Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-92/2025 10.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölgüsü, bu mümkün olmadıqda əmlakın hərracdan satılması” tələbinə dair mülki iş üzrə iddia tələbinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölgüsü, bu mümkün olmadıqda əmlakın hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov rayonu, Mayakovski küçəsi 15 saylı evin 48 saylı mənzili; Abşeron rayonu, Saray Qəsəbəsində yerləşən 0.07 ha torpaq sahəsi; Abşeron rayonu Saray qəsəbəsi, Yeni Məhəllə küçəsində yerləşən 170 saylı evin iddiaçı və cavabdehin payına uyğun olaraq naturada bölgüsünə, bu mümkün olmadıqda həmin daşınmaz əmlakların açıq hərracdan satılaraq əldə olunan vəsaitin tərəflərin payına uyğun olaraq bölüşdürülməsinə və Bakı şəhəri, Nərimanov rayonu, 4-cü tikinti meydançası ünvanında yerləşən "Şəlalə” MTK-ya məxsus binanın 1-ci giriş, ümumi sahəsi 114.3 kv.m. olan 10 nömrəli mənzilin 2/1 hissədə iddiaçının və 2/1 hissədə cavabdehin tanınmış mülkiyyət hüquqları nəzərə alınmaqla daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonuncu dəfə xx.xx.2025-ci il tarixdə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 15 saylı evin, 48 saylı mənzilinin, Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə küçəsində yerləşən 170 saylı evin və Bakı şəhəri, Nərimanov rayonu, 4-cü tikinti meydançası ünvanında yerləşən "xxxx" MTK-ya məxsus binanın 1-ci giriş, ümumi sahəsi 114,3 kv.metr olan 10 nömrəli mənzilin açıq hərracda satılaraq tərəflərin payına uyğun bölüşdürülməsi, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsinin ekspert rəyində göstərilmiş bölgü planı əsasında ½ hissəyə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflər barışıq sazişi imzalayaraq, həmin barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Buna dair xx.xx.2025-ci il tarixli tərəflər arasında imzalanmış barışıq sazişini məhkəməyə təqdim etmişdirlər. Həmçinin tərəflərin ərizələrindən görünür ki, onlar aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak etmiş tərəflər barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə başlanmış icraata xitam verilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı Məhəmməd qızı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli Barışıq sazişinin aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır: 1) Tərəflər razılaşırlar ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Məhəmməd qızının Cavabdeh qarşı əmlakların naturada bölgüsü, bu mümkün olmadıqda hərracda satılması tələbinə dair 2(005)-92/2025 saylı iş mülki üzrə mübahisəni qarşılıqlı güzəştlər yolu ilə aşağıda göstərilən qaydada həll edirlər; 1.1. İddiaçı Məhəmməd qızı ünvan 2 ünvanında yerləşən mənzil üzərində və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.07 ha torpaq sahəsi üzərində ½ hissədə müllkiyyət hüquqlarından Cavabdeh xeyrinə imtina edir. 1.2. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, 4-cü tikinti meydançası ünvanında yerləşən "xxxx" MTK-ya məxsus binada 1-ci giriş, ümumi sahəsi 114.3 kv.m olan 10 nömrəli mənzil üzərində pay (mülkiyyət) hüququndan və Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə küçəsində yerləşən 170 saylı ev və həmin evin yerləşdiyi torpaq sahəsi üzərində ½ hissədə mülkiyyət hüquqlarından İddiaçı Məhəmməd qızının xeyrinə imtina edir. 1.3. Tərəflər barışıq sazişi təqsdiq edildikdən sonra 10 gün müddətində hüquqlarından imtinaya dair ərizələrini müvafiq dövlət qurumuna (cavabdeh eyni zamanda "xxxx" MTK-ya ) təqdim edəcəklərinə dair öhdəlik götürürlər. 1.4. Bu sazişin imzalanması ilə əlaqədar İddiaçı Məhəmməd qızı tələbindən imtina etməsinə dair məhkəməyə ərizə verir, tərəflərin ayrı-ayrılıqda məhkəməyə təqdim etdikləri müraciətləri əsasında bu saziş məhkəmə tərəfindən təsdiq edilir və bununla da İddiaçı Məhəmməd qızının Cavabdeh qarşı əmlakların naturada bölgüsü, bu mümkün olmadıqda hərracda satılması tələbinə dair işə xitam verilir. 1.5. Hazırki barışıq sazişi ilə müəyyən edilən öhdəliklər vaxtında və layiqincə icra edilmədikdə öz öhdəliyini icra etməyən tərəf məsuliyyət daşıyır.
2. Sazişin müddəti 2.1 Bu barışıq Sazişi imzalandığı andan qüvvəyə minir və tərəflərin Saziş üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir.
3. Barışıq sazişinin təsdiqi və hüquqi nəticələri 3.1 Barışıq Sazişi məhkəmədə təsdiq edilir. Barışıq Sazişinin pozulması və ya layiqincə icra edilməməsi icra icraatının başlanması üçün əsasdır. 3.2 Bu saziş 3 (üç) orijinal nüsxədə imzalanır. Bir nüsxəsi İddiaçı Məhəmməd qızında, bir nüsxəsi Cavabdeh saxlanılmaqla, digər nüsxəsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 5.4-cü (bundan sonra MPM) maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. 6-cı maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2016-cı il tarixli Qərarında qeyd edilmişdir: Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Barışıq sazişinin bağlanması, çıxarılmış məhkəmə aktı ilə razılaşılması və ya ondan şikayət verilməsi hər iki tərəfin iradəsi əsasında müəyyən olunur. İddianın etiraf edilməsi (qəbul edilib-edilməməsi), habelə iddia müddətinin tətbiq olunub-olunmaması isə cavabdehin mövqeyindən asılıdır. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir. Qeyd edilən hüquq normalarından aydın olur ki, mülki iş üzrə tərəflər qanunvericiliyin tələblərinə zidd olmayan barışıq sazişi bağlamaq hüququ vardır və ədalət mühakiməsi həyata keçirən məhkəmələr bu hüquqların həyata keçirilməsinə yardım etmək vəzifəsinin daşıyıcılarıdır. Mülki iş üzrə tərəflər arasında barışıq sazişi bağlandığı və məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən, tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən iddiaçı X1 tərəfindən ödənilmiş dövlət rüsumları ona geri qaytarılmalıdır. İş üzrə aparılmış məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat müştərək qaydada İddiaçı Məhəmməd qızı və Cavabdeh tutularaq dövlət bücəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölgüsü, bu mümkün olmadıqda əmlakın hərracdan satılması” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin:
Barışıq sazişi
Bakı şəhəri xx.xx.2025-ci il Biz aşağıda imza edənlər: bir tərəfdən İddiaçı Məhəmməd qızı şəxsində, digər tərəfdən Cavabdeh şəxsində (birlikdə Tərəflər adlandırılacaq) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin tələblərinə istinadən aşağıdakı şərtlərlə bu sazişi bağladıq: 1) Tərəflər razılaşırlar ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı Məhəmməd qızının Cavabdeh qarşı əmlakların naturada bölgüsü, bu mümkün olmadıqda hərracda satılması tələbinə dair 2(005)-92/2025 saylı iş mülki üzrə mübahisəni qarşılıqlı güzəştlər yolu ilə aşağıda göstərilən qaydada həll edirlər; 1.1. İddiaçı Məhəmməd qızı ünvan 2 ünvanında yerləşən mənzil üzərində və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.07 ha torpaq sahəsi üzərində ½ hissədə müllkiyyət hüquqlarından Cavabdeh xeyrinə imtina edir. 1.2. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, 4-cü tikinti meydançası ünvanında yerləşən "xxxx" MTK-ya məxsus binada 1-ci giriş, ümumi sahəsi 114.3 kv.m olan 10 nömrəli mənzil üzərində pay (mülkiyyət) hüququndan və Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllə küçəsində yerləşən 170 saylı ev və həmin evin yerləşdiyi torpaq sahəsi üzərində ½ hissədə mülkiyyət hüquqlarından İddiaçı Məhəmməd qızının xeyrinə imtina edir. 1.3. Tərəflər barışıq sazişi təqsdiq edildikdən sonra 10 gün müddətində hüquqlarından imtinaya dair ərizələrini müvafiq dövlət qurumuna (cavabdeh eyni zamanda "xxxx" MTK-ya ) təqdim edəcəklərinə dair öhdəlik götürürlər. 1.4. Bu sazişin imzalanması ilə əlaqədar İddiaçı Məhəmməd qızı tələbindən imtina etməsinə dair məhkəməyə ərizə verir, tərəflərin ayrı-ayrılıqda məhkəməyə təqdim etdikləri müraciətləri əsasında bu saziş məhkəmə tərəfindən təsdiq edilir və bununla da İddiaçı Məhəmməd qızının Cavabdeh qarşı əmlakların naturada bölgüsü, bu mümkün olmadıqda hərracda satılması tələbinə dair işə xitam verilir. 1.5. Hazırki barışıq sazişi ilə müəyyən edilən öhdəliklər vaxtında və layiqincə icra edilmədikdə öz öhdəliyini icra etməyən tərəf məsuliyyət daşıyır.
2. Sazişin müddəti 2.1 Bu barışıq Sazişi imzalandığı andan qüvvəyə minir və tərəflərin Saziş üzrə öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir.
3. Barışıq sazişinin təsdiqi və hüquqi nəticələri 3.1 Barışıq Sazişi məhkəmədə təsdiq edilir. Barışıq Sazişinin pozulması və ya layiqincə icra edilməməsi icra icraatının başlanması üçün əsasdır. 3.2 Bu saziş 3 (üç) orijinal nüsxədə imzalanır. Bir nüsxəsi İddiaçı Məhəmməd qızında, bir nüsxəsi Cavabdeh saxlanılmaqla, digər nüsxəsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim edilir.
4. Tərəflərin imzaları İddiaçı : İddiaçı Məhəmməd qızı Cavabdeh: Cavabdeh Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin tələbləri izah edilmiş və şərtləri tərəflərə aydındır. Bu saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 nüsxə olmaqla məhkəmədə və digər nüsxələri tərəflərdə saxlanılır. İddiaçı Cavabdeh qarşı “əmlakın naturada bölgüsü, bu mümkün olmadıqda əmlakın hərracdan satılması” tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçı Məhəmməd qızı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İş üzrə aparılmış məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat müştərək qaydada İddiaçı Məhəmməd qızı və Cavabdeh tutularaq dövlət bücəsinə ödənilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə biər. Sədrlik edən: Solmaz Ədilova