Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-103/2025 22.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı (Maraqlı şəxs ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.105 manat pul vəsaitinin cavabdeh "xxxx" KB ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" KB ASC-nin ona qarşı «borcun tutulması» tələbinə dair ərizə ilə Gəncə şəhər Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 24 fevral 2017-ci il tarixli əmrinə əsasən cəmi 1.116,59 ABŞ dolları pulun, 25 yanvar 2018-ci il tarixli əmrinə əsasən 599,35 manat pulun ondan bankın xeyrinə tutulması əmr edilmişdir. Xərçəng xəstəliyindən əziyyət çəkir və xəstəliyi ilə bağlı 2-ci qrup əlildir. Qeyd olunan məhkəmə əmrlərinin icrası ilə bağlı onun əlilliyə dair aldığı təqaüdündən pulun tutulması barədə qərar icra olunmuş və icrası təmin edilərək təqaüdə yönəldilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Prezidentinin məlum Sərəncamına əsasən götürdüyü kreditlər üzrə müvafiq olaraq restrukturizasiya aparılmış və bütün pullar hesablanaraq devalvasiya ilə bağlı ona qaytarılmışdır. 2019-cu ildə cavabdeh tərəfindən ona 1.875 manat pul geri qaytarıldığı halda, ondan yenidən 1.105 manat pul geri tutulmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən ondan 1.105 manat pulun tutulması əsassızdır. Bu səbəbdən, məhkəməyə müraciət etmişdir. Sonradan, Maraqlı şəxs ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. Belə ki, mübahisələndirilən kredit müqavilələri üzrə tələb hüququ bankla bağlanmış xx.xx.2021-ci il tarixli 02/21UB saylı tələb hüququnun satılması haqqında müqaviləyə əsasən Maraqlı şəxs ASC-yə keçmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsi X2 xx.xx.2025-ci il tarixli mülahizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, məhkəmənin icraatında olan 2(006)-103/2025 nömrəli mülki iş üzrə xx.xx.2025-ci il tarixli, 9/10106 və xx.xx.2025-ci il tarixli, 9/3276 nömrəli ekspert rəylərini düzgün hesab etmir. Keçirilən ekspertizaların predmeti olan 14814nkGNDJ/14 və 2792tkGNDJ/14 nömrəli hər iki kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi əsasında qəbul edilmiş və bu günədək qüvvədə olan məhkəmə əmrləri mövcuddur. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)- 2317/2017 nömrəli məhkəmə əmrinə əsasən, borclu İddiaçı "xxxx" KB ASC-nin xeyrinə cəmi 1116,59 ABŞ dolları məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması, həmçinin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-820/2018 nömrəli məhkəmə əmri ilə cəmi 599,35 manat borc və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması əmr edilmişdir. Həmin məhkəmə əmrləri qüvvədə olmalarına baxmayaraq, ekspertiza keçirilərkən qeyd olunan məbləğlər nəzərə alınmamış, kreditlərin alındığı tarixlərdən hesablanmışdır. Halbuki qüvvəyə minmiş məhkəmə aktları ilə borc məbləğləri qəti olaraq müəyyən edilmişdir. Hesablamalar da həmin tarixlərdən sonrakı dövrü əhatə etməlidir. Mübahisəli məsələnin həlli üçün, bank hesablarından çıxarışlar əsasında hesablama apararaq borclunun kompensasiya ödənilən, həmçinin bugünkü tarixə qalıq borcunu müəyyən etmək olar. Belə ki, hər iki müqavilə üzrə məhkəmə əmri çıxdığı tarixdən sonra faiz hesablaması dayandırıldığından hesabdan çıxarışlardakı ödənişləri hesablamaq kifayət edir. 9/10106 nömrəli ekspert rəyinə əsasən, 14814nkGNDJ/14 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə məhkəmə əmri çıxan tarixdən, yəni xx.xx.2017-ci il tarixindən ekspert rəyində qeyd olunan xx.xx.2019-cu il tarixinədək 344,68 USD məbləğində ödəniş edilmişdir. Məhkəmə əmrinə əsasən yekun tutulmalı məbləğ isə, 1116,59 USD borc və 20 manat ödənilmiş dövlət rüsumu təşkil edir. Yəni xx.xx.2019-cu il tarixinə borclunun qalıq borcu 771,91 USD (1116,59-344,68) təşkil etmişdir. xx.xx.2019-cu il tarixindən sonra isə hesabdan çıxarışa əsasən cəmi 650,05 USD ödəniş edilmişdir. Bu hesablamaya əsasən, borclunun bugünkü tarixə 14814nkGNDJ/14 nömrəli kredit müqaviləsi üzrə qalıq borcu 121,86 USD təşkil edir. Digər kredit müqaviləsinə gəldikdə isə, 9/3276 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2014-cü il tarixli, 2792tkGNDJ/14 nömrəli kredit müqaviləsi üzrə məhkəmə əmri çıxan tarixdən, yəni xx.xx.2019-cu il tarixindən ekspert rəyində qeyd olunan xx.xx.2019-cu il tarixinədək 447,61 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə əmrinə əsasən yekun tutulmalı məbləğ isə, 599,35 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu təşkil edir. Yəni xx.xx.2019-cu il tarixinə borclunun qalıq borcu 171,74 manat (619,35-447,61) təşkil etmişdir. xx.xx.2019-cu il tarixindən sonra isə hesabdan çıxarışa əsasən heç bir ödəniş edilməmişdir. Bu hesablamaya əsasən, borclunun bugünkü tarixə 14814nkGNDJ/14 nömrəli kredit müqaviləsi üzrə qalıq borcu 171,74 manat təşkil edir. Qeyd olunanlara əsasən, ekspertin gəldiyi nəticənin düzgün olmadığını hesab edir və bununla da həmin ekspert rəylərinə əsaslanaraq qəbul ediləcək məhkəmə aktları, sözügedən məhkəmə əmrləri nəzərə alınmadığından məhkəmə aktlarının kolliziyasına gətirib çıxara bilər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, qüvvədə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-2317/2017 nömrəli və xx.xx.2018-ci il tarixli, 2(044)-820/2018 nömrəli əmrləri eyni tərəflərin münasibətlərinə dair konkret faktı, yəni əmrin qəbul edildiyi tarixə iddiaçının Banka borc məbləğini müəyyən etmişdir. Həmin müəyyən edilmiş hallar iddia tələblərinin qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza üçün ekspert qarşısında qoyulmuş suallarda bunu nəzərə almamışdır. Buna görə də, ekspertin gəldiyi nəticə ilə qüvvədə olan məhkəmə aktı arasında uyğunsuzluq vardır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2317/2017 nömrəli əmri ilə borclunun əmr qəbul olunan tarixə (xx.xx.2017) 14814nkGNDJ/14 nömrəli kredit müqaviləsi üzrə 1116,59 USD məbləğində borcu (və 20 manat dövlət rüsumu), həmçinin 2(044)-820/2018 nömrəli əmri ilə əmr qəbul olunan tarixə (xx.xx.2018) 2792tkGNDJ/14 nömrəli kredit müqaviləsi üzrə 599,35 manat borcunun (və 20 manat dövlət rüsumu) olduğu yazılmışdır. Həmin tarixdən sonra iddiaçı tərəfindən ödənilmiş vəsaitlər çıxıldıqdan sonra, borclunun bu günə olan borc qalığı təsdiqini tapır. Bu hesablamaları aparmaq üçün xüsusi biliyə və səriştəyə ehtiyac yoxdur. Əgər iddia təmin olunarsa, bu həm əsassız olacaq, həm də qüvvədə olan məhkəmə aktı ilə kolliziya yaradacaqdır. Bu səbəbdən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-2317/2017 saylı məhkəmə əmrindən görünür ki, "xxxx" KB ASC-nin İddiaçı qarşı «kreditin və ona hesablanmış cərimənin tutulması» tələbinə dair ərizəsi təmin edilmiş, 757,74 ABŞ dolları əsas borc, 68,91 ABŞ dolları faiz, 289,94 ABŞ dolları cərimə olmaqla, cəmi 1.116,59 ABŞ dolları pul vəsaiti (ödəniş gününə məzənnə üzrə manatla) və 20 manat dövlət rüsumunun İddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması əmr edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-820/2018 saylı məhkəmə əmrindən görünür ki, "xxxx" KB ASC-nin İddiaçı qarşı «kreditin və ona hesablanmış faizlərin qaytarılması» tələbinə dair ərizəsi təmin edilmiş, 541,79 manat əsas borc, 36,39 manat faiz, 21,17 manat cərimə olmaqla, cəmi 599,35 manat pul vəsaiti və 20 manat dövlət rüsumunun İddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması əmr edilmişdir. "xxxx" MMC ilə “X3” ASC arasında bağlanmış 02/21 nömrəli, xx.xx.2021-ci il tarixli tələb hüququnun satılması haqqında müqavilənin surətindən görünür ki, “X3” ASC Azərbaycan Respublikası Məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarlarına (qərar, əmr, qətnamə və s.) əsasən həmin müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrdə (siyahı) və ya elektron daşıyıcılarda (disk və s.) qeyd edilən məbləğdə borc qalıqlarına (bundan sonra “borc qalıqları”) dair irəli sürə biləcəyi tələbləri üzrə bütün hüquqlarını "xxxx" MMC-yə satmağı öhdəsinə götürmüşdür. 02/21 nömrəli, xx.xx.2021-ci il tarixli tələb hüququnun satılması haqqında müqavilə üzrə təhvil-təslim aktı və ona əlavə edilmiş siyahıdan görünür ki, tələb hüququ satılmış borc müqavilələri arasında 31.959 nömrə ilə 14814nkGNDJ/14 nömrəli borc müqaviləsi üzrə İddiaçı qeyd edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, BOA-2551 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı 14814nkGNDJ/14 saylı kredit müqaviləsi üzrə 132,28 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, BOA-2552 nömrəli və xx.xx.2025ci il tarixli, BOA-8671 nömrəli maliyyə arayışlarından görünür ki, İddiaçı 2792tkGNDJ/14 saylı kredit müqaviləsi üzrə 120,51 manat məbləğində kredit borcu qalmışdır. DSMF Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********9 saylı məktubundan görünür ki, İddiaçı ödənilən müavinətdən icra sənədinə əsasən "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə 1.105 manat məbləğində vəsait tutulmuş və köçürülmüşdür. xx.xx.2021-ci il tarixdən əlillik müddəti bitdiyindən sosial müavinət işi üzrə ödəniş dayandırılmışdır və icra sənədi üzrə tutulma aparılmır. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı banka ünvanladığı məktuba baxılmışdır. Qanunvericiliyin tələbləri izah edilərək qeyd olunmuşdur ki, müştəri hesabları üzrə bank çıxarışlarının, bank hesablarının rəsmiləşdirilməsinə dair hüquqi sənədlər və müştərilərin ləğv olunmuş imza (möhür) nümunələri vərəqələrinə aid digər sənədlərin saxlama müddəti 5 il olaraq təyin edilmişdir. Məsələ ilə bağlı onunla telefon əlaqəsi yaradılmış və məlumat verilmişdir. Müvafiq qurumlara müraciət etməsi tövsiyə olunmuşdur. "xxxx" KB ASC-nin xx.xx.2024-cü il tarixli PSXD-OUT-02572-2024 saylı məktubundan görünür ki, İddiaçı ilə bank arasında bir neçə kredit müqavilələri bağlanmışdır. xx.xx.2019-cu il tarixdə İddiaçı hesabına 447,61 manat məbləğində kompensasiya köçürülmüş və həmin məbləğ 2792tkGNDJ/14 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilmişdir. "xxxx" KB ASC tərəfindən təqdim edilmiş xx.xx.2014-xx.xx.2024-cü il tarixləri əhatə edən İddiaçı məxsus AZ35UBAZ**********1020USD002 nömrəli (USD) hesabdan çıxarışın surətindən görünür ki, 14814nkGNDJ/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək məhkəmə qərarına əsasən “kredit və faizlərin silinməsi” prosesi həyata keçirilmişdir. Həmçinin, həmin tarixlərdə hər ay müvafiq ödənişlər edilmişdir. "xxxx" KB ASC tərəfindən təqdim edilmiş xx.xx.2014-xx.xx.2024-cü il tarixləri əhatə edən İddiaçı məxsus AZ45UBAZ**********1010AZN002 nömrəli (manat) hesabdan çıxarışın surətindən görünür ki, 2792tkGNDJ/14 saylı kredit müqaviləsi üzrə İddiaçı tərəfindən sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə edilmiş və xx.xx.2019-cu il tarixdə Fərmanla bağlı kompensasiya ödənişləri üçün avans hesabı kimi 447,61 manat mədaxil eyni tarixdə qeyd edilən kredit müqaviləsi üzrə milli valyutada vaxtı keçmiş kreditin nağdsız ödənilməsinə silinmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/10106 saylı ekspert rəyindən görünür ki, xx.xx.2014-cü il tarixli 2792tkGNDJ/14 saylı kredit müqaviləsi üzrə: rəyin tədqiqat hissəsində göstərildiyi kimi, əlavə tədqiqat obyektlərinin, iş üzrə materialların təqdim edilməsinə dair xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə vəsatət verilərək İddiaçı ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 2792tkGNDJ/14 saylı kredit müqaviləsinin təqdim edilməsi xahiş olunmuşdur. Lakin həmin kredit müqaviləsi iş materiallarına əlavə edilərək hal-hazıradək təqdim edilməmişdir. Bu səbəbdən də, xx.xx.2014-cü il tarixli 2792tkGNDJ/14 saylı kredit müqaviləsi üzrə tədqiqat aparmaq mümkün olmadı. xx.xx.2014-cü il tarixli 14814nkGNDJ/14 saylı kredit müqaviləsi: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2014-cü il tarixli 14814nkGNDJ/14 saylı kredit müqaviləsinin şərtlərinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixə "xxxx" KB ASC-yə olan borcu 155,63 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: - əsas borc üzrə 155,63 ABŞ dolları, faiz üzrə 0,00 ABŞ dolları. Aparılmış tədqiqatın dəyəri 30 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/3276 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan «hesab üzrə çıxarış» (İİ cild, səhifə 27) məlumatları nəzərə alınmaqla İddiaçı tərəfindən "xxxx" KB ASC ilə bağlanmış 2792tkGNDJ/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə 3.453,43 manat (447,61 manat – kompensasiya məbləği ilə birlikdə) ödəniş edilmişdir (1-ci sual üzrə). Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış (İİ cild, səhifə 27) məlumatları nəzərə alınmaqla İddiaçı tərəfindən "xxxx" KB ASC ilə bağlanmış 2792tkGNDJ/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə İddiaçı banka olan əsas borcu (447,61 manat kompensasiya məbləği nəzərə alınmaqla) 32,51 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 32 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: 63.1-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: 63.1.1. vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; 63.1.2. icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; 63.1.3. tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə. 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. 65.4-cü maddəsinə əsasən tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli № 551 Fərmanı:
1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.
2. bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.
8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: 8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; 8.10. məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi, sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin faktiki hallarına əsasən iddiaçının "xxxx" ASC ilə arasında xarici (xx.xx.2014-cü il tarixli) və milli valyutada (xx.xx.2014-cü il tarixli) bağlanmış kredit müqavilələri üzrə yaranmış borclarına görə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən 757,74 ABŞ dolları əsas borc, 68,91 ABŞ dolları faiz, 289,94 ABŞ dolları cərimə olmaqla, cəmi 1.116,59 ABŞ dolları pul vəsaitinin (ödəniş gününə məzənnə üzrə manatla) və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə əsasən 541,79 manat əsas borc, 36,39 manat faiz, 21,17 manat cərimə olmaqla, cəmi 599,35 manat pul vəsaitinin tutulması əmr edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı manat hesabından xx.xx.2014-xx.xx.2024-cü il tarixlərini əhatə edən çıxarışdan görünür ki, 2792tkGNDJ/14 saylı kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə edilmiş, xx.xx.2018-ci il tarixli məhkəmə əmri qəbul edildikdən sonra isə 360 gün müddətində ödəniş olmamış və xx.xx.2019-cu il tarixdə Fərmanla bağlı kompensasiya ödənişləri üçün avans hesabı kimi 447,61 manat mədaxil eyni tarixdə qeyd edilən kredit müqaviləsi üzrə milli valyutada vaxtı keçmiş kreditin nağdsız ödənilməsinə silinmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ABŞ dolları hesabından xx.xx.2014-xx.xx.2024-cü il tarixlərini əhatə edən çıxarışdan görünür ki, 14814nkGNDJ/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli əmr qəbul edildikdən sonra xx.xx.2017-ci il tarixdən etibarən məhkəmə qərarına əsasən kredit və faizlərin silinməsi icra edilmişdir. İddiaçının da bildirməsinə əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixədək ödəniş həyata keçirilmişdir (sosial müavinətdən tutulmalar aparılmışdır). İddiaçının dəlili ondan ibarət olmuşdur ki, ona fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlərlə bağlı kompensasiya ödənişi edilməsinə baxmayaraq onun xarici valyutada olan kredit müqaviləsi üzrə borcuna görə sosial müavinətindən 1150 manat məbləğində əsassız tutulmalar aparılmışdır. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, iddiaçının manatla olan kredit müqaviləsi üzrə borcundan 360 gün müddətində ödəniş icra edilmədiyindən həmin kredit borcu ödəniş vaxtı keçmiş kredit borcu anlayışının təsiri altına düşməklə ona ödənilmiş kompensasiya ödənişi həmin borcun silinməsinə yönəlmişdir. İddiaçının xarici valyutada olan kredit borcu üzrə məhkəmə əmri çıxarıldıqdan sonra onun sosial müavinətinə tutma yönəldildiyi üçün kompensasiya ödənişi həyata keçirilən xx.xx.2019-cu il tarixinə həmin kredit borcunun statusu vaxtı keçmiş kredit borcu statusu daşımadığından kompensasiya ödənişi həmin borca yönəldilməmişdir. Beləliklə iddiaçınn sosial müavinətindən məhkəmə əmrinə əsasən aparılmış tutulmalar əsaslı olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin müvafiq ekspertiza rəyləri ilə də bank tərəfindən iddiaçıdan əlavə vəsait tutulması müəyyən edilməmişdir. İddiaçının bununla bağlı tələbləri əsassızdır, subyektiv mülahizələridir və təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı (Maraqlı şəxs ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) «pul» tələbinə dair iddiası rədd edilməlidir. 130 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı (Maraqlı şəxs ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) «pul» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 32 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 130 (bir yüz otuz) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (Dövlət xəzinədarlığı Agentliyi, Kod: 21005, VÖEN:**********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüsalə Musayeva