahisə edilən əqdlər baxımından yalnız əlaqədar şəxsin (subyektin) onu mübahisləndirməsi hallarında etibarsızlığın nəticələri əmələ gəlir və Mülki Məcəlləyə görə əqdi mübahisələndirməyə hüququ olan şəxs bununla bağlı iradəsini digər tərəfə bildirdiyi anda həmin əqd mübahisələndirilmiş hesab olunur. Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər. Qərarda qeyd olunur ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Mülki Məcəllənin 339.6-cı maddəsi məhz bu cür başa düşülməlidir. Belə ki, qeyd edilən maddəyə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrdə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin əsaslar zərərçəkənin iradə ifadəsinin zədələnmiş olduğu hallardır və bu zaman Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən şəxsin əqdi mübahisələndirməsini qarşı tərəfə bildirməsi ilə əqd bağlandığı andan etibarsız hesab olunur. Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhkəmə ilk növbədə mübahisəli bağ sahələrinin yerinin eyni olub-olmamasına araşdırma aparmış və əldə edilmiş mütəxəssis rəyi, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/2416 saylı xx.xx.2022-ci il tarixli rəyi ilə hər iki bağ sahəsinin yerləşdiyi ərazinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Belə ki, eskpert rəyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-nin Yerquruluşu, xəritəçəkmə və torpaq kadastrının aparılmasının təşkili şöbəsinin mütəxəssis rəyinə əsasən, digər vətəndaşların 707 saylı bağ kimi (İddiaçı1 ilə X10 ilə keçmiş BTİ və B arasında bağlanmış 16 aprel 2005-ci il tarixli, 34185 saylı müqaviləyə əsasən 0.12 hektar torpaq sahəsindən ibarət olan) və 707a saylı bağ kimi (İddiaçı1 ilə X10 ilə keçmiş BTİ və İB arasında bağlanmış 03 aprel 2005-ci il tarixli, 34190 saylı Müqaviləyə əsasən 0.12 hektar torpaq sahəsindən ibarət olan) iddia etdikləri sahənin qeydiyyatdan keçmiş 624/707 saylı bağ sahəsinin yeri ilə üst-üstə düşdüyü öz təsdiqini tapmışdır. Həmçinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-nin Yerquruluşu, xəritəçəkmə və torpaq kadastrının aparılmasının təşkili şöbəsinin mütəxəssis rəyinə əsasən, digər vətəndaşların 707 saylı bağ kimi (İddiaçı1 ilə X10 ilə keçmiş BTİ və B arasında bağlanmış 16 aprel 2005-ci il tarixli, 34185 saylı müqaviləyə əsasən 0.12 hektar torpaq sahəsindən ibarət olan) və 707a saylı bağ kimi (İddiaçı1 ilə X10 ilə keçmiş BTİ və İB arasında bağlanmış 03 aprel 2005-ci il tarixli, 34190 saylı Müqaviləyə əsasən 0.12 hektar torpaq sahəsindən ibarət olan) iddia etdikləri sahənin qeydiyyatdan keçmiş 624/707 saylı bağ sahəsinin yeri ilə üst-üstə düşdüyü göstərilmişdir. Göründüyü kimi mülki işin araşdırılmış halları ilə 707a saylı bağ sahəsi ilə 624/707 saylı bağ sahəsinin yerinin üst-üstə düşdüyü təsdiqini tapdığından məhkəmə həmin bağ sahəsi üzrə bağlanmış iki fərqli müqavilənin (xx.xx.2005-ci il tarixli, 34190 saylı və xx.xx.1991-ci il tarixli, 17407 saylı) etibarlılığı məsələsinə qiymət verməyi zəruri hesab edir. Belə ki, iş üzrə hər iki tərəf qarşı tərəflə bağlanmış müqavilənin etibarsızlığını iddia edir. X16 oğlu, X6 X3 və istismarı birliyi verdiyi xx.xx.1991-ci il tarixli 17407 №-li müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi olan 624 saylı bağdan təyinatı üzrə istifadə etməyi, satmağı və s. hərəkətləri onun adından icra etməyi həvalə etmişdir. Göründüyü kimi qeyd edilən etibarnamədə xx.xx.1991-ci il tarixli 17407 №-li müqaviləyə əsasən Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi olan 624 saylı bağ qeyd ediləsə də, xx.xx.1991-ci il tarixli 17407 №-li müqavilədə bağ sahəsinin nömrəsi 624/707 kimi qeyd edilmişdir. Göründüyü kimi etibarnamə və müqavilədə torpaq sahəsinin nömrələrində uyğunsuzluq vardır. Eyni zamanda məhkəmə qeyd edir ki, xx.xx.2012-ci il tarixli etibarnamə xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən hüquqi qüvvədən düşmüş hesab olunur. Belə ki, müavilə bağlanarkən etibarnamə üzrə X6 hüquqları ötürən Baba-X15 xx.xx.2012-ci il tarixdən vəfat etdiyi müəyyən edilmişdir. (iş vər.16) Azərbaycan Respublikası Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 365.1.7-ci maddəsinə əsasən etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması zamanı etibarnamənin qüvvəsinə xitam verilir. Bundan əlavə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 6/333№-li Qərarına əsasən bağın torpaq sahəsinin ölçüsü 0,12 ha artıq olmamalıdır. Lakin keçmiş BTİ və İB ilə X14 arasında bağlanmış xx.xx.1991-ci il tarixli, 17407 saylı müqavilədə isə torpaq sahəsinin ölçüsü 0,25 ha göstərilmişdir. Bu halda məhkəmə hesab edir ki, keçmiş BTİ və İB ilə X14 arasında müqavilə həqiqətən xx.xx.1991-ci il tarixdə bağlanmış olsaydı Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 6/333№-li Qərarına uyğun olaraq bağ sahəsi 0,12 ha-dan artıq olmazdı. Məhkəmə yuxarıda sadalanan uyğunsuzluqları nəzərə alaraq hesab edir ki, xx.xx.1991-ci il tarixli müqavilə sonradan bağlanmış müqavilədir və qanunvericiliyin tələblərinin pozulması ilə bağlanmışdır. Bu səbəbdən ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Cavabdeh4 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “bağın istifadəyə verilməsinə dair müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilk iddia tələbinin tam təmin olunmasının aradan qaldırmasına yönəldiyindən, ilk iddia təmin olunduğu halda, qarşılıqlı tələbi araşdırmağı məhkəmə zəruri hesab etmir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də qarşılıqlı iddianın təmin olunması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və Cavabdeh4 qarşı (Bakı şəhəri 18 saylı Notariat Kontoru mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “dövlət qeydiyyatının ləğv edilməsinə, alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə və alqı-satqı müqaviləsi əsasında bağ sahəsinin müikiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının ləğv edilməsi” tələbinə dair ilk iddia ərizəsi təmin edilsin. Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0,2484 ha torpaq sahəsi olan keçmiş BTİ və İB ilə X14 arasında bağlanmış xx.xx.1991-ci il tarixli, 17407 saylı müqaviləyə əsasən 624/707 saylı bağ sahəsinə dair X5 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilsin. 624/707 saylı bağ sahəsinə dair X14 ilə Cavabdeh4 arasında Bakı şəhəri 18 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, qeyd olunan alqı-satqı müqaviləsi əsasında 624/707 saylı bağ sahəsinə dair Cavabdeh4 adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilsin. İddiaçı Cavabdeh4 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “bağın istifadəyə verilməsinə dair müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar