Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1047/2020 28.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında rəyin etibarsız hesab edilməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2nə qarşı «əmlakın qiymətləndirilməsinin nəticələri haqqında rəyin etibarsız hesab edilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-652/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilərək, cavabdehlər İddiaçı, X2, X3 və X1 45.000 (qırx beş min) manat və rüsuma görə 30 (otuz) manat alınıb bərabər qaydada X5 və X4 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-652/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə əlaqədar, Cavabdeh2 xx.xx.2018-ci il tarixli Qərarı və xx/xx-83791/8-37945 saylı, xx.xx.2018-ci il tarixli müraciətinə əsasən, onun mülkiyyətində olan «Lexus RX 350» markalı, dövlət qeydiyyat nişanlı **-LJ-*** avtomobilin qiymətləndirilməsi barədə Cavabdeh1 MMC-nə sifariş verilmişdir. Cavabdeh1 MMC tərəfindən mülkiyyətində olan «Lexus RX 350» markalı, dövlət qeydiyyat nişanlı **-LJ-*** avtomobil 16700 manat dəyərində qiymətləndirilmiş və bu barədə xx.xx.2018-ci il tarixli QR-1972 saylı qiymətləndirmə rəyi verilmişdir. Mülkiyyətində olan avtomobilin qiymətləndirilməsi barədə rəy xx.xx.2018-ci il tarixdə verilmiş, Cavabdeh2 isə dərhal, yəni xx.xx.2018-ci il tarixdə tələbkara təklif verilmiş və tələbkar da avtomobili dərhal qəbul etmişdir. Göründüyü kimi, onun avtomobili bilərəkdən ucuz qiymətləndirilmiş, avtomobilin təkrar qiymətləndirilməsi barədə vəsatət vermək hüququ məhdudlaşdırılaraq avtomobil dərhal tələbkara təhvil verilmişdir. Mülkiyyətində olan avtomobilin minimum dəyəri 25000- 28000 manat arası təşkil edir. İnternet saytlarına baxış keçirəndə həmin avtomobillərin dəyərini müəyyən etmək asandır. Onun avtomobili tam əla vəziyyətdədir və dəyəri də 28000 manatdır. Həmçinin avtomobilinin nömrə nişanın da 5000 manat qiyməti vardır. Cavabdeh1 MMC tərəfindən mülkiyyətində olan «Lexus RX 350» markalı, dövlət qeydiyyat nişanlı **-LJ-*** avtomobilin qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2018-ci il tarixli QR-1972 saylı qiymətləndirmə rəyi etibarsız hesab edilməlidir. Cavabdeh2 bundan əsassız olaraq imtina etmişdir. Göstərilənlərə əsasən Cavabdeh1 MMC tərəfindən mülkiyyətində olan «Lexus RX 350» markalı, dövlət qeydiyyat nişanlı **-LJ-*** avtomobilin qiymətləndirilməsinin nəticələri barədə xx.xx.2018-ci il tarixli QR-1972 saylı qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahatlar verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh1 MMC tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinə etirazından görünür ki, İddiaçı müəssisə tərəfindən tərtib edilmiş «Lexus RX 350» markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsinə dair xx.xx.2018-ci il tarixli QR- 1972 saylı qiymətləndirmə rəyini mübahisələndirərkən iddia ərizəsində internet saytlarında istinad edərək onlar tərəfindən təyin olunmuş qiymətlə razılaşmadığını göstərmişdir. Halbuki, məlum olduğu kimi tərəfin istinad etdiyi internet saytları aparılmış faktiki alqı-satqı və digər əqdlərin əsasında formalaşmış real qiymətləri deyil, yalnız satıcıların oferta qiymətlərini özündə əks etdirir ki, həmin qiymətlər əsasında da predmetin bazar qiymətini müəyyən etmək qeyri-mümkündür. İnternet və s.virtual resurslarda verilmiş ixtiyarı elanlar bazar münasibətlərini özündə əks etdirmir. Eyni zamanda, internet resurslarında satıcıların əmlakları gələcəkdə potensial alıcılara danışıqlar yolu ilə daha yüksək alış qiyməti ilə razılaşdırmaq məqsədilə mümkün qədər yüksək, hətta astronomik qiymət müəyyən etmələri başa düşüləndir. Belə olan halda virtual satıcılar satışa çıxartdıqları əmlaka maksimum, hətta bəzən astronomik qiymət müəyyən edərək internet saytlarında elan yerləşdirirlər ki, həmin əmlakın əldə edilməsində maraqlı olan potensial alıcılar satıcı ilə danışıqlar apararaq heç olmasa əmlakın bazar qiymətinə onlara satılmasına nail ola bilsinlər. Başqa sözlə, məsələn real bazar qiyməti 16700 manat olan avtomobili onun satışında maraqlı olan satıcı qeyri-adekvat və maksimum qiymətə (məsələn 25000 manat) satışa təqdim edir ki, potensial alıcı onunla danışıqlar apararaq predmeti heç olmasa 16000 manata əldə etmiş olsun. Ona görə də tərəfin istinad etdiyi virtual resurslar və hansısa internet saytları predmetini qiymətinin müəyyən edilməsi ilə bağlı meyar ola bilməz. Həmçinin tərəf iddia ərizəsində sözügedən avtomobilin nömrə nişanının 5000 manat dəyərində olması ilə bağlı mülahizələr irəli sürmüşdür. Nəqliyyat vasitəsinin dövlət vasitəsinin dövlət nömrə nişanı dövlətə məxsusdur və alqı-satqı predmeti deyildir. İddiaçının tələbin yönəldildiyi avtomobilin qiymətləndirildikdən sonra icra qurumu tərəfindən birbaşa tələbkara təklif edilməsi, tələbkar tərəfindən qəbul edilməsi və iddiaçının icra qurumuna avtomobilin təkrar qiymətləndirilməsi ilə bağlı vəsatət təmin etmək hüququnun məhdudlaşdırılması ilə bağlı xüsusatlara münasibətdə bildirirlər ki, «İcra haqqında» Qanunun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Görünldüyü kimi, icra məmuru «İcra haqqında» qanunun tələbinə müavifq olaraq tələbin yönəldildiyi borcluya məxsus əmlak qiymətləndirildikdən sonra onu ilk növbədə tələbkara təqdim etmş və tələbkar imtina etməmişdir. Eyni zamanda «İcra haqqında» Qanunda borclunun predmetin təkrar qiymətləndirilməsinə dair vəsatət verilməsi və həmin vəsatət əsasında predmetin yenidən qiymətləndirilməsi ilə bağlı prosedur nəzərdə tutulmamışdır. Predmetinin qiymətləndirilməsi ilə bağlı Cavabdeh1 MMC tərəfindən tərtib edilmiş avtomobilin qiymətləndirilməsinə dair xx.xx.2018-ci il tarixli QR-1972 saylı qiymətləndirmə rəyi «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanunun tələblərinə və digər qanunvericilik aktlarına, habelə beynəlxalq qiymətləndirmə standartlarına tam müvafiqdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Yasamal ayon İcra və Probasiya şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı, onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən xx.xx.2018-ci il tarixli QXM/1972 saylı məktubun kserosurətindən görünür ki, İddiaçı məxsus «Lexus RX 350» markalı dövlət qeydliyyat nikaşnı **-LJ-*** olan minik avtomobilinin likvid dəyəri 16.700 manat müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Cavabdeh2 tərəfindən X6 və X5 ünvanlanmış xx.xx.2018-ci il tarixli təklifin surətindən görünür ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin qiymətləndiricisinin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında təqdim etdiyi xx.xx.2018-ci il tarixli hesabatına əsasən İddiaçı mülkiyyətində olan «Lexus RX 350» markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomaşın 16700 manat məbləğində qiymətləndirilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş və qiymətləndirilmiş əmlak C.Bağırzadəyə və B.Dadaşova təklif olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Cavabdeh2 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-652/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən İddiaçı, X2, X3 və X1 45030 manat alınıb bərabər qaydada X5 və X4 verilməlidir. Sözügedən icra sənədi üzrə xx.xx.2018-ci il tarixdə başlanılmış icraat zamanı icra sənədinin könüllü icrası İddiaçı tərəfindən təmin edilməmişdir. Tələb könüllü təmin edilmədiyindən İddiaçı mülkiyyətində olan «Lexus RX 350» markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə üzərinə müvafiq məhkəmə məhkəmə qərardadına əsasən həbs qoyularaq, həmin avtomobil müvafiq qiymətləndirmə təşkilatı tərəfindən 16.700 manat məbləğində qiymətləndirilmişdir. Daha sonra həmin əmlak «İcra haqqında» AR Qanunun tələblərinə uyğun olaraq borc əvəzi tələbkar B.Dadaşova təklif edilmiş və o, həmin təklifi qəbul etmişdir. Bu səbəbdən həmin avtomobilin təkrar qiymətləndirilməsi mümkün deyil. İş materiallarında İddiaçı sifarişinə əsasən «X11» MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli 094/19 saylı qiymətləndirmə hesabatından görünür ki, «Lexus RX 350» markalı, 2008-ci il buraxılışlı, qara rəngli, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki dövrə olan orta bazar qiyməti 24000 mant təşkil edir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, H/01-PLS saylı qiymətləndirmə hesabatından görünür ki, 2008-ci il buraxılışlı, qara rəngli, yanacaq növü benzin olan, «Lexus RX 350» markalı avtomobilin bazar dəyəri 27.500 manat təşkil edir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qeyd olunan Qanunun 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş «İcra haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Sifariş notariusun icra qeydi əsasında tərtib olunduqda müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunması ilə bağlı xərclər ipoteka saxlayan tərəfindən ödənilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 MMC tərəfindən mübahisə predmeti olan «Lexus RX 350” markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti 16.700 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 MMC tərəfindən həmin əmlaka qoyulmuş qiymət real deyildir. Çünki Cavabdeh1 MMC tərəfindən daşınar əmlaka qoyulmuş qiymətlə (16.700 manat) “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən müəyyən edilmiş qiymət (27.500 manat) və “X11” MMC tərəfindən qoyulmuş qiymət (24.000) arasında kəskin fərq vardır. Bu səbəbdən də məhkəmə Cavabdeh1 MMC tərəfindən mübahisə predmeti olan avtomobilə qoyulmuş qiyməti real və ağlabatan hesab etmir. Həmçinin qeyd olunanları nəzərə alaraq məhkəmə digər cavabdeh olan Cavabdeh2nə qarşı olan hissədə subyektiv cavabdehlik görmür. Çünki, icra və probasiya şöbəsi qiymətləndirmə ilə bağlı hərəktəri yalnız sifarişi vermək olmuş, avtomobilin qiymətləndirilməsini həyata keçirən isə müstəqil fəaliyyət göstərən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşdıqda aydın olur ki, Cavabdeh2İddiaçı iddiasına cavab verməli olan şəxs olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Eyni Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qanunun mənasına görə cavabdeh bir qayda olaraq iddiaçının hüququnu pozan, yaxud onun hüququnu mübahisələndirən tərəf olur. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfin işdə iştirakı mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus «Lexus RX 350» markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsinə dair “Cavabdeh1" MMCnin xx.xx.2018-ci il tarixli, QR-1972 saylı "əmlakın qiymətləndirilməsi barədə” rəyi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, «xxxxxxxxxxxxxxxxxxxxxx»MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 300 (üç yüz) manat məbləğində pul cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxx»MMC-nin VÖEN: **********, hesab № AZ65UBAZ**********0060AZN001, bank «Unibank» KB-nin 11 saylı “Dərnəgül” filialı, VÖEN: **********, müxbir hesab: AZ46NABZ********************, SWİFT: NABZAZ2C hesabınaköçürülməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus «Lexus RX 350» markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsinə dair “Cavabdeh1" MMC-nin xx.xx.2018-ci il tarixli, QR- 1972 saylı "əmlakın qiymətləndirilməsi barədə” rəyi etibarsız hesab edilsin. Həmçinin, «xxxxxxxxxxxxxxxxxxxxxx»MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 300 (üç yüz) manat məbləğində pul cavabdeh “Cavabdeh1" MMCdən tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxx»MMC-nin VÖEN: **********, hesab № AZ65UBAZ**********0060AZN001, bank «Unibank» KB-nin 11 saylı “Dərnəgül” filialı, VÖEN: **********, müxbir hesab: AZ46NABZ********************, SWİFT: NABZAZ2C hesabına köçürülsün. İddia digər Cavabdeh2nə aid hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-1047/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1047/2020
28.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver