Məhkəmə qərarları › İş №2(006)-1010/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1010/2025

10.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1010/2025 10.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair" iddia ərizəsi ilə bağlı cavabdeh X2 vəsatətinə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 məhkəməyə vəsatət ünvanlayaraq hazırda məhkəmənin icraatında iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair e-2(006)-5492/2024 saylı mülki iş olduğundan, həmin iş üzrə yekun qərar çıxarılana qədər İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair" iddia ərizəsi üzrə 2(006)-5674/2024 saylı mülki işin icraatının müvəqqəti dayandırılmasını xahiş etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdırıb hesab edir ki, hazırda icraatda olan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair" mülki iş məhkəmənin icraatında olan e- 2(006)-883/2025 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı mülki işin bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Əfsanə Heydərovanın icraatına daxil olmuş iddia ərizəsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-5492/2024 saylı qərardadından (hakim Əfsanə Heydərova) görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, məhkəmənin yekun aktının tez əlçatanlığını, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırda icraatda olan iddiaçı X1 cavabdeh X3 qarşı "alimentin təyin edilməsi" tələbinə dair 2(006)-1010/2025 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Əfsanə Heydərovanın icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair e-2(006)-883/2025 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 184, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair" 2(006)-1010/2025 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Əfsanə Heydərovanın icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair e-2(006)-883/2025 saylı mülki işlə bir icraatda birləşdirilsin. Mülki işlərə birlikdə baxılaraq e-2(006)-883/2025 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar