Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-942/2025 06.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Firmasının cavabdehlər Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Cavabdeh5 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Açar sözlər: “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın mülkiyyətçisinin hüquqlarının pozulmasının aradan qaldırılması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və daşınmaz əşyadan çıxarılması” tələbi) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi, İddiaçı Firmasının nümayəndəsi və vəkili Vəkil, qanuni nümayəndəsi X8, Cavabdeh3 nümayəndəsi Nümayəndə, Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri” X33 1 Saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Firmasının cavabdehlər Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Cavabdeh5 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın mülkiyyətçisinin hüquqlarının pozulmasının aradan qaldırılması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və daşınmaz əşyadan çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: Təsviri hissə: a.Tələb: İddiaçı Firması cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın mülkiyyətçisinin hüquqlarının pozulmasının aradan qaldırılması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və daşınmaz əşyadan çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 ünvanında yerləşən ümumi sahəsi 102,1 kv.metr olan qeyriyaşayış sahəsinin Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədin etibarsız hesab edilməsi, həmin sənəd əsasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33 1 saylı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 102,1 kv.metr olan qeyriyaşayış sahəsi üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, İddiaçı Firmasının Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 ünvanında yerləşən ümumi sahəsi 102,1 kv.metr olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 ünvanında yerləşən ümumi sahəsi 102,1 kv.metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh2 qeyri-qanuni sahibliyindən götürülməsi, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 ünvanında yerləşən ümumi sahəsi 102,1 kv.metr olan qeyri-yaşayış sahəsindən hər hansı qeyd-şərt olmadan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Firması sonradan xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini və Cavabdeh5 cavabdehlər qismində işə cəlb etmiş və Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 ünvanında yerləşən ümumi sahəsi 102,1 kv.metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (o vaxt Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi) ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 7133 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, həmin müqavilə əsasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33 1 saylı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 102,1 kv.metr olan qeyri-yaşayış sahəsi üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 ünvanında yerləşən ümumi sahəsi 102,1 kv.metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2021-ci il tarixində Cavabdeh5 tərəfindən təsdiq edilmiş (reyestrdə 4Ə-1 nömrə ilə qeyd edilmişdir) xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33 1 saylı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 102,1 kv.metr olan qeyri-yaşayış sahəsi üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, İddiaçı Firmasının Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 ünvanında yerləşən ümumi sahəsi 102,1 kv.metr olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 ünvanında yerləşən ümumi sahəsi 102,1 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh3 qeyri-qanuni sahibliyindən götürülməsi, Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 ünvanında yerləşən ümumi sahəsi 102,1 kv.metr olan qeyri-yaşayış sahəsindən hər hansı qeyd-şərt olmadan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Firması xx.xx.2025-ci il tarixdə yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 ünvanında yerləşən ümumi sahəsi 102,1 kv.metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (o vaxt Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi) ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 7133 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, həmin müqavilə əsasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33 1 saylı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 102,1 kv.metr olan qeyri-yaşayış sahəsi üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 ünvanında yerləşən ümumi sahəsi 102,1 kv.metr olan qeyri-yaşayış sahəsinin Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2021-ci il tarixində Cavabdeh5 tərəfindən təsdiq edilmiş (reyestrdə 4Ə-1 nömrə ilə qeyd edilmişdir) xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33 1 saylı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 102,1 kv.metr olan qeyri-yaşayış sahəsi üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, İddiaçı Firmasının Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 ünvanında yerləşən ümumi sahəsi 102,1 kv.metr olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 ünvanında yerləşən ümumi sahəsi 102,1 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh3 qeyri-qanuni sahibliyindən götürülməsi, Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 ünvanında yerləşən ümumi sahəsi 102,1 kv.metr olan qeyri-yaşayış sahəsindən hər hansı qeyd-şərt olmadan çıxarılması, həmin sahənin onun tərəfindən tam boşaldılması, İddiaçı Firmasına təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Firması (bundan sonra - Firma və ya İddiaçı) 30 iyun 1998-ci il tarixində dövlət qeydiyyatında alınmışdır. Firma Azərborukəmər Tikinti İcarə Müəssisəsinin 3 saylı Tikinti Quraşdırma İdarəsinin (bundan sonra – İdarə) bazasında yaradılmışdır. İdarə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 ünvanındakı ümumi sahəsi olan 102,1 kv.m olan qeyri-yaşayış sahəsində (bundan sonra Sahə) yerləşmişdir. Sahə İdarənin balansında olmuş və İdarənin əmlakının tərkibinə daxil olaraq İdarənin digər əmlakları ilə birlikdə Firmanın adına özəlləşdirilmişdir (Firmanın mülkiyyətinə keçmişdir). Sahə Firmanın hüquqi ünvanıdır. Sahə Firma tərəfindən başqa şəxslərə özgəninkiləşdirilməmişdir. Firma Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X33 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - 1-ci Cavabdeh) müraciət edərək Sahə üzrə Firmanın mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsini və Sahənin texniki pasportunun tərtib etməsini xahiş etmişdir. Sahənin texniki pasportunun tərtib etməsi üçün 1-ci Cavabdehin əməkdaşları tərəfindən Sahəyə baxış keçirilməli və Sahədə ölçü işləri həyata keçirilməlidir. Həmin zaman 1-ci Cavabdeh Firmaya bildirməmişdir ki, hər hansı başqa şəxsin Sahəyə aidiyyati vardır. Əksinə, 2-ci Cavabdeh yazılı məlumat vermişdir ki, Sahə təmirsiz və istifadəsizdir. Firma üçün o vaxt naməlum şəxs(lər) tərəfindən Sahənin qapısının yeni qıfilı qoyulmuşdur. Pəncərədən də görünürdü ki, Sahədə bəzi əşyalar vardır, halbuki Sahə əvvəl boş olmuş, orada hər hansı əşya olmamışdır. Bununla əlaqədar olaraq Firma Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək 1-ci Cavabdehin əməkdaşları tərəfindən Sahəyə baxış keçirilməsi məqsədilə Sahədən qeyri-qanuni istifadə edən şəxslərin müəyyən edilməsi və onlar tərəfindən həmin baxışa maneələrin aradan qaldırılmasında köməklik etməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin 09 fevral 2024-cü il tarixli, 1/1374 nömrəli məktubuna əsasən Sahə Cavabdeh2 (bundan sonra - 2-ci Cavabdeh) məxsusdur. İddiaçı dəfələrlə yazılı şəkildə 1-ci Cavabdehə müraciət edərək Sahənin 2-ci Cavabdehin adına rəsmiləşdirilməsi haqqında ətraflı məlumat və Sahənin onun adına dövlət reyestrində qeydiyyatının aparılmasına əsas təşkil etmiş sənədlərin təsdiq olunmuş surətlərinin təqdim etməsini xahiş etmişdir. Lakin, 1-ci Cavabdeh həmin məlumat və sənədlərin İddiaçıya təqdim etməsindən imtina etmişdir. Sahə Firma tərəfindən başqa şəxslərə və 2-ci Cavabdehə özgəninkiləşdirilmədiyinə görə Sahənin dövlət reyestrində qeydiyyatının aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənəd etibarsızdır. 2-ci Cavabdeh Sahədən qeyri-qanuni sahiblik və istifadə edir, bununla da iddiaçının hüquqlarını pozur. İddia ərizəsinə qarşı etirazın dəlilləri: Cavabdeh2 iddia tələbinə yazılı qaydada etiraz ərizəsi təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 təqdim etdiyi etirazını onunla əsaslandırmışdır ki, hesab edir ki, iddia ərizəsində göstərilənlər əsassız olduğundan və iddaçının həmin iddia ilə çıxış etmək üçün subyektiv hüququ olmadığından iddia rədd olunmalıdır. Belə ki, xx.xx.2019-cu il tarixində Azərbaycan Respubliksının Əmlak Məsələləri Dövlət Komitəsi ilə onun arasında “dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” 11071 nömrəli icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin predmetindən göründüyü kimi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2019-cu il tarixli, 77 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, 23 (registr №***-*******5-035) ünvanında yerləşən, ümumi sahəsi 102,1 m2 təşkil edən Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsi icarəyə verilmişdir. Həmin icarə müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********13-05101-083025 olan çıxarış verilmişdir. Uzun müddətdir ki, qeyd olunan qeyri-yaşayış sahəsindən istifadə edir. İddiaçı firmanın Azərborukəmər Tikinti İcarə Müəssisəsinin 3 saylı Tikinti Quraşdırma İdarəsinin bazasında yaradıldığını, idarənin ünvan 3 ünvanındakı ümumi sahəsi 102,1 kv.metr olan qeyri-yaşayış sahəsində yerləşdiyini, sahənin idarənin balansında olduğunu və idarənin əmlakının tərkibinə daxil olaraq idarənin digər əmlakları ilə birlikdə firmanın adına özəlləşdirildiyini bildirmişdir. Lakin iddia ərizəsinin qoşma hissəsinə nəzər yetirdikdə iddiaçı tərəfindən bununla bağlı hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin İddiaçı firmasının mülkiyyətində olması barədə çıxarışı məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda, həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus olması sual yaradır. Burdan belə bir qənaətə gəlinir ki, sözügedən qeyri-yaşayış sahəsi ilə bağlı mülkiyyət hüququnu təstiq edən sənəd olmadığından İddiaçı firmasının “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın mülkiyyətçisinin hüquqlarının aradan qaldırılması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və daşınmaz əşyadan çıxarılması (köçürülməsi)” üçün subyektiv hüququ yoxdur. Bundan başqa, 2019-cu il tarixində o, iddiaçı qismində çıxış edərək cavabdehlər X28, X9, X25, X4 və X14 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ünvan 4 ünvanında 102 kv.metr sahəsi olan, qeyri-yaşayış sahəsindən cavabdeh X10 və orda məskunlaşan qeyrilərinin çıxarılması və həmin qeyriyaşayış sahəsinin boşaldırlaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3461/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, cavabdehlər X28, X9, X22, X4 və X11 ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin boşaldılaraq Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. Sonradan cavabdeh X28 apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1089/2020 saylı, 28 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3461/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi cavabdeh X15 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnamələrindəndə göründüyü kimi, ünvan 4 ünvanında yerləşən 102 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi ona məxsusdur. Cavabdeh3 iddia tələbinə yazılı qaydada etiraz ərizəsi təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 təqdim etdiyi etirazını onunla əsaslandırmışdır ki, hesab edir ki, iddia ərizəsində göstərilənlər əsassız olduğundan və iddaçının həmin iddia ilə çıxış etmək üçün subyektiv hüququ olmadığından iddia rədd olunmalıdır. Belə ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 102,1 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh5ndə xx.xx.2021-ci il tarixli 40-1 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsi əsasında Cavabdeh2 tərəfindən ona bağışlanılmışdır. Həmin bağışlama müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********13-05101-083025 olan çıxarış verilmişdir. Uzun müddətdir ki, qeyd olunan qeyri-yaşayış sahəsindən istifadə edir. İddiaçı firmanın Azərborukəmər Tikinti İcarə Müəssisəsinin 3 saylı Tikinti Quraşdırma İdarəsinin bazasında yaradıldığını, idarənin ünvan 3 ünvanındakı ümumi sahəsi olan 102,1 kv.metr olan qeyri-yaşayış sahəsində yerləşdiyini, sahənin idarənin balansında olduğunu və idarənin əmlakının tərkibinə daxil olaraq idarənin digər əmlakları ilə birlikdə firmanın adına özəlləşdirildiyini bildirmişdir. Lakin, iddia ərizəsinin qoşma hissəsinə nəzər yetirdikdə iddiaçı tərəfindən bununla bağlı hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Bunun əksinə Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı Firmasına ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda göstərmişdir ki, arxiv məlumatlarına əsasən İddiaçı Firmasının adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Həmçinin Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı Firmasına ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda göstərmişdir ki, sözügedən qeyri-yaşayış sahəsi 5 mərtəbəli binanın 1-ci və zirzəmi mərtəbəsində yerləşir, İddiaçı Firmasına aid olmasına dair idarəyə sənəd təqdim edilməmişdir. Bundan başqa, Nərimanov RPİ-nin 18-ci PB-nin məktubunda göstərilmişdir ki, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 saylı binanın hansı hissəsinə aid olunması müəyyən edilmir. X13 23 ünvandakı binanın 1-ci mərtəbəsində 10-dan çox qeyri-yaşayış sahəsi var, iddiaçı konkret olaraq hansı hissəsini mübahisələndirdiyini özü də bilmir. Göründüyü kimi iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin İddiaçı firmasının mülkiyyətində olması barədə mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda, həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus olması sual yaradır. Burdan belə bir qənaətə gəlinir ki, sözügedən qeyriyaşayış sahəsi ilə bağlı mülkiyyət hüququnu təstiq edən sənəd olmadığından iddiaçı “BoruKəməri-98” firmasının “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşımmaz əşyanın mülkiyyətçisinin hüquqlarının aradan qaldırılması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və daşınmaz əşyadan çıxarılması (köçürülməsi)” üçün subyektiv hüququ yoxdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı Firmasının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq izahatında göstərmişdir ki, 1998-ci ildən mübahisəli qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Müvafiq şəhadətnamə verilmişdir. İddiaçı 3 saylı Tikinti-Quraşdırma İdarəsinin bütün əmlakını almışdır. Hesab edir ki, iddia əsaslıdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı Firmasının qanuni nümayəndəsi X29 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X33 1 Saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X16 məhkəmə iclasında, bildirdi ki, mübahisəli əmlak özgəninkiləşdirilən zaman dövlət registrindən çıxarışa əsasən dövlətin əmlakı olub. 1998ci il keçirilmiş auksionda bağlanmış müqavilənin predmeti 3 saylı Tikinti-Quraşdırma İdarəsinin əmlakı təşkil etmişdir. Şəhadətnamədə iddiaçının hüquqi şəxsin ünvanı olaraq hazırkı A.Nemətulla küçəsində yerləşən mübahisəli əmlak olaraq göstərilmişdir. Mübahisəli əmlak dövlət əmlakı olmasaydı ona dair icarə müqaviləsi bağlana bilməzdi. Daha sonra icarəyə verilmiş əmlak özgəninkiləşdirilmişdir. İddiaçı əvvəlcə inzibati aktı mübahisləndirməli idi. Məhkəmədən iddia əsassız olduğundan, təmin edilməməmsini xahiş etdi. Cavabdeh3 nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, əgər sizin əmlak idisə, ora bir nəzarət olmalı idi. Heç bir sənəd yoxdur ki, həmin sahə iddiaçıya məxsus olub, həmin sahəni onlar alıb. Həmin sahədə iddiaçı qeydiyyatda olub. Məhz bu səbəbdən də iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı Firmasında sürücü vəzifəsində işləmişdir. Hansı illərdə işlədiyini unutmuşdur. X46 küçəsində yerləşirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı Firmasında 1991-1996-cı illərdə Qaynaqçı vəzifəsində işləmişdir. Biləcəridəki sahədə işləyirdi. Kadrlarla bağlı sənəd işləri olduqda ofisə gəlirdi. X48 23-də yerləşirdi. İdarənin işçiləri həmin ofisdə otururdular. Ofisin neçə kv.metr olduğunu deyə bilməz. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 verdiyi ifadəsində göstərmişdir ki, Ağa Nemətulla 25-də sürücü işləmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 010651 nömrəli xx.xx.1998-ci il tarixli şəhadətnaməsinin surətindən görünür ki, X12, X1, X32, X5, X30, X6, X7, X2 həqiqətən 3 saylı Tikinti Quraşdırma İdarəsinin əmlakını (Azərborukəmərtikinti tresti) qüvvədə olan qanunvericilik əsasında satın almışdır. Bu şəhadətnamə ilə rəsmiləşdirilən həmin 3 saylı Tikinti Quraşdırma İdarəsi alıcının toxunulmaz mülkiyyətidir. - Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 882 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamına 1 saylı Əlavənin surətindən görünür ki, auksiona çıxarılan obyektlərin siyahısında 2-ci sırada 3 saylı Tikinti Quraşdırma İdarəsi göstərilmişdir. 3 saylı Tikinti Quraşdırma İdarəsinin ünvanı olaraq A.Nemətulla küçəsi 23 olaraq qeyd edilmişdir. - xx.xx.1998-ci il tarixli auksion protokolunun surətindən görünür ki, satıcı Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən 3 saylı Tikinti Quraşdırma İdarəsi A.Nemətulla 23 özəlləşdirilmiş, qalib (alıcı) isə X12 olmuşdur. - Satıcı Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə alıcı X12 arasında bağlanmış xx.xx.1998-ci il tarixli müəssisənin (obyektin) alqı-satqısı barədə 11342 nömrəli müqavilənin surətindən görünür ki, satıcı Bakı şəhəri, A.Nemətulla küçəsi 23-də yerləşən 3 saylı Tikinti Quraşdırma İdarəsini alıcıya satır. Alıcı Bakı şəhəri 3 saylı Tikinti Quraşdırma İdarəsini auksionda satış qiyməti ilə satın almışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinin 18ci Polis şöbəsinin xx.xx.2024-cü il tarixli X18 ünvanlanmış məktubundan görünür ki, "xxxx" Firması Azərborukəmər Tikinti İcarə Müəssisəsinin 3 saylı Tikinti Quraşdırma İdarəsinin bazasında yaradılmışdır. Qeyd olunan idarə Nərimanov rayonu, A.Nemətulla küçəsi 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yerləşmişdir. Firma, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X36 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri X33 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Sahə üzrə Firmanın mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsini və sahənin texniki pasportunun tərtib edilməsini xahiş etmiş, Bakı Ərazi İdarəsinin əməkdaşları tərəfindən sahəyə baxış keçirilməsi məqsədi ilə, sahədən qeyri-qanuni istifadə edən şəxslərin müəyyən edilməsi və onlar tərəfindən həmin baxışa maneələrin aradan qaldırılmasında köməklik edilməsini xahiş etmiş, araşdırma zamanı, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən təqdim edilmiş texniki pasport, sahənin sxemi və çıxarışa əsasən, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 ünvanında 102.1 (kvadratmetr) sahə, ünvan 7al rayonu, Əsəd Əhmədov küçəsi ev 22 A, giriş 3 mənzil 208 A-da qeydiyyatda olan Cavabdeh2 məxsusdur. Ancaq qeyd olunan qeyri yaşayış sahəsi Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 saylı binanın hansı hissəsinə aid olmasının müəyyən edilməsi üçün DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və ya Məhkəmə instansiyasına müraciət etmək hüququ vardir. - Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 11071 nömrəli icarəyəverən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə icarəçi Cavabdeh2 arasında bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, icarəyəverən Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi 23 (registr №***-*******5- 035) ünvanında yerləşən, ümumi sahəsi 102,1 kv.metr təşkil edən Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə icarəçinin müddətli istifadəsinə vermişdir. İcarə müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. - Satıcı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı Cavabdeh2 arasında bağlanmış İcarəyə verilmiş Əmlakın alqı-satqısı barədə 7133 nömrəli xx.xx.2019-cu il tarixli 558039 nömrəli müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 ünvanında yerləşən 102,1 kv.metr qeyri-yaşayış sahəsini 50.000 manata alıcıya satır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 ünvanında yerləşən 102,1 kv.metr qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 məxsusdur. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3461/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdehlər X28, X9, X22, X4 və X31 ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi boşaldılaraq Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən həmçinin görünür ki, məhkəmə araşdırılması nəticəsində müəyyən edilmişdir ki, hazırda ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh2 qızının mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsi hər hansı hüquqi əsas olmadan cavabdehlər tərəfindən istifadə edilir. İddiaçı mülkiyyətçi olmaqla, həmin qeyriyaşayış sahəsindən istifadə edə bilmir, bu məsələdə iddiaçı maneə ilə üzləşmişdir. O, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir. Cavabdeh Y.Sarıyev iddia tələbinin rədd edilməsi ilə bağlı əsas gətirdiyi halları sübuta yetirə bilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1089/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3461/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi cavabdeh X15 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-4336/2025 nömrəli məktubundan görünür ki, ünvan 9 ünvanda yerləşən ümumi sahəsi 102,1 kv.m olan qeyri-yaşayış sahəsi ilkin olaraq Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Cavabdeh5 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-1 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 ünvanında yerləşən 102,1 kv.metr qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsusdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-12313/2025 nömrəli məktubundan görünür ki, ünvan 16ında yerləşən qeyri-yaşayış sahəsinin ƏMDX ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 11071 nömrəli icarə müqaviləsi bağlandığı tarixə qədər mövcud olmuş hüquqi vəziyyəti ilə bağlı məlumatlar İdarənin arxivində aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 77 nömrəli xx.xx.2019-cu il tarixli daşınmaz əmlakının icarəyə verilməsi haqqında sərəncamına əlavənin surətindən görünür ki, 4-cü sırada Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansaxlayıcı ünvan 21 102,1 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh2 icarəyə verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli registrdən çıxarışın surətindən görünür ki, ünvan 21 102,1 kv.metr olan qeyri-yaşayış sahəsi Cavabdeh2 icarəyə verilmişdir və çıxarış icarəyə verilmiş obyektin özəlləşdirilməsi ilə əlaqədar verilir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, hüquqi ünvanı ünvan 10 Müəssisəsinin 3 saylı Tikinti quraşdırma idarəsinin “Azərbaycan Respublikasında 1995- 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq xx.xx.1998-ci il tarixdə özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, xx.xx.1998-ci il tarixdə hərraca çıxarılmış, xx.xx.1998-ci il tarixli 11342 nömrəli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi”nə əsasən hərrac qalibi olan 15 nəfər əmək kollektivi üzvləri tərəfindən özəlləşdirilmiş və bu barədə onlara xx.xx.1998-ci il tarixli 010651 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnamə verilmişdir. 15 nəfərdən ibarət əmək kollektivi xx.xx.1998-ci il tarixdə öz paylarını birləşdirərək İddiaçı firmasının təsis edilməsi barədə təsis müqaviləsi imzalamışdır ki, bununla da təsisçilər arasında yaranan münasibətlər, yəni paylı ümumi mülkiyyət hüququnda payların müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq olaraq 214, 215-ci maddələrinə uyğun tənzimlənir. Azərborukəmər Tikinti İcarə Müəssisəsi və onun strukturuna daxil olan bütün obyektlər ünvan 11 ünvanında hüquqi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin arxiv materiallarına əsasən hüquqi ünvanı ünvan 12 Müəssisəsinin 3 saylı Tikinti quraşdırma idarəsinin özəlləşdirilən daşınmaz əmlakın tərkibi ünvan 13 ünvanında 6346.8 kv.m torpaq sahəsində yerləşən 1087.1 kv.m əmlak kompleksindən ibarət olmuşdur. - Azərbaycan Respublikası Dövlət Əmlakının İnventarlaşdırması İdarəsinin 05431 nömrəli xx.xx.1998-ci il tarixli texniki pasportun surətindən görünür ki, 3 saylı Tikinti Quraşdırma İdarəsinin əmlakı ünvan 14 ünvanında yerləşir. - İcarəyəverən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə icarəçi “Azərborukəmərtikinti” icarə arasında bağlanmış xx.xx.1998-ci il tarixli 1063 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, icarəyəverən Nərimanov rayonu MKTB-na məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 ünvanında yerləşən qeyriyaşayış sahəsini xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək icarəçinin istifadəsinə vermişdir. - Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2006-cı il tarixli 3217/3-709 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, cavabdeh “Azərborukəmərtikinti” icarə müəssisəsindən iddiaçı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamentinin xeyrinə 37 740 430 manat icarə haqqı üzrə əsas borcun, 16 162 313 manat penyanın, cəmi 53 902 743 manat borcun tutulması qət edilmişdir. - Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2004-cü il tarixli 593/3-117 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, cavabdeh “Azərborukəmərtikinti” icarə müəssisəsindən iddiaçı Azərbaycan Respublikasının Dövlət əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinin xeyrinə icarə haqqı borcunun tutulması qət edilmişdir. - xx.xx.2025 tarixdə iş üzrə İddiaçı Firmasının nümayəndəsi və vəkili Vəkil iştirakı məhkəmə tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 ünvanında yerləşən və ümumi sahəsi 102,1 kv.metr olan qeyri-yaşayış sahəsində yerli baxış aparılmış və müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi yaşayış binasının birinci mərtəbəsində yerləşir. Qeyri-yaşayış sahəsinin girişində zirzəmiyə enən pilləkən olduğu görünür, lakin iddiaçının vəkili A.Tixamirov bildirir ki, həmin zirzəmi qeyri-yaşayış sahəsinə aid deyil. Pilləkənin yanından dar dəhlizdə qeyri-yaşayış sahəsinə qapısız giriş vardır. İçəri daxil olan zaman uzun dar dəhliz və sütunlarla ayrılmış 4 otaq olduğu görünür. Hər otaqdan binanın həyətinə pəncərə açılır. Otaqlar və dəhliz tam təmirsiz, divarlar uçuqsökük vəziyyətdədir. İddiaçının vəkili A.Tixamirov bildirir ki, qeyri-yaşayış sahəsi əvvəllər ofis kimi istifadə olunmuşdur. Əsaslandırıcı hissə: b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə iclasında işin faktiki hallarından müəyyən edilmişdir ki, İcarəyə verilmiş Əmlakın alqı-satqısı barədə 7133 nömrəli xx.xx.2019-cu il tarixli 558039 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 ünvanında yerləşən ümumi sahəsi 102,1 kv.metr olan qeyri-yaşayış sahəsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh2 satılmışdır. Sonuncu buna dair çıxarış əldə etmiş, sonradan bağışlanma müqaviləsinə əsasən həmin qeyri-yaşayış sahəsini xx.xx.2021-ci il tarixdə Cavabdeh3 bağışlamış, yenə sonuncu xx.xx.2021-ci il tarixdə qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. İddiaçı Firması iddia edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 ünvanında yerləşən ümumi sahəsi 102,1 kv.metr olan qeyri-yaşayış sahəsi onun mülkiyyətində olmuşdur. Buna görə də, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 arasında bağlanmış İcarəyə verilmiş Əmlakın alqı-satqısı barədə 7133 nömrəli xx.xx.2019-cu il tarixli 558039 nömrəli müqavilənin etibarsız hesab edilməsini və həmin müqaviləyə əsasən verilmiş çıxarışın ləğvini və digər hüquqi nəticələrin etibarsız hesab edilməsini və ləğv edilməsini, Cavabdeh3 qeyri-yaşayış sahəsindən çıxarılmasını və sahənin iddiaçıya təhvil verilməsini xahiş edir. İddiaçı Firması bildirir ki, həmin qeyri-yaşayış sahəsi 1998-ci ildən onun mülkiyyətində olmuş, xx.xx.1998-ci il tarixli auksion protokoluna əsasən qalib alıcı X12 xx.xx.1998-ci il tarixli müqaviləyə əsasən qeyri-yaşayış sahəsini almışdır. Məhkəmə araşdırılması zamanı həmçinin müəyyən edilmişdir ki, X12 İddiaçı Firmasının təsisçilərindən biri olmuşdur. Hazırda İddiaçı Firmasının qanuni təmsilçisi X19r. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-12313/2025 nömrəli məhkəməyə ünvanlanmış məktubuna əsasən, ünvan 16ında yerləşən qeyri-yaşayış sahəsinin ƏMDX ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 11071 nömrəli icarə müqaviləsi bağlandığı tarixə qədər mövcud olmuş hüquqi vəziyyəti ilə bağlı məlumatlar İdarənin arxivində aşkar edilməmişdir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə “Azərborukəmərtikinti” icarə arasında bağlanmış xx.xx.1998-ci il tarixli 1063 nömrəli icarə müqaviləsinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi Nərimanov rayonu MKTB-na məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsini xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək “Azərborukəmərtikinti”nin istifadəsinə vermişdir. Bundan başqa, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan da müəyyən edilir ki, Azərborukəmər Tikinti İcarə Müəssisəsi və onun strukturuna daxil olan bütün obyektlər ünvan 11 ünvanında hüquqi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin arxiv materiallarına əsasən hüquqi ünvanı ünvan 12 Müəssisəsinin 3 saylı Tikinti quraşdırma idarəsinin özəlləşdirilən daşınmaz əmlakın tərkibi ünvan 13 ünvanında 6346.8 kv.metr torpaq sahəsində yerləşən 1087.1 kv.metr əmlak kompleksindən ibarət olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin: Maddə 2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır. Maddə 6.1-ci maddəsinə əsasən, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı prinsipləri mülki qanunvericiliyin prinsipləri kimi göstərilmişdir. Maddə 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqlarını öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq vəvəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə cavabdehlərin hazırki mübahisənin inzibati məhkəmədə baxılmalı olması barədə etirazlarının dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 09 oktyabr 2024-cü il tarixli, 9 saylı qərarını rəhbər tutaraq hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh2 icarəyə verilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli, 83 saylı sərəncamı inzibati akt olduğundan onun mübahisələndirilməsi inzibati məhkəmənin, sonrakı proseslərin - yəni icarə müqaviləsinin, alqı-satqı müqaviləsinin, bağışlama müqaviləsinin həmin müqavilə əsasında Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın mübahisələndirilməsi isə ümumi məhkəmənin səlahiyyətinə aiddir. Bu baxımdan hazırkı işdə irəli sürülən tələblərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə, iddianın və iddiaya olan etirazın əsaslarının təsdiqi kimi tərəflərin istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. İş materiallarından göründüyü kimi, ünvan 16ında yerləşən qeyri-yaşayış sahəsinin 1998-ci ildən İddiaçı Firmasının mülkiyyətində olmasını təsdiq edən hər hansı sübut yoxdur. İddiaçının sübutları ondan ibarətdir ki, xx.xx.1998-ci il tarixli auksion protokoluna əsasən qalib qalıcı X12 xx.xx.1998-ci il tarixli müqaviləyə əsasən qeyri-yaşayış sahəsini almışdır. Ona müvafiq Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 010651 nömrəli xx.xx.1998-ci il tarixli şəhadətnaməsi verilmişdir. Məhkəmə həmin sübutları araşdırıb qiymət verərək, hesab edir ki, qeyd edilən şəhadətnamədə, auksion protokolunda və eyni zamanda alqı-satqı müqaviləsində satışa çıxarılan əmlak-obyekt qismində 3 saylı Tikinti Quraşdırma İdarəsi, yəni müəssisə olmuşdur. Sonuncu İdarənin hüquqi ünvanı isə ünvan 17lak Komitəsinin 882 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamı ilə satılması nəzərdə tutulan 1 saylı Əlavədə olan obyektlərin siyahısında da satılmalı olan obyekt olaraq 3 saylı Tikinti Quraşdırma İdarəsi olaraq göstərilmişdir. 3 saylı Tikinti Quraşdırma İdarəsi hüquqi ünvanının ünvan 18rləşən sahənin də İdarənin mülkiyyətində olmasını təsdiq etmir. İddiaçının iddia etdiyi kimi Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 ünvanında yerləşən ümumi sahəsi 102,1 kv.metr olan qeyri-yaşayış sahəsinin 1998-ci ildən alqı-satqı müqaviləsinə əsasən onun tərəfindən əldə edilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bunun əksinə cavabdeh tərəfindən təqdim edilən dəlillərlə mübahisəli ünvan 21 102,1 kv.metr olan qeyri-yaşayış sahəsinin xx.xx.1997-ci ildən “Azərborukəmərtikinti”nin icarəsində olması və bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə aralarında xx.xx.1998-ci il tarixdə icarə müqaviləsi bağlanması, həmçinin 3 saylı Tikinti Quraşdırma İdarəsinin hüquqi ünvanının mübahisəli qeyri-yaşayış sahəsində yerləşməsi, idarənin əmlakının isə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində olması öz təsdiqini tapmışdır. Belə ki, sözügedən müqavilənin müddəalarından müəyyən edilmişdir ki, müqavilənin tərəfləri olan “icarəyəverən” Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə “icarəçi” olan “Azərborukəmərtikinti” icarə müəssisəsi arasında Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 629 saylı Fərmanına uyğun olaraq və Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 933 saylı sərəncamı əsas tutularaq, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 23 ünvanında (Nərimanov rayonu MKTB-nə məxsus) yerləşən ümumi sahəsi 831,6 kv metr olan qeyri-yaşayış sahəsinin inzibati məqsədilə icarəyə verilməsi barədə müqabilə imzalanmışdır. Bundan əlavə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Registrdən çıxarışının surətindən görünür ki, 5 mərtəbəli 1948-ci il tarixdə istismara verilmiş Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi 23 ünvanında yerləşən yaşayış binası Nərimanov rayon MKTB-nin balansında olmuş və həmin yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 102,1 kv metr olan sahə xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək Cavabdeh2 icarəsinə verilmişdir, daha sonra icarəyə verilmiş obyekt özəlləşdirilmişdir. İddiaçı tərəfindən həmin dövrdə qeyri-yaşayış sahəsinin icarə obyekti olaraq istifadə edilməsini digər tərəfdən Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2004-cü il tarixli 593/3-117 nömrəli və Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2006-cı il tarixli 3217/3-709 nömrəli qətnamələri ilə də öz təsdiqini tapmışdır. Həmin qətnamələrlə 3 saylı Tikinti Quraşdırma İdarəsinin icarə haqqları üzrə yaranmış borcunun tutulması qərara alınmışdır. Göründüyü kimi, mübahisəli sahə iddiaçının mülkiyyətində deyil, icarə müqaviləsi əsasında istifadəsində olmuşdur. İddiaçının istinad etdiyi sənədlərdə isə ümumiyyətlə mübahisəli sahənin iddiaçının mülkiyyətində olması müəyyən edilmir. İddiaçı əslində mülkiyyətinə aldığı 3 saylı Tikinti Quraşdırma İdarəsinin həmin dövrdə hüquqi ünvanının ünvan 21 102,1 kv.metr olan qeyri-yaşayış sahəsi olaraq göstərilməsini əsas gətirərək, həmin qeyri-yaşayış sahəsinin özünün mülkiyyətində olmasını bildirir. Məhkəmə qeyd edir ki, idarənin hüquqi ünvanının göstərilən mübahisəli sahədə yerləşməsi isə həmin sahənin mülkiyyətdə olması anlamına gəlmir ki, iş materialları və şahid ifadələri ilə də mübahisəli sahənin mülkiyyətdə deyil, icarədə olması, həmin sahədən ofis kimi istifadə edilməsi öz təsdiqini tapır. Bundan başqa, qeyd edilməlidir ki, satıcı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı Cavabdeh2 arasında bağlanmış İcarəyə verilmiş Əmlakın alqı-satqısı barədə 7133 nömrəli xx.xx.2019-cu il tarixli 558039 nömrəli müqavilənin və həmin müqavilənin nəticəsində əmələ gəlmiş digər hüquqi nəticələrin etibarsız hesab edilməsi üçün hər hansı əsas yoxdur. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Müqavilənin etibarsızlığına dair iddialara baxılarkən sübutetmə yükü bağlanmış müqavilənin etibarsız olduğunu iddia edən tərəfin üzərinə düşür. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, mübahisələndirilən müqavilənin etibarsızlığı üçün qanunvericilikdə müəyyən edilmiş əsasların mövcudluğuna dair hazırkı iş üzrə sübutetmə yükü üzərinə düşən iddiaçı tərəfindən sübutlar təqdim edilmədiyindən, sözügedən müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Əqdin etibarsızlığı dedikdə, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətlərini yaratmayan, yalnız özünun etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Göründüyü kimi, hazırda mübahisələndirilən müqaviləyə münasibətdə isə müqavilənin etibarsızlığını yaradan hallar iddiaçı tərəfindən əsaslandırılmamış, nəticə etibarilə də mübahisələndirilən əqdin bağlanması zamanı qanunvericiliyin tələblərinin pozulması faktı müəyyən edilməmiş və etibarsızlıq şərtlərinin mövcudluğu aşkarlanmamışdır. Bütün bu deyilənlərin mövcudluğu isə iddia tələbinin təmin edilməməsi üçün əsas yaradır. Məhkəmə, yuxarıda qeyd edilənləri ümumiləşdirərək, hesab edir ki, iddiaçının iddia tələbləri öz təsdiqini tapmadığından əsassızdır və təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Firmasının cavabdehlər Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Cavabdeh5 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın mülkiyyətçisinin hüquqlarının pozulmasının aradan qaldırılması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və daşınmaz əşyadan çıxarılması” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-942/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-942/2025
06.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver