Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-852/2021 21.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi Müttalib Tekiş, nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1 MMC-nin və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı “şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh2 qarşı “şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun sağlamlığına vurulmuş zərərə görə kompensasiya kimi (maddi və mənəvi təzminat olaraq) 1 660 000 (bir milyon altı yüz altmış min) ABŞ dolları vəsaitin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1442/2017 nömrəli, 18 dekabr 2017-ci il tarixli hökmü ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökm qanuni qüvvəyə minmişdir. Həmin cinayət əməli ilə baş vermiş qəza, yol-nəqliyyat hadisəsi nəticəsində onun, həyat X11 və digər şəxslərin sağlamlığına ağır zərər vurulmuşdur, onlar əlil olmuş, vəfat edənlər olmuşdur. Ona həyat üçün təhlükəli olan sağlamlığa zərər vurma dərəcəsi müəyyən edilib. Onun aldığı xəsarətlər həyat üçün təhlükəli olan xəsarətlərə aiddir. Hazırda da o, həyat üçün təhlükəli olan xəstəlik və patoloji vəziyyətdədir. Onun sağlamlığıma dəyən və bundan irəli gələn zərərlərin ödənilməsini məhkum X2 atası Cavabdeh2 və onun şirkəti - qəza törədən avtomobilin mülkiyyətçisi Cavabdeh1 MMC şirkəti öz üzərinə götürmüşdür. Lakin onlar öz öhdəliklərini yerinə yetirməmişlər. Məhkəmənin sözügedən hökmü ilə müəyyən edilmişdir ki, X4 03 avqust 2017-ci il tarixində saat 21:23 idarə edtiyi ‘‘Cavabdeh1” MMC-yə məxsus “Mersedes G63 Brabus" markalı **- PP-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində, yolun Rəssamlar Akademiyasının qarşısında olan hissəsinə çatanda yola hərəkəti qaydalarını pozmuş, avtomobili 120 km/saat sürətlə idarə edərkən yanlış manevr edərək digər nəqliyyat vasitələri ilə toqquşmuş, nəticədə avtomobili idarəetmə nəzarətini itirdiyindən avtomobil yolun sol tərəfindən sağ tərəfinə istiqamətlənərək beton yol ayrıcını aşıb köməkçi yola çıxmış, idarə olunmaz vəziyyətdə hərəkətini davam etdirib səki ilə hərəkətdə olan piyadalar X5, Türkiyə respublikasının vətəndaşları İddiaçı və Muttalib Tekişi vurmuş, sonra H.Əliyev prospekti 79/2 savl binanın fasadına çırpılanıq yolun eks istiqamətinə çevrilərək yanmış və bununla da avtomobildə olan sərnişin X9 və piyada X3 həyat üçün təhlükəli olan sağlamlıqlarına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ehtiyatsızlıqdan ölümlərinə, digər piyadalar Söngül Tekişin və Muttalib Tekişin sağlamlıqlarına ehtiyatsızlıqdan ağır zərər vurulmasına səbəb olmuşdur. O, həyat yoldaşı Muttalib Tekiş və 3 övladları ilə birlikdə ailəlikçə qəza hadisəsisnə qədər uzun müddət idi iki Azərbaycanda yaşayırdılar. X11 işləri Azərbaycanda olduğu üçiin biz də Bakı şəhəri, Nərimanov rayonunda, Naxçıvan MR nümayəndəliyi ilə üzbəüz binada ailəliklə yaşayırdılar. O, isə sosial və humanitar yardım fəaliyyətləri ilə məşğul olurdu. 03.08.2017ci il tarixdə saat 21:20 radələrində X25 ilə birlikdə H.Əliyev prospekti 79/2 saylı binanın qabağındakı səki ilə hərəkət edərkən qəflətən avtomobil toqquşması səsi eşitdi, əri ilə birlikdə səs gələn tərəfə dönüb baxarkən üzərilərinə sürətlə bir avtomobilin gəldiyini gördü, qaçmağa çalışsalar da macal tapa bilmədilər və avtomobil onları vurdu. Onlar ağır bədən xəsarətləri aldıq və o şikəst oldu, ikisi də əlil oldu. Həmin vaxtdan o, davamlı olaraq xəstəxanalarda qalır, müalicə olunur, əmək qabiliyyətimi itirmiş, ağır xəsarətlərlə yaşamaqdadır, başqasının köməyi olmadan öz həyat fəaliyyətini davam etdirmək imkanından məhrumdur. Hazırda o, özü-özünü təmin etmək, başqasının köməyi olmadan gündəlik həyat üçün öhdəliklərini və vəzifələrini yerinə yetirmək iqtidarında deyildir. Sözügedən məhkəmə hökmündə də göstərildiyi kimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X12-Təcrübi və Tədris Birliyinin 18 avqust 2017-ci il tarixli, 761 saylı rəyindən görünür ki, İddiaçı bədəni üzərində "onurğa beynin zodələııməsi və aşağı ətralların hissivat pozğunluğu ilə müşayiət olunan 1-ci bel fəqərəsinin cisminin parçalanmış, çoxqəlpəli sınığı, burun sümüyünün yerdəyişən sınığı, təpə-ənsə nahiyəsinin və sağ əlin 1 barmağınının ovuc səthinin əzilmiş-cırılmış yaraları, hər iki göz ətrafının şişkinli hematoması, sağ saidin hematoması və sıyrılmış yarası, sol saidin sıyrığı, sağ budun şişkinliyi və yumşaq toxumaların əzilməsi” xəsarətləri vardır, həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti 03.08.2017-ci il tarixinə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. X25 də buna bənzər bədən xəsarətləri almış və onun da xəsarətləri dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cavabdeh1 MMC tərəfindən verilmiş məktub bəyanata əsasən həmin MMC-yə məxsus avtomobilin törətdiyi qəza nəticəsində xəsarət almış Türkiyə Respublikasının vətəndaşları Muttalib Tekiş və İddiaçı Azərbaycanda müalicəsi, Azərbaycandan Türkiyəyə nəql edilməsi. Türkiyə Respublikasının Ankara və Adana şəhərlərində müalicə olunmaları, onların uşaqlarının yola salınması və uşaqların təhsili ilə bağlı ümumilikdə 189983 manat "Cavabdeh1” MMC tərəfindən ödənilmiş, bundan sonra da yaranacaq müalicə xərcləri və digər tələbləri ödəniləcəkdir. Cavabdeh1 MMC”-nin ona və ərinə ünvanlanmış 05 dekabr 2017-ci il tarixli məktubdunda bir daha bəyan etmişdir ki, indiyədək və bundan sonra da müalicənin davam etdirilməsi və bütün əlaqədar tələb olunan xərcləri ödəyəcəyini öz öhdəsinə götürür. 08.12.2017-ci il tarixində qəza törədən X2 atası Cavabdeh2 ona dəyən maddi və mənəvi zərərin əvəzi kimi əlavə olaraq 18.12.2017-ci il tarixində 265 000 (iki yüz altmış beş min) ABŞ dolları ödəyəcəğini təəhhüd etmiş, gələcəkdə də yaranacaq bütün müalicə və baxım xərclərinin ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh2 öhdəliyinə əməl etməmişdir. Dəfələrlə ona şifahi və yazılı xəbərdarlıq edərək vədinə əməl etməsi tələb olunmuşdur. Lakin O, öhdəliyinə əməl etməmişdir. Buna görə də o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh2 18.12.2017-ci il tarixində ödəməyi öhdəsinə götürdüyü 265 000 ABŞ dolları məbləğ ayrıca və əlavə olaraq ödənilir. Yəni həmin məblğdən həmin tarixə qədər olan xərclər çıxılmamalıdır. Bunu Cavabdeh2 18.12.2017-ci il tarixli əqddə açıq aydın bəyan etmişdir. İlk növbədə o, 0 bu öhdəliyinin dərhal icra edilməsini tələb edir. Əlavə olaraq həmin tarixdən sonra və davam edən zərər və ziyanını tələb etməkdə haqlıdır. Cavabdehlər bütün olanları, baş verənləri, onun və ərinin mülaicə və baxım məsrəflərini, üzərlərinə götürdükləri öhdəliklərini, vədlərini ehtiraf etsələr də, ödənişdən yayınırlar. Axırıncı dəfə cavabdehlərə 16 noyabr 2020-ci il tarixində cavabdehlərə son xəbədarlıq göndərilmiş və bildirilmişdir ki, “sizə xəbərdarlıq edərək diqqətinizə çatdırırıq ki, siz Muttalib Tekiş və İddiaçı sağlamlığına vurulmuş zərərin əvəzini ödəməyi öhdənizə götürməyinizə baxmayaraq vurulmuş zərəri ödəməkdən yayımınsınız. Odur ki, dərhal sağlamlığımıza vurulmuş zərəri tam olaraq ödəməyiniz sizdən tələb olunur. “xxxx” MMC 05 dekabr 2017-ci il tarixli əqdlə, Cavabdeh2 isə 08 dekabr 2017-ci il tarixli əqdlə onlara dəymiş zərərin ödənilməsini təəhhüd etmişlər, vəd edərək öhdələrinə götürmüşlər ki, sağlamlığımızın pozulması ilə bağlı və ondan irəli gələn, habelə ortaya çıxmış və gələcəkdə meydana gələcək bütün zərər və ziyanımızı təzmin edəcəklər. Lakin siz sözügedən öhdəliyinizə və vədlərinizə xilaf çıxaraq bizim sağlamlığımızın pozulması ilə bağlı meydana çıxan və ondan irəli gəlmiş zərərləri ödəməkdən yayımınsınız. Dəfələrlə yazılı və şifahi xəbərdarlıq elməyimizə baxmayaıq siz öhdəliyinizi yerinə yetirmirsiniz. Tərəfimizdən 08 fevral 2019-cu il tarixli Türkiyə Respublikası onbirinci Noterliyi vasitəsilə notariat qaydasında da sizə pretenziya (ihtarmamə, xəbərdarlıq, tələbnamə) göndərilmiş, lakin buna da cavab verməmisiniz. Buna görə də sizə son dəfə xəbərdarlıq (tələbnamə, ihtar) edirik. Əks təqdirdə tərəfimizdən Məhkəməyə müraciət ediləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1097, 1108, 1117-1119 maddələrinə və digər qanunvericilik müddəalarına, habelə tərəfinizdən imzalanmış yuxarıda qeyd olunan əqdlərə əsasən siz bizim sağlamlığımıza vurulmuş zərərin əvəzini tam şəkildə ödəməyə borclusunuz. Qeyd olunanları nəzərə alaraq dərhal öhdəliyinzi yerinə yetirməniz sizdən tələb olunur”. Cavabdehlər həmin sonuncu məktub-xəbərdarlığı aldıqlarını təsdiq etsələr də ona cavab verməmişlər. Onun müxtəlif növlü xidmətlərə, tibbi xidmətlərə, müayinə, müalicə və qulluqa ehtiyacı olduğu ekspertiza rəyi, məhkəmə sənədləri, tibb sənədlər və tibbi arayışlarla tam təsdiq olunur. O, həyat və fəaliyyət qabiliyətini böyük ölçüdə itirmiş, ona 80% əlillik dərəcəsi verilib, bu Azərbaycandakı 1 qrup əlillik dərəcəsi ilə uyğun gəlir. Onun gəliri yoxdur, qazanc əldə elmək imkanından da məhrumdur. Həmçinin əri də bundan məhrum olmuşdur. Onlar buna görə övladlarına da baxmaq imkanından məhrumdurlar. Onlar özlərinin və övladlarının insan sağlamlığının və həyat fəaliyyətinin normal səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərlə təmin etmək imkanından məhrumdurlar, üstəlik sağlamlıqlarının pozulması, aldıqları ağır xəsarətlərlə bağlı xüsusi qulluq, müalicə, müayinə və əlavə tibbi xidmətlərə ehtiyacı vardır. Başqsının köməyi və xidməti üçün, eləcə də müxtəlif tibbi xidmətlər üçün xeyli haqq ödəməli olur. Türkiyə Respublikası Səhiyyə nazirliyi Adana Çukurova X6 X21 əllillik tibbi komissiyasının rəyinə əsasən onun əlillik faizi 80 %. qismi asılılıq və pareplaegiya+əməliyyat olunmuş bel fəqərəsinin sınığı+ümumi sidik inkontinası müəyyən edilmişdir. Ayrıca davamlı olaraq fizioterapiya və reabilitasiya xidmətləri almalı olduğu təsdiq olunub. X25 haqqında da əlillik tibbi komissiya rəyinin nəticəsi aşağıdakı kimidir: diaqnozlar: HT+yüngül restruktiv pozğunluq+əməliyyat olunmuş sol dizdə medial kollateral bağların yaralanması, əlillik faizi: 37 %, əlillik qrupu:ortopedik. Yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına vurulmuş xəsarət nəticəsində onun, müalicəyə, müayinələrə, tibbi xidmətlərə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə və digər əlaqədar məsrəflər üçün indiyə kimi 200 000 (iki yüz min) ABŞ dolları miqdarından çox xərci çıxıb. Bundan əlavə hazırda onun hər ay baxım və müalicə üçün ən az 4000 (dörd min) ABŞ dolları xərcləri olur. O, başqasının qulluğu və baxımı ilə həyatını davam etdirir. Hətta iş o yerdədir ki, ona bir yox, bir neçə nəfər qulluq etməli olur. Ona qulluq edən şəxslər də əmək və vaxtının çox hissəsini ona sərf etməli olduğundan onlara aylıq haqq ödəməli oluram. Mənim qazancım yoxdur, sağlamlığına vurulmuş ağır xəsarət nəticəsində bundan sonra da işləmək və qazanc əldə etmək imkanı yoxdur, həmçinin əri də onunla eyni vəziyyətdədir, onların gəlirləri yoxdur, üstəlik müalicə və baxım məsrəfləri vardır, övladlarının xərcləri vardır. O və əri ailələrinin və özlərinin yaşayışı və dolanışığını təmin etmək iqtidarından məhrum olmuşdurlar. Onun indiyə kimi 200 000 (iki yüz min) ABŞ dolları vəsaitdən çox xərcləri olmuşdur, bundan sonra da hər ay ən az 4000 (dörd min) ABŞ dolları müalicəyə, qidalanmaya, dava-dərman alınmasına, müxtəlif tibbi xidmətlərə, başqasının qulluğuna və sair həyatının davam etdirilməsi üçün zəruri olan xərclərə ehtiyacı vardır. Bunu isə onun qazanmağı mümkün deyildir. Buna görə də cavabdehlər bu xərcləri ödəməlidirlər və ödəməyi də öz öhdələrinə götürüblər. İnsan ömrünün ortalama 70 il olduğunu nəzərə alsaq bundan sonra 20-25 il müddətində onun aylıq xərclərinin, məsrəflərin ödənilməsi zəruridir. Minimum olaraq hesablasalar bundan sonrakı 20 il müddətində aylıq 4000 dollar vəsaitə (12 x 4000 = 48 000, 48 000 x 20 = 960 000) ehtiyacı nəzərə alsaq bu 960 000 dollar edər. Əvvəlki 200 000 də əlavə etsək 1 160 000 ABŞ Dolları vəsait edər. Ən az 500 000 ABŞ dolları da mənəvi zərər əlavə etsəq ümumilikdə minimum 1 660 000 ABŞ dolları vəsait mənə ödənilməlidir. Bu əlbəttə ki, onun həyatının və xoşbəxtliyinin dəyəri deyildir. Onun həyat və xoşbəxtliyi qiymətsizdir. Lakin qarşı tərəfin də maddi durumunu nəzərə alaraq ən az olmaqla hesablama apararkən uğradıqları maddi və mənəvi zərərin əvəzi kimi minimum bu qədər məbləğin ödənilməsi məqsədəuyğun və ağlabatandır. Beləliklə, cavabdehlər ona vurulan maddi və mənəvi zərərin əvəzində minimum miqdarda kompensasiya kimi ******* (bir milyon altı yüz altmış min) ABŞ dolları ödəməlidirlər. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, sağlamlığıma vurulmuş zərərə görə kompensasiya kimi maddi zərərə görə ******* ABŞdolları (bir milyon əlli min) və 993 932 Türkiyə Lirəsi (doqquz yüz doxsan üç min doqquz yüz otuz iki), mənəvi zərərə görə 500000 ABŞ dolları (beş yüz min) olmaqla ümumilikdə 1550 000 ABŞ dolları (bir milyon beş yüz əlli min), 993 932 Türkiyə Lirəsi (doqquz yüz doxsan üç min doqquz yüz otuz iki) və 22 000 avro (iyirmi iki min) vəsaitin cavabdehlər “xxxx” MMC və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsaslanaraq iddia tələblərimi dəqiqləşdirməklə onun həcmini artıraraq iddiasını aşağıdakı kimi dəyişdirmək qərarına gəlmişdir. Belə ki, hesablamalar nəticəsində müəyyən olunur ki, cavabdehlər sağlamlığıma vurulmuş zərərə görə mənə aşağıda miqdarda pul vəsaitlərini ödəməlidirlər (ödəməli olduqları halda indiyə kimi ödəməmişlər): 1) 75 000 USD - 08.12.2017-ci il tarixli təəhütnamə üzrə ödənilməli olan qalıq məbləğ; 2) 635 000 TL - 01 fevral 2019-cu il tarixindən 28 fevral 2021-ci il tarixiııədək fızioterapeya, nevrofiziologiya və s. reabilitasiya xidmətləri, eləcə də digər tibbi xidmətlər üçün ödənilmiş məbləğ; 3) 16 146 TL - zəruri tibbi avadanlıq və cihazlar (Qlobus Premium 400 Portativ Dijital masaj/ems/tens cihazı - 2789,90 TL, Oxycyccle kond. Vesosipedi - 990 TL, təkərli oturacaq və digər - 13 360 TL) üçün ödənilmiş məbləğ; 4) 180 000 TL - 01 fevral 2019-cu il tarixindən 28 fevral 2021-ci il tarixinədək başqasının qulluğu və köməkliyi üçün ödənilmiş məbləğ; 5) 85 750 TL - 01 fevral 2019-cu il tarixindən 28 fevral 2021-ci il tarixinədək tibbi xidmət mərkəzlərinə gedişgəliş üçün sürücü və nəqliyyat xidmətləri xərci; 6) 3412 TL - aviabilet xərcləri (məhkəmədə iştirak edəcək nümayəndəyə aviabilet üçün ödənilən məbləği; 7) 22 000 EUR - nevro tronik ayaq biləyi sensorlu xüsusi hazırlanmış yürümə cihazı;8) Ödənilmiş vəsaitlər üzrə müvafiq faizlər; qeyd olunanlar indiyə kimi tərəfindən ödənilmiş olan xərclərdir. Bunlardan əlavə bundan sonra müayinə və müalicəsinin, eləcə də tibbi xidmətlərin davam etdirilməsi, habelə həyatının davam etdirilməsi üçün zəruri olan 960 000 USD və mənəvi zərərə görə kompensasiya kimi 500 000 USD vəsait də ayrıca ödənilməlidir. Beləliklə ona ümumilikdə 75 000 USD + 15 000 USD (75 000 USD üçün illik 5 faiz olmaqla 2017-2021 -ci illər üçün faizlər) + 960 000 + 500 000 USD + 920 308 Türk Lirəsi (635 000 + 16 146 + 180 000+85 750+3412 = 920 308) + 73 624 Türk Lirəsi (920 308 T1 üçün illik 8 faiz olmaqla faizlər) və 22 000 avro ödənilməlidir. Yekun olaraq ona ümumilkdə 1550 000 (bir milyon beş yüz əlli min USD) ABŞ dolları, 993 932 (doqquz yüz doxsan üç min doqquz yüz otuz iki TL) Türkiyə Lirəsi, 22 000 (iyirmi iki min EUR) avro ödənilməlidir. Bunlardan əlavə o və azyaşlı övladları zəruri psixoloji müalicə almışlar və almaqda davam edir. Müvafiq psixoloji müalicə, tədavi, dərman müalicəsi, psixatriya yardımı (seansları) və məsləhətləri üçün ödəniş etməli olurlar. O, həyat yoldaşı Muttalib Tekişlə 21.08.2001-ci il tarixdə nikaha daxil olmuşdur və birgə nikahdan 09.12.2002-ci il təvəllüdlü Mislina Tekiş, 26.04.2004-cii il təvəllüdlü X20 və 02.07.2013-cü il tarixli Mekselina Tekiş adlı övladları dünyaya gəlmişdir. O, sağlamlığını itirdiyi vaxt onların 4, 13,15 yaşı vardı. Onların azyaşlı uşaq kimi ana qayğısına ehtiyacları olduğu halda, birdən birə analarını (həm də atalarını) sağlamlığı pozulmuş şikəst, əlil olmuş vəziyyətdə gördülər. Böyük şök və stress yaşadılar. Ciddi psixoloji travmalar aldılar. Onlar davamlı olaraq onu şikəst, əlil arabasında görürlər, onun xəstəxanada və evdə dəhşətli ağrı və izdirab çəkdiyinin şahidi olurlar, müşahidə edirlər, hər şey onların gözləri qarşısında baş verir. Onlara, xüsusilə azyaşlı Mekselinaya ayrıca bir baxıcı tutmalı oldular. Azyaşlı uşaqların özlərinin ana qayğısına ehtityacları olduğu halda sağlamlığı pozulmuş və əlil olmuş analarını hər gün görmələri, həm onlar üçün, həm də onun üçün çox ağır, böyük mənəvi iztirab olmuşdur. Baş verənlər nəticəsində ailəsi və uşaqları ilə bərabər davamlı olaraq stress və depressiayaya məruz qalırlar. Həkimlər (həlkim-psixiatrlar) məsləhət görüblər ki, dərmanlara müalicə kifayət deyildir, kurativ müalicə kimi psixiatriya, psixoterapiya, psixosomatika və müəyyən edilən direktiv və təlimatlara uyğun olaraq psixodinamik və psixoanalitik psixoterapiyanın yerinə yetirilməsi vacib hesab olunur. Qeyd olunan psixatriya xidmətləri ödənişli və bahalı tibbi xidmətləridir. Onlar ailəlikcə bu xidmətləri almalıdırlar. Psixiatr həkimlər bildirmişlər ki, onlar davamlı olaraq, “psixi vəziyyətin müayinəsi, diaqnostikası, müalicəsi və profilaktikasını, psixo-sosial reabilitasiyanı da özündə birləşdirən ixtisaslaşdırılmış tibbi yardım” almalıdırlar. Cavabdeh2 ilə 08.12.2017-ci il tarixində aralarında olan razılaşmaya görə O, övladı Allahverdiyev Nailin cinayət əməli nəticəsində həmin tarixədək və ondan sonra ona dəymiş zərər və ziyanı, həmçinin tibbi xidmət və əlaqədar bütün xərcləri ödəməyi öhdəsinə götürmüş, bundan başqa və qeyd olunanlara əlavə olaraq 18.12.2017-ci il tarixinədək ona 310 000 ABŞ dolları da ayrıca kompensasiya olaraq ödəyəcəyini öhdəsinə götürmüş, o isə 18.12.2017-ci il tarixinədək onun oğlu, təqsirləndiirlən Allahverdiyev Naildən şikayət etməmək barədə ərizə yazaraq məhkəməyə göndərməklə onun cəzasının yüngülləşdirməsinə köməklik edəcəkdir. Bu məzmunda qarşılıqlı olaraq razılığıa gəlmişdirlər. Razılaşmalarından sonra 08.12.2017-ci il tarixində Cavabdeh2 ona 45 000 USD verdi və bildirdi ki, həmin məbləği beh olaraq verir, 18.12.2017-ci il tarixinədək də qalan 265 000 USD pulu ödəyəcək. Buna dair notarial qaydada təsdiqli əqd yazaraq ona verdi, o da X1 şikayətçi olmadığına dair notarial qaydada təsdiq olunmaqla ərizə imzalayıb ona verdi. Beləcə razılaşmalarını bu şəkildə rəsmiləşdirmiş oldular. Bundan sonra E. Allahverdiyev 13.12.2017-ci il tarixində ona 265 000 USD deyil 190 000 USD ödədi, qalıq vəsaiti ödəmədi. Beləliklə Cavabdeh2 əlavə və ayrıca Ödəməyi təəhhüt etdiyi 265 000 USD puldan ona 190 000 USD ödəmiş oldu, qalan 75 000 USD indiyə kimi ona ödənilməmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi etirazda guya həmin vəsaiti ödəməsi barədə mülahizə və sənədlər doğru deyildir. Həmin etirazda qeyd olunan 45 000 USD, yuxanda qeyd etdiyi 18.12.2017-ci il tarixdə ona verilən 45 000 ABŞ dollarıdır, bundan başqa ona 45 000 USD ödənilməmişdir, etirazda qeyd olunanlar yalnışdır, ona bir dəfə 45 000 USD ödənilmiş o, da buna dair qəbz yazıb vermişdir. Sonra həmin məbləği o bank hesabına qoymuşdur. Cavabdehlər isə bank hesabından çıxarışı göstərməklə guya həm ona nəğd qaydada 45 000 USD vermiş, həm də ayrıca bank hesabına 45 000 USD qoymuş olduğunu iddia edir ki, bu yalandır. Beləliklə cavabdehin ona ayrıca olaraq ödəyəcəyini təəhhüd etdiyi 265 000 USD puldan sadəcə 190 000 USD ödədiyi doğrudur, bunun xaricində bəyan edilənlər yalandır. Odur ki, əqddə ona vəd edilən 265 000 USD vəsaitdən çıxılmalı olan məbləğ 190 000 USD-dir, bundan başqa hər hansı məbləğ ondan çıxıla bilməz, çünki, yuxarıda qeyd etdiyi kimi, 310 000 USD məbləğdən 45 000 ona verdikdən sonra qalan 265 000 USD üçün cavabdeh əqd imzalamışdır, əks təqdirdə cavabdeh əqddə 220 000 USD rəqəmini qeyd edərdi. Beləliklə cavabdeh E. Allahverdiyev 08.12.2017-ci il tarixli əqdlə ona 75 000 USD borclu qalmışdır. Həqiqət budur, bundan başqa deyilənlər yalandır, ona görə də heç bir şəkildə öz təsdiqini tapa bilməz. Cavabdehlər hər ikisi öhdəlik götürərək ona dəymiş və dəyəcək olan bütün zərər və ziyanı, bütün müalicə və müayinə xərclərini, qulluq xərclərini, bütün tibbi xərcləri və digər xərcləri ödəyəcəklərini vəd etmişlər. Buna dair birtərəfli əqdlər imzalamışlar. Odur ki, cavabdehlər öz öhdəliklərini vicdanla icra etməlidirlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Müttalib Tekiş, nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdilər. Habelə yazılı izahat təqdim edərək bildirmişdir ki, hazırki iş üzrə məhkəmə baxışında, məhkəmə iclaslarındakı izahatlarını, ifadəsini, həmçinin məhkəmə baxışının sübutların tədqiqi mərhələsində verdiyi şifahi izahat, irəli sürdüyü mülahizələr və istinadları, cavabdehin etirazlarına qarşı olan mülahizələrini, habelə sübutlar və onların tədqiqi ilə bağlı mülahizələrini, eləcə də bu və ya digər şəkildə ifadə etdiyi mülahizələrini yazılı şəkildə də Məhkəməyə təqdim etməyi məqsədəuyğun sayır. İşin müəyyən olunmuş hallarına görə İddiaçı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almışdır. Onun bədəni üzərində onurğa beynin zədələnməsi və aşağı ətrafların hissiyat pozğunluğu ilə müşayiət olunan 1-ci bel fəqərəsinin cisminin parçalanmış, çoxqəlpəli sınığı, burun sümüyünün yerdəyişən sınığı, təpə-ənsə nahiyəsinin və sağ əlin İ barmağının ovuc səthinin əzilmiş-cırılmış yaraları, hər iki göz ətrafının şişkinli hematoması, sağ saidin hematoması və sıyrılmış yarası, sol saidin sıyrığı, sağ budun şişkinliyi və yumşaq toxumaların əzilməsi xəsarətləri mövcud olmuşdur. Daha sonrakı tibbi rəylərdə iddiaçının əlillik faizinin 80 %, qismi asılılıq və pareplaegiya+əməliyyat olunmuş bel fəqərəsinin sınığı+ümumi sidik inkontinası müəyyən edilmişdir. Yaxın tarixdə verilmiş tibbi arayışda İddiaçı yerimə-koordinasiya pozuntusu olduğu, hər iki alt ekstremitələrdə distalda qismən üstünlük təşkil edən atrofıya mövcud olduğu, ilk vaxtlara nəzərən qismən yaxşılaşma olduğu, xəstənin hər iki alt ekstremitələrdə ortezlər-valkerin (ortez-yeridənlərin) köməyi ilə qısa məsafəni gəzə bildiyi, xəstənin yaxşılaşması və sonrakı müalicəsi üçün onu 1 ildən 2 ilə qədər müddətə rabilitasiya proqramına aparmaq (ən az 6 ay xəstəxanaya yerləşdirmək) lazım olduğu təsdiq olunur. Qeyd olunan faktlar məhkəmədə tədqiq olunan sübutlarla - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101) -1442/2017 nömrəli, 18 dekabr 2017-ci il tarixli hökmü, Türkiyə Respublikası Səhiyyə nazirliyi Adana Çukurova X6 X21 əllillik tibbi komissiyasının rəyi, “Algomed” Xəstəxanası tərəfindən verilən 10.02.2021-ci il tarixli tbbi arayışla və digər sübutlarla tam sübuta yetirilib. Beləliklə iddiaçının sözügedən müalicə və tibbi xidmətlərə, həmçinin fizioterapiya və reabilitasiya xidmətlərinə bundan sonra da ehtiyacının olması faktı, habelə sözügedən xidmətlərin hamsının ödənişli olduğu işin müəyyən edilmiş hallarıdır.“Algomed Xəstəxanası tərəfindən verilən 10.02.2021 -ci il tarixli tbbi arayışda həmçinin qeyd olunmuşdur ki, iddiaçı Söngül Tekiş indiyədək ümumilikdə 534 gün ərzində 30 günlük dövrlərdə stasionar reabilitasiya proqramına aparıldı, xəstəyə elektroterapiya, nevroloji reabilitasiya, neyrofızioloji məşqlər, oynaq hərəkəti, yerimə hərəkətləri, tarazlıq və koordinasiya məşqləri, robotik reabilitasiya (Lokomat) müalicələri tətbiq olunmuş, ilk gəldikdə oturma və ayaqda durma tarazlığı olmayan, əlil arabası ilə gəzdirilən xəstə 534 günlük müalicə müddətinin sonunda bir çox ortezlər-valker və fizioterapevtlərin köməyi ilə qısa məsafədə yeriməyə başlamışdır. Lakin müalicənin müsbət nəticələrinə baxmayaraq iddiaçı hələ də hər iki ekstremitələrdə distalda üstünlük təşkil edən əzələ atrofıyası mövcud olduğundan əlil arabasında gəzdirilməkdədir və qeyd olunan mülaicə xidmətlərinin davam etdirilməsi zəruridir. Məhkəməyə təqdim edilmiş olan iddiaçının videogörüntülərindən də onun acınacaqlı, ürək dağlayan vəziyyəti, həyatı, xəstəliyi, fiziki və mənəvi durumunun nə qədər ağır olduğu görünməkdədir. Cavadbehlərin nümayəndəsi öz şifahi izahatında və yazılı etirazında qeyd etmişdir ki, “İddiaçı malicə olunması ilə bağlı “Alqomed” xəstəxanasına 530 247 TL ödənilmişdir. Həmin ödənişi həyata keçirmiş cavabdehlər iddaçının müalicəsi ilə bağlı xərclər barədə ətraflı və dctallı məlumata sahibdirlər. Cavadbehlər öhdəliklərinə zidd olaraq 2019-cu ilin yanvar ayında iddiaçının müalicə xərclərini ödəməyi naməlum səbəbdən dayandırmışlar. Lakin indiyə kimi iddiaçının müalicəsi davam etməkdədir və bundan sonra da davam etdirilməsi zəruridir. 2019-cu ilin yanvar ayından etibarən iddiaçı maddi imkanları məhdud olduğu halda öz müalicə və qulluq xərclərini bilavasitə özü ödəməyə məcbur olmuşdur. Həmin tarixdən 2021-ci ilin fevral ayının sonunadək iddiaçının müalicə və qulluq xərcləri 916 896 Türk Lirəsi (635 000 + 16 146 + 180 000+85 750 = 916 896) və 22 000 avro olmuşdur. Qeyd olunan xərcləri məhdud imkanları ilə ödəməyə çalışan iddiaçı, bir sıra hallarda ƏDV-siz olmaqla nəğd ödənişlər edərək xidmət haqqlarının aşağı həddə olmasını təmin etməyə məcbur qalmışdır. Çünki onsuz da ağır maddi vəziyyətdə olan, borc içində olan, gəliri və qazancı olmayan iddiaçının müalicə və tibbi xidmət haqqın ödəmək imkanında olmadığı halda, ona olan əlavələri, əlavə xərcləri, o cümlədən ƏDV və sair kimi əlavə ödənişləri həyata keçirmək imkanı olmamışdır. Buna görə də bir sıra tibbi xidmət və qulluq haqqına görə ödənişləri təsdiq edən sənədlərdə ƏDV qeyd olunmamışdır, çünki ödənilməmişdir. Əgər ödənilsəydi həmin əlavələr də cavabdehdən tələb olunacaqdı, ödənilmədiyi üçün tələb olunmamaqdadır. İddiaçı faktiki olaraq müalicə və qulluq xidmətlərinə görə ödədiyi məbləği cavabdehdən tələb etməkdədir. Ödənilən məbləğlər, haqqlar da, bu qulluğu və ya xidməti həyata keçirənlər tərəfindən təsdiq olunmaqla onlar tərəfindən tərtib edilən sənədlərlə təsdiq olunur. İddiaçı müalicə və qulluq xidmətləri xərclərini ödəmək üçün külli miqdarda borc almağa məcbur olmuşdur. O, yaxınlarından və qohumlarından borc alaraq bu ödənişləri həyata keçirmiş, artıq borc əldə etmək imkanı da qalmamışdır. Cavabdehin nümayəndəsinin ödənişi təsdiq edən sənədlərin və digər sənədlərin leqallaşdırılmalı olmasına dair etirazına cavab olaraq bildirir ki, Türkiyə ilə Azərbaycan arasında sənədlərin leqallaşdırılması tələbi qanunla mövcud deyildir. Türkiyə ilə Azərbaycan həm ikitərəfli müqavilə və sazişlərlə, həm də bu barədə beynəlxalq konvensiyalara qoşulmaqla sənədlərin leqallaşdırılmasını ortadan qaldırmışlar. Azərbaycan və Türkiyə bir-birilərinə qarşı hər hansı şərt qoşmadan (Almaniyadan fərqli olaraq) "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən" 5 oktyabr 1961 ci il tarixli Haaqa Konvensiyasını imzlamış və ona qoşulmuşlar. "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"va üzv olmayan (iştirakçı olmayan) dövlətlər üçün sənədlərin leqallaşdırılması proseduru tətbiq edilir. Həmin iştirakçı dövlətlər barədə məlumat Haaqa Konfransının rəsmi internet saytında (www.hcch.net) mövcuddur və istənilən zaman real vaxt rejimində bu məlumatları əldə etmək mümkündür. Azərbaycan Respublikası qeyd olunan Konvensiyaya 5 mart 2004-cti ildə qoşulmuş və o, ölkəmizə münasibətdə 2 mart 2005-ci il tarixdən qüvvəyə minmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan və Türkiyə arasında qardaş ölkələr kimi qarşılıqlı olaraq sənədlərin tanınması, habelə elektron imzaların, diplomların, sürücülüq vəsiqələrinin və sair sənədlərin qarşılıqlı tanınması, vizasız gediş-gəliş, eləcə də hərbi, siyasi, sosial və iqtisadi sferada ayrıca sazişlər bağlanaraq bu ölkələrin olduqca yaxın və möhkəm əlaqələri təmin olunmuşdur. Cavabdehin nümayəndəsinin bəzi sənədlərdə 2039-cu il 28 fevral tarixi qeyd olunmasına baxmayaraq 26 fevral tarixində təqdim edilməsilə bağlı iradlarına cavab olaraq bildiririk ki, xidməti icra edənlər həmin sənədlərdə 28 fevral tarixinin yazılmasının xərclərin 2021 -ci il 28 fevral tarixinədək olan xərcləri (haqqı) əhatə etməsi ilə bağlı olduğunu bəyan etmişlər. 26 fevral tarixində tərəfimizdən Məhkəməyə hər hansı əlavə sənəd təqdim edilməmiş, sadəcə iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edilmiş, ərizədə xidmət haqqlarının miqdarına dair ümumi məlumatlar yer almışdır. Daha sonra bütün sənədlər tərcümə və təsdiq olunmaqla Məhkəməyə təqdim edilmişdir. Həmçinin 2019-cu ilin yanvar ayından etibarən 2021 -ci ilin fevral ayının 28-dək hər ay ödənilən xidmət və qulluq haqqlarına dair sənədlər təqdim edilmişdir. Hər hansı xidmətlərin ödənişini təsdiq edilməsi ilə bağlı bütün sənədlər həmin xidmətləri göstərmiş olanlar tərəfindən tərtib edilir. Xidməti həyata keçirənlər bu xidmətin haqqını aldıqlarını bəyan etmiş və öz imzaları ilə təsdiq etmişlər. Cavabdehin nümayəndəsi və vəkili də istənilən zaman həmin xidmətləri icra edənlərin sənədlərdəki mövcud ünvan və digər əlaqə vasitələrinə sorğu göndərməklə əlavə təsdiq və məlumatlara nail ola bilər. Odur ki, cavabdehlərin nümayəndəsinin bu barədə olan hər hansı etirazları əsassız və yersizdir. Cavadbehlərin nümayəndəsinin şifahi və yazılı etirazında Cavabdeh2 08 dekabr 2017-ci il tarixli əqdlə üzərinə götürdüyü öhdəliyin həmin tarixədək olan xərclərə aid olduğunu bəyan etməsi də tamamilə əsassızdır. Belə ki, həmin əqddə açıqca qeyd olunur ki, “İddiaçı 18.12.2017-ci ildə 265 000 dollar əlavə ödəyəcəyimi və bundan əlavə İddiaçı indiyə qədər yaranmış və yaranacaq bütün müalicə və qulluq xidmətlərinin xərclərini ödəyəcəyimi bəyan edir və öhdəliyimə götürürəm”. Göründüyü kimi cavabdeh E. Allahverdiyev iddiaçıya 265 000 dolllar əlavə olaraq ödəyəcəyini, bunlardan əlavə də yaranmış və yaranacaq xərcləri ödəyəcəyini ifadə edir. “Acaq”, “əcək" şəkilçiləri Azərbaycan və Türk dillərində, həmçinin bütün türksoylu xalqların dillərində gələcək zaman şəkilçisidir. Bu şəkilçiləri keçmiş zamana aid etmək mümkün deyildir. Sözügedən əqddəki söz və cümlələrin həqiqi məzmunu onların həm hərfi mənası, həm də ağılabatan mühakimə əsasında müəyyən olunur ki, cavabdehin iddiaçının gələcəkdə də müalicə və qulluq xərclərini ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Tərəflərin iradəsinin yönəldiyi məqsəd, həmçinin əqdlərdən tərəflərin real gözləntiləri baxımından da əqdin eyni məna və məzmunu ehtiva etdiyi aydın, açıq və aşikardır. Digər cavabdeh “xxxx” MMC Cavabdeh2 məxsus şirkət olmaqla sağlamlığıma zərər vurulması ilə nəticələnən qəzada qəza törədilməsinə səbəb olan avtomobilin mülkiyyətçisi olan şirkət kimi ayrıca olaraq o da, iddiaçıya dəyən zərəri, müalicə və sair xərcləri ödəyəcəyini öz üzərinə götürmüşdür. Beləliklə Cavabdeh2 08 dekabr 2017-ci il tarixli əqdlə, digər cavabdeh “xxxx” MMC 05 dekabr 2017-ci il tarixli əqdlə mənim sağlamlığıma vurulmuş ziyan ilə bağlı və ondan irəli gələn, habelə ortaya çıxmış və gələcəkdə meydana gələcək bütün zərəri, həmçinin yaranacaq bütün müalicə və qulluq xidmətləri xərclərini ödəməyi öz üzərlərinə götürmüşlər. Cavabdehlər üzərlərinə götürdükləri öhdəliklərinə 2019-cu ilin yanvar ayınadək sadiq qalaraq həmin tarixədək müalicə və qulluq xərclərini ödəmişlər (əlavə olaraq iddiaçıya ödənilməli olan məbləğdən qalıq 75 000 dollar istisna olmaqla). Cavadbehlərin nümayəndəsi də şifahi və yazılı izahatında 2017-ci ilin avqust ayından 2019-cu ilin yanvar ayınadək Söngül Tekişin xəstəxana və digər xərclərinin ödənildiyini, həmin vaxtdan sonra ödənişlərin dayandırıldığını bildirmişdir. Lakin nə üçün 2019-cu ilin yanvar ayından iddiaçının müalicə və digər xərclərinin ödənilməsinin dayandırılması sualına cavabdehlər cavab verə bilməmişlər. Cavabdehlərin öhdəlik əqdlərində 2019-cu ilin yanvar ayında müalicə və digər xərclərin ödənişlərinin dayandırılmasına dair müddəa yoxdur. Sonradan məlum olmuşdur ki, Cavabdeh2 övladı məhkum Nail Allahverdiyev 2018-ci ilin dekabr ayında həbsdən azad olunmuşdur. Belə çıxır ki, cavabdeh E.Allahvcrdiyev artıq övladı həbsdən vaxtından əvvəl azad olunduğu üçün artıq iddiaçının zərərini ödəməyə lüzum görməmişdir. Yəni cavabdehin məqsədi məhz bizi aldadaraq şikayətimizin olmadığı barədə ərizə almaqla övladı N. Allahverdiyevin aşağı həddə cəza almasına və qısa müddət sonra da vaxtından əvvəl azadlığa çıxmasına nail olmac olmuşdur. N. Allahverdiyev həbsdən azad edilən kimi iddiaçıya edilən ödənişlərin də dərhal dayandırılması bunu təsdiq edir. Bu hal cavabdehin etibardan sui-istifadə etmək və aldatmaq niyyətilə hərəkət etdiyini sübut edir. Məhkəmənin diqqətinə çatdırır ki, Cavabdeh2 2017-ci ildə qəza baş verən andan 2019-cu ilin yanvar ayınadək hər zaman bəyan etmişdir ki, o sizin bütün müalicə və digər xərcləri ödəyəcəkdir, buna onun maddi imkanı vardır, o iş adamıdır, biznesmendir, onun “xxxx” MMC adlı şirkəti vardır, başqa şirkətləri də var, həm şirkətinin, həm də onun çoxsaylı əmlakı vardır, bank hesablarında külli miqdarda vəsaitləri vardır, şirkətin dövriyyəsi milyonlarla ölçülür, onların bütün zərərini ödəmək imkanı daxilindədir. Odur ki, arxayın ola bilərlər ki, onların bütün müalicə və digər xərcləri ödəniləcəkdir. O və ailəsi, həmçinin ailəsinin ağsaqqalları və ağbirçəkləri hər zaman üzrxahlıq etmiş, peşmançılıqlarını dilə gətrimiş, bundan sonra iddaçını da öz ailələrinin bir üzvü kimi görəcəklərini bəyan etmiş, onun müalicəsini təmin edəcəklərini söz vermişlər. Cavabdeh E. Allahverdiyev heç vaxt bəyan etməyib ki, maddi imkanı məhduddur və buna görə mənim sağlamlığıma dəyən zərəri ödəyə bilmir. Əksinə dəfələrlə bəyan edib ki, onların milyon manatlarla dəyərdə olan əmlakları vardır, şirkətləri vardır, buna görə də narahat olmağa dəyməz, əgər ödəməzsə onun əmlakına yönəldilməklə zərər tutula bilər. Göründüyü kimi cavabdehin yuxarıda qeyd olunan bəyanlarına baxmayarq 2019-cu ilin yanvar ayında iddiaçının müalicə və digər zəruri xərclərinin ödənişindən imtina etməsi onun aldatmaq niyyəti ilə hərəkət etdiyini sübut edir. Hesab edir ki, cavabdehin bəhs olunan əməlində cinayət tərkibinin olub- olmadığı araşdırılmalıdır, məsələ cinayət hüququnun tətbiq dairəsindədir. Mübahisələndirilən məsələ, eləcə də cavabdehin əməlləri mülki hüquqi məsələ olmaqla yanaşı həm də cinayət hüququ məsələsidir, məsələ cinayət təqibi qaydasında da araşdırılmalıdır. Cavadbeh Cavabdeh2 iddiaçıya əlavə olaraq 18.12.2017-ci ildə 265 000 dollar ödəyəcəyi barədə 08 dekabr 2017-ci il tarixli əqdlə üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirmədiyi, həmin məbləğdən 190 000 ödənildiyi, 75 000 dollar pulun isə indiyədək ödənilmədiyi Məhkəmə araşdırmasında öz təsdiqini tapmışdır. Cavabdehin nümayəndəsinin guya həmin 265 000 dollar məbləğin bütünlüklə ödənilməsi barədə dedikləri təkzib olunmuş, öz təsdiqini tapmamış, cavabdehin yar.lış və əlaqədar olmayan hesablama apardığı, həqiqətdə isə 75 000 USD pulun ödənilmədiyi Məhkəmədə sübuta yetirilmişdir. Cavabdehin nümayəndəsinin şifahi və yazılı etirazında qeyd etdiyi iddiaçı Söngül Tekişin 08.12.2017-ci il tarixində təqsirləndirilən X1 şikayətçi olmadığı barədə ərizəsi ilə əlaqədar bəyan edir ki, həmin ərizə məhz cavabdelılərin verdiyi öhdəlik ərizəsi ilə əlaqədardır. Belə ki, tərəflər ararsında bir razılaşma olduğuna görə onlar qarşılıqlı olaraq bu razılaşmanın ifadəsi kimi ərizələr, əqdlər rəsmiləşdirmişlər. İddiaçı ilə digər tərəf, təqsirləndirilən şəxs X4, onun atası Cavabdeh2, qəza törədən avtomobilin mülkiyyətçisi Cavabdeh1 MMC arasında aparılan danışıqlar nəticəsində aşağıdakı kimi razılaşma əldə olunmuşdur: İddiaçı həyat və sağlamlığna vurulmuşun zərərin əvəzi tam olaraq ödəniləcəkdir; Zərərin ödənilməsini, eləcə də indiyədək yaranmış və bundan sonra da yaranacaq müalicə və digər xərclərin ödənilməsini Cavabdeh2 və Cavabdeh1 MMC bilavasitə həyata keçirəcəkdir. İddiaçı təqsirləndirilən çəxs X1 şikayətçi olmayacaq, ona qarşı iddia qaldırmayacaq və bununla da onun aşağı həddə cəza almasına yaxud cəzadan azad olunmasına köməklik göstərəcəkdir. İddiaçı indiyədək ödənilmiş və bundan sonra ödəniləcək xərclərdən əlavə ayrıca olaraq 265 000 USD ödəniləcəkdir. Beləliklə, tərəflər yuxarıdakı məzmunda razılığa gələrək 2017-ci ilin dekabr ayında birtətəfli əqdlər tərtib edərək bu iradələrini rəsmiləşdirmişlər. Tərəflərin iradəsinin həqiqi məzmunu məhz yuxarıdakı kimi olmuşdur. Bununla da Cavabdeh1 MMC 05.12.2017-ci il tarixli əqdlə, Cavabdeh2 08.12.2017-ci il tarixli əqdlə öz iradələrini ifadə etmiş, Söngül Tekiş də 08.12.2017-ci il tarixli əqdlə qarşılıqlı razılaşmaya uyğun olaraq öz ərizəsini təqdim etmiş, beləliklə həmin əqdlərlə hər bir tərəf öz üzərinə müəyyən öhdəliklər götürmüşdür. Cavabdeh E. Allahverdiyev həm əqdlər imzalanarkən həm də ondan sonra dəfələrlə bəyan etmişdir ki, bu əqdlər mahiyyət etibarilə iddiaçıya dəymiş ziyanın ödəniləcəyi ilə bağlı təminatdır, bu təminat verilib və icra olunacaqdır. Qeyd edilməlidir ki, tərəflər sözügedən qarşılıqlı razılaşmadan və həmin əqdləri imzaladıqdan sonra 2019-cu ilin yanvar ayınadək öz öhdəliklərinə böyük ölçüdə sadiq qalmış, öhdəliklərini icra etmişlər. Belə ki, cavabdehlər 75 000 dollar istisna olmaqla 2019-cu ilin yanvar ayınadək müvafiq əqdlərlə üzərlərinə götürdükləri öhdəliklərini lazəmi qaydada icra etmişlər. Həmin vaxta qədər tərəflər arasında qarşılıqlı etimad olmuş, ödənilməmiş qalan 75 000 USD məbləğin də ödəniləcəyinə inam yaranmışdır. Lakin gözlənilmədən 2019-cu ilin yanvar ayında cavabdeh E. Allahverdiyev artıq iddiaçının müalicəsi və digər xərcləri ilə bağlı heç bir ödəniş etməyəcəyini bəyan etmişdir. Qısa müddət sonra məlum olmuşdur ki, məhkum X4 artıq həbsdə deyildir, azadlıqdadır. Beləliklə, 2019-cu ilin yanvar ayından başlayaraq tərəflər arasında mövcud olan etibar və etimad ortadan qalxmış, münasibətlər korlanmış, qarşılıqlı anlaşmaya nail olmaq mümkün olmamış, nəticədə iddiaçı məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Göründüyü kimi cavabdehin nümayəndəsinin etirazını əsaslandırdığı iddiaçının ərizəsi (əqd) cavabdehlərin ərizəsi(əqdləri) ilə bağlı olmuşdur, bunlar bir-birini tamamlayan əqdlər olmuşdur. Həmin əqdlər tərəflərin arasında əldə olunmuş bir sazişin ifadəsi olmuşdur. Tərəflər öz aralarında olan qarşılıqlı razılaşmanı rəsmiləşdirmək naminə bu əqdləri imzalamışlar. Əqdlərin hərfi mənası ilə yanaşı ağılabatan mühakimə əsasında da müəyyən olunur ki. əgər iddiçının ərizəsi ilə məsələ bitmiş sayılırdısa, onda nə üçün cavabdehlər ona ünvanlanan öhdəlik ərizəsi verir, öz üzərlərinə öhdəliklər götürür və 2019-cu ilin yanvar ayınadək onu icra edirdilər? Yuxarıda qeyd olunanlar cavabdehlər tərəfindən də ehtiraf edilmişdir. Belə ki, 2019-cu ilin may ayında cavabdehlərin təmsilçisi Vəkil2 mətbuatda bəyanatla çıxış edərək bildirmişdir ki, “Muttalib Tekişə və onun həyat yoldaşına dəymiş ziyanın ödəniləcəyi ilə bağlı təminat verilib, bu təminat bu gün də qüvvədədir, onun yerinə yetirilməsindən imtina edilməyib”. Göründüyü kimi bu bəyanat mahiyyət etibarilə iddianın qəbul edilməsidir. Cavabdehlər daha sonralar da dəfələrlə eyni məzmunda bəyanatlarla çıxış etmişlər. İddiaçının mənəvi zərərə də uğramış olduğu şübhəsizdir. Sağlamlığı pozlmuş, həyatı üçün təhlükəli xəsarətlər almış, əlil və şikəst olmuş, ağır xəstə kimi hər günü ağrı, əzab və izdirablarla keçən insan.n mənəvi zərəri şübhə doğura bilməz. Odur ki, iddiaçının mənəvi zərərlə bağlı tələbi təmin edilməlidir. Beləliklə, şifahi məhkəmə baxışında, habelə məhkəmə araşdırmasında, həmçinin Məhkəmədə tədqiq olunan sübutlarla iddia tələblərinin qanuni və əsaslı olduğu öz təsdiqini tapmış, cavabdehin etirazları və istinadları isə tam təkzib olunmuşdur. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 MMC-nin və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 yazılı etirazını təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, Türkiyə Respublikasının vətəndaşı İddiaçı tərəfindən "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında” iddia qaldırılaraq, onun sağlamlığına vurulmuş zərərə görə kompensasiya kimi maddi zərərə görə 1 050 000 (bir milyon əlli min USD) ABŞ dolları və 993 932 (doqquz yüz doxsan üç min doqquz yüz otuz iki TL) Türkiyə Lirəsi, mənəvi zərərə görə 500 000 (beş yüz min 1JSD) ABŞ dolları olmaqla ümumilikdə ******* (bir milyon beş yüz əlli min USD) ABŞ dolları, 993 932 (doqquz yüz doxsan üç min doqquz yüz otuz iki TL) Türkiyə Lirəsi və 22 000 (iyirmi iki min EUR) avro vəsaitin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı, iddia ərizəsini "Cavabdeh1" MMC-nin iddiaçıya və onun ərinə ünvanlanmış 05 dekabr 2017-ci il tarixli məktubuna istinad etməklə, müalicəsinin davam etdirilməsi və bütün əlaqədar tələb olunan xərclərin guya, ona ödənilmədiyi ilə əsaslandırmağa cəhd etmişdir. Aşağıda qeyd edilənlərlə iddianın tamamilə əsassız olduğu sübuta yetirilir və bu səbəbdən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2017-cı il tarixli hökmü ilə Nail Allahverdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinərək, məhkum edilmişdir. Qəzanın törədildiyi avtomobil Cavabdeh1 MMC-yə məxsusdur. Cavabdeh1 MMC-nin direktoru və Nail Allahverdiyevin atası tərəfindən İddiaçı-in və Muttalip Tekişin müalicə olunması ilə bağlı əhəmiyyətli miqdarda pul vəsaitləri nağd şəkildə və bank transferi vasitəsi ilə ödənilmişdir. Qəza nəticəsində xəsarət almış Türkiyə Respublikasının vətəndaşları Muttalip Tekiş və İddiaçı onları müalicəsinə, evakuasiyasına (təyyarə və ambulansla), uşaqlarının təhsilinə, ev kirayəsinə və nağd olaraq onların özlərinə 76352 AZN, 6480 Avro, 670207 TL, 345400 ABŞ dolları ödənilmişdir. Müttalip Tekiş və İddiaçı tərəfindən onların tələblərinin qalmaması barədə Türkiyə Respublikasında notarial qaydada təsdiqlənmiş iltizam təqdim edilmişdir. Hazırkı Etiraza əlavə edilən Cavabdeh1 MMC-nin Muttalip Tekiş və İddiaçı ünvanlanmış 05 dekabr 2017-ci il tarixli, məktubla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə istinad edilərək, həmin normaya görə Cavabdeh1 MMC, ona məxsus yüksək təhlükə mənbəyinin zərər vurduğu şəxslərə ziyanın əvəzini ödəmək vəzifəsi daşıdığı, Cavabdeh1 MMC tərəfindən Azərbaycan Respublikasında və Türkiyə Respublikasında onların müalicə olunmaqları ilə bağlı həmin tarixədək yaranmış xərclər ödənildiyi bildirilmiş, həmçinin Cavabdeh1 MMC-nin onların müalicəsinin davam etdirilməsi və bununla əlaqədar zəruri olacaq bütün sonrakı xərclərin də əvəzini ödəmək öhdəliyi daşıdığı və bu öhdəliyin vaxtlı-vaxtında və lazımınca yerinə yetiriləcəyi bildirilmişdir. 08.12.2017-ci il tarixdə 45000 ABŞ dolları İddiaçı nağd olaraq verilmiş və bunun təsdiqi kimi İddiaçı müvafiq iltizama imza etmişdir. İddiaçının iddia ərizəsində istinad etdiyi Cavabdeh2 notariat qaydasında Muttalip Tekişə və İddiaçı verdiyi 08.12.2017-ci il tarixli zəmanətdə (Taahhütname) qeyd edilmişdir ki, həmin tarixə qədər, yəni, 08.12.2017-ci il tarixədək edilmiş bütün ödənişlərdən əlavə olaraq 18.12.2017-ci il tarixədək 265000 ABŞ dolları ödəniləcəkdir. Həmin tarixdə, yəni, 08.12.2017-ci il tarixdə İddiaçı tərəfindən notariat qaydada təsdiqlənmiş Yazılı imtina verilərək, qəza ilə bağlı heç bir iddia qaldırmayacağını, bütün iddia və təzminat hüquqlarından imtina etdiyini bildirmişdir. 11.12.2017-ci il tarixdə Muttalip Tekişə 40 000 ABŞ dolları nağd olaraq verilmiş və bunun təsdiqi kimi Muttalip Tekişə, İddiaçı etibarnamə üzrə nümayəndəsi kimi müvafiq iltizama imza etmişdir, (bu ödəniş etiraf edilir) İndi isə Muttalip Tekiş bildirir ki, guya, 40 000 ABŞ dolları onun xəsarət alması ilə bağlı ödənilmişdir. Halbuki, Cavabdeh2 tərəfindən Muttalip Tekiş qarşısında heç bir öhdəlik götürülməmişdir. Bundan sonra Cavabdeh2 tərəfindən X26 vasitəsi ilə İddiaçı həmin bankdakı İBAN TR 94 0006 4000 0026 0120 3883 05 nömrəli hesabına 45 000 ABŞ dolları köçürülmüşdür. Hazırda İddiaçı iddia edir ki, guya, həmin pul vəsaiti onun yaxınları tərəfindən ödənilmişdir. Lakin bu pul vəsaiti Adana şəhərində Cavabdeh2 tərəfindən Türkiyə Respublikasının vəkili Gürşad Karacanın yanında İş bankasının şöbəsində İddiaçı hesabına ödənilmişdir. İddiaçı guya, pul vəsaitlərinin onun qohumları tərəfindən onun hesabına ödənilməsi “dəlili” tamamilə əsassızdır. Belə ki, bu halda məxfi sayılan bank əməliyyatları məlumatı Cavabdeh2 necə ola bilərdi? Bundan əlavə, iddiaçının məhkəməyə təqdim etdiyi sənəddən həmin pul vəsaitinin kim tərəfindən ödənildiyini sübut edən heç bir məlumat yoxdur. Əgər iddiaçı pul vəsaitlərinin onun qohumları tərəfindən ödənilməsini bildirirsə, bunu təsdiq edən sübutu məhkəməyə təqdim etməlidir. Bundan başqa 05.04.2021-ci il tarixdə iddia tələbinə əlavə etiraz təqdim edərək, qeyd etmişdir ki, iddiaçı, iddia ərizəsini "Cavabdeh1" MMC-nin iddiaçıya və onun ərinə ünvanlanmış 05 dekabr 2017-ci il tarixli məktubuna istinad etməklə, müalicəsinin davam etdirilməsi və bütün əlaqədar tələb olunan xərclərin guya, ona ödənilmədiyi ilə əsaslandırmağa cəhd etmişdir. Aşağıda qeyd edilənlərlə iddianın tamamilə əsassız olduğu sübuta yetirilir və bu səbəbdən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 dekabr 2017-cı il tarixli hökmü ilə Nail Allahverdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinərək, məhkum edilmişdir. Qəzanın törədildiyi avtomobil Cavabdeh1 MMC-yə məxsusdur. Cavabdeh1 MMC-nin direktoru və Nail Allahverdiyevin atası tərəfindən İddiaçı-in və Muttalip Tekişin müalicə olunması ilə bağlı əhəmiyyətli miqdarda pul vəsaitləri nağd şəkildə və bank transferi vasitəsi ilə ödənilmişdir. Qəza nəticəsində xəsarət almış Türkiyə Respublikasının vətəndaşları Muttalip Tekiş və İddiaçı onları müalicəsinə, evakuasiyasına (təyyarə və ambulansla), uşaqlarının təhsilinə, ev kirayəsinə və nağd olaraq onların özlərinə 76352 AZN, 6480 Avro, 670207 TL, 345400 ABŞ dolları ödənilmişdir. Müttalip Tekiş və İddiaçı tərəfindən onların tələblərinin qalmaması barədə Türkiyə Respublikasında notarial qaydada təsdiqlənmiş iltizam təqdim edilmişdir. Hazırkı Etiraza əlavə edilən Cavabdeh1 MMC-nin Muttalip Tekiş və İddiaçı ünvanlanmış 05 dekabr 2017-ci il tarixli, məktubla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə istinad edilərək, həmin normaya görə Cavabdeh1 MMC, ona məxsus yüksək təhlükə mənbəyinin zərər vurduğu şəxslərə ziyanın əvəzini ödəmək vəzifəsi daşıdığı, Cavabdeh1 MMC tərəfindən Azərbaycan Respublikasında və Türkiyə Respublikasında onların müalicə olunmaqları ilə bağlı həmin tarixədək yaranmış xərclər ödənildiyi bildirilmiş, həmçinin Cavabdeh1 MMC-nin onların müalicəsinin davam etdirilməsi və bununla əlaqədar zəruri olacaq bütün sonrakı xərclərin də əvəzini ödəmək öhdəliyi daşıdığı və bu öhdəliyin vaxtlı-vaxtında və lazımınca yerinə yetiriləcəyi bildirilmişdir. 08.12.2017-ci il tarixdə 45000 ABŞ dolları İddiaçı nağd olaraq verilmiş və bunun təsdiqi kimi İddiaçı müvafiq iltizama imza etmişdir. İddiaçının iddia ərizəsində istinad etdiyi Cavabdeh2 notariat qaydasında Muttalip Tekişə və İddiaçı verdiyi 08.12.2017-ci il tarixli zəmanətdə (Taahhütname) qeyd edilmişdir ki, həmin tarixə qədər, yəni, 08.12.2017-ci il tarixədək edilmiş bütün ödənişlərdən əlavə olaraq 18.12.2017-ci il tarixədək 265000 ABŞ dolları ödəniləcəkdir. Həmin tarixdə, yəni, 08.12.2017-ci il tarixdə İddiaçı tərəfindən notariat qaydada təsdiqlənmiş Yazılı imtina verilərək, qəza ilə bağlı heç bir iddia qaldırmayacağını, bütün iddia və təzminat hüquqlarından imtina etdiyini bildirmişdir. 11.12.2017-ci il tarixdə Muttalip Tekişə 40 000 ABŞ dolları nağd olaraq verilmiş və bunun təsdiqi kimi Muttalip Tekişə, İddiaçı etibarnamə üzrə nümayəndəsi kimi müvafiq iltizama imza etmişdir, (bu ödəniş etiraf edilir) İndi isə Muttalip Tekiş bildirir ki, guya, 40 000 ABŞ dolları onun xəsarət alması ilə bağlı ödənilmişdir. Halbuki, Cavabdeh2 tərəfindən Muttalip Tekiş qarşısında heç bir öhdəlik götürülməmişdir. Bundan sonra Cavabdeh2 tərəfindən X26 vasitəsi ilə İddiaçı həmin bankdakı İBAN TR 94 0006 4000 0026 0120 3883 05 nömrəli hesabına 45 000 ABŞ dolları köçürülmüşdür. Hazırda İddiaçı iddia edir ki, guya, həmin pul vəsaiti onun yaxınları tərəfindən ödənilmişdir. Lakin bu pul vəsaiti Adana şəhərində Cavabdeh2 tərəfindən Türkiyə Respublikasının vəkili Gürşad Karacanın yanında İş bankasının şöbəsində İddiaçı hesabına ödənilmişdir. İddiaçı guya, pul vəsaitlərinin onun qohumları tərəfindən onun hesabına ödənilməsi “dəlili” tamamilə əsassızdır. Belə ki, bu halda məxfi sayılan bank əməliyyatları məlumatı Cavabdeh2 necə ola bilərdi? Bundan əlavə, iddiaçının məhkəməyə təqdim etdiyi sənəddən həmin pul vəsaitinin kim tərəfindən ödənildiyini sübut edən heç bir məlumat yoxdur. Əgər iddiaçı pul vəsaitlərinin onun qohumları tərəfindən ödənilməsini bildirirsə, bunu təsdiq edən sübutu məhkəməyə təqdim etməlidir. Əgər məhkəmə, pul vəsaitlərinin Cavabdeh2 tərəfindən ödənilməsinə şübhə ilə yanaşırsa, bu halda həmin məlumatı Türkiyə Respublikasının İş Bankasına sorğu (məhkəmə tapşırığı) verməklə əldə edə bilər. Belə ki, həmin məlumatların cavabdeh tərəfindən əldə edilməsi mümkün deyil. Daha sonra Cavabdeh2 tərəfindən X26 vasitəsi ilə İddiaçı həmin bankdakı İBAN TR 94 0006 4000 0026 0120 3883 05 nömrəli hesabına 13.12.2017-ci il tarixdə 190 C00 ABŞ dolları köçürülmüşdür, (bu ödəniş etiraf edilir) Göründüyü kimi, iddiaçının istinad etdiyi 08.12.2017-ci il tarixli zəmanətin (Taahhütnamenin) 265000 ABŞ dolları ödəmək barədə öhdəliyi artıqlaması ilə, yəni, 275000 ABŞ dolları ödənilməklə (45000+40000+190000= 275 000) yerinə yetirilmişdir. İddiaçı bildirir ki, hansı səbəbdən öhdəlikdən artıq pul ödənilmişdir və bunu özü belə izah etməyə cəhd edir ki, guya, 08.12.2017-ci il tarixdən sonra Cavabdeh2 öhdəlik götürmüşdür. Halbuki, bunu təsdiq edən heç bir əqd mövcud deyil. Həmin zəmanətdəki 265000 ABŞ dollarına aid edilməyən xərclərə gəldikdə isə qeyd edilməlidir ki, 2017-ci ilin avqust ayından 2019-cu ilin yanvar ayına qədər İddiaçı xəstəxana xərcləri də tam olaraq ödənilmişdir. İddiaçı bildirir ki, guya, müalicə və digər xərclər üçün cəmi 189983 manat ödənilmişdir. Həmin məbləğ 18 dekabr 2017-ci il tarixli hökmdə göstərilən rəqəmdir. Lakin iddiaçı qeyd etməyi unutmuşdur ki, ümumilikdə iddiaçının 2019-cu ilin yanvar ayına kimi olan bütün müalicə və digər xərcləri do tam olaraq ödənilmişdir. Yəni, dəymiş zərərlə bağlı Muttalip Tekişə və İddiaçı ümumilikdə 76 352 AZN, 6480 Avro, 670207 TL, 345400 ABŞ dolları ödənilmişdir. Həmçinin qeyd edilməlidir ki, Cavabdeh2 verdiyi 08.12.2017-ci il tarixli zəmanətdən (Taahhütname) sonra İddiaçı müalicə olunması ilə bağlı “Alqomed” xəstəxanasına 530247 TL ödənilmişdir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəməyə sonrakı müalicə ilə bağlı yarandığı iddia edilən xərclər barədə saxta sənədlər təqdim edilmişdir. Belə ki, 26.02.2021-ci tarixdə iddiaçının nümayəndəsi və vəkili tərəfindən şəxsi kabinetə iki sənəd yüklənmişdir- 85 750 TL məbləğinə 28.02.2021-ci il tarixli “Serbest meslek makbuzu” adlanan sənəd və 180 000 TL məbləğinə 28.02.2021-ci il tarixli “Tahsialt makbuzu” adlanan sənəd. Göründüyü kimi, iddiaçı öz əsassız tələblərini “sübut etmək” üçün hətta sənədlərin saxtalaşıdırlmasından da çəkinməmişdir. 28.02.2021-ci il tarixdə verildiyi göstərilən sənədlərin 26.02.2021-ci ildə məhkəməyə təqdim edilməsi (şəxsi kabinet vasitəsi ilə yüklənməsi) də bunu təsdiq edir. İddiaçı 08.12.2017-ci il tarixdə notariat qaydada təsdiqlənməklə verdiyi Yazılı imtina ilə bildirdiyi iradə ifadəsi -yəni, X1 şikayətçi olmadığı, gələcəkdə də ona qarşı qəza ilə bağlı heç bir iddia qaldırmayacağı, həmin cinayət işi ilə bağlı olaraq təqsirləndirilən şəxslə bağlı bütün iddia və təzminat hüquqlarından imtina etməsi nəzərə alınmaqla, hazırkı iddianın tamamilə əsassız olduğu aşkardır. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1442/2017 saylı, 18.12.2017-ci il tarixli hökmünün surətindən görünür ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməklə təqsirlki bilinməsi və ona 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan mehrum edilməklə 06 il müddətinə azdalıqdan məhrumetmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Muttalib Tekiş, İddiaçı və vəkillləri Vəkil1 “xxxx” MMC-yə ünvanlandığı 16.11.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, sizə xəbərdarlıq edərək diqqətinizə çatdırırıq ki, siz Muttalib Tekiş və İddiaçı sağlamlığına vurulmuş zərərin əvəzini ödəməyi öhdənizə götürməyinizə baxmayaraq vurulmuş zərəri ödəməkdən yayımınsınız. Odur ki, dərhal sağlamlığımıza vurulmuş zərəri tam olaraq ödəməyiniz sizdən tələb olunur. “xxxx” MMC 05 dekabr 2017-ci il tarixli əqdlə, Cavabdeh2 isə 08 dekabr 2017-ci il tarixli əqdlə onlara dəymiş zərərin ödənilməsini təəhhüd etmişlər, vəd edərək öhdələrinə götürmüşlər ki, sağlamlığımızın pozulması ilə bağlı və ondan irəli gələn, habelə ortaya çıxmış və gələcəkdə meydana gələcək bütün zərər və ziyanımızı təzmin edəcəklər. Lakin siz sözügedən öhdəliyinizə və vədlərinizə xilaf çıxaraq bizim sağlamlığımızın pozulması ilə bağlı meydana çıxan və ondan irəli gəlmiş zərərləri ödəməkdən yayımınsınız. Dəfələrlə yazılı və şifahi xəbərdarlıq elməyimizə baxmayaıq siz öhdəliyinizi yerinə yetirmirsiniz. Tərəfimizdən 08 fevral 2019-cu il tarixli Türkiyə Respublikası onbirinci Noterliyi vasitəsilə notariat qaydasında da sizə pretenziya (ihtarmamə, xəbərdarlıq, tələbnamə) göndərilmiş, lakin buna da cavab verməmisiniz. Buna görə də sizə son dəfə xəbərdarlıq (tələbnamə, ihtar) edirik. Əks təqdirdə tərəfimizdən Məhkəməyə müraciət ediləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1097, 1108, 1117-1119 maddələrinə və digər qanunvericilik müddəalarına, habelə tərəfinizdən imzalanmış yuxarıda qeyd olunan əqdlərə əsasən siz bizim sağlamlığımıza vurulmuş zərərin əvəzini tam şəkildə ödəməyə borclusunuz. Qeyd olunanları nəzərə alaraq dərhal öhdəliyinzi yerinə yetirməniz sizdən tələb olunur. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, X4 Cavabdeh1 MMC-yə məxsus “Mersedes G63” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinib və nəticədə Muttalib Tekiş və İddiaçı ağır xəsarət yetirilmişdir. Türkiyə Respublikası Səhiyyə Nazirliyi Adana Çukurova X6 X21 Əllilik Tibbi Komissiyasının 12.03.2019-cu il tarixli rəyindən görünür ki, İddiaçı müayinəsindən sonra əlillik tibbi komissiyası aşağıdakı nəticəyə gəlmişdir: Diaqnozlar: Pareplaegiya+əməliyyat olunmuş bel fəqərəsinin sınığı+ümumi sidik intoksikasiyası; Əlillik faizi : 80% (səksən): Asılılığın qiymətləndirilməsi: qismi asılılıq. Türkiyə Respublikası Səhiyyə Nazirliyi Adana Çukurova X6 X21 Əllilik Tibbi komissiyasının 18.06.2019-cu il tarixli rəyindən görünür ki, Muttalip Tekişin müayinəsindən sonra əlillik tibbi komissiyası aşağıdakı nəticəyə gəlmişdir: Diaqnozlar: HT+yüngül restruktiv pozğunluq+əməliyyat olunmuş sol dizdə medial kollateral bağların yaralanması; Əlillik faizi: 37 % (otuz yeddi); Asılılığın qiymətləndirilməsi: 1 sərbəst. Cavabdeh1 MMC tərəfindən Muttalib Tekişə və İddiaçı ünvanlanmış 05.12.2017-ci il tarixli məktubundan görünür ki, sonunculara Cavabdeh1 MMC tərəfindən Azərbaycan Respublikasında və Türkiyə Respublikasında sizin müalicə olunmağınızla bağlı bu günədək yaranmış xərlər ödənilmişdir. Rəsmi olaraq bildirilir ki, Cavabdeh1 MMC onların müailəcəsinin davam etdirilməsi və bununla əlaqədar zəruri olraq bütün sonrakı xərclərin də əvəzinbi ödəmək öhdəliyini daşıyır və bu öhdəliyi vaxtı-vaxtında və lazımınca yerinə yetirəcəkdir. Türkiyə Respublikası Adana 11 saylı notariat kontorunda tərtib edilmiş 08.12.2017-ci il tarixli yazılı imtinanın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 03.08.2017-ci il tarixində Azərbaycanda/Bakı şəhərində düşdüyü avtomobil qəzası ilə əlaqədar olaraq Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən qaldırılmış 1(101)-1442/2017 nömrəli cinayət işində təqsirləndirilən şəxs X1 şikayətçi olmadığını, gələcəkdə də ona qarşı qəza ilə bağlı heç bir iddia qaldırmayacağını, yuxarıda haqqında danışdığı cinayət işi ilə bağlı olaraq təqsirləndirilən şəxslə bağlı bütün iddia və təminat hüququnda imtina etdiyini bildirir. 08.12.2017-ci il tarixli qəbzin təsdiq edilmiş surətindən görünür ki, X2 atası Cavabdeh2 İddiaçı 45000 USD təhvil verdi. 11.12.2017-ci il tarixli qəbzin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 40000 USD vəsaiti Muttalib Tekişə təhvil verdi. 28.02.2021-ci il tarixli müstəqil peşə fakturasının təsdiq edilmiş surətindən görünür ki, 01.02.2019-cu il tarixdən 28.02.2021-ci il tarixdək ödənən nəqliyyat vasitəsinin xidmət haqqı ilə bağlı göstərilən xidmətə görə İddiaçı ümumi ödəniş 85750 TL təşkil edir. 28.02.2021-ci il tarixli qəbzindən görünür ki, 25 aylıq fiziki müalicə prosesi əsnasında İddiaçı adlı xəstəyə elektroterapiya nevroloji reabilitasiya, neyrofizyoloji məşqlər, hərəkət diapazonu, idman gəzinti məşqləri, tarazlıq koordinasiya məşqləri, robotik reabilitasiyatətbiq edildi. Bu ödəniş qəbzi 18.02.2019-28.02.2021-ci il tarixlərini əhatə edir. Ümumi ödəniş 635.000 TL (altı yüz otuz beş min türk lirəsi) təşkil edir. Şefkat Xəstəyə nəzarət/qulluq xidmətlərinə dair 28.02.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, 1 fevral 2019-cu ildən 28 fevral 2021-ci ilədək xəstənin bütün gündəlik və gecə ehtiyacları üçün xəstəyə göstərilən xidmət üzrə ümumi ödəniş qəbzidir. İddiaçı göstərilən xidmətlə bağlı 18000 TL (yüz səksən min türk lirəsi) vəsaiti ödəmişdir. 04.06.2020-ci il tarixli Təqdim edilən malların siyahısından görünür ki, İddiaçı 13360.00 TL dəyərində olan mallar istifadə etməsi üçün təqdim edilmişdir. X8 aidiyyəti orqana ünvanlandığı 10.02.2021-ci il tarixli məktubunundan görünür ki, 28.08.2017-ci ildə klinikamıza müraciət edən, **********6 T.C.kimlik nömrəli və 5718 protokol nömrəli, İddiaçı adlı xəstənin həm alt, həm də üst ekstremitələrində taqətsizlik və yeriməkdə çətinlik var, təxminən 6 ay əvvəl bir maşın vurması ilə nəticələnən yol qəzasından sonra belində sınıq əmələ gəlib, əməliyyat olunan ayaqlarda taqətsizlik yaranıb, nəticədə yeriyə bilməyib; parapleji inkişaf etmiş beyin cərrahiyyəsinin reabilitasiya müayinəsi tövsiyə olunmuş, hər iki alt-üst ekstremitələrdə hərəkətsizlik, taqətsizlik və yeriməkdə çətinlik müşahidə edildi. Xəstə yerimə koordinasiya məşqləri və reabilitasiyası üçün klinikamıza müraciət etdi. Brunnstrom müayinəsində: hər iki alt ekstremitedə əzələ gücləri 1+/5,ayaqlarda 1-/5, DTR(dərin tendon refleksləri)-lər canlı, Spastisite ++/++, babinski ikitərəfli qismən əlaqəsi olmayan Tonus hər iki diz və bud ətrafında, ashword 2-3, Serebellar testlər test edilmədi. Hər iki alt ekstremitələrdə distalda üstünlük təşkil edən əzələ atrofıyası mövcud olan xəstə əlil arabasında gəzdirilir. Xəstəyə; elektroterapiya + nevroloji reabilitasiya + neyrofızioloji məşqlər + oynaq hərəkəti +yerimə hərəkətləri + tarazlıq və koordinasiya məşqləri + robotik reabilitasiya (Locomat) müalicələri tətbiq olundu. Xəstə ümumilikdə 534 gün ərzində 30 günlük dövrlərdə stasionar reabilitasiya proqramına aparıldı. Xəstə ilk gəldikdə oturma və ayaqda durma tarazlığı olmayan əlil arabası ilə gəzdirilən xəstə 534 günlük müalicə müddətinin sonunda bir çox ortezlərwalker (ortez-yeridənlərin) və fizioterapevtlərin köməyi ilə qısa məsafədə yeriməyə başladı. 01.08.2019 tarixində xəstənin fiziki müayinəsində: Texniki müayinədə brunnstrom hər iki alt ekstremitedə əzələ gücləri 3+/5 ayaqlarda 3-/5 gücündə DTR(dərin tendon refleksləri)-lər canlı. Spaslite ++/++ babinski ikitərəfli qismən əlaqəsi olmayan tonus hər iki diz və bud ətrafında ashword 1-2, xəstədə serebellar testlərində qismən yaxşılaşma olsa da, qeyd olunan yerimə- koordinasiya pozuntusu vardır. Hər iki alt ekstremitələrdə distalda qismən üstünlük təşkil edən atrofıya mövcuddur, (xəstə ilk dəfə gəldiyindən bəri qismən yaxşılaşma vardır). Xəstə hər iki alt ekstremitələrdə ortezlər-walkerin (ortez-yeridənlərin) köməyi ilə qısa məsafəni gəzə bilir. Müalicə dövründə xəstədə qismən yaxşılaşma müşahidə edildi. Xəstənin yaxşılaşması və sonrakı müalicəsi üçün xəstəni 1 ildən 2 ilə qədər bir müddətə reabilitasiya proqramına aparmaq (ən azı 6 ay xəstəxanaya yerləşdirmək) lazımdır. Azərbaycan dilinə tərcümə edilmiş X27 və Dış Ticarət İrsaliyeli Fakturadan görünür ki, Globus Premium 400 X15/EMS/Tens Cihazı 4 kanal üçün 2580.46 TL (iki min səksən türk lirəsi qırx altı kürüş) ödənilmişdir. Azərbaycan dilinə tərcümə edilmiş İntersport e-arxiv fakturasından görünür ki, Oxyxycle kond. Velosiped üçün 990 TL (doqquz yüz doxsan türk lirəsi) ödəniş edilmişdir. 08.12.2017-ci il tarixli Adana 11 saylı notariusu tərəfindən təsdiq edilmiş X7 öhdəlik ərizəsindən görünür ki, 03.08.2017-ci ildə Bakıda anadan olmuş, X10OĞLU-nun sürdüyü maşınla meydana gələn və MUTTALİB TEKİŞ ilə İddiaçı-in xəsarət alması ilə nəticələnən yol qəzasına görə zərər çəkmiş şəxslərə əvvəlcə çəkdiyim xərclərə və ödənişlərə əlavə olaraq maddi və mənəvi ziyan qarşılığında İddiaçı-ə 18.12.2017-ci ildə 265.000,00 dollar (iki yüz altmış beş min Amerika Dolları) əlavə ödəyəcəyimi bildirir və bundan əlavə İddiaçıin indiyə qədər yaranmış və yaranacaq bütün müalicə və qulluq xidmətlərinin xərclərini ödəyəcəyimi bəyan edir və öhdəliyimə götürürəm. Azərbaycan dilinə tərcümə edilmiş X16 Protez-Ortez Hazırlama və Tətbiqi Mərkəzinin 05.07.2019-cu il tarixli arayışından görünür ki, mərkəzə müraciət edən xəstənin vəziyyətinin qiymətləndirilməsi nəticəsində fərdi istehsal sensorlu neyro tronik ayaq biləyi uzunb gəzinti cihazı çatdırılma mərhələsində idid və 22000 avro ödənişi alındı. Elektron biletin çıxarışından görünür ki, Muttalin Tekiş səhhəti ilə əlaqədar hava nəqliyyatı vasitəsilə etdiyi səfərlərə toplam 3412 TL ödəmişdir. 17.01.2020-ci il tarixli Adana 11 saylı X13 tərəfindən təsdiqlənmiş etibarnamədən görünür ki, Ziyapaşa məh. 67041 küçəsi № 1/01 Seyhan/Adana ünvanında yaşayan İddiaçı hazırki etibarnamə ilə 01.01.1974-cü ildə anadan olmuş **********4 Türkiyə Respublikası kimlik nömrəsinin sahibi Mehmet oğlu Muttalip Tekiş adlı şəxsə onun hüquq və mənafelərinin təmsil edilməsini etibar etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1442/2017 saylı, 18.12.2017-ci il tarixli hökmünün surətindən görünür ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməklə təqsirlki bilinməsi və ona 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan mehrum edilməklə 06 il müddətinə azdalıqdan məhrumetmə cəzasına məhkum edilməsi hökm edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, X4 Cavabdeh1 MMC-yə məxsus “Mersedes G63” markalı, **-PP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinib və nəticədə Muttalib Tekiş və İddiaçı ağır xəsarət yetirilmişdir. Türkiyə Respublikası Səhiyyə Nazirliyi Adana Çukurova X6 X21 Əllilik Tibbi Komissiyasının 12.03.2019-cu il tarixli rəyindən görünür ki, İddiaçı müayinəsindən sonra əlillik tibbi komissiyası aşağıdakı nəticəyə gəlmişdir: Diaqnozlar: Pareplaegiya+əməliyyat olunmuş bel fəqərəsinin sınığı+ümumi sidik intoksikasiyası; Əlillik faizi : 80% (səksən): Asılılığın qiymətləndirilməsi: qismi asılılıq. Cavabdeh1 MMC tərəfindən Muttalib Tekişə və İddiaçı ünvanlanmış 05.12.2017-ci il tarixli məktubundan görünür ki, sonunculara Cavabdeh1 MMC tərəfindən Azərbaycan Respublikasında və Türkiyə Respublikasında sizin müalicə olunmağınızla bağlı bu günədək yaranmış xərlər ödənilmişdir. Rəsmi olaraq bildirilir ki, Cavabdeh1 MMC onların müailəcəsinin davam etdirilməsi və bununla əlaqədar zəruri olraq bütün sonrakı xərclərin də əvəzinbi ödəmək öhdəliyini daşıyır və bu öhdəliyi vaxtı-vaxtında və lazımınca yerinə yetirəcəkdir. Türkiyə Respublikası Adana 11 saylı notariat kontorunda tərtib edilmiş 08.12.2017-ci il tarixli yazılı imtinanın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 03.08.2017-ci il tarixində Azərbaycanda/Bakı şəhərində düşdüyü avtomobil qəzası ilə əlaqədar olaraq Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən qaldırılmış 1(101)-1442/2017 nömrəli cinayət işində təqsirləndirilən şəxs X1 şikayətçi olmadığını, gələcəkdə də ona qarşı qəza ilə bağlı heç bir iddia qaldırmayacağını, yuxarıda haqqında danışdığı cinayət işi ilə bağlı olaraq təqsirləndirilən şəxslə bağlı bütün iddia və təminat hüququnda imtina etdiyini bildirir. 08.12.2017-ci il tarixli Adana 11 saylı notariusu tərəfindən təsdiq edilmiş X7 öhdəlik ərizəsindən görünür ki, 03.08.2017-ci ildə Bakıda anadan olmuş, X10OĞLU-nun sürdüyü maşınla meydana gələn və MUTTALİB TEKİŞ ilə İddiaçı-in xəsarət alması ilə nəticələnən yol qəzasına görə zərər çəkmiş şəxslərə əvvəlcə çəkdiyim xərclərə və ödənişlərə əlavə olaraq maddi və mənəvi ziyan qarşılığında İddiaçı-ə 18.12.2017-ci ildə 265.000,00 dollar (iki yüz altmış beş min Amerika Dolları) əlavə ödəyəcəyimi bildirir və bundan əlavə İddiaçıin indiyə qədər yaranmış və yaranacaq bütün müalicə və qulluq xidmətlərinin xərclərini ödəyəcəyimi bəyan edir və öhdəliyimə götürürəm. Məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, iddiaçı tərəflər arasında bağlanmış öhdəliyin şərtlərinə əsasən üzərinə götürdüyü 265 000 (iki yüz altmış beş min) ABŞ dolları ödəməli olduğu vəsaitdən ona 190 000 USD ödəmiş, qalan 75 000 USD indiyə kimi ona ödənilməmişdir. Cavabdehlərin nümayəndəsi bildirir ki, Təəhhütnamə üzrə üzərlərinə götürdükləri bütün öhdəliklər icra edilmiş, o cümlədən 11.12.2017-ci il tarixdə Muttalip Tekişə 40 000 ABŞ dolları nağd olaraq verilmiş və bunun təsdiqi kimi Muttalip Tekişə, İddiaçı etibarnamə üzrə nümayəndəsi kimi müvafiq iltizama imza etdirilmişdir. Bundan sonra Cavabdeh2 tərəfindən X26 vasitəsi ilə İddiaçı həmin bankdakı İBAN TR 94 0006 4000 0026 0120 3883 05 nömrəli hesabına 45 000 ABŞ dolları köçürülmüşdür. İddiaçı isə cavabdehlərin nümayəndəsinin etirazlarını qəbul etməyərək, cavabdehlərin bank hesabından çıxarışı göstərməklə həm iddiaçıya nəğd qaydada 45 000 USD verildiyini, həm də ayrıca bank hesabına 45 000 USD qoymuş olduğunu iddia etməsinin əsassız olduğunu bildirir. Qeyd edir ki, cavabdehin ona ayrıca olaraq ödəyəcəyini təəhhüd etdiyi 265 000 USD puldan sadəcə 190 000 USD ödədiyi doğrudur, bunun xaricində bəyan edilənlər yalandır. Odur ki, əqddə ona vəd edilən 265 000 USD vəsaitdən çıxılmalı olan məbləğ 190 000 USD-dir, bundan başqa hər hansı məbləğ ondan çıxıla bilməz, çünki, qeyd etdiyi kimi, 310 000 USD məbləğdən 45 000 ona verdikdən sonra qalan 265 000 USD üçün cavabdeh əqd imzalamışdır, əks təqdirdə cavabdeh əqddə 220 000 USD rəqəmini qeyd edərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 2-ci hissəsinə görə Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqlar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 428.2-ci maddəsinə əsasən öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin vaxtından əvvəl icrasına yalnız öhdəliyin vaxtından əvvəl icrasının mümkünlüyü bu Məcəllədə və ya öhdəlik şərtlərində nəzərdə tutulduqda və ya işgüzar dövriyyə adətlərindən və ya öhdəliyin mahiyyətindən irəli gəldikdə yol verilir. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 430.2-ci maddəsinə əsasən Öhdəliyin tərəflərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə bağlı öhdəliyin icrasından birtərəfli imtinaya və ya belə öhdəliyin şərtlərinin birtərəfli dəyişdirilməsinə, əgər bu Məcəllədən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, müqavilədə nəzərdə tutulan hallarda da yol verilir. 445.2-ci, 445.2.1-ci və 445.2.2-ci maddələrinin tələblərinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, ilk növbədə tərəflər arasında bağlanmış Öhdəlik ərizəsi üzrə qalıq qalmış borc məbləği ilə bağlı məsələyə qiymət verilməlidir. Odur ki, öhdəlik münasibətləri çərçivəsində yaranan mübahisəyə qanuni əsaslarla qiymət verildikdə ümumi mübahisənin düzgün həllinə nail olmaq mümkündür. Məhkəmə qeyd edir ki, tərəflər arasında 08.12.2017-ci il tarixdə bağlanmış Öhdəlik ərizəsi üzrə ödənilməli olan 265 000 ABŞ dolları məbləğindən iddiaçının etiraf etdiyi kimi 190 000 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Hazırda iddiaçı qalıq qalmış 75 000 ABŞ dolları məbləğində pulun ödənilməsini tələb edir. Cavabdeh isə X26 vasitəsilə 45 000 ABŞ dolları və iddiaçının nümayəndəsi M.Tekişə imza etdirilməklə 40 000 ABŞ dolları məbləğində vəsaitin verildiyini qeyd edir. Bu baxımdan məhkəmə qeyd edir ki, mülki iş materiallarından göründüyü kimi, mübahisəli 45 000 ABŞ dolları vəsaitin cavabdeh tərəfindən X23 ödənilməsi müəyyən edilmir, belə ki, nağd şəkildə ödənilmiş 45 000 ABŞ dolları qəbzin tarixindən və X17 əldə edilmiş qəbzin tarixlərindən məlum olur ki, hər iki qəbzin ödəniş tarixi eyni günə (08.12.2017-ci il) təsadüf edir. Aydın məsələdir ki, öhdəlik üzrə vəsait ödəyərkən cavabdehin eyni gündə həm nağd şəkildə həm də bank vasitəsilə ödəniş etməsi məntiqsizdir. Digər tərəfdən 11.12.2017-ci il tarixdə iddiaçının nümayəndəsi M.Tekişə nağd şəkildə 40 000 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. İddiaçı həmin məbləğin ödənilməsini etiraf etsə də, onun iddiaçıya dəymiş zərərin əvəzi olaraq deyil, məhz iddiaçının ərinin sağlamlığına vurulmuş zərərin əvəzi kimi ödənildiyini bildirir. Məhkəmə iddiaçının bu mülahizəsi ilə razılaşmır. Cavabdehin etirazı kimi istinad etdiyi dəlillərlə razılaşaraq hesab edir ki, cavabdehlərin iddiaçının qarşısında hər hansı öhdəlik götürməsi istisna olunur. Bu səbəbdən də məhkəmə iddia tələbinin 75 000 ABŞ dolları məbləğində pulun tutulması hissəsində qismən əsaslı hesab edərək, cavabdehlərdən 35 000 ABŞ dolları pulun tutulması qanuni və ədalətli hesab edir. Məhkəmə iddiaçının “zəruri tibbi avandanlıqların alınması və s. üçün ödənilmiş 920 308 TL və illik 8 faiz olmaqla 73 624 TL, cəmi 993 932 TL və 22 000 avro vəsaitin və 500 000 ABŞ dolları məbləğində mənəvi ziyanın ödənilməsinə” dair tələblərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1118.2-ci maddəsinə əsasən, itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 334.2-ci maddəsinə əsasən, əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarında aşağıdakı nəticəyə gəlinmişdir: -Mülki Məcəllənin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir; - ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər; - ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir; - məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə baxılarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi vahid məhkəmə təcrübəsinin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Ona görə də məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, hüquqi dövlət üçün insan hüquq və azadlıqlarının layiqincə təmin edilməsi əsas göstərici amildir. Konstitusiyanın 12-ci maddəsi ilə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilərək, hər kəsin həyat və sağlamlığının, şərəf və ləyaqətinin müdafiəsinə təminat verilir. Konstitusiyanın 24-cü maddəsinə əsasən, insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Konstitusiyanın 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Həmin maddənin İV hissəsində qeyd edilir ki, dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Konstitusiyanın bu norması insan hüquq və azadlıqlarının pozulduğu təqdirdə zərərçəkmiş şəxsə dəymiş ziyana görə kompensasiyanın ödənilməsini ədalətli sayaraq bu öhdəliyin yerinə yetirilməsində dövlətin də məsuliyyətini müəyyən edir. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Belə ki, Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Mülki Məcəllənin mülki hüquq pozuntusunun anlayışını müəyyən edən 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məcəllənin 1099-cu maddəsinə müvafiq olaraq, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin 59cu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Məcəllənin 1114.1-ci maddəsinə müvafiq olaraq, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin olub-olmaması kimi məqamlar nəzərdən keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Göstərilən normaların tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə yuxarıda sadalanan qanunvericilik müddəalarına və mülki iş materiallarında olan çəkilmiş xərclərə dair qəbzləri əsas götürərək hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə 920 308 TL və 22 000 avro (dəqiqləşdirmə ərizəsi üzrə 2,3,4,5,6,7-ci bəndlərdəki xərclər) pulun tutulması hissəsində əsaslıdır. Lakin iddiaçının ödənilmiş vəsaitlərə görə müvafiq faizlərin tutulmasını əsassız hesab edir. Belə ki, iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan faizlərin ödənilməsini cavabdehlər tərəfindən ödənilməli olduğunu bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Bununla yanaşı məhkəmə mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı qeyd edir ki, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1442/2017 saylı, 18.12.2017-ci il tarixli hökmü ilə X2 əməlinə hüquqi qiymət verilərək, baş vermiş yol-nəqliyyat hadisəsində sonuncunun təqsiri sübuta yetirilmişdir. Göründüyü kimi hüquqazidd əməlin (sağlamlığa vurulmuş ziyanın) törədilməsində cavabdehlərin birbaşa təqsirləri olmadığından, iddiaçının çəkdiyi iztirabların, sarsıntıların əvəzinin ödənilməsində də hər hansı məsuliyyət daşıya bilməzlər. Çünki hazırki iddia tələbinin əsasında məhz “Öhdəlik ərizəsi” üzrə cavabdehlərin üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi dayanır. Bu səbəbdən də məhkəmə mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində iddia tələbinin təmin edilməməsini əsaslı hesab edir. Bununla yanaşı məhkəmə iddia tələbinin “iddiaçının həyatının davam etdirilməsi üçün zəruri olan 960 000 USD məbləğində pulun ödənilməsi”nə dair hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə mücərrəd xarakterli olduğu, o cümlədən heç bir hüquqi əsası olmadığı üçün əsassızdır, buna görə də təmin edilə bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 may 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 (beş yüz) manatdan çox olduqda 30 (otuz) manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu hər hansı tələb olmadığından iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "Cavabdeh1" MMC-dən və Cavabdeh2 sağlamlığa vurulmuş maddi zərərə görə 35 000 ABŞ dolları, 920 308 TL və 22000 avro vəsait (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) İddiaçı xeyrinə tutulsun. İddia tələbləri qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-852/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-852/2021
21.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver