Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-911/2020 30.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh1, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutuna və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutuna və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişi məbləğinin 5.000 (beş min) manat məbləğində hissəsinin və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0,1 faizi məbləğində dəbbə pulunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi; iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişi məbləğinin 10.785,78 (on min yeddi yüz səksən beş manat yetmiş səkkiz qəpik) manat məbləğində hissəsi cavabdehlər Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutundan və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi; iddiaçı tərərfində ödənilmiş 30 (otuz) otuz manat məbləğində iddia rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xərci, cəmi 30,40 (otuz manat qırx qəpik) manat məbləğinin mütənasib olaraq 9,64 (doqquz manat altmış dörd qəpik) manat hissəsinin (31,7%) Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən, 20,76 (iyirmi manat yetmiş altı qəpik) manat hissəsinin (68,3%) cavabdelər Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutundan və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2014-cü il tarixində, saat 15:40 radələrində Bakı şəhəri, Neftçilər-Azadlıq prospekti ünvanında, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil 23 nömrəli yol vərəqəsinə əsasən Cavabdeh1 tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə “xxxx” Açıq Səhmdar Cəmiyyətində sığortalanmış “Mazda 6” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X15 xx xxxxxx 2014-cü il tarixli, 13194 nömrəli arayışına və CYP seriyalı 839280 nömrəli inzibati xəta haqqında protokola və inzibati xəta haqqında iş üzrə qərara əsasən “Hyundai Sonata” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hadisənin baş verməsində təqsirli bilinərək Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 42.5-ci maddəsinin tələblərini pozmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə edilmişdir. “Mazda 6” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin MİB-3546-1/14 nömrəli sığorta şəhadətnaməsindən göründüyü kimi, həmin avtonəqliyyat vasitəsi “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx xxxxxx 2014-cü il tarixindən xx xxxxxx 2015-ci il tarixindək 31.900 (otuz bir min doqquz yüz) manat sığorta məbləği və sığorta dəyəri olmaqla “avto kasko” qaydaları ilə tam sığortalanmışdır. Həmin sığorta şəhadətnaməsi ilə hər bir sığorta hadisəsi üzrə şərtsiz azadolma məbləği tərəflər arasında 350 (üç yüz əlli) manat məbləğində razılaşdırılmışdır. xx xxxxxx 2015-ci il tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “Mazda 6” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 16.135,78 (on altı min bir yüz otuz beş manat yetmiş səkkiz qəpik) manat məbləğində müəyyən edilmişdir. xx xxxxxx 2015-ci il tarixli, 095/15 nömrəli sığorta aktına və xx xxxxxx 2015-ci il tarixli, 000193 nömrəli kassa məxaric orderinə əsasən, zərər məbləğindən 350 (üç yüz əlli) manat məbləğində azadolma məbləği çıxılmaqla 15785,78 (on beş min yeddi yüz səksən beş manat yetmiş səkkiz qəpik) manat məbləğində sığorta ödənişi “Mazda 6” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi və MİB-3546-1/14 nömrəli sığorta şəhadətnaməsi üzrə sığortalı X2 ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş www.isb.az saytından çıxarışa əsasən, hadisə anına Cavabdeh1 idarə etdiyi “Hyundai Sonata” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmışdır. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxx 2015-ci il tarixli, BS-C-15/0056 nömrəli məktubundan göründüyü kimi, iddiaçı təşkilat Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edilərək zərər məbləğinin razılaşdırılması prosesində nümayəndələrinin iştirakının təmin olunması xahiş edilmişdir. Həmçinin, xx xxxxxxx 2017-ci il tarixli, BS-17/1289 nömrəli və xx xxxxxx 2018-ci il tarixli, BS-C-18/0021 nömrəli “subroqasiya tələbinə dair” məktubundan da göründüyü kimi, iddiaçı sığorta ödənişini etdikdən sonra Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə sığorta tələbi ilə müraciət edərək sonuncunun bir hadisə üzrə əmlaka vurulmuş zərərlə bağlı öhdəlik həddi olan 5.000 (beş min) manat məbləğinin iddiaçıya geri ödənilməsini xahiş etmişdir. Beləliklə, baş vermiş sığorta hadisəsi barədə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə məlumat verilib, ödənilmiş sığorta ödənişinin (5.000 (beş min) manat) məbləğində hissəsinin geri ödənilməsinə dair sığorta tələbi ərizəsi ilə müraciət edilib və bütün zəruri sənədlər ərizəyə əlavə edilmişdir. Lakin, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti sığortaçı olaraq müqavilə üzrə öhdəliklərini icra etməmişdir. xx xxxxx 2019-cu il tarixli, BS-C-19/0676 nömrəli şikayət məktubu “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Maliyyə X4 göndərildikdən sonra Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti xx xxx 2019-cu il tarixli 08/B-423 nömrəli məktubla hadisənin xx xxxxxx 2014-cü il tarixdə baş verdiyi üçün sənədlərin arxivləşdirildiyini, müvafiq sənədlər əldə edildikdən sonra məlumat veriləcəyini bildirmişdir, bu günə kimi iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin hesabına heç bir ödəniş edilməmişdir. xx xxxxxx 2019-cu il tarixli, BS-C-19/1854 nömrəli geriyə tələb (pretenziya) məktubundan göründüyü kimi, 10.785,78 (on min yeddi yüz səksən beş manat yetmiş səkkiz qəpik) manat məbləğinin (Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilməli olan məbləğ çıxılmaqla) geri ödənilməsi tələbi iddiaçı tərəfindən cavabdehlər Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu və Cavabdeh1 ünvanlarına göndərilmişdir. xx xxxxxx 2019-cu il tarixində Cavabdeh1 iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasına müraciət edərək məbləğin ödənilməsindən imtina etdiyini bildirmişdir. Həmçinin, Cavabdeh1 bildirmişdir ki, hazırda qeydiyyatda olduğu ünvanda yaşamır və bu səbəbdən məktub ona çatmamışdır. Lakin, həmin məktub Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutuna təqdim edilmiş, sonuncunun əməkdaşları isə Cavabdeh1 ilə əlaqə saxlamış, məktubu ona təqdim etmiş və iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə müraciət etməyini tələb etmişdir. Qeyd olunanlara əsasən, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sözügedən zərərin aradan qaldırılması üçün ödənildiyi 15.785,78 (on beş min yeddi yüz səksən beş manat yetmiş səkkiz qəpik) manat məbləğində sığorta ödənişinin məbləğini müvafiq hissələrdə cavabdehlərdən tələb etmək hüququna sahib olmuşdur. Bundan başqa, iddia tələbinin qaldırılması ilə bağlı dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Bununla bağlı, 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi haqqında qəbz də iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti xx xxxxxx 2020-ci il tarixdə iddia tələbinə dəqiqləşmə verərək, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0,1 faizi məbləğində, yəni 4.170 (dörd min bir yüz yetmiş) manat məbləğində dəbbə pulunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi; iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişi məbləğinin 10.785,78 (on min yeddi yüz səksən beş manat yetmiş səkkiz qəpik) manat məbləğində hissəsi cavabdehlər Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutundan və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi; iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xərci olmaqla, cəmi 30,40 (otuz manat qırx qəpik) manat məbləğin mütənasib olaraq 9,64 (doqquz manat altmış dörd qəpik) manat hissəsinin (31,7%) Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən, 20,76 (iyirmi manat yetmiş altı qəpik) manat hissəsinin (68,3%) cavabdehlər Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutundan və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin dəlillərinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırkı mülki iş üzrə müvafiq məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-911/2020 nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Təqdim edilmiş xx xxxxxxx 2020-ci il tarixli, 9/3388 nömrəli ekspert rəyindən məlum olur ki, iş üzrə ekspertiza tədqiqatı xx xxxxxx 2014-cü il tarixli nöqsan aktı üzrə təqribi və təxmini hesablanır. Həmçinin, ekspert rəyindən də göründüyü kimi ekspert iddiaçı tərəfindən təqdim edilən zərər aktında qeyd edilən, hadisə nəticəsində zədələnmiş və dəyişilməli olan ehtiyyat hissələrinin sayı ilə tam razıdır və onu öz rəyində təsdiq edibdir. Yalnız ehtiyyat hissələrinin və xidmət haqqı məbləğini ekspert iddiaçının zərər aktına nisbətdə 109,39 (bir yüz doqquz manat otuz doqquz qəpik) manat məbləğində daha az hesablayıb və buna heç bir əsas gətirməyib. Qeyd edilməlidir ki, **-DR-*** dövlət qeydiyyat nişanlı, “Mazda 6” markalı nəqliyyat vasitəsinin MİB-3546-1/14 nömrəli sığorta şəhadətnaməsinin əsaslandığı “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta Qaydaları” nın 35-ci bəndinə əsasən sığorta hadisəsi nəticəsində zədələnmiş və dəyişilməli olan ehtiyyat hissələrinin dəyərinə köhnəlmə əmsalı yalnız sığorta müqaviləsində nəzərdə tutulduğu hallarda tətbiq edilə bilər. Qeyd edilən müqavilə üzrə köhnəlmə əmsalının tətbiq edilməsi nəzərdə tutulmamışdır və bu halda sığortaçı tərəfindən köhnəlmə əmsalı tətbiq edilə bilməz. Həmçinin, **-DR-*** dövlət qeydiyyat nişanlı, “Mazda 6” markalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən göründüyü kimi qeyd edilən avtomobil X6 tərəfindən “Rotary Motors” Məhdud Məsuliyyətli Cəmiyyəti (X12) xx xxxxx 2014-cü il tarixdə alqı-satqı ilə alınmışdır. Yol nəqliyyat hadisəsi isə xx xxxxxx 2014-cü il tarixdə baş vermişdir. **-DR-*** dövlət qeydiyyat nişanlı, “Mazda 6” markalı nəqliyyat vasitəsinin istifadə edilməsindən yol nəqliyyat hadisəsinin baş verməsinə qədər 1 (bir) il müddət keçməmişdir. Lakin, sözügedən ekspert rəyində aşınma nəzərə alınmaqla 1 (bir) il (2014-2015) istismarda olmuş qeyd edərək hesablamışdır. Bununlada hesab edir ki, qeyd edilən iş üzrə köhnəlmə əmsalı tətbiq edilə bilməz. Həmçinin, ekspert öz rəyində ƏDV məbləğini qeyd etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş zərər aktında ƏDV məbləği qeyd edildiyi və iddiaçı tərəfindən sığorta ödənişi ƏDV əlavə edilməklə ödənildiyi halda, ekspert öz rəyində heç bir əsaslandırma gətirmədən zərər məbləğini ƏDV-siz hesablayır. Qeyd edilməsi zəruridir ki, “Mazda 6” markalı, **-DR-*** (zəmanət müddəti bitməmiş) dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələri və təmir işləri “Rotary Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinin (“Mazda” markasının rəsmi nümayəndəsi) qiymətlərinə uyğun olaraq tərtib olunmuşdur və qeyd edilən Məhdud Məsuliyyətli Cəmiyyəti ƏDV ödəyicisi olduğu üçün onun tərəfindən satılan malın və görülən işlərin dəyərinə ƏDV daxildir. Sığorta şirkəti tərəfindən dəyişilməli olan ehtiyyat hissələrinin dəyəri distibyutor qiymətləri ilə qeyd edildiyi üçün ƏDV nəzərə alaraq hesablanmışdır. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən texniki baxışdan keçirilmiş “Mazda 6” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı zərər 18% ƏDV nəzərə alınmaqla 13.674,39 (on üç min altı yüz yetmiş dörd manat otuz doqquz qəpik) manat məbləğində müəyyən edilmiş və həmin məbləğ ödənilmişdir. Odur ki, bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq, hadisə nəticəsində zədələnmiş və dəyişilməli olan ehtiyyat hissələrinin dəyəri məhkəmə tərəfindən köhnəlmə əmsalı tətbiq edilmədən və “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilən 18% ƏDV nəzərə alınmaqla hesablanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, iddia tələbinə yazılı etirazını verərək bildirmişdir ki, mülki iş üzrə məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, avtoqəzanın olduğu xx xxxxxx 2014-cü ildə Cavabdeh3 Dövlət Siğorta Komersiyya Şirkəti tərəfindən zərərçəkmiş şəxsə 5.000 (beş min) manat məbləğində pul vəsaiti dollar valyutasına nisbətində 6.410 (altı min dörd yüz on) ABŞ dolları məbləğində pul vəsaiti ayrılmışdır (buda indiki nisbətlə 10.897 (on min səkkiz yüz doxsan yeddi) manat təşkil edir) “Mazda 6” markalı avtomobilin ümümi dəyəri isə 30.000 (otuz min) manat təşkil edir. Onun avtomobilinin, yəni həmin vaxt 36.000 (otuz altı min) manat dəyəri olan “Hyundai Sonata” markalı avtomobilinin təmirinə o zaman cəmi 2.500 (iki min beş yüz) manat məbləğində xərci çıxmışdır). “Mazda 6” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyan aşağıdakı kimidir: ön sağ qanad, kapotun sağ tərəfinin təmirə yararlı əziyi, ön sağ fara, təmir oluna bilən əzilmiş bufer, sağ tərəfin açılmış böyür hava yastığı (airback) və qabaq sağ tərəfin təkərin fincanı (çaşkası). Qeyd edilməlidir ki, “Mazda 6” markalı **- DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərəri onun avtomobilinin icbari qaydada sığortaladığı sığorta təşkilatı ödəmişdir. Yuxarda qeyd etdiyi kimi, 2014-cü ildə 1 ABŞ dolları 0,78 (yetmiş səkkiz qəpik) manat təşkil edirdi və avtomobilin təmirinə xərclənən pul artıqlaması ilə yetərli olmuşdur. Bundan başqa, “xxxx” Açıq Səhmdar Cəmiyyətinın sığortaladığı “Mazda 6” markalı **- DR-*** dövlət qeydiyyat nişanlı avtomobil dəymiş zərərin ödənilməsi ilə bağlı yaranan öhtəliklər müddəti ötmüşdür və “xxxx” Açıq Səhmdar Cəmiyyətinın ona qarşı iddia tələbi əsasızdır. Bu illər ərzində yalnız 2019-cu ilin dekabırında dəymiş zərərlə bağlı bildiriş gəlmişdir. Üç illik prosesual müddət ərzində, yəni xx xxxxxx 2017-ci il tarixinə qədər “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ona bu barədə heç bir xəbərdarlıq verməmiş və məhkəməyə müraciət etməmişdir. Beləliklə də, prosesual müddəti ötürmüşdür, bundan başqa cavabdehlərin “xxxx” Açıq Səhmdar Cəmiyyətinə borc qalığı qalmışdırsa, 5 (beş) il ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin zərərcəkmişlə aralarında müqavilə üzrə öhtəliklərin bitdiyi gündən prosesual müddət üçün müqavilə üzrə ayrılmış 3 (üç) il müddət bitdiyindən iddia tələbi əsassızdır. Məhkəməyə iddia müdətinin tətbiqi ilə bağlı ərizə ilə müraciət etmiş və hesab edir ki, iddia tələbi əsasızdır və müvafiq tələb iddiaçı təşkilatın təxəyyülünün məhsuludur. İddia ərzəsində göstərilənlər həqqiqəti əks edirmir, əsassız olaraq avtomobildə ziyan dəyməmiş detaları da siyahıya salaraq süni qiymət artımı etmişlər. Bunlara sübut olaraq, icbari sığortanın keçirdiyi Cavabdeh3 Dövlət Siğorta Komersiyya Şirkəti zərərin hesablanması aktı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xx xxxxxx 2014-cü il zərərin hesablanması aktı arasındakı fərqdir. Xüsusi olaraq qeyd edilməlidir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti xx xxxxxx 2014-cu il zərərin hesablanması aktı qeyd olunanların hamısının həqiqətən də sıradan çıxmasını və dəyişilməsini sübut edə bilməmişdir. Bundan başqa, siyahıda göstərilən 82 (səksən iki) adda olan detallar araşdırılmalı və avto qəzanın foto şəkilləri avtomobilin detalarının dəyişməsi barədə qəbzlər məhkəməyə təqdim olunmalıdır. Bunlar olduğu təqdirdə belə indiki tariflə 2014-cü ilin (5.000 (beş min) manatın dollara nisbətində 6.410 (altı min dörd yüz on) ABŞ dolları məbləğində pul ayrılmışdır ki, bu da indiki vaxtda 10.897 (on min səkkiz yüz doxsan yeddi) manat məbləğində təşkil edir. Göstərilənləri nəzərə alaraq, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 eyni zamanda iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mülki iş üzrə avtoqəza xx xxxxxx 2014-cü il tarixdə baş vermişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin sığortaladığı “Mazda 6” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə dəymiş zərərin ödənilməsi ilə bağlı yaranan öhdəliklər müddəti ötmüşdür və “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ona qarşı iddia tələbi əsasızdır. Belə ki, üç il prosesual müddət ərzində, yəni xx xxxxxx 2017-ci il tarixinə qədər “xxxx” Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə müraciət etməmişdir. Beləliklə də, prosesual müddət ötürülmüşdür. Bundan başqa cavabdehlərin “xxxx” Açıq Səhmdar Cəmiyyətinə borc qalığı qalmışdırsa, onlar beş il ərzində iddia ərzəsi ilə məhkəməyə müraciət etməmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin zərərcəkmişlə aralarında müqavilə üzrə öhdəliklərin bitdiyi gündən prosesual müddət üçün müqavilə üzrə ayrılmış üç il müddət bitdiyindən iddia tələbi əsassızdır. Göstərilənləri nəzərə alaraq, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin müvafiq iddia ərzəsinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X14 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətindən 5.000 (beş min) manat sığorta məbləğinin və gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta məbləğinin 0,1% məbləğində dəbbə pulunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2014-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Dövlət Sığorta Kommersiya Şirkətində icbari qaydada sığorta olunmuş Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitunun mülkiyyətində olan Cavabdeh1 idarə etdiyi “Hyundai Sonata” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə “xxxx” Açıq Səhmdar Cəmiyyətində könüllü qaydada sığorta olunmuş “Mazda 6” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. Dövlət Sığoıta Kommersiya Şirkətinin xx xxxxxx 2020-ci il tarixli 531 nömrəli ödəniş tapşırığı əsasında 5.000 (beş min) manat sığorta məbləğini “xxxx” Açıq Səhmdar Cəmiyyətinin bank hesabına köçürmüşdür. “İcbari sığortalar haqqında” Qanununun 10.1-ci, 10.2-ci, 11.1-ci və 20.1-ci maddələrinə əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dəbbə pulu ilə bağlı tələbləri əsassızdır. Belə ki “İcbari sığortalar haqqında” Qanununun 17-ci maddəsinə əsasən sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər iddiaçı tərəfindən Dövlət Sığorta Kommersiya Şirkətinə təqdim edilməmişdir. Bununla da, Dövlət Sığorta Kommersiya Şirkəti öz öhdəliklərini yerinə yetirmişdir. Lakin “xxxx” Açıq Səhmdar Cəmiyyəti yenidən Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət edərək ona sığorta məbləğinin ödənilməsini xahiş etmişdir. Beləliklə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə sığorta məbləğinin təkrar verilməsi qanunaziddir. Qeyd edilənləri nəzərə alaraq, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi əsassız olduğu üçün iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutuna qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxsin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə xx xxxxxx 2014-cü il tarixli MİB-3546-1/14 nömrəli sığorta şəhadətnaməsinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, buraxılış ili 2014-cü il olan “Mazda 6” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx xxxxxx 2014-cü il tarixindən xx xxxxxx 2015-ci il tarixindək 31.900 (otuz bir min doqquz yüz) manat sığorta məbləği və sığorta dəyəri olmaqla “avto kasko” qaydaları ilə tam sığortalanmışdır. Həmin sığorta şəhadətnaməsi ilə hər bir sığorta hadisəsi üzrə şərtsiz azadolma məbləği tərəflər arasında 350 (üç yüz əlli) manat məbləğində razılaşdırılmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X16 Qeydiyyat və İmtahan Şöbəsi tərəfindən xx xxxxxx 2011-ci il tarixdə verilmiş AB seriyalı 492904 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2010-cu il buraxılışlı “Hyundai Sonata” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutuna məxsusdur; Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən verilmiş 01-xx xxxxxx 2014-cü il tarixi əhatə edən 23 nömrəli yol vərəqəsinin surətindən görünür ki, 2010-cu il buraxılışlı “Hyundai Sonata” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil göstərilən tarixdə idarə edilməsi üçün X3 etibar edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X16 Qeydiyyat və İmtahan Şöbəsi tərəfindən verilmiş AC seriyalı 223862 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2014-cü il buraxılışlı “Mazda 6” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur; Bakı şəhəri 12 nömrəli notariat kontorunun xüsusi notariusuVəliyev Hikmət Yusif oğlu tərəfindən 7E-9471 reyestr nömrəsi ilə qeydiyyata alınmış ƏN-İİİ seriyalı 187849 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında xx xxxxxx 2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, X6 mülkiyyətində olan 2014-cü il buraxılışlı “Mazda 6” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilini xx xxxxxx 2014-cü il tarixdən xx xxxxxx 2022-ci ilədək olan 7 (yeddi) il 5 (beş) ay 21 (iyirmi bir) gün müddətinə idarə etmək üçün X5 etibar etmişdir; Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X15 xx xxxxxx 2014-cü il tarixli, 13194 nömrəli arayışının və CYP seriyalı 839280 nömrəli inzibati xəta haqqında protokolunun, habelə müvafiq inzibati xəta haqqında iş üzrə qərarın surətlərindən və məzmunundan görünür ki, xx xxxxxx 2014-cü il tarixində, saat 15:40 radələrində Bakı şəhəri, Neftçilər-Azadlıq prospekti ünvanında, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil 23 nömrəli yol vərəqəsinə əsasən Cavabdeh1 tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə “xxxx” Açıq Səhmdar Cəmiyyətində sığortalanmış “Mazda 6” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. “Hyundai Sonata” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hadisənin baş verməsində təqsirli bilinərək Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 42.5-ci maddəsinin tələblərini pozmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə edilmişdir; “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3nə ünvanladığı xx xxxxxx 2015-ci il tarixli, BS- C-15/0056 nömrəli məktubunun surətindən və məzmunundan görünür ki, iddiaçı təşkilat tərəfindən cavabdeh şəxsə müraciət edilərək zərər məbləğinin razılaşdırılması prosesində nümayəndələrinin iştirakının təmin olunması xahiş edilmişdir; xx xxxxxx 2015-ci il tarixli sığorta aktının müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, müvafiq hadisə nəticəsində “Mazda 6” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 16.135,78 (on altı min bir yüz otuz beş manat yetmiş səkkiz qəpik) manat məbləğində müəyyən edilmişdir; xx xxxxxx 2015-ci il tarixli 000193 nömrəli kassa məxaric orderinin müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, müvafiq zərər məbləğindən 350 (üç yüz əlli) manat məbləğində azadolma məbləği çıxılmaqla 15785,78 (on beş min yeddi yüz səksən beş manat yetmiş səkkiz qəpik) manat məbləğində sığorta ödənişi “Mazda 6” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi və MİB-3546-1/14 nömrəli sığorta şəhadətnaməsi üzrə sığortalı X2 ödənilmişdir; “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanladığı xx xxxxxxx 2017-ci il tarixli BS-17/1289 nömrəli və xx xxxxxx 2018-ci il tarixli, BS-C-18/0021 nömrəli “subroqasiya tələbinə dair” məktubların surətlərindən və məzmunundan görünür ki, iddiaçı təşkilat sığorta ödənişini etdikdən sonra Cavabdeh3nə sığorta tələbi ilə müraciət edərək sonuncunun bir hadisə üzrə əmlaka vurulmuş zərərlə bağlı öhdəlik həddi olan 5.000 (beş min) manat məbləğinin iddiaçı təşkilata geri ödənilməsini xahiş etmişdir; “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Maliyyə X4 ünvanladığı xx xxxxx 2019-cu il tarixli, BS-C-19/0676 nömrəli şikayət məktubunun surətindən və məzmunundan görünür ki, müvafiq sığorta hadisəsi ilə bağlı “Mazda 6” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə əlaqədar “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 15.785,78 (on beş min yeddi yüz səksən beş manat yetmiş səkkiz qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Odur ki, “Hyundai Sonata” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığorta etmiş Cavabdeh3 tərəfindən sığorta müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərək, 5.000 (beş min) manat məbləğində sığorta ödənişi məbləğinin cəmiyyətə geri ödənilməsi üçün zəruri tədbirlərin görülməsi xahiş edilmişdir; Cavabdeh3 Azərbaycan Respublikası Maliyyə X4 və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı xx xxx 2019-cu il tarixli 08/B-423 nömrəli məktubun surətindən və məzmunundan görünür ki, müvafiq hadisənin xx xxxxxx 2014-cü il tarixdə baş verdiyi üçün sənədlərin arxivləşdirildiyi, müvafiq sənədlər əldə edildikdən sonra məlumat veriləcəyi bildirilmişdir; “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutuna və Cavabdeh1 ünvanladığı xx xxxxxx 2019-cu il tarixli, BS-C-19/1854 nömrəli geriyə tələb (pretenziya) məktubunun surətindən və məzmunundan görünür ki, 10.785,78 (on min yeddi yüz səksən beş manat yetmiş səkkiz qəpik) manat məbləğinin (Cavabdeh3 tərəfindən ödənilməli olan məbləğ çıxılmaqla) geri ödənilməsi tələbi iddiaçı təşkilat tərəfindən cavabdeh şəxslər olan Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun və Cavabdeh1 ünvanlarına göndərilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 9/3388 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş xx xxxxxx 2015-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Mazda 6” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13.135 (on üç min bir yüz otuz beş) manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat müəyyən edilmişdir; Nərimanov RPİ tərəfindən xx xxxxxxxx 2012-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxxx 1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş X7 ünvan 4 ünvanında qeydiyyatdadır; xx xxxxxx 2019-cu il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30,40 (oruz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun; 936.1-ci və 936.2-ci maddələrinin tələblərinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx xxxxxx 2014-cü il tarixində Bakı şəhəri, Neftçilər-Azadlıq prospekti ünvanında, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil müvafiq yol vərəqəsinə əsasən Cavabdeh1 tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsi törədilmiş və nəticədə “xxxx” Açıq Səhmdar Cəmiyyətində sığortalanmış “Mazda 6” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhəri Baş Polis İdarəsi Dövlət X15 xx xxxxxx 2014-cü il tarixli inzibati xəta haqqında protokola və inzibati xəta haqqında iş üzrə qərara əsasən Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun mülkiyyətində olan “Hyundai Sonata” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hadisənin baş verməsində təqsirli bilinərək, Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 42.5-ci maddəsinin tələblərini pozmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində cərimə edilmişdir. “Mazda 6” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin MİB-3546-1/14 nömrəli sığorta şəhadətnaməsindən göründüyü kimi, həmin avtonəqliyyat vasitəsi “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx xxxxxx 2014-cü il tarixindən xx xxxxxx 2015-ci il tarixindək 31.900 (otuz bir min doqquz yüz) manat sığorta məbləği və sığorta dəyəri olmaqla “avto kasko” qaydaları ilə tam sığortalanmışdır. Həmin sığorta şəhadətnaməsi ilə sığorta hadisəsi üzrə şərtsiz azadolma məbləği tərəflər arasında 350 (üç yüz əlli) manat məbləğində razılaşdırılmışdır. Müvafiq qaydada zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “Mazda 6” markalı **- DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 16.135,78 (on altı min bir yüz otuz beş manat yetmiş səkkiz qəpik) manat məbləğində müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, xx xxxxxx 2015-ci il tarixli, 095/15 nömrəli sığorta aktına və xx xxxxxx 2015-ci il tarixli, 000193 nömrəli kassa məxaric orderinə əsasən, zərər məbləğindən 350 (üç yüz əlli) manat məbləğində azadolma məbləği çıxılmaqla 15785,78 (on beş min yeddi yüz səksən beş manat yetmiş səkkiz qəpik) manat məbləğində sığorta ödənişi “Mazda 6” markalı **- DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi və MİB-3546-1/14 nömrəli sığorta şəhadətnaməsi üzrə sığortalı (zərərçəkmiş şəxs) X2 ödənilmişdir. Göründüyü kimi, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti onun tərəfindən ödənilmiş sığorta ödənişi məbləğinin 10.785,78 (on min yeddi yüz səksən beş manat yetmiş səkkiz qəpik) manat məbləğində hissəsinin cavabdehlər Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutundan və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsini tələb edir. Lakin hazırkı icraat zamanı keçirilmiş ekspertiza rəyi ilə “Mazda 6” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 13.135 (on üç min bir yüz otuz beş) manat məbləğinin tələb olunması müəyyən olunur. Dəymiş zərər məbləğinin ekspertiza rəyində göstərilən məbləğdən daha çox olmasını təsdiq edən hər hansı sübut mövcud deyildir. Belə olan halda məhkəmə “Mazda 6” markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləğinin 13.135 (on üç min bir yüz otuz beş) manat həddində müəyyən olunmasını ədalətli və ağlabatan hesab edir, həmin məbləğdən isə icbari sığorta tərəfindən ödənilmiş 5.000 (beş min) manat və şərtsiz azadolma məbləği olan 350 (üç yüz əlli) manat çıxıldıqda, Cavabdeh1 iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin qarşısında maddi məsuliyyətinin həddi 7.785 (yeddi min yeddi yüz səksən beş) manat məbləği ilə məhdudlaşır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti subroqasiya qaydasında zərərçəkmiş şəxs olan X2 ödədiyi məbləği sığorta hadisəsinin törətməkdə təqsirli olan Cavabdeh1 tələb etmək hüququna malik olsa da, hadisənin baş verməsində heç bir təqsiri olmayan digər cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutuna qarşı belə bir hüquqa malik olmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən zərəri tələb etmə hüququ subroqasiya qaydasında “xxxx” Açıq Səhmdar Cəmiyyətinə keçdiyindən iddia tələbi Cavabdeh1 aid edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmiş məbləğ Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən deyil, avtomobili idarə edən şəxs, yəni Cavabdeh1 tərəfindən dənilməlidir. Bu baxımdan, müəyyən edilən məbləğ cavabdehlərdən Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutuna münasibətdə təmin edilməməli, Cavabdeh1 həmin tələb qismən şamil edilməlidir. İddia tələbinin məbləği ilə bağlı məhkəmə hesab edir ki, tələb olunan sığorta ödənişinin məbləği qismən təmin edilməli və 7.785 (yeddi min yeddi yüz səksən beş) manat Cavabdeh1 iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutuna qarşı hissəsində iddia tələbi rədd olunmalı, Cavabdeh1 qarşı olan hissəsində isə iddia tələbi təmin olunmalıdır. Məhkəmə iddia ərizəsinin “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0,1 faizi məbləğində, yəni 4.170 (dörd min bir yüz yetmiş) manat məbləğində dəbbə pulunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi” hissəsinə hüquqi qiymət verərkən qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsi müvafiq hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Halbuki, tərəflər arasında imzalanmış Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə xx xxxxxx 2014-cü il tarixli MİB-3546-1/14 nömrəli sığorta şəhadətnaməsində cərimənin ödənilməsi və onun hesablanması qaydası barədə hər hansı bir müddəa öz əksini tapmamışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 7.785 (yeddi min yeddi yüz səksən beş) manat məbləğində sığorta ödənişi Cavabdeh1 iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə isə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1 iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə, aparılmış ekspertiza tədqiqatının xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti isə Cavabdeh1 dövlət nəfinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 7.785 (yeddi min yeddi yüz səksən beş) manat məbləğində ödənilmiş sığorta ödənişi və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 7.815,40 (yeddi min səkkiz yüz on beş manat qırx qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh1 tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-911/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-911/2020
30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver