Məhkəmə qərarları › İş №2(006)-107/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-107/2021

01.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-107/2021 01.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, təmir üçün xərclədiyi və bundan sonra lazım olan 20.000 (iyirmi min) manat məbləğin Cavabdeh alını ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, Onlar 2005-ci ildən Cavabdehla qonşudur. Onlar əvvəl də Cavabdeh bu binanın sakini idi. Hal-hazırda Cavabdeh 19-cu, o isə 18-ci mərtəbədə qalırlar. Artıq 13 ildir ki, bilmədiyi səbəbdən, tavanlarından evə su damır. Bu mənzilə köçdükdə, belə bir problemlə qarşılaşmamışdılar. Əvvəl bu bir otaqda idi. Lakin indi 01 otaqdan başqa hər yerdə belədir. Oğlunun otağı isə tamamilə yararsız hala düşdüyündən və 2-3 dəfə təmir etsələr belə düzəldiyindən o otaq tamamilə istifadəyə yararsızdır. Mətbəxi də təmir etməyiniz fayda verməmişdir. Su qonşunun mənzilindən axır. Ancaq, qonşu onlara təmir etməkləri fayda vermədi. Su qonşunun mənzilindən axır. Ancaq, qonşu onlara təmir edəcəyini vəd etsə də, bu vəziyyət illərlə davam edir.Həmin evi 2005-ci ildən bəri iki dəfə təmin etdirmişdir. Hər dəfə yeddi və səkkiz min manat pul xərcləmişdir. Hal-hazırda ustanın dediyinə görə yenə də altı-yeddi min manat pul lazımdır ki, evi normal vəziyyətə salmışdır. Bu hal ona həm çox narahatçılıq yaratdığından və həm də evlərini dəyərindən saldığından dəymiş ziyan üçün kompensasiyanın ödənilməsini xahiş etdi. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) X2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, ekspert cavabdehin mənzilinə baxış keçirməmişdir. Belə ki, Cavabdeh ünvan 1, mənzil 69 ünvanında faktiki olaraq yaşamır, o, hal-hazırda rayonda yaşayır. Cavabdeh mənzilinə də yuxarıdan, yəni binanın dam örtüyündən su axır, ümumilikdə binanın strukturunda problem vardır. Ona görə də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 217.4-cü maddələrinin tələblərini əsas götürərək məhkəmə öz qətnaməsini tərəflərin təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş aşağıdakı sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “xxxx” MMC tərəfindən verilmiş ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən 58 saylı binanın 65 saylı mənzilinə su sızması nəticəsində dəymiş ziyanın xx xxxx 2019-cu il tarixinə olan dəyəri 5000.00 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 5002 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən, 65 saylı mənzilinin tikililərinin konstruktiv elementlərinin üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu, tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 65 saylı mənzilin binanın 18-ci mərtəbəsində, cavabdehə məxsus 69 saylı mənzilin isə 65 saylı mənzilin üstündə 19-cu mərtəbədə yerləşdiyini nəzərə alaraq, həmin qüsurların su sızmaya aid olduğu və 65 saylı mənzilə 69 saylı mənzildən suyun axıdıldığı müəyyən edilmişdir. Qeyd olunur ki, mülki iş materiallarında susızmanın başvermə səbəbinə dair hansı bir məlumat olmadığından, o cümlədən cavabdehin iştirak etməməsi səbəbindən 69 saylı mənzilə baxış keçirilməsi mümkün olmadığından, susızmanın texniki səbəbini konkret olaraq dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən, ev 58, 65 saylı mənzildə susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 5800,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 58 saylı evin, 69 saylı mənzilindən su sızması nəticəsində İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 58 saylı evin, 65 saylı mənzilinə ziyan dəymişdir. İş üzrə təyin edilmiş ekspert rəyinə əsasən mənzildə yaranan qüsurların aradan qaldırılması üçün görülməli təmin-bərpa işlərinin dəyərinin 5.800 manat olduğu müəyyən edilmişdir. Beləliklə, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək dəymiş maddı zərərə görə 5800 (beş min səkkiz yüz) manat Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, «məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 124-cü maddəsinə görə «İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, «məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir». Həmin Məcəllənin 124-cü maddəsinə görə «İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Cavabdeh tutulmalı və Dövlət büdcəsinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh təmir-bərpa işləri üçün xərclənmiş 5800 (beş min səkkiz yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutulsun və Dövlət büdcəsinə köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh təmir-bərpa işləri üçün xərclənmiş 5800 (beş min səkkiz yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutulsun və Dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar