Məhkəmə qərarları › İş №2(005)-914/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-914/2021

12.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-914/2021 12.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “verilmiş pul məbləğinin, ödənilmiş faiz borcunun, vurulmuş mənəvi zərərin, dövlət rüsumunun və hüquqi yardımın əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “verilmiş pul məbləğinin, ödənilmiş faiz borcunun, vurulmuş mənəvi zərərin, dövlət rüsumunun və hüquqi yardımın əvəzinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.900 (iki min doqquz yüz) manat məbləğində pul, 1.512,10 (br min beş yüz on iki manat on qəpik) manat məbləğində banka ödənilmiş faiz borcuna görə zərər, 50.000 (əlli min) manat məbləğində mənəvi ziyana görə pul, 160 (bir yüz altmış) manat məbləğində ödənilən vəkil haqqı olmaqla, cəmi 54.572,10 (əlli dörd min beş yüz yetmiş iki manat on qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı müvafiq iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2019-cu ilin fevral ayında Cavabdeh İddiaçı övladı Samir Kərimlinin hərbi məktəbə qəbul edəcəyini vəd verərək ondan hissəhissə 6.650 (altı min altı yüz əlli) manat məbləğində pul almış, lakin vədinə əməl etməmişdir. Aldığı puldan hissə-hissə 3.750 (üç min yeddi yüz əlli) manat ödəmiş, lakin qalan 2.900 (iki min doqquz yüz) manat məbləğində pul vəsaitini indiyədək ödəməmişdir. İddiaçı Cavabdeh verdiyi pul vəsaitini “xxxx” Açıq Səhmdar Cəmiyyətindən kredit olaraq götürmüş, Cavabdeh aldığı pul vəsaitini vaxtında ödəmədiyinə görə banka əlavə faizlər ödəmiş, bununla da zərərə düşmüşdür. Bununla yanaşı, Cavabdeh onun 2.900 (iki min doqquz yüz) manat məbləğində pul vəsaitini özündə saxlamaqla da İddiaçı zərər vurmaqda davam etmişdir, buna görə də məsuliyyət daşıyır. Pulun cavabdehdən alınması üçün iddiaçı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, cavabdeh istintaq şöbəsində verdiyi izahatında 5.750 (beş min yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin alınmasını etiraf etmiş, aldığı pul vəsaitinin 3.750 (üç min yeddi yüz əlli) manat hissəsinin ödənilməsini bildirmişdir. İstintaq şöbəsində ərizədə göstərilən xüsusatların mülki xarakterli olması ilə əlaqədar 2.900 (iki min doqquz yüz) manat məbləğində pul vəsaitinin qaytarılması ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Buna görə də, Cavabdeh sözügedən məbləği könüllü ödəməkdən yayındığına görə, o, hüquqlarının müdafiəsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Pulun Cavabdeh verilməsi və qaytarılmayan pul vəsaitinin 2.900 (iki min doqquz yüz) manat məbləğində təşkil etməsi faktı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi Elvar Quliyevin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə, habelə Cavabdeh özünün etirafı ilə, habelə şahid ifadələri ilə də tam təsdiq edilir. “xxxx” Açıq Səhmdar Cəmiyyətinə Cavabdeh verilmiş pul məbləğinə ödənilən faizlər 1.512,10 (bir min beş yüz on iki manat on qəpik) manat məbləğində təşkil edir. Faizlərin hesablanması cədvəli iddia ərizəsinə əlavə olunmuşdur. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində onun oğlu X3 İmtahan Mərkəzi tərəfindən təşkil edilmiş imtahan nəticələrinə görə ən azı İdman Akademiyasına daxil olmaq imkanı olmuş, lakin cavadehin yalançı vədlərinə görə (guya hərbi məktəbə daxil olmağı təmn edəcəkdir) bu imkandan istifadə edə bilməmiş, nəticədə oğlu iki il ərzində tələbə adını qazana bilməmişdir. Bir valideyn olaraq bu ona çox pis təsir etmiş, ona mənəvi sarsıntılar və iztirablar vermişdir. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində iddiaçı olaraq ona vurulmuş mənəvi zərər 50.000 (əlli min) manat, banka faiz olaraq ödənilmiş 1.512,10 (bir min beş yüz on iki manat on qəpik) manat məbləğində zərər, vəkil xidmətinə görə vəkil haqqı olaraq ödənilmiş 160 (bir yüz altmış) manat məbləğində qiymətləndirilmişdir. Beləliklə, işin faktiki hallarını və qanuni əsaslarını nəzərə alaraq hesab edir ki, cavabdehin ödəməli olduğu 54.572.10 (əlli dörd min beş yüz yetmiş iki manat on qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınıb iddiaçı şəxsə verilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı X2 xx xxxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən və məzmunundan görünür ki, araşdırma müddətinin başa çatmasını və toplanmış materialda hər-hansı bir cinayət tərkibi əlamətlərinin olmaması əsası ilə material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və İddiaçı vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsinin izah olunması qərara alınmışdır; Müvafiq qərarın məzmunundan görünür ki, iş üzrə izahatı alınmış, xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan vətəndaş İddiaçı bildirmişdir ki, 2015-ci il tarxdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsində yerləşən “OBA” marketdə işləyən Ellada adlı qadına ət məhsulları satarkən həmin marketdə Yalçın adlı şəxslə tanış olmuşdur. Yalçın adlı şəxslə aralarında yaranmış söhbət əsnasında, Yalçın hal hazırda Bakı Ali Hərbi Məktəbdə zabit işlədiyini bildirmişdir. Beləliklə də, 2019-cu ilin fevral ayında Yalçın adlı şəxs onun oğlu Samir Kərimiini hərbi məktəbə qəbul edəcəyinə vəd verərək ondan hissə-hissə 6.650 (altı min altı yüz əlli) manat məbləğində pul almış, lakin vədinə əməl etməmiş, aldığı 6.650 (altı min altı yüz əlli) manat məbləğində pul vəsaitindən 3.750 (üç min yeddi yüz əlli) manat məbləğində pulunu geri qaytarsa da, lakin yerdə qalan pulunu bu vaxta kimi qaytarmamışdır. Həmçinin bəhs olunan qərarın məzmunundan görünür ki, iş üzrə izahatı alınmış, xx xxxxx 1979-cu il tarixdə Qax rayonunun Qaxmuğal kəndində anadan olan, ünvan 2 ünvanında qeydiyyatda olan, lakin ünvan 3 ünvanında yaşayan vətəndaş Cavabdeh (seriya AZE nömrə ********) bildirmişdir ki, İddiaçı onun barəsində yazmış olduğu ərizəsi ilə tanış olduğunu, eyni zamanda İddiaçı yazmış olduğu ərizəsi həqiqətə uyğun olmadığını bildirmişdir. Beləliklə də, İddiaçınan Biləcəri qəsəbəsində yerləşəli “OBA” marketdə alış-veriş edərək tanış oimuşdur. İddiaçı ondan xahiş etmişdir ki, oğlu Samir Kərimlini hərbi məktəbə qəbul etmək istəyir, lakin Samir Kərimlinin səhətində qüsür olduğunu bildirmişdir. Bununla da, aralarında olan razılaşmaya görə Samir Kərimlinin tibbi komisiyadan keçirə biləcəyinə vəd vermiş və tibb komissiyadan keçdikdən sonra imtahana buraxılması üçün sənəd alacağına vəd vermişdir. Lakin imtahandan kəsir olsa tibbi komissiya verilən pulu geri ala bilməyəcəyini bildirmişdir. Bununla da, Samir Kərimlininin iikin olaraq hərbi məktəbə qəbul olunması üçün tibbi komissiyadan keçmək üçün 2.000 (iki min) manat alaraq tibbi komissiyanın üzvlərinə vermişdir. Daha sonra isə Cevhun Kərimovdan 500 (beş yüz) manat məbləğində pul vəsaiti borc almışdır. Samir Kərimlinin hərbi məktəbə qəbul olunması üçün imtahandan lazım olan keçid balını toplaya bilmədiyi səbəbindən, İddiaçı onunla əlaqə saxlayaraq ondan köməklik istəmişdir ki, oğlu Samir Kərimli imtahandan kəsilmiş və onu təcili olaraq hərbi məktəbə qəbul etdirmək istədiyini bildirmiş və bu səbəbdən də imtahandan keçirməsinə dair əlavə olaraq 3.250 (üç min iki yüz əlli) manat məbləğində pul vermişdir, Bu səbəbdən də, Ceyhun Kərimlidən 3.250 (üç min iki yüz əlli) manat məbləğində pul vəsaiti aldıqdan sonra Samir Kərimlini hərbi məktəbə qəbul etdirə bilmədiyi ücün İddiaçı qaytardığını bildirmişdir. Vətəndaş Cavabdeh yazmış olduğu izahatının sonunda ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Samir Kərimlinin hərbi məktəbə qəbul olunması üçün ilkin olaraq tibbi komissiyadan keçirilməsinə dair İddiaçı 2.000 (iki min) manat məbləğində pul vəsaiti alarkən onların öz aralarında razılaşma olmuşdur ki, Samir Kərimov tibbi komissiyadan keçdikdən sonra imtahana buraxılacaq və buna görə tibbi komissiya verilən pul müqabilində işləri həll olunmuşdur. Lakin aldığı 500 (beş yüz) manat məbləğində pul borcu ilə birlikdə və əlavə olaraq Samir Kərimli hərbi məktəbə qəbul olunması üçün 3.250 (üç min iki yüz əlli) manat məbləğində pul almış, lakin Samir Kərimli hərbi məktəbə qəbul edilmədiyi üçün İddiaçı 3.750 (üç min yeddi yüz əlli) manat məbləğində pul vəsaitini geri qaytardığını bildirmişdir. Ceyhun Kərimli ona bildirmişdir ki, həmin 6.650 (altı min altı yüz əlli) manat məbləğində pul vəsaitini bankdan 18 faizlə götürmüş və həmin faizi ödəyə bilmədiyi səbəbindən onu məcbur etmişlər ki, banka olan borcunu onunla birlikdə ödəyərək bank borcu bağlanılsın. xx xxxxxx 2020-ci il tarixli 11575 nömrəli qəbzdən görünür ki, müvafiq iddia tələbi ilə bağlı hüquqi yardımın göstərilməsi üçün Bakı şəhəri 7 nömrəli vəkil bürosuna 160 (bir yüz altmış) manat məbləğində pul vəsaiti ödənilmişdir; xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh aldığı 6.650 (altı min altı yüz əlli) manat məbləğində pul vəsaitindən 3.750 (üç min yeddi yüz əlli) manat məbləğində pulunu geri qaytarmış, həmin puldan müəyyən hissəni isə borclu olaraq qalmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi 2.900 (iki min doqquz yüz) manat məbləğində pul vəsaitinin qaytarılması hissəsində təmin olunmalı və Cavabdeh İddiaçı xeyrinə 2.900 (iki min doqquz yüz) manat məbləğində pul vəsaiti tutulmalıdır. Məhkəmə iddia tələbinin “hüquq xidmət olaraq 160 (bir yüz altmış) manat məbləğində pul vəsaitinin tutulması” hissəsi də əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, həmin hüquqi xidmətin həqiqətən ödənilməsini təsdiq edən sübutu İddiaçı məhkəməyə təqdim etmiş və bu baxımdan da iddia tələbi “hüquq xidmət olaraq 160 (bir yüz altmış) manat məbləğində pul vəsaitinin tutulması” hissədə təmin edilməli, hüquqi xidmət haqqı olaraq ödənilmiş 160 (bir yüz altmış) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin 1.512,10 (bir min beş yüz on iki manat on qəpik) manat məbləğində faiz borcunun cavabdeh şəxsdən tutulması hissəsini əsassız hesab edir, belə ki, müvafiq tələbin hüquqi əsaslılığı iddia şəxs tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə İddiaçı 50.000 (əlli min) manat məbləğində mənəvi zərərin cavabdeh şəxsdən onun xeyrinə ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2.900 (iki min doqquz yüz) manat məbləğində borc və 160 (bir yüz altmış) manat məbləğində hüquqi xidmətin əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2.900 (iki min doqquz yüz) manat məbləğində pul, 160 (bir yüz altmış) manat məbləğində hüquqi xidmətin əvəzi və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar