Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1022/2024 15.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit borcunun əmanət borcu ilə əvəzləşdirilməsi” tələblərə dair iddia ərizəsi üzrə mülki işə 15 yanvar 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit borcunun əmanət borcu ilə əvəzləşdirilməsi” tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələb hüququ ona məxsus olan 23234 ABŞ dolları pulun ödəniş gününə Azərbaycan manatının məzənnəsinə uyğun onun Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2018-ci il tarixli 2(006)- 2865/2018 saylı qətnaməsi üzrə və xx.xx.2018-ci il tarixli 2(006)-5376/2018 saylı qətnaməsi üzrə borcları ilə qismən əvəzləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2018-ci il tarixli 2(006)-2865/2018 saylı qətnaməsi üzrə 6421,82 manat və xx.xx.2018-ci il tarixli 2(006)-5376/2018 saylı icra sənədi üzrə isə 52596,70 manat borc ondan tutularaq Cavabdeh1 ASC-yə ödənilməlidir. Cavabdeh1 ASC-nin ona “tələbin güzəşti barədə müqavilə əsasında 23234 ABŞ dolları yəni 39497,8 manat əmanət borcu vardır. O, Cavabdeh1 ASC-nin bank ləğv edildikdən sonra bank əməkdaşlarının tələbi ilə (banka olan borcuna görə) bankda sığortalanmayan və kompensasiya olunmayan 1 nəfər əmanətçinin – X1 əmanətini tam olaraq şəxsən geri qaytarmışdır. Qeyd olunan əmanətçi əmanətləri geri qaytarıldığından bankdan tələb hüquqlarını ona xx.xx.2017-ci il tarixli “tələblərin güzəşti barədə müqavilə” əsasında güzəşt etmişdir. Buna dair notarial əqd bağlanmışdır. Hazırda o, bankdan tələb hüququ olduğu 23234 ABŞ dollarını banka olan məhkəmə qətnaməsi ilə tələb olunan kredit borcu ilə əvəzləşdirilməsini xahiş edir. Buna dair banka rəsmi müraciətinə heç bir cavab verilmədiyindən hazırkı tələb ilə məhkəməyə müraciət etməyə məcbur qaldı. Məhkəmə iclası barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmış şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbini və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Banklar haqqında” Qanunun 72.1.2 və 72.1.3-cü maddələrinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatı başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 72.1.2 və 72.1.3-cü maddələrinin Mülki Prosesual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 13 iyun 2017-ci il tarixli Qərarına əsasən “Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 72.1.2-ci maddəsinin dayandırma ifadəsi müflis elan olunmasına dair məhkəmənin qanuni qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraata xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki prosesual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyilsə, hakim iş üzrə icraata xitam verir. 262.3-cü maddəsində isə təsbit olunmuşdur ki, bu Məcəllənin 261.0.1-ci və 261.0.8ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddiaçı tərəfdən irəli sürülmüş tələblərin mülki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosesual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli, iddiaçıya izah olunmalıdır ki, o, pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 261-262-ci maddələrini rəhbər tutaraq, məhkəmə: QƏRARA ALDİ: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit borcunun əmanət borcu ilə əvəzləşdirilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, Əməliyyat İD: 347103827, qəbz nömrəsi: 25106, büdcə səviyyə kodu: 142211, GPP qəbz nömrəsi : **********, terminal nömrəsi: ADM115280, tarix: 14.12.23, saat: 16:22) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. İddiaçıya izah olunsun ki, o, iddia ərizəsində göstərilən tələblərlə bağlı LPO Cavabdeh1 ASC-nin iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edə bilər. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1022/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1022/2024
15.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver