Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1035/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Mirzəyeva Sevinc Ərəstun qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə Vahad oğlunun iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «əmlak» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Nərimanov rayon Məhkəməsinə X10 və X7 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə müraciət edərək ona məxsus əmlakların geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. X3 və X9 aralarında razılıq olduğundan iddia ərizəsində qeyd etdiyi «Samsung» markalı soyucudan başqa bütün əmlaklar könüllü şəkildə ona geri qaytarılmış və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 29.03.2017-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək «Samsung» markalı soyuducu da ona verilmişdir. Həmin əmlakları qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanına yerləşdirərək onlardan istifadə etmişdir. Daha sonra anası rəhmətə getdiyindən həmin ünvanda yaşayan qardaşı Cavabdeh1, bacısı Cavabdeh2, atası Cavabdeh3 iddiaçının sözügedən evdə yaşamasına maneələr yaratmış və ona məxsus əmlaklardan istifadə etməsinə icazə verməmişlər. Bundan sonra iddiaçı başqa ünvanda kirayə evə yerləşmişdir. İddiçıya məxsus əmlakları qeydiyyatda olduğu evdən çıxartmaq istəyərkən cavabdehlər ona zor tətbiq edərək əmlaklarının çıxartmasına maneçilik törətmiş və bunun nəticəsində isə əmlaklarını götürə bilməmişdir. Cavabdehlərdən dəfələrlə iddiaçıya məxsus əşyaların geri qaytarılmasını tələb etsə də, cavabdehlər məhkəmə qərarı olmadan əşyalarını qaytarılmayacaqlarını bildirmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçıya məxsus əşyalar isə aşağıdakılardan ibarətdir:
1. Yataq otaq dəsti - 2500 manat dəyərində,
2. 1 ədəd künc divan - 1000 manat dəyərində,
3. Mətbəx mebeli - 450 manat dəyərində,
4. Stol, stul (1+6) - 350 manat dəyərində,
5. Kəpənək stol 1 ədəd - 160 manat dəyərində,
6. «LG» markalı paltaryuyan maşın - 650 manat dəyərində,
7. «Samsung» markalı soyuducu - 1000 manat dəyərində,
8. Mikrodalğalı soba - 200 manat dəyərində,
9. Soba «Luxsel» - 170 manat dəyərində,
10. Sok çəkən maşın «Kevod» - 180 manat dəyərində,
11. Toster - 60 manat dəyərində,
12. Tozsoran - 250 manat dəyərində,
13. Sac - 60 manat dəyərində,
14. Samovar - 250 manat dəyərində,
15. Ventelyator 2 ədəd - 70 manat dəyərində,
16. Vafli bişirən qab - 120 manat dəyərində,
17. Kofe üyüdən - 30 manat dəyərində,
18. «HP» markalı noutbuk - 1250 manat dəyərində,
19. Müşahidə kamerası - 80 manat dəyərində,
20. Müşahidə kamerasının blok aparatı - 350 manat dəyərində,
21. Döşək (taxt üçün) 2 ədəd - 140 manat dəyərində,
22. Tək döşək 2 ədəd - 100 manat dəyərində,
23. Yorğan 2 ədəd (sintefon) - 240 manat dəyərində,
24. Yastıq 2 ədəd (qaz tükü) - 80 manat dəyərində,
25. 4 ədəd yastıq (sintefon) - 80 manat dəyərində,
26. Yorğan üzlüyü dəsti - 450 manat dəyərində,
27. Yorğan-döşək dəsti 4 ədəd - 200 manat dəyərində,
28. Yorğan 6 ədəd - 100 manat dəyərində,
29. «JVC» markalı televizor - 1000 manat dəyərində,
30. «Samsung» markalı televizor - 1700 manat dəyərində,
31. Dublyonka - 550 manat dəyərində,
32. Duty gödəkçə uzun qara rəngli - 90 manat dəyərində,
33. Pencək - 70 manat dəyərində,
34. İdman geyimi dəsti - 70 manat dəyərində,
35. Qara toy paltarı - 120 manat dəyərində,
36. Yaşıl don - 100 manat dəyərində,
37. Sarı köynək - 50 manat dəyərində,
38. Qara köynək 2 ədəd - 75 manat dəyərində,
39. Hər fəsilə uyğun paltarlar,
40. Uşaq geyimləri (gödəkçələr, ayaqqabılar, hər fəsilə uyğun digər paltarlar) - 500 manat dəyərində,
41. Televizor altı - 500 manat dəyərində,
42. Jurnal masası - 100 manat dəyərində,
43. Ət çəkən maşın - 250 manat dəyərində,
44. Qoz çəkən maşın - 20 manat dəyərində,
45. Xrustal qablar - 100 manat dəyərində,
46. Boşqablar 46 ədəd - 200 manat dəyərində,
47. Nəlbəkilər 24 ədəd - 20 manat dəyərində,
48. Xrustal sətkanlar 30 ədəd - 100 manat dəyərində,
49. Stəkanlar 24 ədəd - 80 manat dəyərində,
50. Qazan dəstləri - 300 manat dəyərində,
51. Hər fəsilə uyğun ayaqqabılar və çəkmələr - 300 manat dəyərində,
52. Hazır şəkildə olan bağlamalar (turşular, mürəbbələr, əzmələr və s). Hesab edir ki, iddiaçıya məxsus sadaladığı əşyalar, onlar olmadıqda isə onların dəyəri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 alınaraq iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 1 ünvanında yerləşən aşağıda sadaladığı əşyaların -
1. Yataq otaq dəsti - 2500 manat dəyərində,
2. 1 ədəd künc divan - 1000 manat dəyərində,
3. Mətbəx mebeli - 450 manat dəyərində,
4. Stol, stul (1+6) – 350 manat dəyərində,
5. Kəpənək stol 1 ədəd - 160 manat dəyərində,
6. «LG» markalı paltaryuyan maşın - 650 manat dəyərində,
7. «Samsung» markalı soyuducu - 1000 manat dəyərində,
8. Mikrodalğalı soba - 200 manat dəyərində,
9. Soba «Luxsel» - 170 manat dəyərində,
10. Sok çəkən maşın «Kevod» - 180 manat dəyərində,
11. Toster - 60 manat dəyərində,
12. Tozsoran - 250 manat dəyərində,
13. Sac - 60 manat dəyərində,
14. Samovar - 250 manat dəyərində,
15. Ventelyator 2 ədəd - 70 manat dəyərində,
16. Vafli bişirən qab - 120 manat dəyərində,
17. Kofe üyüdən - 30 manat dəyərində,
18. «HP» markalı noutbuk - 1250 manat dəyərində,
19. Müşahidə kamerası - 80 manat dəyərində,
20. Müşahidə kamerasının blok aparatı - 350 manat dəyərində,
21. Döşək (taxt üçün) 2 ədəd - 140 manat dəyərində,
22. Tək döşək 2 ədəd - 100 manat dəyərində,
23. Yorğan 2 ədəd (sintefon) - 240 manat dəyərində,
24. Yastıq 2 ədəd (qaz tükü) - 80 manat dəyərində,
25. 4 ədəd yastıq (sintefon) - 80 manat dəyərində,
26. Yorğan üzlüyü dəsti - 450 manat dəyərində,
27. Yorğan-döşək dəsti 4 ədəd - 200 manat dəyərində,
28. Yorğan 6 ədəd - 100 manat dəyərində,
29. «JVC» markalı televizor - 1000 manat dəyərində,
30. «Samsung» markalı televizor - 1700 manat dəyərində,
31. Dublyonka - 550 manat dəyərində,
32. Duty gödəkçə uzun qara rəngli - 90 manat dəyərində,
33. Pencək - 70 manat dəyərində,
34. İdman geyimi dəsti - 70 manat dəyərində,
35. Qara toy paltarı - 120 manat dəyərində,
36. Yaşıl don - 100 manat dəyərində,
37. Sarı köynək - 50 manat dəyərində,
38. Qara köynək 2 ədəd - 75 manat dəyərində,
39. Hər fəsilə uyğun paltarlar,
40. Uşaq geyimləri (gödəkçələr, ayaqqabılar, hər fəsilə uyğun digər paltarlar) - 500 manat dəyərində,
41. Televizor altı - 500 manat dəyərində,
42. Jurnal masası - 100 manat dəyərində,
43. Ət çəkən maşın - 250 manat dəyərində,
44. Qoz çəkən maşın - 20 manat dəyərində,
45. Xrustal qablar - 100 manat dəyərində,
46. Boşqablar 46 ədəd - 200 manat dəyərində,
47. Nəlbəkilər 24 ədəd - 20 manat dəyərində,
48. Xrustal sətkanlar 30 ədəd - 100 manat dəyərində,
49. Stəkanlar 24 ədəd - 80 manat dəyərində,
50. Qazan dəstləri - 300 manat dəyərində,
51. Hər fəsilə uyğun ayaqqabılar və çəkmələr - 300 manat dəyərində,
52. Hazır şəkildə olan bağlamalar (turşular, mürəbbələr, əzmələr və s) - həmin əşyaların alınaraq iddiaçıya qaytarılması, əşyalar olmadıqda isə onların dəyəri 16740 manat məbləğində pul alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda iddiaçı həmçinin izahatında göstərmişdir ki, qeyd oluna əşyalar onun cehiz əşyaları olmuş, sonradan həmin əşyaları atasının evinə gətirmişdir.
4. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, həmin əşyalar onların evinə ümumiyyətlə gətirilməyib. İddiaçı yoldaşından sonra onları birbaşa kirayədə qaldığı evə aparıb. Onun cavabdehin əşyalarına ehtiyacı yoxdur, onda olmayan əşyanı qaytarmağı da qeyri-mümkündür. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək və yazılı etiraz təqdim edərək öz izahatında göstərmişdir ki, iddia ərizəsində qeyd etdiyi əşyalar 03.12.2003-cü il tarixdə X10 ilə ailə qurduğu zaman Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağalıoğlu küçəsi, ev 7, mənzil 77-yə apardığı əmlaklardır. Nərimanov rayon Məhkəməsinin qətnaməsində məlum olmuşdur ki, onların nikahları 04.06.2014-cü il tarixdə pozulmuş, əmlaklar iddiaçıya qaytarılmışdır. İddiaçı iddia ərizəsində qeyd edir ki, həmin əmlakları qeydiyyatda olduğu və yaşadığı ünvan 2 ünvanına yerləşdirərək onlardan istifadə etmişdir. Anası rəhmətə gedəndən sonra əşyalarını kirayə tutduğu evə aparmaq istəyərkən cavabdehlər buna imkan verməmiş, ona qarşı zor işlətmiş, bununla da mlaklarını götürə bilməmişdir. İddiaçı dolayı yollarla məhkəmə qətnaməsində qeyd olunan əmlakları sadalamaqla belə bir görüntü yaratmağa cəhd etmişdir ki, guya bu əmlakları ünvan 3 ünvanında yerləşdirmişdir. Bu ifadələr həqiqətə uyğun deyildir. Belə ki, iddiaçı 03.06.2019-cu il tarixdə digər bacısı Nəzakət və uşaqları ilə xəstə anasına qulluq etmək bəhanəsi ilə cavabdehlərin yaşadıqları ünvana gəlmiş və həmin evdə olan tam şəraitli təminatı görüb, orada müvəqqəti yaşamağa qərara almışdır. Həmin vaxtdan etibarən mənzil mübahisələri açmış, cavabdehlər arasında qarşıdurma yaradaraq vəziyyəti gərginləşdirmişdir. Nəticədə müxtəlif predmeti mülki işlər və cinayət əməlləri üzrə məhkəmə mübahisələri başlanmış, müvafiq qərarldar qəbul edilmişdir. Həmin qərarlarla bir daha təsdiq olunmuşdur ki, İddiaçı 03.06.2019-cu ildə ünvan 4 ünvanda yerləşən fərdi həyət evinə, anasına qulluq etmək üçün gəlmişdir. İddiaçının iddia etdiyi əşyaların, əmlakların cavabdehlərə məxsus olan evə gətirilməsi barədə heç bir sübutu mövcud deyildir. Digər baxımından, bu iki il müddətində evdə olan, Cavabdeh2 məxsus əşyaları daşıyıb apardığından, polis orqanlarına şikayət olunmuşdur. «Anamdan qalma əşyalardır» deyə apardıqlarını isə öz əşyaları hesab etməklə hazırki əmlak davası açan iddiaçı 52 adda əşyaların nə vaxtdan, hansı şəraitdə, kiminlə, hansı vasitə ilə gətirdiyi mülki işə əlavə etdiyi sənədlərdən məlum olmur. Özünə və uşaqlarına aid olan gündəlik geyim və istifadə əşyalarını isə ananın ölümündən sonra daşıyıb aparmışdır. Bundan əlavə, daşınan əşyaların, video görünüşü SD diskdə əks olunmuşdur. Həmçinin əşyaların fotoşəkili mövcuddur və sübutları məhkəməyə təqdim edir. 13.10.2021-ci il tarixdə Lətafət, uşaqları, keçmiş həyat yoldaşı Elçin və xalası oğlu tərəfindən evdə olan qiymətli əşyalar daşınıb aparıldığından (evdə quraşdırılmış Kombi aparatı, soyuducu, xalçalar) oğurlandığından DİN-ə evdən oğurluq edilməsi faktı barədə şikayət verilmişdir. İddiaçıya məxsus olmayan əşyaların isə tələb edilməsi cavabdehlərə qarşı onun açıq-aşkar qərəzli hərəkətləridir. Belə ki, iddia ərizəsində qeyd olunmuş yumşaq mebel dəsti, mətbəx mebeli, stol və stullar, qiymətli məişət avadanlıqlarını və digər əşyaları Cavabdeh2 ailəsinin və valideynlərinin rahat yaşaması üçün almışdır və bütün illər istifadəsində olmuşdur. Müvəqqəti yaşadığı müddətdə isə (qaz, su, işıq) istifadə etdiyi kommunikasiya xidmətlərinə görə yaranmış borcları belə ödəmək iqtidarında olmayan iddiaçı yeganə çıxış yolunu haqsız, mərkli tələblər üzrə məhkəmə mübahisəsi açmaqda görmüşdür. Bu faktı digər cavabdehlər də təsdiq edə bilərlər. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, bacısı həmin əşyaları evə gətirməyib, hətta evin kombi sistemi sökərək aparmışdır.
7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
8. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, iddiaçı onun keçmiş həyat yoldaşı olub. Onlar ailə həyatı quranda iddiaçı öz cehizləri ilə Nərimanov rayonunda yerləşən evinə gəlmişdir. Cehiz olaraq bir ev üçün gərəkli olan bütün əşyaları gətirmişdi, bunlara elektronik əşyalar, paltaryuyan maşın, divan-kreslo dəsti, yataq mebeli, soyuducu və televizor da daxil idi. Nikahları pozulduqdan sonra atası anası ona demişdir ki, gəlib əşyalarını həmin evdən götürüb aparsın. Lətafət də əşyalarını götürüb Alatavada yerləşən evlərinə aparmışdır. Lətafət o evdən bir dəfə ayrılmışdı, çünki onu evdən qovmuşdurlar. Lətafət də heç bir əşyasını götürmədən Memar Əcəmi ərazisində bir evdə kirayə qalmışdı. Bu zaman onun bütün mebelləri və cehizləri Alatavada yerləşən evdə qalmışdır. Daha sonra, anası evə qayıtmasını xahiş etmiş və Lətafət evə qayıtmışdır.O, həmin evə tez-tez gedib gəlirdi, çünki onların uşaqları da o evdə yaşayırdılar. Gedib-gələn zaman onun əşyalarının oevdə olduğunu görürdü.
9. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Fəzrəddin qızı ifadəsində bildirmişdir ki, iddiaçı onun bacısıdır. Lətafət ailə həyatı qurduqdan sonra öz yoldaşının evinə köçmüşdür və bütün cehizləri orada idi. Evi Şərq bazarının yaxınlığında yerləşirdi. Daha sonra onlar boşanmışlar və bacısı cehizləri öz atasının evinə - Alatavadakı evə gətirdi. Ev köhnə əşyalarla dolu idi, bütün əşyalar Lətafət cehizləri ilə yeniləndi. Divan-kreslo dəsti, yataq dəsti, şifonyer, paltaryuyan maşın, televizor, bir sözlə bir evə lazım olan bütün əşyaları Lətafət gətirmişdir. Anası rəhmətə gedəndə ilk cümə axşamı mərasimində bütün əşyalar o evdə idi və bu 2021-ci ilin oktyabr ayında baş vermişdir. Sonuncu dəfə əşyaları o zaman görmüşdür. Ondan sonra onları o evə buraxmamışlar.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
10. İş materiallarında olan Nərimanov rayon Məhkəməsinin 2(005)-792/2017 saylı, 29.03.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 cavabdehlər X8 və X7t qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilməsi, ünvan 5 ünvanında yerləşən mənzildə qalmış «Samsung» markalı soyuducunun həmin mənzildən götürülərək iddiaçı X2 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 2(006)-6860/2019 saylı, 18.12.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddia üzrə iddiaçılar Cavabdeh3 və X4 ilkin iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə qarşı «fərdi evə qeydiyyatın və şəxsi hesab vərəqəsinin etibarsız hesab edilməsi» tələbinə dair ilkin iddia tələbinin təmin edilməməsi, ilkin iddia üzrə xərclərin ilkin iddia üzrə iddiaçılara aid edilməsi, qarşılıqlı iddia üzrə cavabdehlər Cavabdeh3 və X5 tərəfindən Cavabdeh1 ünvan 2 ünvanda yerləşən 2 otaqlı evdən istifadəsinə yaradılan istənilən maneənin aradan qaldırılması qət edilmişdir.
12. "xxxx" MMC-nin PRE/10/2022 saylı, 05.03.2022-ci il tarixli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ünvan 1-da iddia üzrə adları çəkilən əmlaklardan baxış keçirilən və qiymət qoyulan malların ümumi dəyəri 2448 manat təşkil etmişdir. Şəkillər üzrə təqdim olunan əmlakların ümumi dəyəri 3404 manat təşkil etmişdir. Ekspertiza rəyinə əlavə edilmiş aktından görünür ki, Nəsimi rayon Məhkəməsinin 2(006)- 1035/2022 saylı, 04.02.2022-ci il tarixli qərardadın icrası zamanı iddia ərizəsi üzrə siyahıda olan mallardan hansının baxış zamanı olmamasını təsdiq etmişlər:
1. 1 ədəd künc divan - dəyəri 1000 manat,
2. Mətbəx mebeli - dəyəri 450 manat,
3. «Samsung» markalı soyuducu - dəyəri 1000 manat,
4. Soba «Luxsel» - dəyəri 170 manat,
5. Sok çəkən maşın - dəyəri 180 manat,
6. Toster - dəyəri 60 manat,
7. Tozsoran - dəyəri 250 manat,
8. Sac - dəyəri 60 manat,
9. Samovar - dəyəri 250 manat,
10. Ventilyator - dəyəri 35 manat,
11. Vafli bişirən qab - dəyəri 120 manat,
12. Kofe üyüdən - dəyəri 30 manat,
13. «HP» markalı noutbuk - dəyəri 1250 manat,
14. Müşahidə kamerası - dəyəri 80 manat,
15. Müşahidə kamerası blok aparatı - dəyəri 350 manat,
16. Döşək (taxt üçün) 2 ədəd - dəyəri 140 manat,
17. Tək döşək 2 ədəd - dəyəri 100 manat,
18. Yorğan 2 ədəd - dəyəri 240 manat,
19. Yastıq 2 ədəd - dəyəri 80 manat,
20. 2 ədəd yastıq (sintefon) - dəyəri 80 manat,
21. Yorğan üzlüyü dəsti - dəyəri 450 manat,
22. Yorğan-döşək dəsti 4 ədəd - dəyəri 200 manat,
23. Yorğan 6 ədəd - dəyəri 100 manat,
24. «JVC» markalı televizor - dəyəri 100 manat,
25. «Samsung» markalı televizor - dəyəri 1700 manat,
26. Dublyonka - dəyəri 550 manat,
27. Duty gödəkçə - dəyəri 90 manat,
28. Pencək - dəyərində 70 manat,
29. İdman geyimi dəsti - dəyərində 70 manat,
30. Qara toy paltarı - dəyəri 120 manat,
31. Yaşıl don - dəyəri 100 manat,
32. Sarı köynək - dəyəri 50 manat,
33. Qara köynək 2 ədəd - dəyəri 75 manat,
34. Uşaq geyimləri - dəyəri 500 manat,
35. Jurnal masası - dəyəri 100 manat,
36. Ət çəkən maşın - dəyəri 250 manat,
37. Qoz çəkən maşın - dəyəri 20 manat,
38. Xrustal qablar - dəyəri 100 manat,
39. Boşqablar 46 ədəd - dəyəri 200 manat,
40. Nəlbəkilər 24 ədəd - dəyəri 20 manat,
41. Xrustal stəkanlar 30 ədəd - dəyəri 100 manat,
42. Stəkanlar 24 ədəd - dəyəri 80 manat,
43. Qazan dəsti - dəyəri 300 manat,
44. Hər fəsilə uyğun ayaqqabılar - dəyəri 300 manat.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ailə münasibətləri pozulduqdan sonra özünə məxsus cehiz əşyaları ata evinə yerləşdirmişdir. Cavabdehlər həmin evdə yaşamasına maneçilik törətdiyinə görə iddiaçı ata evi tərk etmişdir. Hazırda iddiaçı özünə məxsus əşyaları cavabdehlərdən tələb edir. 14.Məhkəmə tərəfindən iş üzrə tam və obyektiv araşdırma aparılması üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən verilmiş rəyə əsasən ünvan 1-da iddia üzrə adları çəkilən əmlaklardan baxış keçirilən və qiymət qoyulan malların ümumi dəyəri 2448 manat təşkil etmişdir. Şəkillər üzrə təqdim olunan əmlakların ümumi dəyəri 3404 manat təşkil etmişdir. Ekspert tərəfindən tərtib edilmiş aktına əsasən 44 adda əmlak isə baxış zamanı aşkar edilməmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
15. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Əşyalar daşınmaz və daşınar ola bilər (maddə 135.4). Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. (maddə 135.5)
16. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Göstərilən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
18. Məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində qeyd etmiş olduğu əmlakları geri tələb etsədə, həmin əmlakların ona məxsus olmasını, olduğu təqdirdə isə həmin əşyaların ata evinə gətirməsini, gətirdiyi təqdirdə isə həmin əşyaların ata evindən götürmədiyinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
19. Məhkəmə həmçinin qeyd edir ki, mülki iş üzrə təyin edilmiş əmtəəşünaslıq ekspertizasının rəyindən də (aktdan) görünür ki, qeyd olunan əmlakların 80 faizi ünvan 1 ünvanında aşkar edilməmişdir. Aşkar olunan əmlaklar isə sırf cavabdehin istifadəsinə olmalı əmlaklar toplusuna uyğun gəlir.
20. Belə ki, Cavabdeh3 yaşadığı mənzildə yalnız bir yataq otağı dəsti, bir ədəd qonağ otağı dəsti, bir ədəd paltaryuyan və s kimi əşyalar mövcud olmuşdur ki, bu kimi əşyalardan mənzildə ikincisi aşkar olunmamış və həmin sonuncu əşyalar isə cavabdehin evdə yaşaması üçün zəruri olan əşyalardır.
21. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tələb etdiyi əşyaların cavabdehdə olmasını təsdiq edən hər-hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
22. Məhkəmə ilk növbədə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
24. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı).
25. Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur.
26. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
27. Hazırki mülki işin gedişatı zamanı iddiaçı məhkəməyə iddiada göstərdiyi halları təsdiq edən heç bir mötəbər dəlil təqdim edə bilməmişdir.
28. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
29. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
30. Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «əmlak» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.
31. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
34. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 37.Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu və ekspertiza xərci iddiaçıya aid edilməlidir.
38. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «əmlak» tələbinə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov