Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-999/2020 02.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçılar İddiaçı1 Zülfiqar oğlu və İddiaçı2 nümayəndəsi Vəkil və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 Zülfiqar oğlu və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 Zülfiqar oğlu və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblərini onunla əsaslandırmışdır ki, onlar, birlikdə məzuniyyət zamanı xarici ölkəyə gəzmək məqsədi ilə getmək üçün 2019-cu ilin may ayının sonlarında Cavabdeh1 MMC şirkətinə müraciət etmişlər. Buna görə də xarici pasportları götürüb, həmin şirkətə getmiş, cavabdeh şirkətə izah etmişlər ki, onlar Avstriyaya biletlər almışlar, buna görə də viza almaq üçün onlardan dəstək istəyirlər. Şirkətin məsul işçisi onlara bildirmişdir ki, Avstriyaya çatdırmırlar, ona görə də vizanı cavabdeh şirkət rəsmiləşdirmək üçün onları Fransa səfirliyinə göndərmişlər. Bundan başqa Şirkət onlara sənədləri toplayaq, yəniiş yerindən arayış, tibbi sığorta, bankdan çıxarış, aylıq maaş sənədini toplayaq Şirkətə gətirmələrini bildirmişdir. İddiaçılar bu sənədləri toplayıb cavabdeh şirkətə gətirmişlər. Sənədləri alandan sonra cavabdeh şirkət onlara bildirmişdir ki, Copago Azerbaijan şirkətdə görüş təyin edilmişdir. Bu sənədlər onlara təhvil verilməlidir. 1 həftə sonra oradan vizanıgötürəcəklər. Görüş üçün həmin şirkətə getmişlər. Oradan verilən sənədlərdən müəyyən olmuşdur ki, həmin sənədlərə əsasən İspaniya ölkəsində olan otel bron edilmişdir. Onlar cavabdeh şirkətə bildirmişlər ki, İspaniya ölkəsinin oteli bron edilmişdir, lakin Avstriyaya gedirdilər. Şirkət tərəfindən onlara problem olmadığı və rahat gedə biləcəklərini bildirmişlər. Avstriyaya daxil olandan sonra, otel məsələsini orada təmziinləyəcəklər. Həmin ölkədə gəzəbilər, hətta İspaniya və Fransaya da gedə bilərlər. Otel məsələsi orada həll olunacaq. İddiaçılar 1 həftə sonra vizanı almış və xx xxxx 2019cu ildə Gürcüstana yola düşüb, oradan Avstriyaya uçmalı idilər. 04 iyul tarixində Gürcüstanın Kutaisi şəhərindən Avstriyanın Vyana şəhərinə yola düşmüşlər. Avstriyanın aeroportunda yerə enən kimi sənədləri yoxlanılmışdır. Sənədlər yoxlanandan sonra onlara bildirmişlər ki, bronlar səhv göstərilmişdir. Belə ki, onlar Viza üçün müraciət etdikdə, (appline blankı) İspaniya bronları göstərmişlər. Amma viza alındıqdan sonra “Orange Travel onların otel bronlarını Fransaya dəyişmişdir. Bu səbəbdən onları xüsusi otağa aparıb, sorğu suala çəkmişlər. Onlar Avstriya Respublikası Aşağı Avstriya Baş Polis İdarəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə onları xarici ölkə vətəndaşı qismində xx xxxx 2019-cu il tarixində saat 14.30-da Vyana-Şvexat hava limanından səfərməqsədi ilə əlaqədar verilmiş viza haqqında qeyri-düzgün məlumat verməklə və sərhəd keçid məmurlarını yanıltmaqla, eləcə də ölkədə giriş tələblərini yerinə yetirmədən federal əraziyə keçməyə cəhd etmədə İnzibati Məcəllənin 37- ci par.5-ci abzasında ittiham edərək, hər biri 400 avro həcmində cərimə edilmişlər. Viza sənədləri etibarsız hesab edilmişdir. Onları 3 gün hava limanının ərazisində xüsusi polis idarəsində xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixədək həbsdə saxlanılmışlar. Sonra polislər onları təyyarəyə mindirmiş. Sənədləri də Gürcüstanda vermişlər, bununla da onlar maşınla özləri Bakıya gəlmişlər. Onlara artıq bu ölkəyə bir neçə il gəlmək hüququndan məhrum olunduqları bildirilmişdir. Bununla da cavabdeh şirkət tərəfindən onlara maddi ziyan olaraq hər birinə 400 EVRO (760 manat) cərimə xərci, əlavə olaraq 490 manat yol xərci, ümumilikdə hər birinə 1250 manatmaddi ziyan dəymişdir. Cavabdeh şirkət tərəfindən onlara həm də mənəvi zərər dəymişdir. Mənəvi zərəri hər biri 10000 (on min) manat dəyərləndirmişlər. Belə ki, onların ümidləri puça çıxmışdır. Gəzinti ümidləri ilə xaricə getdikləri halda, onlar bu hüquqdan məhrum olunmuşlar. 3 gün orada saxlama otağında qaldıqları zaman stress keçirmişlər. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh1dən maddi zərərə görə hər birimizə ayrı-ayrılıqda 400 evro ödənilən zaman Azərbaycan manatına məzənnəsi ilə manatla, 490 manat yol xərci, ümumilikdə 800 EVRO ödənilən zaman Azərbaycan manatına məzənnəsi ilə, bu məbləğdən əlavə 980 manat pulun, mənəvi zərərə görə hər birinə ayrı-ayrılıqda 10.000 manat, ümumilikdə 20.000 manat alınaraq iddiaçılara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar İddiaçı1 Zülfiqar oğlu və İddiaçı2 nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlərdən maddi zərərə görə 400 euro, yol xərcinə görə 490 manat, ümumilikdə 800 euro ödənilən zaman Azərbaycan manatı ilə, bu məbləğdən əlavə 980 manat pulun, mənəvi zərərə görə hər birinə ayrıayrılıqda 10000 manat alınaraq tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 Zülfiqar oğlu və İddiaçı2 nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Aviaşirkət tərəfindən bildirişlərdən görünür ki, Avstriya Respublikası Aşağı Avstriya Baş Polis İdarəsinin əməkdaşları tərəfindən İddiaçı1 Zülfiqar oğlu və İddiaçı2 səhhəddən buraxılmamışlar. İş materiallarında olan Avstriya Respublikası Aşağı Avstriya Baş Polis İdarəsinin xx.xx.2019-cu il tarixli qərarlarından görünür ki, İddiaçı1 Zülfiqar oğlu və İddiaçı2 hər biri ayrı-ayrılıqda xx xxxx 2019-cu il tarixində saat 14.30-da Vyana- Şvexat hava limanından səfərməqsədi ilə əlaqədar verilmiş viza haqqında qeyri-düzgün məlumat verməklə və sərhəd keçid məmurlarını yayınmaqla, eləcə də ölkədə giriş tələblərini yerinə yetirmədən federal əraziyə keçməyə cəhd etmədə İnzibati Məcəllənin 37- ci par.5-ci abzasında ittiham edərək, hər biri 400 avro həcmində cərimə edilmişlər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir: İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçilar cavabdeh şirkətə viza dəstəyi almaq üçün müraciət etmiş və bu xidmətə görə də şirkətə müvafiq ödəniş etmişlər. Vizalar alındıqdan sonra iddiaçılar Avstriya Respublikasına yola düşmüş, lakin ölkənin sərhədini keçmək istəyərkən, səfərməqsədi ilə əlaqədar verilmiş viza haqqında qeyri-düzgün məlumat verməklə və sərhəd keçid məmurlarını yanıltmaqla, eləcə də ölkədə giriş tələblərini yerinə yetirmədən federal əraziyə keçməyə cəhd etmədə İnzibati Məcəllənin 37ci par.5-ci abzasında ittiham edərək, hər biri 400 avro həcmində cərimə edilmişlər. Vizalar etibarsız hesab edilmiş və onları sərhəddən geri qaytarmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki iş üzrə tədqiq ediliş sübutlara məcmu halda qiymət verərək, məhkəmə maddi ziyanın ödənilməsi ilə bağlı iddia tələbini əsassız hesab edir və belə nəticəyə gəlir ki, ümumulikdə iddiaçılar qarşı tərəfin hərəkət və ya hərəkətsizliyi nəticəsində onlara hər hansı bir maddi zərərin dəyməsini sübuta yetirə bilmədilər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Maddi ziyanın məbləğini və onun vurulduğunu iddia edən tərəf bu halları; ziyanın onun təqsiri olmadan dəydiyini iddia edən şəxs isə təqsiri olmadığını sübut etməyə borcludur. Məhkəmə hesab edir ki, iddiaçılara dəymiş ziyan və cavabdehlərin hərəkətləri arasında hər hansı səbəbli əlaqə müəyyən edilmir. Qeyd edilənlərə əsasən məhkəmə maddi ziyanla bağlı iddia tələbini əsassız hesab edir və onun rədd edilməsi qənaətinə gəlir. Məhkəmə iddia üzrə iddiaçıların mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X2 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X2 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və X2 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, cavabdehlərin hər hansı hərəkəti nəticəsində iddiaçılara mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərərin tutulması hissəsində də təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindəm məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 Zülfiqar oğlu və İddiaçı2 cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-999/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-999/2020
02.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver